Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə95/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   90   91   92   93   94   95   96   97   98

Firuz Mustafa 
340 
cür t
əhlükədən birgə qorumaqla, həmrəyliklə xilas etmək olar" 
(S.B
əşirov. Firuz Mustafa: idrakla hissin vəhdəti. B., "Araz", 
2012, s. 80). 
F.Mustafa
nın "...Qapı..." romanı 30-cu illər repressiyasına 
f
ərqli və yeni bədii baxışdır. Əsərdə repressiya sunamisi, dikta-
tura rejimi v
ə bütün siyasi hakimiyyətlərdə cildini dəyişən in-
sanla
rın  obrazı  orijinallıqla yaradılmışdır.  Əsər 80-ci illərin 
sonla
rında yazılsa da, o zaman yenidənqurma və demokratiya 
şəraitində  belə  onu çap etdirmək mümkün olmamışdı.  Hətta, 
90-
cı  illərin sonlarında belə  roman "Azərbaycan" jurnalında 
"r
əndələnmiş" halda işıq üzü gördü. 2009-cu ildə isə "...Qapı..." 
roman-kantata
sı (B., "Araz", 2009) bütöv şəkildə dərc olundu. 
Halbuki roma
nın yazıldığı dövrdən xeyli əvvəl bu mövzuda rus 
ya
zıçıları Bulqakov, Platonov və Rıbakovun əsərləri oxuculara 
t
əqdim olunmuşdu. Azərbaycan ədəbiyyatında isə bir qədər əv-
v
əl Y.Səmədoğlunun "Qətl günü", Elçinin "Ölüm hökmü" əsər-
l
əri dərc edilmişdi. Bütün bunlardan sonra yazıçının "...Qapı..." 
roma
nında hadisələrin özünəməxsus təsviri, kütləvi terror hadi-
s
əsinə fərqli baxışı olduqca maraq doğururdu. Roman strukturu 
(pro
loq, başlanğıc, xor, reçitativ, ariozo, birinci görüş (dindir-
m
ə), məktub, kavatina və s.) və fabulası ilə də son dərəcə oriji-
nal
dır. Hadisələr həqiqət içində nağıl, nağıl içində həqiqət for-
ma
sında çatdırılır; həqiqətlə nağıl içi-içə təsvir olunur. Əslində 
o ill
ərdə baş verən hadisələrin özü məhz bu mahiyyətdə idi və 
buna gör
ə də yazıçının bu üslubu hadisələri təsvir etməkdə ən 
yax
şı vasitə olur. Romanda fantaziya, ironiya və simvollardan 
istifad
ə  olunmasının  əsas nədənlərdən biri də  məhz buradan 
ir
əli gəlirdi. Yazıçı əsərdə kimisə hərəkətlərinə görəsə ittiham 
etm
ək yolunu tutmur, bütövlükdə  repressiyanın  anatomiyasını 
yaratma
ğa çalışır. Təsvir olunan mühitdə yalan, qorxu, şübhə, 
sat
qınçılıq hakimdir. Təsüdüfi deyil ki, əsərdə cəllada yazıçı ad 
bel
ə verməmiş, "O" kimi qələmə verməklə onu Sistemin, Dik-
tatura
nın bir vintciyi olaraq göstərmək istəmişdir: "O, güllələ-
diyi adamla
rın sayını çoxdan yaddan çıxarmışdı. Əvvəllər sa-


Seçilmiş əsərləri, I CİLD 
341 
yar
dı: bir, iki, üç, on, əlli...Deyəsən yüzü keçəndən sonra hesa-
bı unutdu. O, işə gələndən bir az əvvələcən adamları dəstə-dəs-
t
ə, sallaqxanadkı qoyun sürüsü kimi qırıb çatır-güllələyirmişlər. 
Onda at
əş  də  sürəkli olurdu. Amma bu qanun sonra nədənsə 
l
əğv olundu. Kimi deyirdi ki, bəs sürəkli atəş qəsəbə sakinləri-
nin rahat
lığını pozur, kimi də belə mülahizə yürüdürdü ki, guya 
adamla
rın  sayı  çox  olanda onları  dəfn etmək çətinlik törədir, 
torpa
ğa  yaxşı  basdırılmamış  meyitləri-cəsədləri elə  ertəsi gün 
sahibsiz itl
ər  eşib  üzə  çıxarır,  yırtıb-dağıdır,  iç-içalatını  çölə-
ba
yıra səpələyirdi... Mədən adlanan yerdə  gəmirilmiş  adam 
k
əllələrinə, qol-qıçlarına tez-tez təsadüf olunurdu" (F.Mustafa. 
"...Qa
pı...". B., "Araz", 2009, s. 25). 
Ya
zıçı bu əsərində 30-cu illərdə baş verən hadisələrin təs-
virind
ən daha çox, bu dövrün psixoloji məqamlarına nəzər yeti-
rilir.  Zülm
ətə, ölümə  açılan Qapı  obrazı  da  məhz bunu ifadə 
edir. Zülm
ətə açılan Qapının həmin anlarda Tanrının göz yaşla-
rı  ilə  islanmış  qurbanları  qəbul etməkdən yorulması  ideyası 
əsərin başlıca motivi kimi səslənir. Əsərdə "Mədən" kmi təsvir 
olunan yerd
ə (Gədəbəydə) baş verən hadisələr əsas götürülür. 
Vaxtil
ə almanların qızıl çıxardığı bu "Mədən"in sovet dövrün-
d
ə boş qalmış quyularına, eləcə də buradakı kahalara, mağara-
lara repressiya ill
ərində minlərlə günahsız insanlar basdırılmış, 
güll
ələnərək buraya atılmışdır. Burada yazıçının özünün müəy-
y
ən tərcümeyi hal materialları  da  vardır  və  bir çox hadisə  və 
epizodlar, adlar oldu
ğu  kimi saxlanılır.  Qohumlarının  bir  qis-
minin, o cüml
ədən babası Mehrəli Mustafa oğlunun "sinfi düş-
m
ən" kimi güllələnib "Mədən"ə  atılması  yazıçının  tərcümeyi-
hal faktla
rıdır.  Lakin  əsər  sırf  bədii təxəyyülün məhsuludur. 
Ya
zıçı bu dövrü təsvir etməklə qalmır, həm də qlobal faciələrin 
zaman-zaman lokal formala
rına da diqqət çəkir: "Amma bu lo-
kal
lıq"  elə  də  kiçik miqyaslı  deyil: sanki bir yağışdan  çıxıb 
yağmura, daha doğrusu, bir döyüşdən başqa bir döyüşə düşmü-
şük. İndi bizi yaddaşsızlıq izləyir. Tarix, zaman bizi yeni-yeni 
imtahanlara ç
əkir" (F.Mustafa. Qapı. B., 2009, s. 152-153).  


Firuz Mustafa 
342 
Ya
zıçı əsərində müharibələrdən daha dəhştli laqeydlik, eti-
na
sızlıq  məsələsinə  də  diqqət çəkir və  yalnız  fərdlərin deyil, 
bütöv xalqla
rın belə laqeydliyin, yaddaşsızlığın qurbanına çev-
rildiyini göst
ərir. Yazıçı mətn boyu onu deməyə çalışır ki, in-
san t
əkcə zaman daxilində yaşamır, həm də özündə zamanı ya-
şadır.  
Firuz Mustafa
nın “Cənnət çiçəyi” romanı da öz mahiyyət 
v
ə məzmununun orijinallığı ilə diqqəti cəlb edir. Bu çoxqatlı və 
g
ərgin süjetə  malik  əsərinin qəhrəmanı  Cavad  Əmirxanlı  vic-
dan
lı insan və istedadlı bir alim kimi ətrafında baş verən haq-
sızlıqlarla razılaşa bilmir, ağır psixi sarsıntılar keçirir və nəticə-
d
ə, üzləşdiyi real situasiyadan baş çıxara biməyərək virtual-sür-
real bir al
əmə çəkilməyi qərara alır. Amma öz fantaziya və tə-
s
əvvüründə  yaratdığı  dünyada da onu itki və  faciələr təqib 
edir. Ca
vad Əmirxanlının “əbədi ömür” barədə irəli sürdüyü el-
mi layih
ə müasirləri tərəfindən birmənalı və ciddi qəbul olun-
mur. Çoxla
rı  onun  ağlının  çaşdığını  zənn edir. “Cənnət çiçə-
yi”nin q
əhrəmanı isə sonacan öz ideyaları və idealları uğrunda 
mübariz
ə aparmaq qərarında israrlıdır. 
Əsərdə təkcə nəsrin deyil, digər ədəbi janrların imkanların-
dan da istifad
ə edilmiş, yeri gəldikcə poetik və dramatik nüans-
lara, habel
ə roman qəhrəmanının apardığı elmi araşdırmaya ge-
niş yer verilmişdir. 

əllif özü bu əsər haqda yazır ki, “Cənnət çiçəyi” roma-
nını  əvvəlcə  “Azərbaycan” jurnalına təqdim edib. Redaksiya 
əməkdaşları  əsəri oxuyub  “başa  düşmədiklərini” söyləyiblər. 
Bir müdd
ət sonra romanı Yeganə Mustafayeva rus dilinə tərcü-
m
ə  etmişdir.  Əsər  “Literaturnıy  Azerbaydjan” jurnalında 
(2016-
cı ilin 4-cü sayında) və rusdilli saytlarda yayınlandıqdan 
sonra oxucular t
ərəfindən maraqla qarşılanmış,  disskusiyaya 
s
əbəb olmuşdur.  
Ümid edirik ki, “C
ənnət çiçəyi” romanı gələcəkdə daha ge-
niş təhlilə cəlb ediləcəkdir. Yazıçı müsahibələrindən birində bu 
əsərin əslində bir roman-xəbərdarlıq olduğunu vurğulamışdır. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə