120
orta səviyyəli mütəxəssislər
3.
Dəftəfrxana işçiləri, satıcılar, xidmət sahəsinin
ixtisaslaşmış personalı
16,7
4.
Muzdlu işçiləri olan
azad sahibkarlar
0,6
5.
Muzdlu işçiləri olmayan azad sahibkarlar
2,7
6.
Fiziki işçilərə rəhbərlik edən briqadirlər və texniki-
nəzarətçilər
1,7
7.
İxtisaslaşmış fəhlələr
15,7
8.
Sadə əmək adamları
25,2
9.
Kəndlilər
11,2
10.
Cəmi
100,0
«Bu cədvəldə təbəqələşmə həm sinfi, həm də peşələr arasında aparılır.
Bunun əsas səbəbi isə dünya iqtisadi bazarının mövcud olmasıdır. Bazar
münasibətləri mövqeyi – bir tərəfdən ehtiyatlar, digər tərəfdən isə həmin
ehtiyatlar əvəzində alınan gəlirlər mənasını verir. Bu gəlirlər – xüsusi peşəkar
ixtisaslaşma, təhsil səviyyəsi, iqtisadi və mədəni kapital deməkdir və fərd bu
qeyd olunanlarla bazar münasibətlərinə daxil olur. Bu ehtiyatlar az və ya çox
dərəcədə yaxşı vəzifənin elementləri hesab edilir, bundan başqa əmək
haqqının miqdarını təyin edir, məşğulluğa təminat verir və ya işin itirilməsinə
səbəb olur, karyera etmək imkanı verir və sosial-iqtisadi aspektin digər
vəziyyətlərilə müşayiət olunur».
Sovet sosializminin dağılmasından sonra yeni sinifləşmə prosesi obyektiv
bir prosesə çevrilərək sinifdaxili və siniflərarası yeniləşməyə doğru gedir.
Bildiyimiz kimi, sovet sosializmi quruluşu siyasi elita, ziyalılar, fəhlə və
kəndlilər siniflərindən təşkil olunmuşdu. Lakin siniflər arasındakı hüquqi
fərqlər nəzərə çarpmırdı. Tarixə nəzər saldıqda görürük ki, ümumiyyətlə hər
bir cəmiyyətin keçid mərhələsində təbəqələşmə prosesi aparıcı rol oynayıb.
Çünki cəmiyyətin yeni iqtisadi münasibətlərə keçidi dövründə onun strukturu
dəyişərək təbəqələşmə prosesini sürətləndirir. Bu gün siniflərarası
münasibətlərin bir proses kimi araşdırılması bizim üçün olduqca vacibdir. Bu
məqsədlə İ.D.İvanov, O.D.Uilrix və V.L.Şeyniye kimi mütəxəssislərin bu
istiqamətdə apardıqları tədqiqatlar bizim üçün nəzəri mənbə ola bilər. Həmin
müəlliflər sinifləşmə prosesində xüsusi yer tutan bir neçə amilə daha çox fikir
verirlər. Onlar qeyd edirlər ki, «inkişaf etməkdə olan ölkələrdə adətən müasir
standart və texnologiyalara cavab verməyən quruluşlar həm daxildən, həm də
xaricdən müasir sahibkarlıq sektorları və dünya bazarının təsirinə məruz qalır
və burada əmək bölgüsü yaranır. Uzunmüddətli tarixi inkişaf nəticəsində
müasir təbəqələşməyə malik olan ölkələrdə bu proses həm çox sürətlə gedir,