Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   12   13   14   15   16   17   18   19   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

54 



məsələlərə  səthi  yanaşmamalıdır.  Sən  Quranı  necə 

tanımısan?  Bu  istiqamətdə  hansı  şəxsi  axtarışların  var. 

Qurana  münasibətin  göstərir  ki,  sən  Quranı  yox, 

düşmənin  çəkdiyi  Quranın  şəklini  tanıyırsan.  Sənin 

tanıdığın  Quran  -  cahillərin  əlindəki  istixarə  və  and 

Quranıdır! 

Quran  düşüncə  yolu  ilə  tanınmalıdır.  Onu  açıb 

oxumaq,  məqsədləri  barədə  düşünmək,  tarixi  yolunu 

araşdırmaq, son 150 ildə Asiyada və Afrikada istismara 

qarşı  qiyamlarda  rolunu  təhqiq  etmək  lazımdır.  Bu 

yanaşma  tərzi  hər  bir  səmimi  insana  sübut  edir  ki, 

Quran - düşüncə, azadlıq, ədalət və tərəqqi kitabıdır.  

Ey  ziyalı  bacım,  qardaşım!  Kərbəla  əzəmətli  bir 

inqilab  məktəbidir,  ziyalı  ayıq  olub  düşmənin 

hiyləgərliyini,  nəyi  nəyə  çevirdiyini  hiss  etməlidir. 

Böyük  təhriflərdən  sonra  eybəcərləşdirilmiş  dini 

dəyərlərə baxıb mühakimə yürütmək olmaz. Düşmənlər 

həyatverici qana tiryək libası geyindirmişlər.  

Kərbəla  hadisə  yox,  məktəbdir.  Bu  məktəbdən  həm 

həqiqi  İslamı,  həm  şiəlik  həqiqətini,  həm  də 

müsəlmanlıq vəzifələrini öyrənmək olar.  

Hansı  tarixçi,  hansı  təhqiqatçı  təəssübü  kənara  qoya 

bilmişsə,  Hüseynin  (ə)  şəhadətini  həqiqi  azadlıq 

yolunda  fədakarlıq  kimi  dəyərləndirmişdir.  Əfsus  ki, 

əqidəsi  təəssüb  və  təmənnadan  ibarət  olanlar  bu 

şəhadətə  xilafət  çəkişmələri  prizmasından  baxmış,  ən 

yaxşı halda, həzrət Hüseyni (ə) sufi bir aşiq kimi qələmə 

vermişlər. 

Hüseyn (ə) zülmə qarşı qiyama qalxmış, məzlumların 

azadlığı  və  din  maskası  taxanların  çirkin  simalarının 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

55 



aşkar olması üçün hər şeyindən keçmişdir. Əgər Hüseyn 

(ə) sükut etsəydi, həqiqi İslamın izləri tarixdən silinərdi.  

Əgər  bu  gün  ziyalı  yalnız  ağlaşma  kimi  təqdim 

olunan  Aşura  məktəbini  qəbul  etsə,  o  da  başqa 

xurafatçılar  kimi  düşmənin  oyuncağına  çevriləcək  və 

dünya  imperializmi  sinəmizin  üstündə  daha  rahat 

oturacaq.  Düşmən  elə  bir  oyun  qurub  ki,  milləti 

birləşdirməli  olan  din,  əslində,  onu  parçalayıb.  Təhrif 

olunmuş  dinə  inanana  «xurafatçı»,  inanmayana  isə 

«ziyalı» adı verilib. Əslində isə, xurafatçının inandığı və 

ziyalının  inkar  etdiyi  şey  həqiqi  İslam  yox,  qara  əlin 

yonduğu bütdür.  

Əziz  ziyalı!  Həqiqi  ziyalı  həqiqi  dini  tanımalı,  tarix 

boyu  dinin  başına  açılmış  oyunları,  həyata  keçirilmiş 

təhrifləri  araşdırmalı  və  qara  əli  tapmalıdır.  Həqiqi 

ziyalı  o  şəxsdir  ki,  aldanmış  cəmiyyətini  düşmənin 

oyunlarından  xəbərdar  edib,  onu  xurafatdan  qurtarsın 

və dinin cəmiyyətdə əsl rolunu açıqlasın.  

Təəssüf ki, bu günkü ziyalı bəyənmədiyi köhnəpərəst 

qədər  aldanmış  və  fəaliyyətsizdir.  Çünki  hər  iki  təbəqə 

həqiqi  Allahdan,  həqiqi  İslamdan,  həqiqi  Qurandan, 

həqiqi  Əlidən,  həqiqi  Fatimədən  və  həqiqi  Hüseyndən 

xəbərsizdir.  

Məsələn,  «şəfaət»  inancına  köhnəpərəst  necə  baxır, 

ziyalı necə baxır? 

Xurafatçı  elə  düşünür  ki,  günahkar  və  ləyaqətsiz 

insan  Allah  yanında  hörmətli  bir  şəxsin  himayəsini 

qazanıb  cəzadan  qurtara  bilər.  O,  bu  himayəni 

qazanmaq üçün təvəssül duası oxuyur, ağlayır və s. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

56 



Məlumdur  ki,  şəhidlik  uca  zirvədir.  İslamın 

aqibətinin  həll  olunduğu  Bədr  savaşının  şəhidləri  daha 

üstün  tutulur.  Ümumiyyətlə,  şəhidlik  zirvəsini  fəth 

etmək  üçün  insan  canından  keçir.  Bu  inanc  düşmənin 

kürkünə  birə  salır.  Axı  şəhidliyi  fəxr  bilən  bir  milləti 

necə  istismar  etmək  olar?!  Bu  vaxt  xurafatçı  dindar 

ortaya  çıxır  və  bildirir  ki,  şəhidlik  məqamına  çatmaq 

üçün  düşmənlə  vuruşmaq  vacib  deyil.  Məsələn,  cümə 

axşamı  qüsl  verib,  70  dəfə  filan  duanı  oxumaqla  şəhid 

məqamına çatmaq, Qiyamət günü Hüseynlə çiyin-çiyinə 

dayanmaq olar. Sən bu adamda zirəkliyə bax! 

Bəs,  ziyalı  nə  düşünür?  Çox  vaxt  o,  bu  xurafatı  əsas 

götürərək  bütün  dini  inkar  edir.  Əslində  isə,  dini  bu 

kökə  salan  düşmən,  ziyalının  inkarının  intizarındadır. 

Din  xilas  yolu,  şəfaət həqiqət  olduğu  halda xilas  olmaq 

istəyənlər,  həqiqəti  axtaranlar  üz-üzə  dayandıqları 

məqsədə arxa çevirirlər. Demək, ziyalı da çaşmışdır.  

Yüz 


ildən 

çoxdur 


ki, 

müsəlmanlar 

xurafat 

zəncirindədirlər.  Həqiqəti  dərk  etmək  gücündə  olan 

ziyalılar  isə  auditoriyalarda  öz  xalqlarının  cəhalətinə 

gülür,  məzəli  əhvalatlardan  ləzzət  alırlar.  Bu  gün 

müsəlman  ziyalısı,  intibah  dövründə  xristianlığa  qarşı 

çıxmış 


qərb 

ziyalısını 

xatırladır. 

Lakin 


bütün 

proqnozlarda  tələsik  mühakimə  yürüdüldüyü  hiss 

olunur. Ziyalı elə hesab edir ki, onun xalqı zülmətdədir. 

Halbuki,  xalqın  zülmətdə  olması  ziyalının  varlığını 

şübhə altına alır. Demək, ziyalı özü də qaranlıqdadır. Öz 

əzəmətini 

təsdiq 

etmiş, 


İslamın 

təhrif 


olunub 

saxtalaşdırıldığını  görə  bilməyən  insanı  ziyalı  hesab 

etmək  olarmı?  Elmi  düşüncəyə  malik  şəxs  ənənəçi 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə