SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə41/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   116

 
 
99 
uyğunlaşmasıdır».  Deməli,  daxili  inqilab  ideal  və  ideyalarda  baş  verən 
dəyişikliklərlə müşayiət olunur.  
80-cı illərin sonlarında Sovet imperiyasında ilk nəzərə çarpan məhz daxili 
inqilab  idi.  Azərbaycanda  belə  bir  daxili  inqilabın  ilk  carçılarından  olan 
Əbülfəz  Elçibəy  sonradan  xarici  inqilabın  liderinə  çevrildi.  Eyni  zamanda, 
yəni  1988-ci  ildə  Azərbaycan  xalqına  zorla  sırıdılmış  Qarabağ  problemi 
əvvəllər  siyasətə  qarşı  tam  laqeyd  olan  yüzminlərlə  adamı  siyasi  mübarizə 
meydanına  atdı.  Qarabağ  problemi  xalq  kütlələrini  fəallaşdırmaqla  yanaşı, 
respublika  rəhbərliyinin    tam  acizliyini  də  aşkar  etdi.  Belə  bir  şəraitdə  xalq 
kütlələri  arasında  həm  Azərbaycanın  ərazi  bütövlüyünün  müdafiəsi,  həm  də 
respublikanın  real  suverenliyini  təmin  edə  biləcək  kütləvi  ictimai  təşkilat 
yaratmaq  ideyası  tədricən  formalşırdı.  İmperiya  tabeçiliyindən  xilas  olmağa 
çalışan  xalq  kütlələri  öz  etirazlarını  mitinqlər  vasitəsilə  bildirirdilər.  Təsvir 
edilən  hadisələr  dövrünü  sosioloji  və  tarixi  baxımdan  qiymətləndirərək  belə 
nəticəyə  gəlmək  olar  ki,  qeyd  olunan  hadisələr  keçid  dövrünün  birinci 
mərhələsinə xas olan cəhətlərdir və 1989-1993-cü illər respublikamızda keçid 
dövrünün  erkən  mərhələsidir.  Bu  dövrdə  yeni  siyasi  qüvvələrlə  köhnə  siyasi 
qüvvələrin  toqquşması  və  həm  cəmiyyət,  həm  də  bu  cəmiyyətin  elementar 
hissəciyi  kimi  qəbul  edilən  keçid  dövrü  şəxsiyyəti    üçün  faciəli  hadisələrin 
yaşandığı müşahidə olunur. Bu dövrün əsas cəhətlərinin ümumiləşdirilməsi və 
təhlili  baxımından  Bolqarıstanın  eks-prezidenti  Jelyo  Jelevin  (1990-1997) 
fikirləri  çox  qiymətlidir:  «Kommunizmdən  çıxmaq  həddən  artıq  çətindir.  Bu 
halda keçid prosesi yalnız dövlətin totalitar siyasi strukturlarının dağıdılması 
yox, həmçinin iqtisadi islahatlar yolu ilə mülkiyyət uğrunda dövlət inhisarının 
ləğv  edilməsi  ilə  bağlıdır.  Keçid  dövrü  3  mərhələdə  gedir.  Kommunizmdən 
demokratik  cəmiyyətə  keçid  mərhələləri  qeyri-müəyyəndir,  zaman 
çərçivəsində  kəsişir,  çox  vaxt eyni  zamanda  cərəyan edir.  Birinci  mərhələ   - 
yeganə  partiyaının  totalitar  sisteminin  süqutu  ilə  bağlıdır.  Vətəndaş 
cəmiyyətinin  elementləri  meydana  çıxmağa  başlayır:  çoxpartiyalı  sistemin, 
müstəqil  həmkarlar  ittifaqlarının,  azad  mətbuatın  yaranması,  söz,  nəşriyyat, 
nümayiş  azadlığının  bərqərar  olması,  universitetlərin  muxtariyyatı,  azad 
qanunverici,  prezident  və  bələdiyyə  seçkilərinin  keçirilməsi  hüququ 
dövrüdür… Birinci mərhələnin sözü azadlıqdır… Azadlıq küçələrdə və ictimai 
yerlərdə  əldə  olunur…  «.    Jelyo  Jelevin  sözlərini  keçid  dövrünün  erkən 
mərhələsinin siyasi qiymətləndirilməsi kimi qəbul etmək olar. Keçid dövrünün 
məhz  birinci  mərhələsi  olan  –  1989-1993-cü  illərdə  Azərbaycanda  siyasi 
proseslər  kəskinləşmişdi.  Ermənistan  tərəfindən  cəlb  olunduğumuz  ədalətsiz 
müharibə  ilə  yanaşı  respublikanın  daxilində  hakimiyyət  uğrunda  aparılan 
siyasi  mübarizə  vətəndaş  müharibəsi  həddinə  çatdırılmışdı.  Təhlil  etməyə 


 
 
100 
çalışdığımız  tarixi  mərhələdə  siyasi  lider  və  kütlənin,  şəxsiyyət  və  xalqın 
münasibətlərini müqayisəli analiz etməyə cəhd edək. Şahidi olduğumuz kimi 
qısa  zaman  müddətində  –  1990-1993-cü  illər  dövründə  Azərbaycanda  üç 
siyasi  lider  –  A.Mütəllibov,  Ə.Əliyev  (Elçibəy)  və  H.Əliyev  hakimiyyətdə 
olmuşlar.  İlk  növbədə  A.Mütəllibov  və  Ə.Əliyevin  fəaliyyətini  təhlil  etməyə 
cəhd edək. Bu siyasi fəaliyyət subyektlərinin hakimiyyəti dövründə baş verən 
hadisələrin təhlili ilə bağlı alman sosioloqu M.Veberin araşdırmalarına istinad 
etmək  çox  məqsədəuyğun  olardı.  Belə  ki,  keçid  prosesini  və  bu  zaman  baş 
verən  siyasi  hadisələrdə  həlledici  rol  oynayan  siyasi  fəaliyyət  subyektinin 
fəaliyyətini  araşdırarkən  M.Veber  qeyd  edirdi  ki:  «Əgər  subyekt  hakimiyyət 
iradəsini  reallaşdırırsa,  o,  bu  fəaliyyətlə  bağlı  olan  nəticələri  aydın  dərk 
etməlidir.  Əks  təqdirdə  real  həqiqətdə  ideal  həmişə  əlçatmazdır.  Fərdlərin 
sosial,  siyasi  və  digər  vəzifələri  eyni  münasibətlərdə  üst-üstə  düşür:  bu, 
cəmiyyətin  və  dövlətin,  əxlaq  və  ağılın  dəyərləridir.  Fərdi  iradə,  azadlıq  və 
ağıl fərdin sosial şəraitdəki xaosu və şəxsi taleyini dəf edərək siyasi vəzifələr 
kosmosunu seçərkən dəyərli olur. Belə özünümüəyyənləşdirməyə – dərketmə 
formaları (siyasi əqillilik, korparativ ruh və dövlətçilik ağlı) gətirib çıxarır və 
dövlətin  cəmiyyətə  təsiri  ilə  bağlı  olur».  Sosioloqun  fikirlərini  əsas  tutaraq 
belə  nəticəyə  gəlmək  olar  ki,  A.Mütəllibov  siyasi  hakimiyyət  üçün,  xüsusilə 
də  Azərbaycanın  ictimai-siyasi  həyatında  xaos  hökm  sürdüyü  bir  dövrdə 
idarəçilik  üçün  hazır  kadr  deyildi.  Bunun  səbəbi  isə  M.Mütəllibovun  siyasi 
dərketmə formalarına tam yiyələnməməsi idi. Buna görə də A.Mütəllibov bir 
tərəfdən,  sarsılmış  imperiya  ağalarının,  digər  tərəfdən  isə  yerli  demokratik 
qüvvələrin  və  o  cümlədən  hakimiyyətdə  şəxsi  mənafe  güdən  öz  ətrafının 
əlində  oyuncağa  çevrilmişdi.  Reallığı  düzgün  qiymətləndirmək  bağarığının 
olmaması bir fəaliyyət subyekti kimi onun acizliyini nümayiş etdirirdi. Sovet 
imperiyasnın  gələcəyinin mövcudluğuna  inamın  qalması  və  yerli  demokratik 
qüvvələrin  təzyiqi  onu  çaşqınlıq  həddinə  çatdırmışdı.  A.Mütəllibovun 
hakimiyyəti  leqal  hakimiyyət  idi,  lakin  bu,  dövrünü  yaşamış  və  dağılmaqda 
olan imperiyanın son qanuni fəaliyyəti ilə bağlı olan və yenilik qarşısında aciz 
olan hakimiyyət idi.  
Xalq  kütlələrinin  vəziyyətinə  nəzər  salsaq,  eyni  çaşqınlığı  izləyə  bilərik. 
Həmin dövr ictimai və siyasi şüurdakı qeyri-müəyyənlik də eyni dərəcədə idi 
və  M.Veberin  yuxarıdakı  izahını  nəzərə  alsaq,  belə  qənaətə  gələ  bilərik  ki, 
A.Mütəllibovun  hakimiyyəti  dövründə  məhz  siyasi  şüurun  düzgün 
yönəldilməsi üçün siyasi təşkilatçılıq qabiliyyəti çatışmırdı. A.Mütəllibovdan 
fərqli  olaraq,  Ə.Əliyev  (Elçibəy)    azadlığın  əsl  carçısı  olan  xarizmatik  lider 
idi.  Buna  baxmayaraq,  onun  hakimiyyəti  dövrü  daha  qarışıq  və  faciəli 
hadisələrlə  müşaiyət  olunur.  Eyni  siyasi  təşkilatsızlıq  və  idarəçilikdə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə