Seçilmiş əsərləri, I CİLD
343
Yeri gəlmişkən, Firuz Mustafanın ötən əsrin 90-cı illə-
rində qələmə aldığı “Teatr meydanı” adlı beşhissəlik roma-
nı Qarabağ mövzusunda yazılmış ən maraqlı əsərlərdən bi-
ridir. Onu da qeyd etmək lazımdır ki, həmin roman müxtəlif
nəşriyyatlar tərəfindən dəfələrlə nəşr edilmişdir.
F.Mustafanın zəngin və polifonik dramaturji yaradıcılı-
ğı janra struktur və məzmun baxımından yenilik gətirmişdir.
Onun “Аğıllı Аdаm” , “Qəfəs”, “Таbut”, “Vidа mаrşı”, “Qаrа
qu
tu”, “Su pərisi”, “Мüqəvvа”, “Аğıllı Аdаm”, “Мusiqili məк-
tublаr”, “İlğım”, “Sеvməsən ölərəm”, "Мüqəvvа", “Musiqili
məktublar", “Ifritə”, “Əqrəb bürcü”, ”Аyı təbəssümü”, “Dəh-
liz”, “Ad
sız”, “Sənə sözüm vаr”, “Qаrışqа tələsi “, “Neytral zo-
na”, “Tələ”, “Tıхаc”, ”Аyı təbəssümü”, “Pələng ili” və s. əsər-
ləri dramaturgiyanı yalnız mövzu, problematika, obrazlar baxı-
mından deyil, həm də janrın struktur zənginliyi, yeni forma,
dia
loq və monoloq cəhətindən inkişaf etdirmiş, zənginləşdir-
mişdir. Dramaturqun qırxdan çox əsəri yalnız teatrlarda tama-
şaya qoyulmamış, həm də kitab şəklində oxuculara çatdırılmış-
dır. "Аdsız" (2001), "Sifət" (2002), "Коmеdiyаlаr" (2004),
"Qаrа qutu" (2006), “Müqəvva” (2009), “Monopyeslər” (2010)
və s. kitabları dramaturji mətnlər teatr hadisəsi olmaqdan çıxa-
raq ge
niş oxucu kütləsinin estetik idealını formalaşdırmışdır.
Əsərləri Azərbaycan Dövlət Gənclər, Naxçıvan Dövlət Musiqi-
li Komedi
ya, Şuşa Dövlət Musiqili Komediya, Lənkəran Döv-
lər Dram, Ağdaş Dövlət Dram, "Yuğ" Dövlət, Tədris, Mingə-
çevir, Qa
zax və s. rayonların Dövlət Dram teatrlarında tamaşa-
ya qoyularaq ge
niş tamaşaçı kütləsi toplamışdır. Son illərdə
dramatur
qun əsərlərinə Rusiya, Ukrayna və Türkiyə teatrları da
müraci
ət etmişdir.
F.Mustafa
nın məhsuldar, çoxşaxəli, çoxformalı dramaturji
yara
dıcılığını janrın inkişafında yeni mərhələ hesab etmək olar.
Onun dramaturgiya
sı Elçin yaradıcılığı ilə birlikdə, demək olar
ki, milli teat
rı tənəzzüldən çıxarmış və dövrün ədəbi faktına
çevril
mişdir. Bu dövrdə yazdığı dram, faciə, komediya, məzhə-
Firuz Mustafa
344
k
ə, fars, pyes, monopyes, komik faciə, qrotesk, dramatik-ab-
surd komediya, antikomediya, m
ənzum komediyaları, monod-
ramla
rı və s. janrı struktur cəhətdən daha da zənginləşdirmişdir.
Bu
əsərlər yalnız forma cəhətdən deyil, məzmun, ideya, struk-
tur, personajla
rın ilə də yenilikçi dramaturgiyanı təmsil edir.
Bu dramaturgiya
nın bir çox xüsusiyyətləri vardır. Hər şeydən
əvvəl personajların təqdimatı zamanı dramaturq onlar haqqında
xarakteristika (onla
rın kimliyi, yaşı, görünüşü və s.) məlumat
ver
mir. Əvəzində dramaturq remarkaya çox böyük üstünlük ve-
rir; özü d
ə bu remarkalar pərdə əvvəlində verilməklə yanaşı,
s
əhnə daxili mizanlarda da böyük rol oynayır. Remarlkaların
h
əcmi də klassik dramaturgiyada olduğu kimi, səhnə təsviri ilə
m
əhdudlaşmır, fabuladaxili prosesləri tənzimləyir. Bəzi əsər-
l
ərdə bu remarkalar bir səhifə boyu davam edir, bəzən isə hadi-
s
ələrin zamanı və məkanı dəyişir. Onun dramaturgiyası fərqli
model
əsasında qurulur; burada dövrün reallıqları "oyun içində
oyun", "s
əhnə içində səhnə", obrazın ikiləşməsi kimi vasitələr-
d
ən istifadə edir.
Əslində, F.Mustafa yaradıcılığı ədəbi-tənqidin diqqətindən
k
ənardan qalsa da (tənqid heç də həmişə ədəbi prosesdə baş va-
r
ən hadisələri vaxtında görmür və onun bu səhvini düzəltmək
missiya
sı zaman-zaman ədəbiyyaşünaslığın boynuna düşür),
dramaturgiya v
ə teatr aləmində hadisə hesab etmək olar.
F.Mustafa
nın dramaturgiya yaradıcılığını janr baxımından üç
hiss
əyə bölmək olar: dramlar (“Adsız”, “Alın yazısı”, “Su pəri-
si”, “Əqrəb bürcü”, “Dəhliz”, “Ayı təbəssümü”, “İlğım”, “Tı-
xac” v
ə s.); komediyalar (“Sevməsən ölərəm”, “Vida marşı” və
s.); monodramlar (“Musiqili m
əktublar”, “Müqəvva”, “Sifət”,
“M
əruzə”, “İfritə” və s.). Ancaq bu şərtidir, ona görə ki, bu
bölgü içind
ə milli dramaturgiyamızda ilk dəfə işlənən müxtəlif
forma
lı dramaturji mətnlər var; mənzum komediya, fars, anti-
komediya v
ə s.
Firuz Mustafa
nın “Yuğ”, Tədris (“Səda”) və Naxçıvan
Dövl
ət Teatrlarında tamaşaya qoyulan “Müqəvva” monodramı
Seçilmiş əsərləri, I CİLD
345
ictimai m
əzmunu, rəmz zənginliyi, ideyası və problemin dra-
maturji h
əlli ilə diqqət çəkir. Əsərdə bir iştirakçı olmasına rəğ-
m
ən, dramaturq bütün cəmiyyət hadisələrini fabulanın əsasına
qo
yur. Əsərin əsas qəhrəmanı kişi müqəvvasıdır. Özünəməxsus
h
əyat fəlsəfəsi olan qadın evinə kişi müqəvvası gətirərək ona
"
ərə gedib". Cəmiyyət hadisələri də məhz bu kontekstdə açılır;
h
ərənin bir şey istədiyi (iş, pul, çörək və s.) bu cəmiyyətin özü-
nü müq
əvvaya oxşadır. Hamı onun gözlərində müqəvvadır.
Onun müq
əvva ilə dialoqundan və evinin pəncərəsindən baxdı-
ğı cəmiyyət hadisələri təhlil edilir. Pəncərədən baxaraq toplaş-
mış insanları müqəvvaya, manikenə oxşadır. Onlar azadlıq istə-
yirl
ər. Lakin "azadlıq haradan başlayır?"-sualını verir və onun
öz n
əfsimizdən, daxilimizdən və xaricimizdən başlandığını bil-
dirir. Onun fikrinc
ə, əvvəlcə ürəyimizi, sonra ruhumuzu, daha
sonra is
ə bütün bədənimizi azad etməliyik. O, müqəvvanı da
buna inan
dırır, onun və özünün tam azad, xoşbəxt olduğunu
t
əlqin edir. Sona çatan son dərəcə dramatik kulminasiyada qa-
dın müqəvvaya (qadın müqəvva), müqəvva isə canlıya (canlı
ki
şi) çevrilir və beləliklə rollar dəyişir. Bu dəyişiklik oxucu-ta-
ma
şaçını müəyyən dilemma qarşısında qoyur və "azadlıq",
"s
ərbəstlik" haqqında düşünməyə vadar edir.
Dediyimiz kimi, dram F.Mustafa yara
dıcılığının əsas və
apa
rıcı janrlarındandır. O, ikipərdəli “Adsız” dramında bütün
zamanlar üçün mövcud probleml
əri – ailə, həyat, əxlaq, yaşayış
uğrunda mübarizə və s. yeni formada təsvir edir. Dramda cəmi
5 obraz – (Ad
sız, Qadın, Qız, İbil və Tərxan) iştirak edir. Mü-
əllif qadınla qıza ad qoymamaqla obrazı daha da ümümiləşdir-
m
ək istəyib. Hadisələr haqqında yalnız söhbət gedən (ən azı
komit
ə sədri, yaxud bir nazir olduğu güman edilən) bir nəfərin
ba
ğında cərəyan edir. Qadın vaxtilə qızını “bəh-bəhlə” verdiyi
oğlanla nişanlarını pozub. Çünki oğlanın atası indi narkobiz-
nesd
ə günahlandırılır, vəziyyəti o qədər də yaxşı deyil. Bu itti-
hamdan d
ərhal sonra üzü dönən qadın oğlanı da “narkoman”
adlan
dıraraq qızını ondan ayırır və heç nə olmamış kimi qızına
Dostları ilə paylaş: |