yerindən bura turistləri cəlb edir. Cıdır düzündə, Ərimgəldidə, Topxa-nada,
İsa bulağı meşəsində, Səkili bulağın yanında ucaldılmış beşul-duzlu və
nisbətən kiçik, xudmani otellər türist tələbatmı çətinliklə ödəyir, gərək neçə
ay əvvəldən yer rezervasiyası edilsin.
Hər ilin payızında keçirilən Üzeyir Hacıbəyli musiqi festivalları zamanı
isə nəinki Şuşada, Laçm, Ağdam, Xocalı, Qarabulaq, Ağdərə, Xankəndi
otellərində də yer tapmaq müşkül olur.
Beyrək funikulyordan daha çox dünən Şuşada keçirilən axır çər-
şənbədən danışdı. İlk dəfə idi ki, axır çərşənbəni Şuşada qarşılamışdı və
Cıdır düzündəki Qarabağ qaçağanlarmın yarışmdan, Çovqan oyu-nundan,
içinə üzərrik atılan və ta gecə səhərə qədər yanan, üstündən uşaqlarm
belədən belə atıldığı tonqallardan, Qarabağın hər tərəfındən görünən
atəşfəşanlıqdan, xanəndələrin zili bütün ətraflara yayılan sə-sindən, səkkiz-
on yaşlı uşaqların - Qarabağ bülbüllərinin Qarabag şi-kəstəsindən və yaşlı
xanəndələrin hamısına qalib gəlib “Xarı - bülbül” mükafatı almalarından elə
şövqlə danışırdı ki, Məlik özünün də iki də-fə Şuşada keçirdiyi bu bayramı
sanki yenə öz gözləriylə görürdü.
Beyrəlc - Bilirsən - deyirdi, - Nəvvab muğam konservatoriyası-nm
professorları sevinclərindən yerə-göyə sığmırdılar.
Məlik əl-üzünü yuyub, üzünü qırxıb yüngülvarı idman edəndən sonra
bilgisayarmda əvvəlcə elektron poçtasına baxdı.
Türkiyədən, Irandan, Rusiyadan, Gürcüstandan, Avropadan tanış
jumalist işdaşlarından xeyli təbrik ismarışları gəlmişdi. Hamısma gö-zucu
nəzər sahb Kərkükdən gələn məktubu oxumağa başladı, qızı Burladan idi.
Burla iki il idi, Kərkükdə Füzuli Universitetində Azər-baycan ədəbiyyatı və
dilindən dərs deyirdi:
“M ə n i m ə z i z l ə r i m , a t a , a n a , B e y r ə k . H a m ı n ı z ı n N o v r u z b a y r a m ı n ı t ə b r i
k e d i r ə m . H a m ı n ı z a b u x o ş g ü n d ə m ö h k ə m c a n s a ğ l ı ğ ı a r z u e d ir ə m . S ö z v e r m i ş
d i m k i, b u ü N o v r u z u B a k ı d a b i r l i k d ə k e ç i r ə c ə y i k , n ə y a z ı q k i, m ü m k ü n o l m a d t ,
s a b a h U n ı m ç u v a u ç u r a m , M a h m u d Q a ş q a r h U n i - v e r s i t e t i n ə d ə v ə t e d i b l ə r . O
r a d a n M o s k v a y a , M o s k v a d a n d a B a ğ ç a s a - r a y a u ç a c a m . Q a s p r a l t İ s m a y t l U n
i v e r s i t e t i n d ə m ü h a z i r ə l ə r i m v a r ”.
Məlik: Zalımın qızı dünyanın bu başından vurub o başından çıxır: o
universitet sənin, bu universitet mənim - deyə düşündü və məktubun ardını
oxudu.
B u i l k i N o v r u z t ə t i l l ə r i n d ə n i s t i f a d ə e d i b B a k ı y a g ə l ə b i l m ə d i y i m ə ç o x ü
z ü l d ü m . S i z i n ç ü n b u r n u m u n u c u g ö y n ə y i r . A x ı n ə q ə d ə r b i r -
b i r i m i z i e k r a n d a g ö r ə , b ü g i s a y a r l a y a z t ş a b i l ə r i k ? O n u b i l i n k i, h ə m i - ş ə q ə
l b i m d ə s i n i z . S i z i b ə r k - b ə r k ö p i i r ə m
-
B u r l a .
Məlik təəssüflə düşündü ki, nə iyirmi yeddi yaşlı Beyrək, nə iyirmi beş
yaşlı Burla hələ ailə qurmayıb, valideynlərindən babalıq - nənəlik sevincini
əsirgəyiblər. Bilgisayarda bugünkü günlüklərin (qəzetlərin) mədəniyyət
səhifələrinə ötəri nəzər saldı, bəlkə proqrammda istifadə ediləsi xəbərlər var.
“Yeni gün” qəzeti may ayında Nabranda Xəzər - Qara dəniz ulus-
lararası sinema festivalı haqqında məlumat verirdi. Bəli da, bu festival-ları,
ədəbiyyat, şeir günlərini, mədəniyyət həftələrini, musiqi konkurs-larını, teatr
yarışlarmı işıqlandırımağı çatdıra bilmirik, biri də burdan çıxdı. Nə qədər
tədbir, bayram olar: Qobustanda üç ildən bir Dədə Qorqud törənləri,
Muğanda iki ildən bir Koroğlu idman oyunları, Gəncədə Nizami günləri,
Naxçıvanda, Əshabi-Kəf din mərkəzində “Qafqazda İslam” mövzusunda
beynəlxalq elmi məşvərət, Dərbənddə Narmqala açıq səma teatrında tarixi
tamaşalar festivalı, Şamaxıda Sa-bir günləri, Qazaxda Molla Pənah Vaqif və
Səməd Vurğun günləri, Şuşada Vaqif, Natəvan və Cabbar Qaryağdıoğlü şeir,
musiqi məclislə-ri, Qəbələdə Yunis İmrə şöləni, Şəkidə gülüş şənlikləri,
Lənkəranda Rəqs yarışı, Mərdəkanda Sergey Yesenini anma günü, Təbrizdə
Şəh-riyar həftəsi, Ərdəbildə Xətai simpoziumu, Marağada muğam gecələ-ri,
Tovuzda, Salyanda, Tufarqanda aşıq deyişmələri, - di gəl çatdır, hamısında
iştirak edə bilməsən də, hamısını mütləq işıqlandırmalısan ki, o biri kanallar
qabağa düşməsin.
“Oğuz” günlüyü Novruz ərəfəsində türk dünyasından məlumatlar
verirdi: Kazanda Rudolf Nuriyev teatrmda Qara Qarayevin 3-cü sim-foniyası
və Skripka konserti əsasında balet tamaşası hazırlanır, Paris-dən ən
avanqardçı xoreoqraf kimi tamnan Roce Düpon dəvət olunub.
Türkmənistanda Nebit dağda türkmən neftinin kəşf olunmasında böyük
xidmətləri olan Azərbaycan neftçilərinə həsr edilmiş muzey açılıb.
Moskvada Avrasiya mənəvi məkam və tarixi rus-slavyan - türk-tatar mədəni
əlaqələri mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. İstanbulda
Gürcüstan fılmləri həftəsi keçirilir. Günlük İstan-bulda belə bir Azərbaycan
fılmləri festivalınm keçirilməməsinə görə irad tuturdu. “İşçi çırağı”
günlüyündə tələb olunurdu ki, hökumət Kəl-bəcərdə Fəhlə dincərliyinin
tikintisinin ləngiməsinin səbəbiərini izah etsin. Bu barədə fəhlə həmkarlar
Birliyinin bəyanatı da dərc olunmuşdu.
Dostları ilə paylaş: |