SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə89/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   85   86   87   88   89   90   91   92   ...   104

 
Dəniz  tramvayları,  avtobuslar,  maşınlar,  hətta  dikuçarlar  bura  axın-axın 
tamaşaçı  daşıyırdı.  Ekzotikanı  sevən  əcnəbi  turistlər  isə  qədim  at 
arabalannda, faytonlarda, dəvələrin gəcavələrində gəlirdilər. 
 
Ərxan: 
 
- Bu da odlar - dedi. 
 
İndi birinci monitorda Yanardağın yerdən çıxan atəşləri görü-nürdü. 
 
- Bir az da iri planda götürsünlər. 
 
On  dəqiqədən,  yox,  artıq  səkkiz  dəqiqədən  sonra  Ağ  atlı,  ağ  buxa-ra 
papaqlı, ağ çuxalı oğlan  - onun adı mütləq Novruz olmalıydı, bu il lap gül 
eləmişdilər  -  adı  Novruz,  soyadı  Bayramlı  idi,  bəli  bu  ağ  atlı  Novruz 
Bayramlı  Yanardağm  odlarmdan  məşəl  yandırmah  və  dörd  nala  çaparaq 
Bakıya  gətirməli  idi  məşəli,  Qız  qalasının  təpəsinə  çıxıb  oradakı  Böyük 
Çırağı  yandırmalıydı.  Özü  də  düz  il  təhvil  olan  anda  -  dəqiqəsinə  yox, 
saniyəsinə söz ola bilməzdi. 
 
Məlik elektron yaddaş dəftərində xronometraja baxdı. - Hazır olun, 
başladıq - dedi. 
 
Ərxamn  səsi  gəldi:  —Hazır  -  sonra  bir  dəqiqədən  sonra  -  Məlik  bəy, 
efırdəsiniz - dedi. 
Məlik: 
 
-  Salam,  sevgili  tamaşaçılar  -  dedi  -  Bayramımz  mübarək.  Bu  gö-zəl 
bayram və bütün gələcək günləriniz, aylarmız, illəriniz xoş keçsin. 
 
Qoy  qarşıdan  gələn  ilimiz  də  yola  saldığımız  il  kimi  hamımız  üçün, 
bütün xalqımız, dövlətimiz üçün uğurlu olsun. “Çağdaş” televi-ziyasıyla bu 
xoş  bayramın  bütün  həyəcanlı  və  fərəhli  anlarım  yaşaya  biləcəksiniz.  İndi 
kameralarımız 
Yanardağdan 
görüntülər 
göstərir. 
Torpağımızm 
dərinliklərindən  qalxan  və  əbədi  yanan  bu  təbii  alovlar  vətənimizin  Odlar 
yurdu adlandırılmasma səbəb olub. İndi də bu tor-pağın özündən alınan alov 
Bakıya - tariximizin iftixarı olan Qız qala-sına çatdırılacaq - deyəsən bir az 
təm  -təraqlı  oldu  -  deyə  Məlik  öz-özünü  qmadı  və daha  sakit tonla davam 
elədi:  -  Burdan  alışdırılan  mə-şəli  Bakıya  ağ  atlı  oğlan  Novruz  Bayramlı 
yetirəcək. 
 
Məlik  düyməni  basdı  və  kadr  arxasından  diktor  Novruz  Bayramh 
haqqmda  qısa  məlumat  oxudu,  eyni  zamanda  bu  mətn  ekranda  da  ya-
zıldı:Anadan  olduğu  il,  ay,  gün,  doğulduğu  yer,  təhsili,  peşəsi,  ailə  və-
ziyyəti və sairə. At çapma üzrə idman ustası olması da qeyd olundu. 
Məlik  dünən  Novruzun  bilgisayarda  müxtəlif  şəkillərinə  bax-mışdı, 
amma  nədisə  indi  monitorda  oğlan  daha  da  yaraşıqlı  görünürdü  -  boy-
buxun, nazik bığlar, çatma qaşlar. Ağ qiyafəsi də çox yaraşırdı bu 22 yaşlı 
oğlana. Altındakı ağ cins Qarabağ köhləni yerində oyna- 
 
yırdı. 
 
Düz  xronometrajla  müəyyənləşdirilmiş  anda  ağ  atlı  oğlan  odlara 
yanaşdı, məşəlini uzadıb alovlandırdı və dörd-nala çapmağa başladı. 
 
Yol boyu düzülmüş kameralar Novruz Bayramlmın irəliləyişini addım-
addım izləyir, Məlik gah onun keçdiyi  yerlərdən, gah da Nov-ruz bayramı 
haqqında söhbətlər edirdi. 
 
Ağ  atlı  oğlan  Şubanı  dağının  ətəyindən  çapıb  qədim  Karvan  yo-luyla 
Qurd qapısma üz tutdu. 
 
Səkkizinci  monitorun  düyməsini  basdı,  ekranlarda  Qurd  qapısmda 
qoyulmuş Boz qurd heykəli göründü. Məlik şərh etməyə başladı, Boz Qurd 
toteminin  türk  xalqları  üçün  nə  anlam  daşıdığından  danışdı.  Sonra 
kameraları 15 eylul memorialma çevirməyi tapşırdı. 
 
- Əziz tamaşaçılar, bu yerlər əlbəttə sizə yaxşı tanışdır. Dəfələrlə bu 
memorialdan verilişlər vermişik, siz də yəqin dönə-dönə bura eks-kursiyalara 
gəlmisiniz. 1918-ci il sentyabrm 15-də - bilirsiz ki, Türkiyə türkləri sentyabra 
eylul deyirlər, - İslam Qafqaz Ordusu məhz 
 
bu  yerdən  Bakıya  girmiş  və  gənc  Azərbaycan  ordusunun  döyüşçülə-riylə 
çiyin-çiyinə  şəhəri  düşmənlərdən  azad  etmişdir.  İndi  bu  memo-rialda 
bildiyiniz  kimi  Bakı  uğrunda  döyüşün  diaraması  qurulub.  Dia-ramda  bu 
zəfər yürüşünün təşəbbüsçüsü Ənvər paşanın və zəfər ko-mandanları Nuru 
paşanın, Mürsəl paşanın surətləri var. 
 
Buradan  başlanan  və  bir-biriylə  kəsişən  üç  geniş  prospekt  də  on-ların 
şərəfınə adlandırılıb  -  Ənvər  paşa  prospekti,  Nuru  paşa  prospek-ti,  Mürsəl 
paşa  prospekti...  Ağ  atlı  Novruz  məhz  bu  prospektlərdən  ke-çəcəkdir. 
Görürsünüzmü,  indi  o  yoxuşla  Qurd  qapısına  tərəf  çapır.  Qa-pını  ötdü. 
Mürsəl paşa prospektiylə 15 eylul meydanma üz tutdu. 
 
Məlik bilirdi ki, bu meydan 15 eylul meydam adlansa da, camaatın çoxu 
Eylulu  iyulla  qarışdırdıqları  və  Bakının  Qurtuluş  gününün  sen-tyabrda 
olduğunu  bildikləri  üçün  bu  meydana  ya  üç  paşa  meydam  (üç  prospekt 
burda  qovuşurdu)  ya  da  meydanda  ucalan  türk  əsgərinin  hey-kəlinə  görə 
Məhmətcik meydam deyirdilər. 
 
Məlik  əlindəki  pultun  düymələrini  bir-bir  basmağa  başladı,  görəsən  o 
biri kanallar nə göstərir? AZRT —rəsmi təbriklər verirdi, “Turan 


Daşkənddən, Qazandan və Aşqabaddan, Araz Təbrizdən bayram görün-tüləri 
göstərirdi.  “HilaT’da,  bayramın  dini  kökləri haqqmda  danışırdılar.  “Ulduz” 
Ağ atlımn yolunu izləyir, arada reklamlar və kliplər verirdi. 
 
Ağ atlı artıq Azəm eft meydanına enirdi, Məlik: 
 
- Azəmeft meydanında Buruğu iri planda götür, sonra ayrıca man-canağı - 
deyə göstəriş verdi. 
 
Efır düyməsini basıb: - əziz dinləyicilər - dedi - Siz indi ekranla-rmızda 
Azəmeft  meydanmdakı  buruğu  görürsünüz.  Bu  buruq  və  onun  daima 
hərəkətdə  olan,  gecə-gündüz  durub  dayanmadan  qalxıb  enən  mancanağı 
(ekranda  mancanağın  iri  planı  göstərildi)  torpaq  və  dəniz  altındakı  neft 
sərvətlərimizin  tükənməzliyinin  və  onları  üzə  çıxaran neftçilərimizin  şərəfli 
əməyinin rəmzidir. İndi Novruz Bayramlı bu meydana çıxacaq və meydanda 
dövrə  vurub  Xəzər  prospektiylə  Qız  qalasına  tərəf  çapacaq.  Görürsünüz  bu 
an bütün prospektdə nəqliyyat hərəkəti dayandırılıb. X əzər bulvarından da, 
qarşı tərəfdən də minlər-lə insan Ağ atlınm gəlişini gözləyir. - Efırdən çıxıb 
Ərxana  dedi:  -  Qız  qalasını  götürün,  ə  w  ə  l  ümumi  plan,  sonra  aşağı 
panorama. 
 
Yenidən efırə çıxdı: - Neft sərvətimiz kimi mədəni, tarixi sərvət-lərimiz 
də  əbədidir.  Budur  uzaq  minilliklərin  yadigarı  qədim  Qız  qa-lası.  Onun 
ətəyində  əlvan  paltarlı  qırx  incə  belli  qızların  əllərindəki  səmənilər, 
rəngbərəng şamlar, bayram xonçaları bu şənliyə ayn gö-zəllik verir. 
 
Qızlarm arasından biri irəli çıxdı. 
 
Məlik:  —Bu  da  yaşıl  paltarlı  Bahar  xatun.  Görürsünüz,  Novruz  Qız 
qalasınm ətəyində atdan düşür, Bahar xatunun təqdim etdiyi kuzədən şərbət 
içir, sonra əlindəki məşəli daha da ucaya qaldıraraq qalaya da-xil olur. 
 
Ərxan: - Qalanın içiylə, pilləkənlərlə qalxmasını göstərək? - deyə xəbər 
aldı - orda da kameralanmız qurulub. 
Məlik: - Yox - dedi - qalanm içində alaqaranlıq kadrlar nəyimizə gərəkdir. 
Camaatı göstərin, sonra da qalanın damını, oğlan m əşəllə birdən orda 
görünəndə daha effektli olar. — Mənalı gülümsündü — sonra da dərhal bizim 
sürpriz - dedi. 
 
Sürpriz dedikləri Məliyin kiçik bicliyi idi. Qız qalasının damında Ağ atlı 
oğlan  hər  yerdən  görünən  çırağı  odladığı  anda  -  düz  ilin  təhvil  olduğu 
saniyədə  -  eyni  bir  anda  Abşeronun  dörd  qalasınm  -  Nardaran,  Ramana, 
Mərdəkan qalalarmın, eləcə də Dərbənddə Narm qalanın, 
 
İlisuda  Şamil  qalasınm,  Şəkidə  Gələssən  Görəssən  qalasımn,  Dəvəçi-də 
Çıraq qalanın, Qarabağda Əsgəran, Naxçıvanda Əlincə, Şamaxıda Gülüstan, 
Lahıcda  Niyal,  Güneydə  Bəzz,  Təbrizdə  Ərk  qalalarınm  zir-vələrində 
məşəllər  alışacaqdı.  Bildir  də,  inişil  də  belə  olmuşdu  və  Məlik  o  vaxt 
operatorlarına  hamısını  çəkməyi  tapşırmışdı,  lenti  sax-layırdı.  İndi  Qız 
qalasında  çıraq  alışan  kimi  dalbadal  bu  ötən  illərin  görüntülərini 
göstərəcəkdi, tamaşaçıda elə təsəw ür yaranacaqdı ki, bütün bunlar bax indi, 
bu dəqiqə baş verir. Balaca bicliyi - sürprizi bu idi. Azacıq saxtakarlıq olsa 
da, yalan şey ki, təqdim etmirdi. Bütün bunlar bildir, inişil olduğu kimi indi 
də, bax bu dəqiqələrdə də baş ve-rir. - Məlik məmnun-məmnun gülümsədi: 
Hər halda o biri kanallara doqquz qoyduq. 
 
Böyük çıraq alışdı, İ1 təhvil oldu. 
 
Bundan  sonra  şənliklər  başlanacaqdı.  Bu  səfər  Məlik  şəhərin  müxtəlif 
yerlərində  keçirilən  tədbirləri  deyil,  yalnız  İçərişəhərdəkilə-ri  ekrana 
gətirməyi qərarlaşdırmışdı. 
 
Qız  qalasınm  arxasında  bazar  meydanında  tərəfdən-tərəfə  çəkil-miş 
tarım  iplərin  üstündə  kəndirbazlar  öz  məharətlərini  nümayiş  etdi-rirdilər. 
Bakı  xanlarının  bərpa  olunmuş  iqamətgahlarmda  Köhnə  Bakı  muzeyi 
yerləşirdi:  mum  fıqurları  düzəldilmiş  qoçu,  dərviş, hambal (hambal  Dadaş, 
Qoçu  Nəcəfqulu,  Lotu  Cabbar),  eləcə  də  fayton,  qa-zalaq,  konka  kimi 
eksponatları  olan,  orta  əsr  Avropa  rəssamlarınm  Ba-kım  təsvir  edən 
qravürləri,  əsgi  Bakınm  ilk  foto-mənzərələri,  Əzim  Əzimzadənin 
karikatürləriylə süslənmiş muzey. Muzeyin qarşısındakı meydanda Keçəl və 
Kosa toplaşanları güldürürdü. Qoşa qala qapısın-dan bura axın-axm insanlar 
gəlirdi. 
 
Şirvanşahlar  sarayında,  xalça-palaz  döşənmiş  hamam  hücrələrin-də 
güləşlər, qılınc oyunları göstərilirdi. 
 
Dəstə-dəstə  turistlər  bilmirdilər  hara  baxsınlar  bu  oyunların,  ta-
maşaların  hansına?  Qarşısında  Məşədi  İbadm  paralon  mulyajı  qo-yulmuş 
qənnadı dükanınamı baş çəksinlər, ya qarşısında eyni cür Hacı Qara fıquru 
görünən  xırdavat  dükanmamı?  Bəlkə  Dərviş  ya  Xarabat  meyxanalarında 
vaxt keçirsinlər? 
 
Məlik:  -  Proqramın ardını  özün  apar  -  deyə  Ərxana  lazımı  tapşı-rıqlar 
verdi  -  Mən  Türkana  getməliyəm,  onsuz  da  gecikirəm.  Bir  də  hammızm 
bayramı mübarək! 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə