Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə193/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   189   190   191   192   193   194   195   196   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

Termin 
Hərfi 
işarəsi 
Tərif 
 
Paraleli 
Elektrik 
cərəyanı 

Elektrik yüklərinin istiqa-
mətlənmiş hərəkəti 
Tok cərəyan 
Öz-özünə 
induksiya 

Cərəyanlı konturun maq-
nit selinin dəyişməsi (

F) 
ilə bu konturun özündə in-
duksiya elektrik hərəkət 
qüvvəsinin (E) əmələ gəl-
məsi hadisəsinə deyilir. 
Avtoinduksiya 


373 
Beləliklə, terminologiyada qoyulan normativ tələbləri ödə-
məyən paralellər tədricən inkişaf edərək bu və ya digər sahə ter-
minləri cərgəsindən çıxarılır. Elmi anlayışı düzgün ifadə edən
mənanı başa düşməkdə maneçilik yaratmayan uğurlu paralel ter-
minlər isə paralel işlənmə hüququ qazanırlar. Paralel işlənmə ha-
disəsi ixtisarlarda da özünü göstərir. İxtisarların işlədilməsi elmi 
yazılarda qənaət prinsipini ödəyir. Yarımçıq ixtisar nəticəsində 
iki sözdən, yaxud daha çox sözdən ibarət termin birləşməsinin 
bir sözlə əvəz edilməsi də elmi üslubda uğurlu cəhət sayılmalı-
dır. Bu halda da paralel terminin mənasını başa düşməkdə heç 
bir çətinlik yaranmır. Məsələn, 
avtomatik transformator, //avtot-
ransformator, radioaktiv çevrilmə//radioaktivlik. 
Göründüyü kimi, terminoloji leksika üçün paralellik səciy-
yəvidir. Buna görə də terminologiyada, eləcə də terminoloji sis-
temlər nizama salınarkən, unifikasiya edilərkən paralellərin ta-
mamilə ləğvinə deyil, məhdudlaşdırılmasına çalışmaq lazımdır. 
Terminoloji sistemlərdən belə terminlər çıxarılsa, termino-
logiya özünün kommunikativ funksiyasını müvəffəqiyyətlə yeri-
nə yetirə bilməz. Ancaq terminoloji sistemdə paralel terminlər-
dən elələri saxlanılmalıdır ki, nəzərdə tutulmuş anlayışı daha də-
qiq əks etdirsin, struktur cəhətdən dilimizin söz yaradıcılığı mo-
delinə uyğun olsun. Ümumiyyətlə, terminoloji lüğətlərdən də 
aydın olur ki, belə terminlər elmin müxtəlif sahələrində işlənsə 
də daimilik qazanmır. Eyni məfhumu, anlayışı bildirmək üçün 
müxtəlif terminlərdən istifadə olunması uzun zaman davam et-
mir, onlardan biri mütləq dildən çıxır.


374 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə