yat karvanlarına, yelkənli qayıqlarm, əlvan gəmilərin belədən - belə
şütüdüyü dənizə, Nərgiz adasınm Şeytan çarxma - Göy qurşağına hey baxır,
baxırdı.
Ağ Abşeron daşmdan bərpa olunmuş Səbail qəsri sanki dənizdən yox,
əfsanələrdən, keçmişin, tarixin bağırmdan çıxıb qalxmışdı sularm ortasında.
Bayılda, Çənlibel qala-otelində qurulmuş güclü projektorlar Səbaili
işıqlandırdıqca adam gördüklərinin həqiqətmi yuxumu olduğu-nu təyin edə
bilmirdi. Məlik bilirdi ki, bir azdan Səbail qəsrində şeir gecəsi başlanacaq,
görəsən şairlərimiz bu əfsanə-qəsrə layiq şeirlər yaza bilibmi?
Dənizdə üzən bəzi qayıqlarda bir-bir məşəllər alışmağa başlandı. Məlik:
Bax bu təzə məsələdir - deyə düşündü - nə əcəb xəbər tutma-mışam. - Belə
bir tamaşa ilk dəfə idi. Yəqin Aleksandr Dümanın Ba-kıda, dənizdə odlar
görməsi haqqında xatirələrini oxuyub, ilhamlamb-lar. Hər halda kimin ağlına
gəlibsə əhsən ona.
Bu dəqiqəni gözləsə də hər halda qəfıl yaylım atəşlərindən dik-sindi,
“Babək” və “Səttarxan” hərbi müdafıə gəmilərindən göyə rəng-bərəng
fışənglər atılmağa başlandı. Fişənglər əlvan kül dəmətləri kimi havaya topa-
topa ucalır, sonra göydəcə dağılıb müxtəlif tərəflərə sə-pələnirdilər.
Nə qəribə, bütün bu əlvan bayram mənzərələri, hər tərəfdən səs-lənən
oynaq, şən, nikbin musiqi sədaları, hara baxsan gördüyün gülər sifətlər
içində Məlik birdən-birə qəfıl qüssə hissi duydu. Nə idi buna səbəb?
Qayibdən gələn bir səsmi, elektron poçtlarla, teleqrafla, efır dalğalarıyla
deyil, nə isə məchul bir vasitəylə ona, Məliyə çatdırılan ismarışmı, həyatın
faniliyi, ömrün ötücülüyü haqqmda ayıq-sayıq xə-bərdarlıqmı? Son illər
dünya təbabətının görünməmiş uğurları nəticə-sində dünyanın bütün
qabaqcıl ölkələrində olduğu kimi Azərbaycanda da orta ömür həddi yetmiş-
səksən yaş civarında idi. Məlik də bilirdi ki, irəlidə ən azı 20-25 il ömrü var.
Amma axı bu da müəyyən bir mənzil, müəyyən bir hüdud idi.
Ta uşaqlığmdan Allaha inandığı üçün Məlik ölümdən sonrakı hə-yata,
başqa bir dünyaya da inanırdı. Və düşünürdü ki, bəlkə o dünya bu dünyadan
qat-qat gözəldir, rahatdır, xoşdur. Olsun. Amma hər halda insan, hətta bu
dünyanm pis günlərini yaşamalı olan, ömrü məşəqqət-lər içində keçən insan
da həyatıyla vidalaşmaq istəmir. Ondaki, olsun qayğısız bir ölkədə, qayğısız
bir zamanda yaşayan qayğısız insan.
Qayğısız... Məlik tez-tez bu sözü ürəyində təkrar edirdı, amma
doğrudanmı onun ömrü də, başqa vətəndaşlarmm həyatı kimi tam qayğısız
idi. Əlbəttə yox, ictimai qayğılardan, iş, mənzil, məişət, mad-di-maliyyə
qayğılarmdan qurtulmaq hələ qayğısız yaşamaq deyil. Heç bir quruluş, ən
adil cəmiyyət, ən fıravan şərait belə insanı tənhalıq sa-atlarından, qarşdıqsız
məhəbbətin, qısqanchğın, xəyal qırıqlığınm acı-larmdan, yaxınlarımn
itgilərindən xilas edə bilmir.
Məlik xatırladı ki, neçə il bundan qabaq rəhmətə getmiş valideyn-
lərinin, bildir torpağa tapşırdıqları bibisi qızınm ağrılarmı hələ də çəkir.
Əlbəttə o özü də, xalqı da çox böyük bədbəxtçiliklərə düçar ola bilərdi.
Neçə il bundan əvvəl siyasi qarşıdurmalarm qanlı toqquşma-lar, vətəndaş
hərbi həddinə çatdığı günlərdə, daxili separatçı həmlələ-rin və xarici
təcavüzün təhlükələri reallaşanda hadisələr tamam başqa axarda gedə
bilərdi. Yəqin Məlik də nəinki indi burada, bu “Ayh gecələr” parkında, heç
bəlkə Bakıda, Azərbaycanda, ola bilsin həyat-da, dünyada da qala bilməzdi.
Xoşbəxtlikdən bütün bunlann qarşısı almdı, xalqın, millətin əzəli
özünüqoruma instinkti hər növ hakimiyy-ət hərisliyinə qalib gəldi və o
günlərdən başlayan əw əl-əvvəl tədrici, get-gedə daha iti, yeyin inkişaf sürəti
gətirib bu günkü arxayın duru-ma çatdı. İndi işsiz, kasıb, bədbəxt-biçarə
vətəndaşı yoxdu Azərbay-canın. Bədbəxt yoxdur, amma hamı xoşbəxtdirmi?
Məsələ də elə bun-dadır. Xalq, Millət bədbəxt olanda onun bütün övladları
da bədbəxt-dir, amırıa xalq, millət xoşbəxt olanda onun hər bir övladı ayrı-
ayrıhqda “mən bəxtiyaram” - deyə bilmir. Təbii ki, ölkəsinin, dövlətinin
talei sarıdan arxayındır, xoşbəxtdir, amma hər şəxs özü - özlüyündə haçan-
sa Tənhalıqla, Ayrılıqla, ən sonunda Ölümlə üz-üzə durmayıbmı?
Nə bədbin fıkirlərdir belə, bu xoş bayram günündə başıma gəlir.
Filosofluq eləməyə vaxt tapdın. Şəhərə bax, gör bir nə aləmdir, nə gö-
zəllikdir.
Projektorlarla ən münasib şəkildə işıqlandırılmış nəhəng Dədə Qorqud,
Koroğlu heykəlləri, su pərisi kimi sulardan baş qaldıran So-bail, zirvosində
Novruz çırağı yanan Qız qalası, dənizdəki ağ yelkən-li, əlvan rəngli gəmilər,
təknələr, qayıqlar, Nərgizdəki Nənə qurşağı-şeytan çarxı, “Karvan”
univermağınm damında ləngərlə addımlayan dəvə karvanı, Odlar sarayınm
məşəlləri - elə bütün bunları görmək üçün dünyaya gəlməyə və yaşamağa
dəyərdi.
Getmək zamam gələndə də nə qəm, nə isə görüb, nə isə edib, in-san kimi
yaşayıb, insan kimi getməyin nə qorxusu var. Biz gedəcəyik, amma Qız
qalası qalaeaq, şəkilli Qobustan qayaları qalacaq, İçəri şə-hərin dar küçələri
qalacaq, Şekspir və Füzuli, Bax və Segah qalacaq...
Amma hər halda maraqlıdır, bizdən sonra nə olacaq, necə olacaq? Məlik
haçansa uzaq gəncliyində oxuduğu bir şeiri xatırladı:
Görəsən kim yandıracaq
Yeni çıraqları Xəzər sahilində?
Görəsən kim deyəcək yeni nəğməni,
N ə dilində?
Şairin nigarançılığı əbəs imiş. Xəzər sahilində çıraqları yenə də biz
yandırırıq və yeni nəğmələri də öz dilimizdə oxuyuruq.
Bəlkə də nənələrinin təsiriylə Məlik gözünü açandan Allaha sidq-ürəklə
tapınmışdı. Dindar deyildi. Dini ritualları heç vaxt icra etmə-mişdi - namaz
qılmırdı, oruc tutmurdu, heç ziyarətə getmək də qismət olmamışdı ona. Buna
baxmayaraq hər axşam yatmazdan qabaq, özünün tərtib etdiyi və bəzən hətta
televiziya proqramlarmda da səs-ləndirdiyi duanı ürəyində təkrar edirdi. İndi
yatmasına hələ xeyli vaxt vardı, amma hansı daxili təlabatlasa bax burada bu
“Aylı gecələr” par-kında “Bakı gecələri” restoranmın Xəzərə baxan açıq
eyvanında, hər il təkrar olunan bu təkrarsız günün ilıq axşamında duasını
ürəyində kəlmə-kəlmə vird edirdi:
İlahi, bu günümüz üçün sənə min şükür. Bu xoşbəxtliyi xalqıma,
dostiarıma, ailəmə çox görmə. Ən pis günümüz bu olsun. Heç birimiz heç
vaxt neyləyim, necə eləyim - deməli olmayaq. Tarix boyu çox əzablara,
məşəqqətlə tuş olduq, ağır günlər yaşadıq, öldü-qaldıyla üz-üzə durduq. Axır
ki, iradəmizlə, ağlımızla, halal zəhmətimizlə ağ gü-nə çıxdıq, bu günümüzü
qazandıq. Bu günümüz sonsuza qədər davam etsin, Uca Tanrım. Amin.
İKİNCİ NAĞIL*
B'ır d ə g ö r d ü
ki, a ğ q o ç n a n , q a r a q o ç b u d u
d ö y ü ş ə - d ö y ü ş ə g ə lir . M ə lik m ə m m ə d o s a a t
s ıç r a y ıb a ğ q o ç u n b e lin ə m in d i. A m m a a ğ q o ç
b u n u q a r a q o ç u n b e lin ə tu lla d ı. Q a r a q o ç d a
M ə lik m ə m m ə d i g ö t ü r ü b q a r a n lıq d ü n y a y a
a p a rd ı.
Məlikməmmədin nağılı
I
Məlik Məmmədlini əzan səsi oyatdı. Gözlərini ağır-ağır açdı, pəncərəyə
baxdı, hələ qaranlıqdı. Elə həmin andaca qapı döyüldü.
- Kimdir?
Qapının dalından səs gəldi: - Ağa durun, sabah namazınm vaxtıdır.
Qaranlıqda dünən gecə düşdüyü və dərhal daş kimi yuxuya getdiyi bu otel
otağını təsəvvüründə canlandırdı, bir çarpayı, bir dolab, bir ma-
sa vardı otaqda, kətillər yoxdu, döşəməyə nimdaş həsir salınmış və iki
mütəkkə atılmışdı.
Qapının dalından səs gəldi:
- Ağa, namaz yeri birinci mərtəbədə, mehmanxana məscidindədir. Məlik
əlini atıb zəif gecə çırağım yandırdı, otağın küncündə Qib-
lə istiqaməti göstərilmiş və balaca namazlıq xalça salınmışdı.
Məlik: - Mən namazı odamda qıiacam - dedi.
Qapının dalmdan: - Xub - dedilər.
Məlik durub pəncərəyə yanaşdı, hava hələ də açılmamışdı. Gö-rəcəyi
işləri qeyd etdiyi cib təqviminə baxdı - martın 22-si idi - gündüzlə gecənin
tarazlaşdığı gün. Yadına düşdü ki, haçansa, çox uzaqlarda qalmış bir
əyyamda bu gün Novruz bayramını qeyd edərdi-lər. Dərindən köksünü
ötürdü. Elə otaqdaca qurulmuş əl-üzyuyanda üzünü yudu, balaca tutqun
güzgüyə baxdı, bir elə dünənki gün ərzin-də saqqalı xeyli uzanmışdı. Amma
üzünü qırxmadı.
Ərxanın sözlərini unutmamışdı: - Orda saqqallı gəzsəniz daha yaxşıdır.
*Q E Y D : İkinci n ağ ıld a c ə rə y a n ed ən h ad isəlo r xro n o lo ji zam an e tib arilo Birinci
n ağ ılın d avam ı deyil. B u iki b ir - b irin ə altem ativ olan o la y lar eyni vaxt kosiy in d o to -
s e v v ü r edilir.
Dostları ilə paylaş: |