Şamil Vəliyev – 50


səhifə38/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   34   35   36   37   38   39   40   41   ...   97

133
Sevindirici haldır ki, müasir şairlərimiz də bayatılar yaradır. Cənub və Şimal
şeirlərinin yaradıcılıqlarında bayatının gözəl nümunələrinə rast gəlirlər, xüsusilə də
Çayoğlunun poeziyasında. Çayoğlunun bayatıları mövzu etibarı ilə müxtəlif məzmunlu,
rəngarəngdir. Ümumiyyətlə, şairin öz kitabına verdiyi ad («Bayatı bayat olmaz») özünü
doğruldur. Bəli, bayatı bizə ədəbi növ kimi əbədidir, populyardır, müasirdir. Bayatı
bayat (Cənub növlərində «Bayat» V.Ə.) olma bilməz. Bayatı bizim tariximiz,
keçmişimiz, bu günümüzdür və inşaallah, sabahımızdır.
Xalqımız tarixən dərdini də, bayatı ilə söyləyib, məhəbbəti də, sevinci də.
Çayoğlu da öz sözünü, elinin dərdini bayatı ilə deyir:
Bayatı qaynar çeşmə
Yel çalar, oynar çeşmə.
Zülümkarlar əlindən,
Ürəyi deşmə-deşmə.
Bayatı el qəmidir,
Sazların dilqəmidir,
Hər kəlməsi bir ümman,
Dərindir, sevməlidir.
Bayatı şikəstədə,
Dərman olar xəstədə.
Dolanır dildən dilə,
Oxur (Oxuyur V.Ə.) işçi işdə də.
Bayatı şirin baldı,
Ormandı, uca dağdı.
Babalardan tükənməz,
Qiymətli yadigardı.


134
Bayatı gül sözüdür,
Zəmanənin gözüdür,
Hər nə demiş babalar,
Həqiqətin özüdür.
Bayatı bayat omlaz,
Deməginən qurtulmaz
Ana məhəbbətdir,
Heç zaman unudulmaz.
Bayatılarda olduğu kimi, Çayoğlunun da bu poetik növdə yaratdığı nümunələrdə
də çağdaş həyatın kədəri, sevinci, enişi-yoxuşu, sosial-siyasi, mədəni-əxlaqi hadisələrini
özündə təcəssüm etdirir.
Çayoğlunun bayatıları ilə yanaşı bir çox lirik şeirləri də vardır və bu nümunələr
bədii-poetik cəhətdən diqqəti cəlb edir. Eləcə də 52 bənddən ibarət olan «Xatirələr
dünyası» poeması şairin yaradılığında xüsusi yer tutur. Onun bu poeması ustad
Şəhriyyarın «Heydərbabaya salam» ruhunda yazılmışdır. Ümumiyyətlə, Şəhriyar
poeziyası nümunələri xalqımızın, eləcə də söz adamlarının ruhuna elə hopub ki, hər kim
uşaqlıq xatirələrini, epistolyar yönümlü bədii nümunələr yer verirsə istər-istəməz
«Heydərbaba» təsiri atlına düşür. Yaranan əsərlərdə hecanın II-lik ölçüsü ilə qələmə
alınır, deyim, mövzu, ifadələrdə Şəhriyar ədəbi təsiri hiss olunur. Deyərdin ki, Çayoğlu
da Şəhriyar ədəbi məktəbinin nümuyəndəsidir.
Əzəl gündən qəmi dərdə çatmışam,
Həsrət ilən, qucaqlaşıb yatmışam,
Yuxu içrə hər nə desən, tapmışam,
Səhər durub axtarmışam yerimi,
Görmüşəm ki, yel aparıb berimi.


135
Mən dəm qarpızı tək susuz boy atdım,
Sıldırım daşların qoynunda yatdım,
Böyüdükcə ağır dərdlərə batdım,
Dağlar bir ana tək məni bəslədi
Duyğum itkin diləkləri səslədi.
«Bu misralar şairin uşaqlıq günlərinin çox da şənliklər və qayğısızlıqlar içində
keçməzdiyini göstərir, eyni halda xoş günlərin şirin xatirənsini canlandırmağı, doğma
yurdunun təbii mənzərələrini göz önünə gətirdiyi də unutmur» (prof H.Məmmədzadə).
Çayoğlunun doğma Vətənin, onun təbiəti, ilə qırılmaz, möhkəm bir ünsiyyət var.
«Quru göl» şeirində orijinal, ürəkaçan, gözəl peyzaclar yaratmağa nail olmuşdur.
Səba mizrab olub düşüb canıma,
Nə qəşəng nəğmələr dağıdır sinən.
Bağrında öpüşür buludla günəş,
Səsindən qanıram dağlıdır sinən.
Çayoğlunun poeziyasında şovinizmə, milli mədəni muxtariyyət, məhrum olan
xalqımıza qarşı olan haqsızlığa, zülmə qarşı dərin nifrət, etiraz hiss olunur.
Yeniyetmələrin, məktəbyaşlı uşaqların əziyyət qəddarcasına istifadə edən
sahibkarların cəmiyyətlərini ifşa etmək üçün müasir xalçanı dilləndirir, onun dili ilə bir
çox kədərli, ürəkağrıdan məktəbləri oxuculara söyləyir.
Niyə səf bağlayıb baxırsız mənə?
Qanların rəngidir boyuyub səni
İncə barmaqlarla məzlum balalar,
Gecələr yatmayıb toxuyub səni.
* * *
Cənubi Azərbaycanda milli demokratiya ədəbiyyatın (1941- 1990) ənənələrini
davam etdirən yeni həyat tərzinin bərqərar olmasına, yeni insanın formalaşmasına,


136
eyni zamanda milli sərvətlərə, etiqadı və inamı möhkəmləndirən, şərə, eybəcərliyə,
ədalətsizliyə, şovinizmə fəal müqavimət şüuru tərbiyə edən çağdaş Cənubi
Azərbaycan ədəbiyyatı yaranmaqdadır. Müasir Cənubi
Azərbaycan
şeirinin
bütövlükdə çox mühüm bir xüsusiyyəti baxımından - onun özünün ənənələri,
təcrübələri, qədim və yaxın keçmişi ilə dərin daxili üzvü təmasda inkişafına
səciyyələndirmək baxımından əlamətdardır. Müasir Cənubi Azərbaycan şairlərinin
yaradıcılıq uğurları, ümumən, milli poeziyamızın inkişaf təcrübəsindən poetik
nailiyyətərimizdən ayrı deyil. Müasir Cənubi Azərbaycan poeziyası həyatın mənəvi
dərkində, axtarışlarında şimallı, cənublu, bütün poetik irsimiz, poetik keçmişimiz və
yaddaşımız, fəal iştirak edir.
Bu müasir şeir prosesinin
çox gözəl, qiymətli
xüsusiyyətləridir. Mənəvi keçmişdən, yaddaşdan ayrılmaq – poeziyanın bəsitliyidir,
yoxsulluğudur, iflasıdır, poeziya öz mənəvi keçmişi ilə, tarixi ilə varislik konteksində
insaniliyini qoruyub saxlayır. Çağdaş Güney Azərbaycan şairlərinin poeziyasından
alınan təəssürat zəngin və qüvvətlidir. Narahat dünyamızın məzmununa, ruhuna
uyğundur. Xarakterik odur ki, anlamlarında çoxlu ümumi cəhətlər olsa da, bu həmin
qavrayışın fərdi, əlvan, özünəməsus təzahürünə qətiyyən mane olmur. Müasir Cənubi
Azərbaycan şairlərini birləşdirən, yaxınlaşdıran – poetik sözün zamanla səslənməsini
təmin etmək, bu sözün mənəvi konteksini zənginləşdirmək səyləridir.
Müasir Cənubi
Azərbaycan poeziyası müxtəlif nəsillərə mənsub şairlərin
birgə fəaliyyətinin bəhrəsidir. Nisbətən yaşlı nəsillə, birlikdə son on-on beş ildə
formalaşan nəsillərin təmsil olunduğu müasir Cənubi Azərbaycan poeziyası qarşılıqlı
təsir və təması şəraitində inkişaf edir, xəlqilik və vətəndaşlıq vəzifələrini yerinə
yetirir.
1941-1990-cı illər ərzində pərvəriş tapan poetik üslublar, gerçəkliyi qavrayışda
yeni görünən mütəlif duyum tərzi,    90-cı illərin başlanğıcında yeni məzmunlu
axtarışlara gətirib çıxarmışdır. Həyatın poetik dərkində vahid estetik qaynağa, milli
ədəbi köklərə qayıdışdakı müxtəliflik, milli özünüdərk, vətənpərvərlik, azadlıq və
baxımsızlıq ideallara ümummilli estetik sərvət kimi bədii dəyər qazanmaqdadır.


Yüklə

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə