Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə94/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   90   91   92   93   94   95   96   97   98

Seçilmiş əsərləri, I CİLD 
337 
Dayça
nın  sahibi buna  əvvəlcə  etiraz etsə  də, sonra razılaşır. 
Özü d
ə bu "tamaşa" ətrafa yığışmış adamların gözü qarşısında 
olur. Sahibi il
ə qonşunun bu ləyaqətsiz hərəkətlərinə dayça tab 
g
ətirməyərək intihara əl atır: "Dayça dal ayaqları üstə şahə qal-
xıb dəlicəsinə bir kişnərti qopartdı. Elə bil sakit göy üzündə qə-
fil bir şimşək çaxdı, ildırım şaqqıldadı. dayça yaydan qopmuş 
ox kimi yuxa
rıya  doğru  atılıb  var gücü ilə  özünü  yer  çırpdı. 
Onun ba
şı zərblə kiçik qaya parçasına dəyib guppuldadı... 
Dayça
nın ağzından qan gəlirdi. 
Şoralanan qandan  əmələ  gələn gölməçənin üsütündə  az 
sonra çibinl
ər vızıldaşmağa başladı... 
Ana  at  ağır,  asta addımlarla yaxınlaşıb  başını  yerə  əydi. 
Onun ölgün gözl
ərində gilələnən iri yaş damcıları üzüaşağı di-
yirl
əndi..." (F.Mustafa. Hekayələr. B., 2015, s. 278). 
"At günü" hekay
ə-triptixində  yazıçı  ləyaqətsiz insanlarla 
can
lıların (konkret olaraq dayçanın) mənəviyyatını qarşı-qarşı-
ya qoyaraq sahibini v
ə qonşunu ittiham hədəfinə çevirir. Yazıçı 
"tama
şa"nı ətrafdan seyr edən cəmiyyətin bu hadisəyə münasi-
b
ətinə, laqeydliyini də ittiham aktına çevirir. Onların dayçanın 
intiha
rına susqunluğu, səsini çıxarmaması, yalnız müşahidə et-
m
ələri, əslində cəmiyyətin susqunluğuna işarə kimi mənalanır. 
Xüsusil
ə  dayça sahibinin qonşunun  ağlına gələn fikirə  qarşı 
müqavim
ət göstərməməsi, insanların  bu  hadisəni sakitcə  seyr 
etm
əsi cəmiyyətin müqavimətsizliyini göstərir. Dayçanın  və 
onun ana
sının həyata, mühitə baxışında insana xas əlamətlərin 
olma
sı  canlılar arasında sədləri aradan götürür. Dayçanın  baş 
ver
ən hadisəyə intiharla cavab verməsi isə dərketmənin insan-
larla heyvanlar ara
sındakı  fərqliliyini göstərir. Bu hadisənin 
t
əsviri fonunda yazıçı həm də dayça sahibinin ana atla dayçanı 
birl
əşdirmək istəyinə "yox" deyə bilmədiyi qonşusunun vaxtilə 
sevdi
yi qızı da əlindən alması süjet xəttini də qoyur. Belə bir 
q
ənaət hasil olur ki, əgər dayça sahibi vaxtında ona "yox" de-
s
əydi, sevdiyinə qovuşar, sonrakı hadisələr də olmazdı. 
F.Mustafa
nın bir çox hekayələrində ("Gözü yaşlı ağaclar", 


Firuz Mustafa 
338 
"Mat
əm musiqisi", "Kiçik" və s.) satirik istiqamət başlıca yer 
tutir. Ya
zıçı bu hekayələrində cəmiyyəti içindən qurd kimi ye-
y
ən mənəvi-əxlaqi problemlərə psixoloji deyil, satirik mövqe-
d
ən yanaşaraq cəmiyyət üçün böyük təhlükə törədən yaltaqlıq, 
rüşvət, yalançılıq kimi keyfiyyətləri özünəməxsus satirik dil və 
ifad
ə vasitələri ilə təsvir edir. Yazıçının satirik olmayan heka-
y
ələrində də satirik, komik ifadə vasitələri, yumoristik dialoq-
lar obra
zın daxili aləmini açmaq üçün işlətdiyi vasitələrdəndir. 
Bu istiqam
ət getdikcə  genişlənərək onun dramaturgiyasında 
komediya, fars, m
əzhəkə, monokomediya formalarında özünü 
daha qaba
rıq şəkildə göstərməyə başlayır. 
F.Mustafa
nın “Dəniz köçü” (2006), “...Qapı...” (2008), “13 
heka
yə” (2008), “Monohekayələr” (2009), “Hekayələr" (2009), 
“At günü” (2009), “Monopyes
lər”  (2010),  “Ölü  dildə  sevgi 
məktubları” (2014), “Hekayələr” ( 2015) və s. kitablarında nəsr 
yara
dıcılığı çağdaş nəsrimizin real faktına və hadisəsinə çevri-
lir. Ya
zıçının  "Dəniz köçü" povest-pritçasında və  "...Qapı..." 
roma
nında bədii düşüncə sərhədləri genişlənir. Yaradıcılığının 
bu m
ərhələsində yazıçı təbiət və cəmiyyət hadisələrinin fəlsəfi 
d
ərkinə çalışır və yaratdığı obrazlar insan-təbiət harmoniyasını 
əks etdirir. Əvvəlcə “Zerkalo” qəzetində, az sonra kitab şəklin-
d
ə, daha sonra- 2009-cu ildə Rusiyanın "Proza.ru" saytında rus 
dilind
ə  dərc edilən "Dəniz köçü" povestində  insanla təbiətin 
harmoniya
sı və birliyi bədii-fəlsəfi cəhətdən təsvir edilir. Əsəri 
h
əm də  bədii-fəlsəfi, poetik pritça adlandırmaq mümkündür. 
Povestin dili, struktur v
ə süjet sadəliyi, poetik obrazlar zəngin-
liyi, m
ətnaltı  fəlsəfi dəriniyi  çağdaş  oxucunu sehirləyir və  öz 
t
əsiri altına alır. Yazıçı C.Əlibəyov əsəri E.Hemenqueyin "Qo-
ca v
ə dəniz" əsəri ilə müqayisə etməkdə tamamilə haqlıdır. Bu-
nu yal
nız C.Əlibəyov yox, yazıçının çoxsaylı oxucuları da mü-
şahidə etmişlər. Görünür, buna səbəb hadisələrin yalnız dəniz-
d
ə baş verməsi deyil, həm də insanın təbiətlə harmoniyasının, 
v
əhdətinin əks etdirilməsindədir. Povestdə yaşlı balıqçı ilə ba-
lıq ovuna gedən Tuqayın bir gün ərzində başına gələn hadisələr 


Seçilmiş əsərləri, I CİLD 
339 
t
əsvir edilir; dənizdə qopan fırtına nəticəsində yaşlı balıqçı və 
ava
rın biri dənizə düşür ki, bu da gənc Tuqayın işini çətinləşdi-
rir, h
ətta bir müddət ümidsizliyə də qapılır. Bir azdan dəniz sa-
kitl
əşdikdən sonra dəniz canavarı- akula Tuqayın qayığına hü-
cum edir. Akula il
ə Tuqayın mübarizəsi və balıq, qartal və ala-
ba
şın Tuqaya kömək etməsi olduqca realist cizgilərlə göstərilir. 
Bu mübariz
ədən Tuqay və onun dostları -balıq (Yaqut), qartal 
(Ayqut), ala
baş (Qayut) qalib çıxır. Beləliklə, əsərdə Tuqayın 
h
əyatı fonunda insanla təbiətin vəhdəti verilir. Su-torpaq-səma-
insa
nın vəhdəti həm də planetin vəhdətini yaratmış olur. Yazıçı 
bununla oxucuya yeni bir dünya t
əqdim edir. Yeganə oğlunun 
geri qa
yıtması  üçün  ananın  "Tuqay,  oğlum, hardasan?"-nidası 
əsərin leytmotivini təşkil edir. Ananın yeganə əlacı dənizə dua 
etm
ək olur və bununla insanın xeyirxahlığa olan bütün inamını 
özün
ə qaytarır. Ana dənizə canlı kimi müraciət edir, ona "sən 
d
ə anasan dəniz...Sənin də balaların var. Mənə yazığın gəlsin, 
d
əniz, qıyma mənim Tuğayıma"-deyə fəryadını anladır. 
Ya
zıçı  demək istəyir ki, bütün canlıların  həyatı  bir-birinə 
ox
şayır, yer üzündə yaşayan hər bir canlı üçün yaxşılıq etmək 
la
zımdır. Belə bir nəticə çıxır ki, sən yaxşılıq et, nə zamansa ta-
le o yax
şılığı  sənin qarşına  çıxaracaqdır.  Tuqay da etdiyi  xoş 
əməllər sayəsində  sağ  qalır,  xeyirxahlıqları  onun  öz  qarşısına 
çıxır. Dostları Yaqut (balıq), Ayqut (qartal) və Qayuta (alabaş) 
etdiyi yax
şılıqların əvəzini görür. Tuğayın sağ qalmasında, sa-
ğalmasında onlar da əsas rol oynayır. Yazıçı zülmətlə işığı (Xe-
yirl
ə Şəri) üz-üzə gətirərək qələbəni işığa verməkdə tamamilə 
haq
lı idi.  
T
ədqiqatçı S.Bəşirov əsərdəki bəşəri ideyaları, insan-təbiət 
harmoniya
sının  təsvirini  yüksək qiymətləndirərək yazır:  "Bu 
əsərdə, belə  demək mümkünsə, müxtəlif məkanlarda (suda, 
Yerd
ə  və  havada) yaşayan fərqli canlıların  birgə  köçü təsvir 
olunur... 
Qa
yıq-yer kürəsidir. Ana, Şəhla, Tuqay və onun "dostları" 
qa
yığın-Yer planetinin sakinləridir. Bu qayığı-Yer planetini hər 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə