Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə96/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   90   91   92   93   94   95   96   97   98

Seçilmiş əsərləri, I CİLD 
343 
 Yeri gəlmişkən, Firuz Mustafanın ötən əsrin 90-cı illə-
rində qələmə aldığı “Teatr meydanı” adlı beşhissəlik roma-
nı Qarabağ mövzusunda yazılmış ən maraqlı əsərlərdən bi-
ridir. Onu da qeyd etmək lazımdır ki, həmin roman müxtəlif 
nəşriyyatlar tərəfindən dəfələrlə nəşr edilmişdir. 
 
F.Mustafanın zəngin və polifonik dramaturji yaradıcılı-
ğı janra struktur və məzmun baxımından yenilik gətirmişdir. 
Onun “Аğıllı Аdаm” , “Qəfəs”, “Таbut”, “Vidа mаrşı”, “Qаrа 
qu
tu”, “Su pərisi”, “Мüqəvvа”, “Аğıllı Аdаm”, “Мusiqili məк-
tublаr”,  “İlğım”,  “Sеvməsən  ölərəm”,  "Мüqəvvа",  “Musiqili 
məktublar", “Ifritə”,  “Əqrəb  bürcü”,  ”Аyı  təbəssümü”,  “Dəh-
liz”, “Ad
sız”, “Sənə sözüm vаr”, “Qаrışqа tələsi “, “Neytral zo-
na”, “Tələ”, “Tıхаc”, ”Аyı təbəssümü”, “Pələng ili” və s. əsər-
ləri dramaturgiyanı yalnız mövzu, problematika, obrazlar baxı-
mından deyil,  həm  də  janrın  struktur  zənginliyi, yeni forma, 
dia
loq  və  monoloq  cəhətindən  inkişaf  etdirmiş,  zənginləşdir-
mişdir. Dramaturqun qırxdan çox əsəri yalnız teatrlarda tama-
şaya qoyulmamış, həm də kitab şəklində oxuculara çatdırılmış-
dır.  "Аdsız"  (2001),  "Sifət"  (2002),  "Коmеdiyаlаr"  (2004), 
"Qаrа qutu" (2006), “Müqəvva” (2009), “Monopyeslər” (2010) 
və s. kitabları dramaturji mətnlər teatr hadisəsi olmaqdan çıxa-
raq ge
niş  oxucu kütləsinin estetik idealını  formalaşdırmışdır. 
Əsərləri Azərbaycan Dövlət Gənclər, Naxçıvan Dövlət Musiqi-
li Komedi
ya, Şuşa Dövlət Musiqili Komediya, Lənkəran Döv-
lər Dram, Ağdaş Dövlət Dram, "Yuğ" Dövlət, Tədris, Mingə-
çevir, Qa
zax və s. rayonların Dövlət Dram teatrlarında tamaşa-
ya qoyularaq ge
niş  tamaşaçı  kütləsi toplamışdır.  Son illərdə 
dramatur
qun əsərlərinə Rusiya, Ukrayna və Türkiyə teatrları da 
müraci
ət etmişdir. 
F.Mustafa
nın məhsuldar, çoxşaxəli, çoxformalı dramaturji 
yara
dıcılığını janrın inkişafında yeni mərhələ hesab etmək olar. 
Onun dramaturgiya
sı Elçin yaradıcılığı ilə birlikdə, demək olar 
ki, milli teat
rı  tənəzzüldən  çıxarmış  və  dövrün  ədəbi faktına 
çevril
mişdir. Bu dövrdə yazdığı dram, faciə, komediya, məzhə-


Firuz Mustafa 
344 
k
ə, fars, pyes, monopyes, komik faciə, qrotesk, dramatik-ab-
surd komediya, antikomediya, m
ənzum komediyaları, monod-
ramla
rı və s. janrı struktur cəhətdən daha da zənginləşdirmişdir. 
Bu 
əsərlər yalnız forma cəhətdən deyil, məzmun, ideya, struk-
tur, personajla
rın  ilə  də  yenilikçi dramaturgiyanı  təmsil edir. 
Bu dramaturgiya
nın bir çox xüsusiyyətləri vardır. Hər şeydən 
əvvəl personajların təqdimatı zamanı dramaturq onlar haqqında 
xarakteristika  (onla
rın  kimliyi, yaşı,  görünüşü  və  s.) məlumat 
ver
mir. Əvəzində dramaturq remarkaya çox böyük üstünlük ve-
rir; özü d
ə  bu remarkalar pərdə  əvvəlində  verilməklə  yanaşı, 
s
əhnə  daxili mizanlarda da böyük rol oynayır.  Remarlkaların 
h
əcmi də klassik dramaturgiyada olduğu kimi, səhnə təsviri ilə 
m
əhdudlaşmır,  fabuladaxili prosesləri tənzimləyir. Bəzi  əsər-
l
ərdə bu remarkalar bir səhifə boyu davam edir, bəzən isə hadi-
s
ələrin zamanı  və  məkanı  dəyişir.  Onun  dramaturgiyası  fərqli 
model 
əsasında qurulur; burada dövrün reallıqları "oyun içində 
oyun", "s
əhnə içində səhnə", obrazın ikiləşməsi kimi vasitələr-
d
ən istifadə edir. 
Əslində, F.Mustafa yaradıcılığı ədəbi-tənqidin diqqətindən 
k
ənardan qalsa da (tənqid heç də həmişə ədəbi prosesdə baş va-
r
ən hadisələri vaxtında görmür və onun bu səhvini düzəltmək 
missiya
sı  zaman-zaman  ədəbiyyaşünaslığın  boynuna düşür), 
dramaturgiya v
ə  teatr aləmində  hadisə  hesab etmək olar. 
F.Mustafa
nın  dramaturgiya yaradıcılığını  janr  baxımından üç 
hiss
əyə bölmək olar: dramlar (“Adsız”, “Alın yazısı”, “Su pəri-
si”, “Əqrəb bürcü”, “Dəhliz”, “Ayı təbəssümü”, “İlğım”, “Tı-
xac” v
ə s.); komediyalar (“Sevməsən ölərəm”, “Vida marşı” və 
s.); monodramlar (“Musiqili m
əktublar”, “Müqəvva”, “Sifət”, 
“M
əruzə”,  “İfritə” və  s.). Ancaq  bu  şərtidir, ona görə  ki, bu 
bölgü içind
ə milli dramaturgiyamızda ilk dəfə işlənən müxtəlif 
forma
lı dramaturji mətnlər var; mənzum komediya, fars, anti-
komediya v
ə s.  
Firuz Mustafa
nın  “Yuğ”,  Tədris (“Səda”) və  Naxçıvan 
Dövl
ət Teatrlarında tamaşaya qoyulan “Müqəvva” monodramı 


Seçilmiş əsərləri, I CİLD 
345 
ictimai m
əzmunu, rəmz zənginliyi, ideyası  və  problemin dra-
maturji h
əlli ilə diqqət çəkir. Əsərdə bir iştirakçı olmasına rəğ-
m
ən, dramaturq bütün cəmiyyət hadisələrini fabulanın əsasına 
qo
yur. Əsərin əsas qəhrəmanı kişi müqəvvasıdır. Özünəməxsus 
h
əyat fəlsəfəsi olan qadın  evinə  kişi  müqəvvası  gətirərək ona 
"
ərə gedib". Cəmiyyət hadisələri də məhz bu kontekstdə açılır; 
h
ərənin bir şey istədiyi (iş, pul, çörək və s.) bu cəmiyyətin özü-
nü müq
əvvaya oxşadır.  Hamı  onun  gözlərində  müqəvvadır. 
Onun müq
əvva ilə dialoqundan və evinin pəncərəsindən baxdı-
ğı cəmiyyət hadisələri təhlil edilir. Pəncərədən baxaraq toplaş-
mış insanları müqəvvaya, manikenə oxşadır. Onlar azadlıq istə-
yirl
ər. Lakin "azadlıq haradan başlayır?"-sualını verir və onun 
öz n
əfsimizdən, daxilimizdən və xaricimizdən başlandığını bil-
dirir. Onun fikrinc
ə, əvvəlcə ürəyimizi, sonra ruhumuzu, daha 
sonra is
ə  bütün bədənimizi azad etməliyik. O, müqəvvanı  da 
buna inan
dırır,  onun  və  özünün  tam  azad,  xoşbəxt olduğunu 
t
əlqin edir. Sona çatan son dərəcə dramatik kulminasiyada qa-
dın  müqəvvaya (qadın  müqəvva), müqəvva isə  canlıya (canlı 
ki
şi) çevrilir və beləliklə rollar dəyişir. Bu dəyişiklik oxucu-ta-
ma
şaçını  müəyyən dilemma qarşısında qoyur və  "azadlıq", 
"s
ərbəstlik" haqqında düşünməyə vadar edir. 
 
  
Dediyimiz kimi, dram F.Mustafa yara
dıcılığının  əsas və 
apa
rıcı  janrlarındandır.  O,  ikipərdəli “Adsız”  dramında bütün 
zamanlar üçün mövcud probleml
əri – ailə, həyat, əxlaq, yaşayış 
uğrunda mübarizə və s. yeni formada təsvir edir. Dramda cəmi 
5 obraz – (Ad
sız, Qadın, Qız, İbil və Tərxan) iştirak edir. Mü-
əllif qadınla qıza ad qoymamaqla obrazı daha da ümümiləşdir-
m
ək istəyib. Hadisələr haqqında yalnız  söhbət gedən (ən  azı 
komit
ə sədri, yaxud bir nazir olduğu güman edilən) bir nəfərin 
ba
ğında cərəyan edir. Qadın vaxtilə qızını “bəh-bəhlə” verdiyi 
oğlanla nişanlarını  pozub. Çünki  oğlanın  atası  indi narkobiz-
nesd
ə günahlandırılır, vəziyyəti o qədər də yaxşı deyil. Bu itti-
hamdan d
ərhal sonra üzü dönən qadın  oğlanı  da  “narkoman” 
adlan
dıraraq qızını ondan ayırır və heç nə olmamış kimi qızına 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə