Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə98/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   90   91   92   93   94   95   96   97   98

Seçilmiş əsərləri, I CİLD 
349 
d
ə sənin nə işin var”, - deyə ona acıqlanır. 
H
əyatda qadına ilk dəfə zərbə vuran (birincə dəfə onu alda-
dıb  başqası  ilə  evləndikdə, ikinci dəfə  isə  qadının  yaşamaq 
üçün istifad
ə etdiyi gözəlliyi və bədənini kişinin evində yandı-
randa) kiçinin  daxilind
ə  insani hisslər  baş  qaldırır.  Onun  qəl-
bind
ə  gedən “mənəvi katarsiz”i (Aristotel)–bu mənəvi  dəyiş-
m
əni müəllif psixoloji zəmində təsvir etməyə nail olur. Kişini 
etiraf etm
əyə məcbur edir. Əvvəlcə o, qadına “əxlaqsız” yarılı-
ğını  vuran arvadına “sən özünsən  əxlaqsız,  bildin... O, sənin 
övla
dını  xilas edib. Utanmaz. Bir bax, gör kimdir  əxlaqsız, 
kimdir poz
ğun. Öz doğma övladını od-alovun içində qoyub qa-
çan, yoxsa... Yox
sa başqasının övladı üçün öz canından keçən, 
-  deyir. Sonra is
ə  qəhrəmanının  taleyi ilə  maraqlanmaq üçün 
s
əhnəyə daxil olan yazıçının burada nə baş verdiyini, qadını bu 
hala kim sal
dığını soruşarkən kişi qısaca cavab verir: “Mən”. 
Bu cavab sanki yüzl
ərcə, minlərcə  ağızdan gəlir. Qadının 
bu ha
la düşməsində cəmiyyətin bütün üzvləri – bizim hər biri-
miz günahka
rıq. 
C
əmiyyətdəki mənəvi  aşınmanın  təsviri F.Mustafanın  “İl-
ğım”, “Ayı təbəssümü”, “Tıxac” dramlarında da davam etdiri-
lir. F.Mustafa
nın  monopyesləri müasir dramaturgiyamız  zən-
ginl
əşdirən əsərlərdəndir. Dramaturqun əsəsləri həm məzmun, 
h
əm də forma, janr baxımından tamamilə yenidir, hətta burada 
eksperimentçilik d
ə  axtarmaq olar, hər bir eksperimentçilikdə 
is
ə  yaddan  çıxarmaq olmaz ki, yaradıcılıq  axtarışları  əsas yer 
tutur. Dramaturq F.Mustafa “Musiqili m
əktublar”, “Müqəvva”, 
“Sif
ət”, Məruzə”, “İfritə” monopyeslərində yaşadığımız, şahidi 
oldu
ğumuz mənəvi-əxlaqi, siyasi-ictimai problemlərə  müasir 
forma v
ə məzmun baxımından nəzər salır. 
Ümumiyy
ətlə, cəmiyyət və həyat hadisələrinə fəlsəfi baxış 
onun bütün 
əsərlərini birləşdirən amillərdəndir. 
F.Mustafa
nın  dramaturgiya yaradıcılığında komediyaları 
(l
əcə də mənsum komediya, antikomediya və s.) başlıca yer tu-
tur. Gü
lüş, komizm, satira və yumor tarixin müxtəlif mərhələ-


Firuz Mustafa 
350 
l
ərində  ədəbi-bədii fikrin janr və  növlərində  dominant (bəzən 
az, b
əzən çox) rolunda çıxış etmişdir. Ancaq “komediyanın ata-
sı” Aristofandan tutmuş bu günümüzə qədər çox az-az hallarda 
faci
ə ilə komediya, gülüşlə ciddiyyət bir sənətkarın bədii təfək-
küründ
ə müxtəlif janr və formalarda ifadə olunmuşdur. Əlbət-
t
ə, komik, tragik süjetləri ilə dünyanı dolaşan, həm faciə, həm 
d
ə komediyalar müəllifi V.Şekspir yaradıcılığı istisna olmaqla! 
Onun “Kral Lir” faci
əsinin gülüşlə, komizmlə  başlaması  isə 
bütün dövrl
ərin tədqiqatçılarının diqqətini çəkmişdir. 
Tragizm v
ə  komizmin sintezi  –  müasir  ədəbiyyatımızın 
əsas prinsiplərindən biri – F.Mustafa yaradıcılığında uğurla həll 
olunur. Komedioqra
fın yaradıcılığı bizim diqqətimizi yalnız bu 
keyfiyy
ətinə görə cəlb etmir, onun oxuculara on komediya təq-
dim etm
əsi bu janrda uğurlarının yalnız statistik göstəricisidir. 

əllifin komediyaları  həm də  janr, struktur, ideya-məzmun, 
dünya 
ədəbi prosesi ilə  uzlaşma baxımından  ədəbiyyatımızın 
ciddi faktla
rından biridir. Əlbəttə, komedioqrafın janr yenilik-
çiliyi il
ə bağlı daha bir neçə sanballı faktorları da bura daxil et-
m
ək mümkündür. Təkcə  bunu demək kifayətdir ki, müəllifin 
komediyala
rından  (“Qəfəs”,  “Ağıllı  adam”,  “Qarışqa tələsi”, 
“Safari”, “Ki
şiləri qoruyun”, Oxşarlar”, “Senatda toy”, “Vida 
mar
şı”,  “Lampa məsələsi”, “Küsənlər barışanda”)  heç biri 
mövzu, problem, janr v
ə struktur baxımından bir-birini təkrar-
la
mır. 
F.Mustafa
nın komediya arenasında avanqardçılığı bununla 
da m
əhdudlaşmır: bədii materialı daim ictimai məzmunun mü-
şayiət etməsi, bədii təfəkkürü və düşüncə tərzinin orijinal özü-
nüifad
ə  formalarının  zənginliyi onun komediya yaradıcılığına 
özün
əməxsusluq gətirir. Antikomediya, komik faciə, qratesk, 
absurd komediya, fars, ekzotik komediya, m
ənzum komediya, 
mini-fars v
ə s. janr və formalar yalnız müəllifin deyil, eləcə də 
Az
ərbaycan komediya amalının  ilk  daimi sakinləri hüququnu 
m
əhz F.Mustafa yaradıcılığında qazanmışdır. Bütün bu keyfiy-
y
ətlər komedioqrafın komizm, gülüş üsullarının çoxçalarlılığı, 


Seçilmiş əsərləri, I CİLD 
351 
ifad
ə vasitələrinin orijinallığı ilə paralellik təşkil edir. Ən əsası 
is
ə bu komediyalarda boy verən sənətkarlıq, yenilikçilik gülü-
şün bu formada yeni mərhələdə olduğunu deməyə əsas verir. 

lüş, komizm, satira, hər şeydən əvvəl, həyata, cəmiyyətə 
ba
xış olmaqla yanaşı idrak və mənəviyyat problemlərilə bağlı-
dır. Bu cəhətdən F.Mustafa komediyalarında cəmiyyət hadisə-
l
ərinin  ən dərin qatlarına nüfuz edilir, gülüşündə  mənəviyyat 
probleml
əri, idrak, mühakimə, fəlsəfi düşüncə tərzi başlıca yer 
tutur. Onun komediyala
rında hadisələrin cərəyanında məkan və 
zaman koordinatla
rı dəyişə bilir, peşəkarlıqla verilmiş müəllif 
dekorasiyala
rı,  mizanlar xüsusi status qazanır,  remarkalar isə 
ideya
nın açılmasında xüsusi rol oynayır. Müasir həyat hadisə-
l
ərindəki ictimai, siyasi, mənəvi, əxlaqi ziddiyyətlər komik mü-
bariz
ənin  əsasını  təşkil edir. Burada  ənənəvi komik mübarizə 
üsulla
rı, istehlakçılıq, qondarma süjet xətti, obrazların bir-biri-
n
ə qarşı zahiri cəbhə təşkil etməsi və s. yoxdur. Müsbət-mənfi 
qütbl
ərinə də rast gəlmək çətindir, bunun müqabilində müasir 
h
əyat və  “əxlaq qanunlarının  təntənəsi”ni (V.Q.Belinski) seyr 
etm
ək mümkündür. “Qəfəs” komik faciəsi və  “Ağıllı  adam” 
qroteskind
ə bu təntənə daha qabarıq hiss olunur. Birinci kome-
diyada insanla heyva
nın təbiətən yaxınlaşması prosesi simvoli-
ka il
ə çatdırılırsa, ikinci komediyada qroteskin gücü ilə cəmiy-
y
ət hadisələrinin dərinliklərinə nüfuz edilir. 
Ağıllılıq  və  dəlilik cəmiyyətin  ən aktual problemi olaraq 
daim 
ədəbiyyatın tədqiqat obyekti olmuşdur. Ağılın insani cə-
miyy
ətdə  problemlər girdabına sürüklənməsi,  ağıllılıqlı  dəlili-
yin s
ərhədlərinin qarışdığı  məqamların  təsviri F.Mustafanın 
“Ağıllı  adam”  komediyasının  məğzini təşkil edir. Dramaturq 
klassik dünya dramaturgiya
sının əsas mövzularından biri "dəli-
lik-
ağıllılıq"  psixologiyasını  əsas mövzuya çevirib. C.Məm-
m
ədquluzadənin "Dəli  yığıncağı"  tragikomediyasında da eyni 
problem s
əhnələşdirilib. Dramaturq yeni dövrün "ağıllılıq-dəli-
lik" problemini v
ə cəmiyyətdəki xəstəliyi orijinal şəkildə dra-
maturji fabula
nın əsasına qoyur. Hadisələr xəstəxanada cərəyan 


Firuz Mustafa 
352 
edir; bel
ə ki, buraya gələn jurnalist kimin ağıllı, kimin dəli ol-
ma
sını müəyyənləşdirə bilmir. Məsələ burasındadır ki, bu "xəs-
t
ə"lərin çoxu əslində burda olmamalı idi. Lakin nazirliyin xəs-
t
əxanadan tələb etdiyi hesabatında son zamanlar xəstələrin 
azalma
sı ilə bağlı irad bildirilmişdi. Belə çıxır ki, nazirlik xəs-
t
əxanada xəstələrin ("dəli"lərin) olmasında maraqlıdır.  Jurna-
list, h
əkim, müstəntiq məsələnin kökünə endikcə cəmiyyətdəki 
problemin m
ənəvi-əxlaqi, ictimai-siyasi tərəflərini ortaya çıxa-
rırlar. "Xəstələr" içində  müxtəlif adamlar var; hakimiyyətdə 
olan
lar, "qırmızı generallar", həqiqət aşiqləri, namuslu adamlar 
v
ə  s.  əsərdəki kəskin qrotesk dövrün, cəmiyyətin reallıqlarını 
üz
ə çıxarır. Həqiqəti deyən "xəstə"nin monoloqundakı fikirlər, 
əslində cəmiyyəti içindən yeyən, lakin heç kimin onu görmədi-
yi real
lıqlardır: "...Onların heç biri gördüyünü olduğu kimi da-
nışa  bilmir. Onların  heç  biri olduğu  kimi görünmür. Onların 
heç biri ür
əyindən keçəni səmimiyyətlə  deyə  bilmir...Taxta 
başlar! Sizin hamınızın içi ilan-çayanla doludur. Namusumuza 
toxunulur-susursunuz, üzünüz
ə tüpürürlər-gülürsünüz, var-döv-
l
ətinizi talayırlar-yalmanırsınız,  kürəyinizi tapdalayırlar-ağna-
yırsınız,  qeyrətinizə  sataşırlar-hırıldayırsınız...Axmaq siz özü-
nüzsünüz, ...siz, siz, siz...V
əzifə sahilərinin qarşısında alçalırsı-
nız, yalançı natiqlərə əl çalırsınız! Bəlkə yalan deyirəm?! Xeyr! 
M
ən həqiqəti deyirəm..."  

əllif psixoloji təsvir və detallarla müasir cəmiyyətdə ən 
ağıllı adamın belə potensial olaraq fırıldaqçı psixiatrların pasi-
enti ola bil
əcəyi ehtimalını komizm obyekti etmişdir. Jurnalist, 
h
əkim, müstəntiq obrazları ilə müasir cəmiyyətin reallıqlarının 
tragizmi s
ənətkarlıqla ifadə olunmuşdur. Qonşuları, iş yoldaşla-
rı arasında tərbiyəli, ağıllı bir ziyalı kimi tanınan jurnalistin psi-
xiatri
ya şöbəsi və müstəntiqin birgə fəaliyyətinin qurbanı olma-
sı zamanın reallığını əks etdirir. 
“Ki
şiləri qoruyun”, “Qarışqa tələsi”, “Safari” komediyala-
rında yeni ictimai-siyasi, mənəvi-əxlaqi münasibətlər sistemi 
komik, sati
rik  araşdırma mənbəyi kimi diqqəti çəkir. “Oxşar-


Seçilmiş əsərləri, I CİLD 
353 
lar”, “Vida mar
şı” komediyalarını da milli dramaturgiya təsər-
rüfa
tımızın ən yaxşı məhsullarından biri hesab etmək olar. Şüb-
h
əsiz, bu komediyalar  içərisində  “Senatla toy” əsərini xüsusi 
f
ərqləndirmək lazım gəlir. Həcminə görə kifayət qədər böyük 
olan bu komediya Az
ərbaycan ədəbiyyatında ilk mənzum ko-
mediya olma
sına görə də bizdə maraq doğurdu. Əlbəttə, ayrı-
ay
rılıqda bu əsərləri təhlil etmək imkanımız olmadığından yal-
nız bir neçəsinə nəzər yetirə bildik. 
Buna baxmayaraq, bu komediyala
rın  özünəməxsus xüsu-
siyy
ərlərini qeyd etmək yerinə düşərdi. Belə ki, komedioqrafın 
yara
dıcılığında gülüş atmosferi hər hansı bir obrazın, xarakterin 
gülm
əli hərəkətlərindən qaynaqlanmır, təbii şəkildə doğur, ha-
dis
ənin məzmunundan irəli gəlir. Əsərin süjet xəttinə daxil olan 
ən xırda detallar belə ideyanın açılmasına, komizmin, gülüşün 
yaranma
sına xidmət edir. 
Komedioqra
fın  obrazların  ad  yaradıcılığında da orijinal 
üsullardan istifad
ə etməsi onun sənətkarlığının bir hissəsini təş-
kil edir. Bu obrazla
rın çoxunun adları gülüş ustasının bədii tə-
f
əkkürünün  məhsulu olub, bütövlükdə  komiklik atmosferinin 
yara
dılmasında pozitiv rola malik olur. Amirə, Delfinə (“Qarış-
qa t
ələsi”), Fıstıqov, Aşıq Şabaş, Şokolad, Dərəbəy, Dərəxan, 
İvanverdi,  Kişmiş,  Maymaq, Quymaq (“Senatla toy”), Ninel 
(Leni
nin  adının  əksi), Marlen, Qəmli (“Vida marşı”),  Vahid-
Valid
ə, Səid-Səidə, Həmid-Həmidə,  Şahid-Şahidə  (“Küsənlər 
ba
rışanda”) və s. obrazların hərəkət və stixiyası onun adında da 
t
əzahür  edir.  Əslində  bu adlar F.Mustafa yaradıcılığında “ko-
mik maska” rolunu oyna
yır  ki,  bu  da  komizm nəzəriyyəsinin 
kanalla
rına tamamilə uyğun gəlir. 
F.Mustafa
nın  dramaturgiya yaradıcılığında diqqəti cəlb 
ed
ən səciyyəvi xüsusiyyətlərdən biri də  onun gülüşünün, ko-
mizmin ictimai m
əzmunu, sosial dərinliyi, habelə  həyatı  zid-
diyy
ətlərin, komik vəziyyətlərin reallığı oldu. Bu komediyalar-
da h
əyat həqiqətləri ilə yanaşı bədii həqiqətlər də mövcuddur. 
Ola bil
sin  ki,  baş  verən hadisələr müasir həyat həqiqətlərinə 


Firuz Mustafa 
354 
uy
ğun  gəlməsin, ancaq məkanından, zamanında  asılı  olmaya-
raq h
ər hansı bir cəmiyyətin, həyat hadisələrinin bir parçası ol-
sun. F.Mustafa az bir zaman iç
ərisində ədəbi prosesdə “kome-
diya bumu” yaratmaqla gü
lüş,  komizm arenasında yeni bir 
m
ərhələnin əsasını qoymuş olur.  
Firuz Mustafa orijinal dü
şüncə tərzinə və hadisələrin özü-
n
əməxsus fəlsəfi, romantik yozum çalarlarına malik bir drama-
turqdur. Onun 
əsərlərində  milli dramaturgiyamızın  ən yaxşı 
ənənələri yeni rakursda təzahür edir. 
Firuz Mustafa yara
dıcılığının sirrini, əsasən, onun əsərləri-
nin orijinal
lığında, qəhrəmanlarının müasirliyində və müəllifin 
intellektual t
əfəkküründə axtarmaq lazım gəlir. 
 
B
ədirxan Əhmədov 
filologiya elml
əri doktoru,  
professor 
 
 
 
 
 
 


Seçilmiş əsərləri, I CİLD 
355 
MÜN
DƏRİCAT 
 
QАPI .................................................................. 
 
CƏNNƏT ÇİÇƏYİ .................................................... 
 
İsalilar (şəcərə) ......................................... 
Firuz Mustafanın əsərlərinin siyahısı.......... 
 
Firuz Mustafa (yara
dıcılığına ümumi bir baxış) ............. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Firuz Mustafa 
356 
 
 
 
 
 
 
 
 
Firuz MUSTAFA 
(Firuz Qədimalı oğlu Mustafayev) 
 
 
SE
ÇİLMİŞ ƏSƏRLƏRİ 1 
(OTUZ CİLDDƏ) 
 
BAKI – 
“ECOPRİNT” - 2016 
 
 
Birinci cild 
(romanlar) 
 
 


Seçilmiş əsərləri, I CİLD 
357 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Naşir: Ceyhun Əliyev 
Korrektor: Güntəkin  
Texniki redaktor: Ülvi Arif 
Dizayner: Emil Camalov 
Operator: Asim Səfərov 
 
__________________________________ 
____________________________________________ 
Yığılmağa verilib: 09.08.2016 
Çapa imzalanıb: 20.10.2016 
Ş.ç.v. 22, tiraj 200 
“Ecoprint” nəşriyyatının 
mətbəəsində çap olunub. 
Tel.: +994 55 216 09 91 
 
 
Qiyməti razılaşma yolu ilə 
 
 
 


Firuz Mustafa 
358 
 
 


Seçilmiş əsərləri, I CİLD 
359 
 
 
 
 
 


Firuz Mustafa 
360 
Kita
bın arxa üzü 
 
FOTO-
ŞƏKİL 
(FM) 
(SOL TƏRƏFDƏ) 
Şəklin altında mətn: 
 
Ta
nınmış  filosof, nasir,  dramaturq Firuz Mustafanın  otuz 
cildlik seçil
miş  əsərlərinin birinci cildi oxuculara təqdim olu-
nur. 
İlk cildə müəllifin iki romanı daxil edilib. 
“...Qa
pı...” əsəri (каntаtа- rоmаn) ötən əsrin 80-ci illərinin 
ortala
rında qələmə alınıb. (Əsərin bütöv adı belədir: “zülmətə 
аçılаn QАPI sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаn-
mış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu”) 
 
“Cənnət çiçəyi” adlı roman-pritça isə otuz il sonra, bu əs-
rin 10-cu il
lərinin ortalarında yazılıb. 
Hər iki əsər “qalın” jurnallarda- “Azərbaycan” və “Litera-
tu
nıy Azerbaydjan” dərgilərində nəşr olunub. 
 
 
30 cildliyin mün

rica
tı:
 
(SAĞ TƏRƏFDƏ)
 
 
1-ci cild. Romanlar: 
QАPI 
CƏNNƏT ÇİÇƏYİ 
 
 
 
 
2-ci cild. Povest
lər:
 
3-cü cild. Heka
yələr:
 
4-cü cild. Heka
yələr:
 
5-ci cild. Teatr meyda
nı (De
tektiv roman) 
6-
cı cild. Te
atr meyda
nı (De
tektiv roman) 


Seçilmiş əsərləri, I CİLD 
361 
7-ci cild. Dramlar  
8-ci cild. Dramlar 
9-cu cild. Dramlar 
10-cu cild. Dramlar 
11-ci cild. Dramlar 
12-ci cild. Komediyalar 
13-cü cild. Komediyalar: 
14-cü cild. Komediyalar 
15-ci cild. Mono pyes
lər:
 
16-
cı cild:
 Perso
na (Şəx
siy
yətlər haq
da) 
17-ci cild. Müsahi
bələr.
 
18-ci cild: Gün

lik
lər
 
19-cu cild:
Fəlsəfi mə
qa
lələr
 
20-ci cild:Filosoflar 
21-
ci cild:Fəlsə
fi monoqrafiya: 
MƏNƏVİ TƏLƏ
BATIN 
İNKİŞAF DİA
LEK

KASI 
22-ci cild.Publisistika 
23-cü cild.Publisistika 
24-cü cild.Poetik dü
şüncələr
 
25-ci cild. Poeziya 
26-
cı cild. 
Prit
ça və de
yim
lər
 
27-ci cild. 
Tər

mələr
 
28-ci cild.Tama
şa
lar haqda 
29-cu cild: Dramaturgi
ya və ədə
biyyat
şü
nas
lıq
 haqda 
 
30-cu cild: 
Firuz Mustafa
nın ya
ra
dıcılığına həsr olunmuş
 ya

lar 
 
 
 
 
 

Document Outline

  • “Cənnət çiçəyi” romanının nəşri də keşməkeşli olmuşdur. Eyzən ilk irihəcmli əsərimin-“Qapı” romanının çapı kimi... Azərbaycan dilində çıxan “qalın” ədəbi jurnalın məsul əməkdaşı (mənim ilk romanımın –“Qapı”nın ...
  • Görünür, “Cənnət çiçəyi”nin taleyi elə bu cür də olmalı imiş.
  • FİRUZ MUSTAFANIN ƏSƏRLƏRİ
    • Еlmi əsərləri
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • Bədii əsərləri
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • Rusca kitabları
    • İngiliscə kitabları
    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • Tərcüмə
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • Tərtib etdiyi kitablar
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • F.Mustafaya həsr olunan kitablar
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • Tаmаşаyа qоyulаn əsərləri (pyеsləri)
    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • Xarici ölkə teatrlarında tаmаşаyа qоyulаn əsərləri (pyеsləri)
    • Tamaşaya qoyulmamış dramları
  • Təltif olunduğu mükafatlar

Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə