Şamil Vəliyev – 50


səhifə37/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   33   34   35   36   37   38   39   40   ...   97

129
Bu şeirdə müəllif sətiraltı, sözaltı sözünü, mənanı, istəyini oxucuya çatdırır,
poetik atmacalar şairin öz dilindən ümumiləşdirilsə də, ümumiyyətlə xalqımızın
keçdiyi tarix, bugünkü maddi və mənəvi durumuna işarə, qonşu dövlətdə yalanın ayaq
tutub yeriməsi,  «əlimdə bir kiçik dalan olmadı» deməklə dilimizin, məktəbimizin,
televizorun və radiomuzun qadağası, muxtariyyət, istiqlal qazana bilməməyimizi
poetik aforizm formasmında eyhamını təzahür etdirir. «Dayının xala çıxması» bir qədər
ədəbdən kənar görünsə də, yeni deyim kimi qiymətli olaraq deyərdik ki, şeirin
kuliminasiya nöqtəsi olmaqla bəzi milli təəsübkeşlikdən uzaq yadlara əyilən
soydaşlarımızın namərdliyinin poetik təcəssümüdür.
Vəli Şahməhəmmədi (təxəllüsü: Güldürlü Vəli)  1955-ci ildə
Cənubi
Azərbaycanın Qaradağ vilayətinin Kəleybər mahalının Güldür kəndində anadan
olmuşdur. 15 yaşında Tehrana köçmüşdür. Üç şeirlər toplusu işıq üzü görmüşdür.
Çoxlar mənim kimi dili bağlıdır,
Neçə söz qandırsın lal lala dünya
Sinəsi düyünlü, bağrı qəmlidir.
Qarışıb ürəkdə xal xala dünya
İstədi açıla bu dilim sözə
Sən məni qaladın alova-közə,
Öyrət birgə sevgi, məhəbbət bizə
Demədim qal üstə qal, qala dünya.
Klassik poeziyamızdan üzü bəri gözəl dünyanın gözəlliyini də vəsf edən
şəirlərdir, dünyanın vəfasızlığını, haqsızlığını da. XIX əsrda yaşamış Aşıq Bəsti deyir:
Qoca cadugərdir aldadır səni,
Cavanlıq donunda qalan bu dünya
XX əsrdə S.Vurğun və Şəhriyarın «Dünya» qoşmaları şöhrət tapmış və
«dünyalar» bu bulaqdan su içmişlər. Vəli Şahməmmədlidə də Ana dili məsələsi «dilim


130
bağlıdır», «söz qandırsın lal lala dünya» frazeoloci poetik birləşmələrlə öz əksini tapmış
və göründüyü kimi bütün 90-cı illər Cənub poeziyasında Vətən, Ana dili eyni
leytmotiv, aparıcı xətti kimi onları birlişdirir, demokratik ideya və meyllər nəzərə çarpır,
açıq-aşkar hiss olunur.
Şair Heydər Təhsmasibidə də Ana dilinin gözəlliyi və güvənc yeri olduğu öz
bədii poetik əksini tapır.
Öyünməyim çox layiqdir bu ölkədə sənə dilim,
Laylasında öyrədibdir öz dilini ana dilim
Şəkərdən də şirin olub, əzəl gündən ulu qaldın,
Zaman boyu hey yüksəldin, döndün qəhrəmana dilim,
Güllərini dərə-dərə, ilham verdin sən Heydərə,
Dəyişmərəm səni zərə (qızıla V.Ə.) and içirəm
Pərviz Bəsarət Hüsen oğlu Cənubda «Keyvan» təxəllüsü ilə tanınan şair 1966-cı
ildə Keyvan mahalının Qodalı kəndində dünyaya göz açmışdır. «Bağlıdır qapı» adlı ilk
şeirlər kitabı 1991-ci ildə Tehranda doğma dilimizdə çap olunmuşdur.  «Vidalaşım»
şeirinin son misralarına diqqət yetirək.
Ulu bvabalardan tutmuşam soraq,
Çətindir sevgidən ayrı yaşamaq,
Yurdumdur, yuvamdır tutduğum torpaq,
Bağlayım bağrıma göz, vidalaşım.
Atadan, anadan əzizdir mənə,
Yolunda doğransam bil, azdır mənə
Keyvan da düşübdür dumana, çənə,
Barı döz, Vətənlə düz vidalaşım.
Göründüyü kimi, 90-cı illər Cənub poeziyasının ümumi mənzərəsi, ədəbi
simasının müəyyənləşdirən aparıcı motivlərdən başlıcası Ana dili və Vətəninin
təşəkkülü, vətənpərvərlik, mübarizlik və döyüşkənlikdir.


131
Vətənpərvərlik duyğuları ilə dolu olan bu şeirlərdə insanlar igidliyə, kişiliyə,
milli təəssübə çağırılır.
* * *
Ümumiyyətlə, onu deyə bilərəm ki, 90-cılar poetik-bədii tapıntılara nail olur,
bütün canr və vəznlərdə yaratmağa müvəffəq olunur. Bunların içərisində sənətkarlıq və
poetika baxımından kamil nümunələr çoxluq təşkil edir. Uzun illər aparıcı mövqe tutan
qəzəl canrı ilə bərabər heca vəzninin müxtəlif növlərində nümunələr yaranmaqdadır.
Qəzəl canrında artıq gül-bülbül, şəmi-pərvanə yox, Vətən, Ana dili, ictimai
problemlər öz əksini tapır.
90-cı Cənub poeziyasını təhlil süzgəcindən keçirərkən, istiqamət və mahiyyətdən
bəhs edərkən ədəbi təsir məsələsini unutmaq olmaz. Çağdaş şairlərin həm klassik
poeziyamızdan, eləcə də XX əsr şeirimizin görkəmli nümayəndələri S.Vurğun,
S.Rüstəm, R.Rza, B.Azəroğlu, Şəhriyar, B.Vahabzadə, M.Araz, N.Xəzri, S.Tahir,
N.Həsənzadə, Z.Yaqub və b-dan təsirlənmiş, onların yaradıcılıqları güneylə gənc şairlər
üçün örnək rolunu oynamışdır. Bu görkəmli şairlərimizin irsləri gənclər üçün mövzu
və ideya axtarışında onların ədəbi-bədii istiqamət yollarında poeziya xəzinəsi
timsalında məktəb olmuşdur.
2.CƏNUBİ AZƏRBAYCAN LİRİKASINDA İCTİMAİ MOTİVLƏR
Mən el aşığıyam, el şairiyəm,
Adım «Çayoğludur», əlimdə sazım.
Yurdum Azərbaycan odlar diyarı,
Odur ki, odludur mənim avazım.
«Əlimdə» sazım ifadəsi ötən əsrin poeziyasında, bir çox şairlərin yradıcılığında
«mənim şeirim», «mənim sözüm» frazeloci birləşmələrinə sinomin olaraq işlənmişdir.
Çayoğlunun 90 – cı illərdə qələmə aldığı bu, şeirdə «əlimdə sazım» həm də həqiqi


132
mənasında işlənmişdir. Çayoğlu (Bəhruz Dövlətabadi) şair olmaqla yanaşı həm də
musiqiçidir. Buna görə də onun şeirləri musiqilidir, ahənglidir və nəğmə üstündə
köhlənib. Qabəyahətən qələmə aldığı hiss olunaraqbizdə belə qənaət hissi olur ki,
Çayoğlunun şeirləri sanki öz çaldığı tirın ümumiyyətlə ilə xanəndələrin ifası üçün,
bəstəçilərin nəğmə mətni üçün yazmışdır.
Ağzımı tutsalar, incə sazımla,
Elimin dərdini söylərəm sənə.
Zəhmətlə xalqımın istəklərini
Ağlayıban bəyan eylərəm sənə.
Çayoğlu ötən illərdə çap etdirdiyi «Bayatı bayat olmaz» şeirlər kitabında ən çox
poetin növ kimi bayatıdan istifadə edib kitabın adını da «bayatı» ilə əlaqədar
rəsmiləşdirib.
Ağzımı tutsalar, incə sazımla,
Elimin dərdini söylərəm sənə.
Zəhmətlə xalqımın istəklərini
Ağlayıban bəyan eylərəm sənə.
Çayoğlu ötən illərdə çap etdirdiyi «Bayatı bayat olmaz» şeirlər kitabında ən çox
poetik növ kimi bayatıdan istifadəedib və göründüyü kimi kitabın adını da bayatı ilə
əlaqədar rəsmilləşdirib.
Türkdilli xalqlarda bayatı şeir növü kimi mürəkkəbdir. Azərbaycan
ədəbiyyatında, folklorunda bayatının misilsiz nümunələri yaranmışdır. Türk xalqlarının
müştərək şeir növü olan bayatının yaranma tarixi qədim dvörlərdən gedib çıxır. Bayatı
bu xalqların tayfa, ulus. Və halında yaşadıqları dövrlərdə ağız ədəbiyyatı nümunəsi
olduğu üçün dilimizin bütün şirinliyi, poetik imkanları, məna şiirnliyi, poetik imkanları,
məna çalarlığı, bədii təfəkkürü, xüsusiyyətlərini özündə əks etdirir.
Dörd misra, hər misrası yeddi bənddən ibarət olması bu şeir növünün asanlıqla
əzbərləşməsinə zəmin yaradır. Bayatıların da bir çox fonlklor nümunələri kimi müəllifi
məlum deyil.


Yüklə

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə