SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə94/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   90   91   92   93   94   95   96   97   ...   104

 Niyə  elektrik  buraxıblar  ki? 
Saqqallı oğlan: 
 Kafərlər buraxıb - dedi - Qorxurlar ki, o tayın adamları qaçıb bi- 
zim tərəfə keçər. 
Sürücü: 
 
- Ac itlərdi də - dedi - gecə hamısmın leşin yığışdırıb yandıracaqlar. Məlik 
ətraflara baxır, amma heç yeri tanımırdı. Məftil çəpərlərin arxasmda 
şumlanmış neytral sahə, sahədən o yana sağda rəngbərəng reklamların latın 
həfrlriylə yazılmış mətnlərinə görə buranın Baku siti 
 
olduğunu müəyyənləşdirmək olardı. 
Sol tərəf zülmət qaranlıq idi: 
 
 Bu  tərəf  Badi-Kubədir? 
Saqqallı oğlan: 
 
 Xeyr ağa, xeyr. Bu tərəf də kafərlərin şeytan yuvasıdır. Özləri Bəkinski 
qəmuna deyirlər. Bizim Behişti Badi-Kubəmiz irəlidədir. 
Birdən Məlik Suraxanı yolunu tanıdı - 
Bu Suraxanı yoludur - dedi 
- eləmi? 
 
Şofer: - Bəli ağa, ora Surə xanədir. 
 
Məlik köksünü ötürdü: -  Uşaqlıqda 
burda yaşamışam -  dedi - 
Evimiz Atəşgahm yanında idi. 
 
Sürücü: - Harda? - deyə xəbər aldı 
 
Saqqallı oğlan: - Atəşpərəstlərin bir yeri vardı - deyə izah etdi. Məlik: 
- İndi durmur Atəşgah? 
 
Oğlan: - Yox, söküldü - dedi - müsəlman kişvərində kafər bütxa-nəsinə 
nə hacət? 
 
Taksi  bağlı  şlaqbaumun  qarşısında  dayandı,  polis  xidmətçisi  onla-ra 
yanaşdı, hər üçü  sənədlərini  göstərdi, polis:  -  Xeyli  xub.  Xeyri  şəb  -  deyə 
şlaqbaumu qaldırdı. 
 
Saqqallı oğlan: 
 
- Ağa, Behişti Bad-Kubəyə xoş gəldiniz, səfa gətirdiniz - dedi. 
Qarşılarında böyük bir qafilə irəliləyirdi - arabalar, arabaların ar- 
 
dından piyada gedən xeyli adam. 
 
- Bunlar kimdi, hara gedirlər gecənin bu vaxtında?. 
Sürücü: - Yanardağa - dedi. 
 
Məlik  maşmın  qabaq  güzgüsündə  gördü  ki,  saqqallı  oğlan  sürü-cüyə 
məzəmmətlə baxır. 
 
Saqqallı oğlan:  - Xeyr ağa  - dedi - şofer bəradərimiz düz buyur-madı, 
bunlar  Nardaran  pirinə  ziyarətə  gedirlər.  Gecəykən  yola  çıxıb-lar  ki,  sübh 
namazına ora çatsınlar. 
 
Məlik Nardaranın buralardan xeyli uzaq olduğunu xatırladı: 
 
  Bu qədər yolu piyada gedəcəklər? 
 
  Ağa bilir ki, ziyarətə piyadə getməyin savabı daha əfzəldi. Taksi 
qafıləni ötüb keçdikcə faraların işığmda Məlik arabalara 
 
yüklənmiş qazanlara diqqət elədi. 
 
Saqqallı oğlan sürücüyə: - “İrşad” mehmanxanasına sür - dedi Məlik 
dünyagörmüş adam idi. Elə birinci addımdan duymuşdu ki, 
 
bu  saqqallı  oğlanı  onu  güdmək  üçün  göndəriblər,  amma  görünür  çox 
naşıymış, özünü çox tez faş etdi, yoxsa “İrşad” otelinə düşəcəyimi bi-lirsə 
də dilindən qaçırmazdı. 
 
-  Nə  bildiniz  ki,  mənə  “İrşad”  otelində  yer  ayırıblar  -  deyə  soruş-
maqdan özünü saxlaya bilmədi. 
 
Şofer: - Tək bir mehmanxana var da - dedi. 
 
Saqqallı  oğlan  yenə  şoferə  məzəmmətlə  baxdı:  -  Yox  -  dedi  -  başqa 
yerlər  də  var,  amma  fıkr  elədim  ki,  sizin  kimi  alicənaba  yaraşan  “İrşad” 
olar. Yoxsa bir qələtim var? 
 
-  Yox,  düz  deyirsiz,  “İrşad”da  yer  ayırıblar  mənimçün.  Bağışlay-m, 
tanış olmadıq, mənim adım Məlikdir, Məlik Məhmədoğlu, jumalistəm - qoy 
yazıq  pis  vəziyyətdə  qalmasm  -  deyə  düşündu,  güya  özüm  haqqında  bu 
məlumatları mən özüm verirəm ona, hərçənd ki, yəqin hamısım bilir. 
 
Saqqalh  oğlan:  -  Çox  xoşhaləm  -  dedi  -  sizin  kimi  məruf  vo  namdar 
insanla tanış olmağa. Mənim ismim İmamquludur. İmamqulu Bəhbəhani. 
 
Taksi  artıq  şəhərin  yarıqaranlıq  küçələriylə  irəliləyirdi,  birdən  Məlik 
diksindi  -  taksilərinin  faralarıyla  işıqlandırılmış  yanıq-uçuq  bi-nanı 
tanımışdı  -  bu  keçmiş  İsmailiyyə  -  Akademiya  binası  idi.  Bina-nın  yalnız 
divarları qalmışdı, çərçivələri yanıb kösöy  olmuş pəncərə-ləri skeletin, ölü 
kolləsinin oyuq göz çuxurlarım andırırdı. 
 
- Bura niyə bu gündədi? 
 
İmamqulu:  -  O  məlum  məğşuşat  günlərində  kafərlər  xakisar  elə-yib 
buranı - dedi. 
Məlik:  -  Dur,  dur  -  deyə  həyəcanla  səsləndi  -  İsmailiyyo  binası-nın 
yanındakı yer bom boş çöllük idi - axı burda bir bina da vardı - əlyazmaları 
olan bina. 
 
İmamqulu: - Ağa, səd heyf, şuriş zamanı o bina da, bu xiyabanda-kı çox 
bina da yandı - dağıldı. 
 Necə yandı, bəs əlyazmaları? 
 
 Ağa, səd heyf, bina yananda əlyazmaları salim qalarmı? 


Məlik başını tutdu: - Aman Tanrım, bütün tariximiz, keçmişimiz o 
yazılarda idi. 
 
  Ağa,  siz  bərgüzidə  fərhəng  adamısız,  ehsasatınızı  başa  düşürəm. 
Amma  çi  faidə?  Qəzavü-qədər  beləymiş.  Leyk  mürur  zaman  xeyli  ye-ni 
kitab nəşr olunub. Elə bu günlərdə ağayi Kəsrəvinin bütün kitabla-rı çıxdı. - 
Birdən nə isə yadma düşmüş kimi dedi: - Söz  yerinə çəkər, heç bilirsiz bu 
hansı xiyabandır? 
 
  Təxmin edirəm, bir vaxt bura Nikolayevski, sonra Kommunist, sonra 
da İstiqlaliyyət küçəsi adlanıb. 
 
İmamqulu məmnun gülümsədi: 
 
  İndi Əhməd Kəsrəvi xiyabanıdır. Bizim həqiqi mənşəimizi təy-in edən 
alimi-büzürgün naminə. 
 
Taksi adı neçə dəfə dəyişən, binaları dönə-dönə yanıb dağılan bu talesiz 
küçəylə  irəliləyirdi.  Məlik  xatırladı  ki,  burada  gözəl  bir  bağ  var-dı.  İndi 
tamamilə bom boş, ağacsız bu sahəni yalmz yanındakı Filar-moniya binasma 
görə tanıya bildi. Şükür, deyəsən Filarmoniya saiamat qalıb. Amma buranın 
indi məhz Filarmoniya olmasından şübhəliydi. 
 
Filarmoniyam göstərib: - Ora nədir? - soruşdu. 
 
İmamquiu  və  sürücü  eyni  vaxtda:-  Cümə məscidi  -  dedilər.  İmamqulu 
əlavə etdi:  - Behişti Bad-Kubənin ən böyük məscididir. Sübh əzanını onun 
minarəiərindən  çəkəndə  eşidəcəksiz,  “İrşad”  meh-manxanası  bura  lap 
yaxındır. 
 
Mehmanxanamn  qabağına  gəlib  çatdılar.  Sürücü  Məliyin  çantasını 
götürdü. İmamqulu da maşından düşdü:  - Ağayi Məlik  - dedi - icazə verin 
xidmətinizdə olum. 
 
Məlik  cibindən  dollar  çıxarıb  sürücüyə  vermək  istəyəndə  İmam-qulu: 
Ağa,  o  şeytan  pulunu  qəbul  etməz  -  dedi  - heç  narahat  olmayın,  verdim  - 
dedi. 
 
Mehmanxananın  inzibatçısı  -  saqqalı  ağarmış  kişi  yuxulu  gözləri-ni 
ovuşdura-ovuşdura  Məliyin  pasportunu  aldı, ərəb  əlifbasıyia  anke-ti  uzatdı 
ona. 
 
Məlik  admı  yazmağa  başlamışdı  ki,  çiyninin  arxasından  ona  baxan 
İmamqulu: - Ağa, şeytan əlifbasıyla yazmaq qəvaidə ziddir- dedi. 
 
 Ərəb əlifbasıyla doldurmaq lazımdır? 
 
 İslami əlifbayla 
 
Məlik: - Mən ərəb... e... islami əlifbayla oxuya bilirəm, amma heyf ki, 
yaza bilmirəm - dedi. 
 
- Siz heç rəncidə olmayın, mən yazaram. 
 
Adı, soyadı, doğum ili, doğum yeri - Məlik bir-bir bunları İmam-quluya 
diktə  etdikcə  duyurdu  ki,  bütün  bu  məlumatları  İmamqulu  elə  onun  özü 
qədər bilir. 
 
Nəhayət, formal işiər bitdi. İnzibatçı açarı Məliyə uzadıb: - şuma-rə 12-
dedi. 
 
İmamqulu Məliyin çantasım götürüb onu ta ikinci mərtəbəyə, otağının 
qapısına qədər ötürdü, içəri girib bir nəzər də atdı, sonra: 
 
- Şəb - xeyir - dedi - Allahın inayətiylə inşallah yenə görüşərik. Məlik 
saatına baxdı. Dördə on beş dəqiqə işləyirdi. Yerli vaxtla al-tıya. Yerli 
vaxt!.. - acı-acı düşündü - doğma şəhərimin vaxtına yerli vaxt deyirəm. 
Əlbəttə belə erkən saatda Aypəriyə telefon edə bil- 
 
məzdi. - Bıy - otağa göz gəzdirdi - heç telefon da yoxmuş ki... 
 
Səhər  açılsın,  düşüb  aşağıdan  zəng  edər.  Yatağına  girdi  və  bu  uzun 
günün  bütün  qarabasma  kimi  görünən  təəssüratlarından  sonra  daş  kimi 
yatdı. 
 
İmamqulu  düz  deyirmiş.  Səhərisi  gün  də  bir-birini  gördülər.  Mə-lik 
səhər  otelin  birinci  mərtəbəsinə  enəndə  İmamqulu  Bəhbəhani  yumşaq 
divanda bardaş qurub oturmuşdu. Məliyi görüb ayağa qalxdı. 
 
-  Ağa,  sabahmız  xeyir.  Dedim  hər  halda  qəribsiniz.  Bəlkə  yardıma 
ehtiyacınız oldu. Qulluğunuzda amadəyəm. 
 
Məlik: - Sağ olun - dedi - bir çay içmək pis olmazdı. - 
Əlbətməkin, əlbətməkin. 
Kiçik  çayxanaya  keçdilər.  Saqqallı  xidmətçi  qabaqlarına  çay-çö-rək 
gətirdi.  İmamqulu  əlindəki  qəzeti  Məliyə  uzatdı:  -  “Siratül-müs-təqim” 
rüznaməsidir - dedi - baxırsız? 
 
Məlik:  -  Sonra  baxaram  -  dedi  -  qəzetin  birinci  səhifəsindoki  bö-yük 
şəkli göstəriib: - Ağayi Müşteyiddi? - deyə xəbər aldı. 
 
İmamqulu: - Bəli - dedi - Ali müşteyidimiz zişan ağayi Ba-dikübeyidir. 
Möüzəsi  nəşr  olunub.  Bu  axşam  İman  televizionunda  da  bəmaməsi  var, 
vaqiən arif-bəsər, əhli ürfandır. Elmi - əbdanda da, el-mi ədyanda da bibədəl 
zatdır. Manəndi yoxdur. 
 
Məlik  haçansa  klassik  ədəbiyyatdan  bildiyi,  amma  az  qala  unut-duğu 
fars-ərəb sözlərini İmamqulunun dilindən ölçüsüz-biçisiz eşit-dikcə: - fağır 
dilimiz - deyə düşünürdü  - gör nə günə qalıb ki, bu Azərbaycan balası iki 
cümləni təmiz ana dilində deyə bilmir. 
 
Məlik  artıq  aydın  dərk  edirdi  ki,  burada,  bu  Behiştdə  qaldığı  bütün 
müddət  ərzində  İmamqulu  onun  yaxasından  əl  çəkən  deyil,  hər  addı-mını 
qarabaqara izləyəcək. Arvadıyla görüşmək istəyini do biləcək, 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə