mış. Əcəb qəribə addır - niyə 8-ci kilolmetr, hardan 8-ci kilometr, yə-ni
hardan hesablamağa başlasan bura gəlib səkkizinci kilometr çıxır.
Ümumiyyətlə, şəhərin m üxtəlif mikrorayonlarına (o vaxt bu əcaib sözü
işlədirmişlər) 1-ci, 2-ci, nə bilim neçənci mikrorayon deyərlər-miş. Buralarda
tikilən evlərin görünüşünü də Allah göstərməsin (Mə-lik köhnə sinema
arxivində, xronikalarda görmüşdü onları). Məlik şə-hərin indiki
məhəllələrinin adlarım bir-bir yadına saldı, Əfşar, Qacar, Qaşqay, Şahsevən,
Kəngər, Bayandır, Borçalı, Zəngəzur, İqdır. Amma nə deyirsən de Məliyin
yaşadığı Bayat məhəlləsi onun gözündə bütün başqalarından səfalı idi. Elə
onun yaşadığı otuz mərtəbəli binamn ar-xasından başlanan Qarayazı parkı,
parkın içindəki Uçan su şəlaləsi nəyə desən dəyər.
Məlik cib telefonunu çıxarıb Ankaraya, sonra Nyu-Yorka, Moskva-ya və
Tehrana zəng etdi, çoxdan tanıdığı və daima intemetlə əlaqə saxladığı tele
jumalist dostlarıyla danışdı. Çox qabaqcadan onlarm ra-zılığını almışdı ki,
SNN, TRT-də, Moskvamn “Avrasiya” və Tehranm “İrani-növ” kanalları da
Azərbaycanda keçirilən Novruz bayrammın görüntülərini mütləq başqa TV -
lərdən deyil, “Çağdaş”dan alsm. Bu həm “Çağdaş”a yaxşı reklam idi, həm də
xeyli gəlir gətirəcəkdi. O bi-ri kanalların rəhbərlərinin bağrı çatlayacaq -
Məlik gülümsündü - ay-ıb olsun - deyə belə xudbin fıkirlərə görə özünü
məzəmmət elədi və - amma yəqin onlar da bir şey fıkirləşiblər - deyə
sakitləşdi. Axı o bi-ri TV -lərdə işləyənlərin çoxusu da yüksək peşəkardılar
və onun yaxın dostları idi.
Xiyabani prospektindən Çanaqqala meydanına çıxdı, bu meydanda
ucalan Kamal Atatürkün möhtəşəm heykəlinin yamndan burulub Qa-
raqoyunlular bulvarına girdi.
Qaraqoyunlular bulvarı Bakının yeddi ən məşhur bulvarından bi-riydi.
Qara şəhər zavodları şəhərdən kənara Üç təpə tərəflərə köçü-rüləndən sonra
Xəzər bulvarı Bayddan Zığa qədər uzanırdı və Ginne-sin kitabına düşmüşdü
- bu sahil şəridi dünyada ən uzun bulvar idi. Cəfər Cabbarlı meydanmdan
Nərimanov prospektinə qədər uzanan Füzuli bulvarı isə şəhərin ən şık,
dəbdəbəli bulvarı sayılırdı, Ən baha-lı mənzillər, ən şıq otellər burada
yerləşirdi. Haçansa Respublika sa-rayı adlanan Füzuli sarayı da burda idi,
Dram teatrı da, Opera teatrının yeni binası da. Sağ və sol tərəfdən şəhərin ən
iri sinemaları “Aynur”, “Dalğa”, Cəfər Cabbarlı şəhər teatrı, saysız-hesabsız
sərgi salonları
nəzərə çarpırdı. Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu küçələ-rinin
Füzuli bulvarmda kəsişdiyi yerdə bu iki dost mütəfəkkirin qoşa heykəli
qoyulmuşdu.
Füzuli bulvarı da Xəzər bulvarı boyu uzanan Xəzər prospekti kimi
gecələr o qədər gur çıl çıraqlı idi ki, yəqin bu işıq seli göyün yeddi qa-
tmdan, kosmik gəmilərdən də görülüb seçilərdi.
Qarabağ bulvarı əksinə, daha sakit və kədərli idi. Bu bulvar boyu
yerləşmiş anıtlar orijinallığı ilə seçilirdi. Qarabağ döyüşlərində həlak olmuş
naməlum şəhidin məzarı üstündə yanan əbədi od - qədim ocaq-lar şəklində
düzəldilmişdi. Xocalı müsibətinin amtı - yerlə-yeksan ol-muş xarabalıq,
yanıb qaralmış daş qalaqları, kösövlərdən ibarət idi və bu daşların,
kösövlərin arasından torpaqdan daima tüstü süzülüb qal-xırdı. Hər saatdan
bir səslənən musiqi, Fikrət Əmirovun Şur simfonik muğammdan bir parça
anıtm təsir gücünü bir az da artırırdı. Dikuçar faciəsinin anıtı da qeyri-adi idi
- parçalanıb yanmış metallik dikuçarın yarıqları arasında həlak olanların
sifətləri həkk olunmuşdu. Və nə-hayət bütün bu acı xatirələrin təsəllisi kimi
Qarabağ dəmir yolu vağ-zalının qarşısmda möhtəşəm Zəfər Tağı ucalırdı.
Son illər Bakıda qoyulmuş müxtəlif abidələr və anıt yerləri arasın-da
Məlik ən çox Qarabağ bulvarmda yerləşənləri bəyənirdi, bir də Millət
meydanmda ucalan Dirəniş abidəsini. Biləcəri tərəfdən 20 Yan-var
prospektiylə şəhərin mərkəzinə tərəf irəliləyərkən Millət mcyda-nmda,
haçansa 11 Qızıl Ordu abidəsinin yerində nəhəng bir tankın ar-xa tərəfini
görürdün. Tank sanki at kimi şahə qalxmışdı. Qarşı torəf-dən baxanda isə
yalın əlləriylə bu tanka qarşı çıxmış insanların gücüy-lə tankın qabaq
tərəfınin havaya qaldırıldığım görürdün. Millət mey-danında ucalddmış
Dirəniş abidəsi də, 20 Yanvar prospekti boyu in-sanların həlak olduqları
nöqtələrdə çəkilmiş qərənfıl şəkilləri də o uzaq illərin hələ də yaraları qövr
edən müsibətini yada salırdı.
Azərbaycan sinemasından Kukla teatrına qədər açılmış Yeddi gö-zəl
bulvarı isə boy sarıdan ən qısa, amma turistləri ən çox cəlb edən
bulvarlardan idi. Buradakı bahalı dükanlar, “Yeddi gözəl” mod teatrı, sərgi
salonları və restoranlar sanki bir- biriylə bəhsə girərək daha ya-raşıqlı, daha
cazibədar, daha cəlbedici olmağa çalışırdı. Amma bu bul-varda turistləri ən
çox cəlb edən “Yeddi gözəl” fəvvarələri idi. Yeddi iqlimdən yeddi gözəlin
rəngbərəng fıqurları axşamlar işıq effektləri vasitəsilə sanki Qara Qarayev
musiqisinin müşayətilə rəqs edirdilər.
Turistlər bir də Bakıya qayıtmaq üçün fəvvarələrin hovuzuna qəpik-quruş
atırdı. Qonaqları cəlb edən ikinci yer Cəfər Cabbarlı meydamn-dakı qüllə idi.
Keçmiş Sabunçu vağzalı dəmiryol durağı kimi isttifadə-siz qalandan sonra
indi bu binada “Arşın mal alan” Mədəniyyət və Ticarət Mərkəzi açılmışdı.
Binanm qüllədəki pəncərələrindən hər gün gündüz saat on iki tamamda
Üzeyir musiqisinin sədaları altında “Arşın mal alan” operettasının rəngli
saxsılardan düzəldilmiş personajları çı-xıb meydana toplaşanlara baş
əyirdilər.
Araz bulvarı Vahid Azərbaycan meydanmdan başlayırdı. Səlcuq
stadionu (əsaslı dəyişdirilmiş və genişləndirilmiş keçmiş respublika
stadionu) qarşısmda üç böyük Səlcuq hökmdarının - Sultan Toğrulun, Alp
Arslamn və Məlik şahm at belində heykəlləri ucahrdı. Stadion gi-rişinin sağ
tərəfində Tofıq Bəhramov adına İdman muzeyində Azər-baycan
idmançılarmm qırxdan artıq Olimpiya və dünya çempionu me-dalları, saysız-
hesabsız prizlər nümayiş etdirilirdi. Meydanın qarşı tə-rəfındə bir yanda
“Savalan” o biri tərəfdə “Şahdağ” otellərinin qarşı-sında Azərbaycan
tarixinin on iki məşhur dövlət xadiminin heykəlləri qoyulmuşdu - Aranşah
Cavanşir, Qızıl Arslan, Şirvanşah İbrahim, Cahanşah Ağqoyunlu,
qaraqoyunlu Uzun Həsən, Şah İsmayıl Səfəvi bir tərəfdə - Nadir şah Əfşar,
Qarabağlı Pənah xan, İbrahim xan Ca-vanşir, şəkili Hacı Çələbi xan, qubalı
Fətəli xan, gəncəli Cavad xan o biri tərəfdə. İki tərəfin arasından isə Araz
bulvarı başlanırdı. Araz bul-varmda Güney və Quzey Azərbaycanın istiqlal
mübarizəsinin altı Obeliski - Tikili daşı ucaldılmışdı. 1905-1906 Səttarxan
hərəkatına həsr olunmuş Məşrutə obeliski, 28 Mayıs - Cümhuriyyət obeliski,
Xiyabani hərəkatımn Azadıstan obeliski, 1945-ci il 21 Azər obeliski, 1991-ci
il Qüzey Azərbaycanın müstəqillik obeliski və Xudafərin-Qovuşma obeliski.
Yeddinci məşhur bulvar Aşıqlar bulvarı idi ki. Məlik avtosunda həmin
bulvarın girəcəyinə yaxınlaşırdı. Hər səhər işə gedəndə avto-sunu burada
əyləyir, bulvarda yarım saat piyada gəzərdi. Haçansa Er-mənikənd bulvarı
adlanan bu bulvarın girəcəyində Aşıq Ələsgərə həsr
olunmuş abidə qoyulmuşdu. Daha doğrusu Ələsgərin:
Ç ə r ş ə n b ə
g ü n ü n d ə ç e ş m ə b a ş ı n d a g ö z ü m b i r a l a g ö z x a n ı m a d ü ş d ü
misralarmın
motiviylə düzəldilmişdi bu abidə. Bir çeşmə qurulmuşdu, çeşmə ba-şmda
Aşıq Ələsgərin və onun çərşənbə günü rast gəldiyi ala göz xa-mmın surətləri
yaradılmış, o məşhur qoşmanm bəndləri həkk olun-
muşdu. Məlik Aşıqlar bulvarı boyu irəlilədikcə bulaqların üstündə
uşaqlıqdan əzbər bildiyi misraları hovəslə bir də oxuyurdu.
Q u r b a n ı
d e r : k ö n l ü m
b u n d a n s a y r ı d ı , N ə e t m i ş ə m , y a r ı m
m ə n d ə n a y r ı d ı , A y r ı l ı q -
m ı ç ə k m i ş b o y n u
ə y r i d i r , H e ç y e r d ə g ö r m ə d i m
d ü z b ə n ö v ş ə n i .
Q a r a c a o ğ l a n ,
ç o x
a ğ l a d ı m ,
g ü l m ə d i m ,
A r a d ı m ,
d ə r d i m ə
d ə r m a n
b u lm a d ı m , B u n c a g ü n d ü r b i r m i n n ə t ə g ə l m ə d i m , K ə r ə m e y l ə m ə h z ı m g ö n d ə r
m ə m ə n i .
D a ğ l a r ı n
q a r ı n d a n
b ə v a z d ı r s i n ə n ,
Ü s t ü n ə y ı x ı l ı b
ö l ə s i m
g ə l i r .
D u m a n , g ə l g e t b u d a ğ l a r d a n , D a ğ l a r b a ş ı b a r e y l ə s i n , N ə g ö z l ə r i m
s ə n i g ö r s ü n ,
n ə k ö n l ü m
q u b a r e v l ə s i n .
A ş ı q Q a r a b a ğ h d ı , X a l ı n q a r a b a ğ l ı d ı , N ə g e d ə n v a r , n ə g ə l ə n Y o l -
l a r q a r a b a ğ l ı d ı .
B e l i m i z d ə q ı l ı n c ı m ı z k i r m a n i , D a ş ı d ə l ə r m i z r a ğ ı n ı n d ə m r ə ır i . H a q -
q ı m ı z d a
d ö v l ə t v e r m i ş f ə r m a n ı ,
F ə n n a n p a d i ş a h ı n ,
d a ğ l a r b i z i m d i r .
M ə l e y k ə b o y l ı ı d ı ı , ş i r i n
lə h c ə li, Ə z ə l d ə n t a m a ş a o l a n
b ıt d iin y a .
Q o c a c a d u g ə r d i
,
a l d a d a r s ə n i
,
C a v a n l ı q d o n u n d a q a l a n b u
d iin y a .
Ö liim h a q d ı , ç ı x m a q o l m a z ə m i r d ə n İ p ə k t o r a h ə l q ə s a l m a d ə m i r -
d ə n , A y d ı , g ü n d i i g ə l i b k e ç ə r ö m iir d ə n , T ə l ə s ir i k , g ö r ə n y a z a n ə q a ld ı .
B 'ır g ü n ö l s ə m h a m ı d e y ə r y a z ı q d ı r , C a n ı y a n a n y a b i r o h ı r , y a ik i.
Y a r ın
b a ğ ç a s ı n d a g i i l l ə r a ç d m ış , D ə r s ə m ö ld ü ır ə r lə r, d ə r m ə s ə m ö llə m ...
G ü n i k i n d i , a x ş a m o l u r , G ö r k i , b a ş a n ə l ə r g ə l i r , V e y s ə l g e d ə r , a d ı q a l a r
, D o s t l a r m ə n i x a t ı r l a s ı n .
Hər aşığın öz çeşməsi vardı və hərəsinin üstündə onun sözləri həkk
olunmuşdu: Aşıq Qurbani, Abbas Tufarqanlı, Pir Sultan Abdal, Sarı Aşıq,
Qaracaoğlan, Dadaloğlu, Əmrah, Aşıq Alı, Aşıq Bosti, Mol-la Cuma, Aşıq
Veysəl...
Məlik düşündü ki, nə yaxşı bu dərd, niskil, qom - aşıq qoşmaların-da,
gəraylılarda, bayatılarda, Füzuli qəzəllərində, neçə-neço oski şai-rin yamqlı
şeirlərində, Segahm, Şüştərin, Humayunun hüznündo obə-di həkk olunub
qalıb. Çünki öz ömrün də, xalqınm günü-güzəranı da nə qodor qayğısız
keçir-keçsin, insanın bəzən qüssəyə, kədəro, hosrə-tə də ehtiyacı olur. Bəlkə
indi, bizim bütün ağrı-acılarımız ötonlordo qaldığından qəlbləri sarsıdan
ədəbiyyat da yarana bilmir. Bir-birindən nəfis kitab nəşrləri, bir-birindən
parlaq aylıqlar, həftəliklər... Amma insanın könlünü titrədən osərə nə yazıq
ki, rast gəlmirsən. Bolkə bu da firavanlığımızın bədəli, əvəzidir. Kim bilir?
Dostları ilə paylaş: |