bəlkə elə çoxdan bilir. Əlbəttə bilir, lap yəqin bilir. - Mən bir yerə te-lefon
etməliyəm - dedi.
- Baçeşm ağa, şümarəni ərz eləyin.
Məlik Aypərinin telefon nömrəsinin dörd rəqəmini dedi, axırıncı rəqəmi
deməzdən, ağlına nə isə gəldi, tamam başqa bir rəqəm dedi. İmamqulunu
yoxlamaq istədi. Görən İmamqulu bu nömrəni də bilirmi?
- Telefon edin, Aypəri xanımla danışacam.
İmamqulu bir qədər təəccüblə: - Kiminnən? - deyə soruşdu.
- Aypəri xanımla. Mənim arvadımdır - İmamqulunun mat-mat baxdığım
görüb - övrətim - deyə əlavə etdi - zövcəm, halalım...
- Əlbətməkin, əlbətməkin...
Imamqulu inzibatçıya yanaşıb onunla uzun-uzadı nə isə danışdı.
İnzibatçı telefonu götürüb harasa zəng elədi. Kiminləsə də danış-
dı, sonra dəstəyi qoyub İmamquluya razılıq işarəsi verdi. İndi də tele-fonu
İmamqulu qaldırdı, Məlik verən rəqəmlər olan kağıza baxıb nömrələri
çəkməyə başladı, sonra birdən, qaşları çatıldı. Məlik: yəqin ki, axırıncı
rəqəmə təəccüb qalıb, - deyə düşündü - görəsən gümamm düz çıxacaqmı.
İmamqulu ə w ə l kağızı götürüb Məliyə yanaşmaq istədi, sonra nə isə
fıkirləşib axırıncı rəqəmi də çəkdi. Görəsən nə çəkdi, Məlik yazan səhv
rəqəmimi? Yaxud hər ikisinin bildiyi doğru rəqəmi çevirib oyu-nu açıq
aparmaq qərarına gəlib.
Bir az gözləyib damşmağa başladı, nə danışdığını Məlik eşitmirdi. Sonra
dəstəyi kənara qoyub Məliyə əl elədi: - Buyurun ağa - Mə-lik durub
yaxınlaşanda dəstəyi ona uzatdı: - xanım Mahruxdur - dedi.
- Xanım Mahrux? Xanım Mahrux kimdir?
İmamqulu: - Buyurdunuz ki, zövcənizdir.
Bəlkə Məlik yamlırmış, bəlkə İmamqulu axırıncı rəqəmin doğru-sunu
həqiqətən də bilmirmiş, Məlik yazan nömrəni çevirib və ayrı ye-rə düşüb.
Kağızı İmamquludan alıb: - Axırıncı rəqəmi səhv yazmışam - demək
istəyirdi ki, birdən ağlına nə isə gəldi - telefon dəstəyini götürüb - Allo -
dedi.
Cavab gəldi:
- Bəli.
Bu o idi, onun Aypərisi. Yəqin özü kimi səsi də xeyli qocalmışdı,
aradan gör neçə il keçmişdi. Səsi boğuq, solğun, kədərli idi, amma onun
səsiydi. Məlik bu səsi dünyada heç bir səslə dəyişik sala bilməzdi.
Məlik: - Salam Aypəri, mənəm - dedi.
Qadın: - Bağışlayın, ağa, səhv telefon etmisiz - dedi
Necə səhv? Mənəm Aypəri, Məlikdi. Ancaq üç gün bundan qa-baq
sənin sağ-salamat olduğunu bilmişəm, adresini, telefonunu verib-lər mənə.
İndi burdayam, “İrşad” otelində. Hara gəlim? Necə görüşək?
Dəstək tam bir sükuta qərq olmuşdu. Məliyə elə gəldi ki, boğuq hıçqırıq
səsi eşidir. Bəlkə də yanılırdı. Bir azdan sonra qadın:
Bir saatdan sonra “İrşad” mehmanxanasmm lobbisinə gələrəm -
dedi və dərhal xətti qapatdı.
Məlik saatına baxıb İmamquluya yanaşdı:
Çox sağ olun - dedi - məni calaşdırdmız. Amma niyə onu Mah-rux
xanım adlandırdmız.
Özü dedi. Soruşdum kimdi, dedi: xamm Mahrux.
İmamqulu son rəqəmin üstünü vurmadı, Məlik də özünü o yerə
qoymadı. Onsuz da hər şey aydın idi, izaha nə ehtiyac qalırdı.
* * *
Məlik mehmanxanamn foyesində üzü qapıya tərəf oturub gözləyir,
siqareti - siqaretə calayırdı. İmamqulu bir qədər aralıda oturub, guya ki,
“Siratül - müstəqim” qəzetini oxumaqda, ara-sıra da “İMAN” te-
lefıziyasının moizələrinə qulaq asmaqda idi.
Məlik: - Televiziya ancaq moizələr verir? - deyə xəbər aldı.
Yox niyə ki, xəbərlər, dualar, din tarixinə aid verilişlər... Məs-cidlərdən
beş rükət namaz da göstərir.
Bəs tamaşa, şeir, musiqi?
Aşura günü şaxsey-vaxsey göstərilir, mərsiyyələr, nohələr oxunıır.
Rəqs, mahnı, muğam necə?
Əstafürrullah ağa, bunlar ki, şeytan əmməlləridir.
Məlik:
- Muğam da? - deyə soruşmaq istəyirdi ki, qapıdan girən qadını gördü.
Təpədən dımağa qara çadraya bürünmüşdü, bircə gözləri görü-nürdü, Məlik
onu gözlərindən tanıdı. Haçansa bu qaynar baxışlı göz-lər indi sönük,
yorğun, kədərli idi - amma hər halda onun, Aypərinin
gözləri idi.
Məlik yerindən sıçradı, neçə ildi öldüsünü - qaldısmı bilmodiyi ar-
vadına tərəf atıldı. Qadın sanki həyulə görübmüş kimi geri çəkildi, bir qədər
aralı dayandı. Məlik də duruxdu, məsafəni yavaş addımlarla qət edib
ağuşunu açmaq istədi. Qadının yenə bürüşüb bir addım geri çə-kildiyini
görüb dayandı, ancaq əlini uzatdı.
ƏIi havada qaldı.
Məlik hiss edirdi ki, İmamqulu qulaqlarını şəkləyib onlarm hər hə-
rəkətini izləyir.
Qadın: - Bağışlayın ağa - dedi - naməhrəmə əl verə bilmərəm.
Naməhrəmə? Mənəm e Aypəri, Məlik, sənin ərin. Qadın:
- Mənim adım Mahruxdur - dedi.
E... e... Mahrux olsun, hər halda mənim kəbinli arvadımsan. Qadın: -
Yox - dedi - məsələ ondadır. Biz heç vaxt şəriətlə kəbin
kəsdirməmişik.
Məlik deməyə söz tapmırdı.
- Yaxşı - dedi - bəs balalarımız nə olsun? İki balamız var axı. On-ların
anası deyilsən?
Qadm: - O mənim günahım idi - dedi - Min dəfə tövbə etmişəm ki,
qadir Allah günahımı bağışlasın.
İmamqulu özünü saxlaya bilməyib söhbətə qarışdı:
Allah rəhimlidir, rəhmandır - dedi - keçər günahımzdan. Məlik donub
qalmışdı: - Necə günah? Məgər ana olmaq günahdır?
Şəriətlə kəbin kəsdirməmişiksə, əlbəttə günahdır. Zinadır - dedi Aypəri-
Mahrux.
İmamqulu onun sözünə qüw ət verdi: - Mənkuhə deyil - dedi -
Yaxşı, əyləş... ee... əyləşin.
Qadın qarşıdakı kürsüdə, Məlikdən və İmamquludan xeyli aralı oturdu.
Məlik danışmağa söz tapmırdı, bilmirdi nə desin, nədən başlasın. Qadın
da dinib-damşmırdı. Aralığa üzücü sükut çökmüşdü. Nə-
hayət Məlik:
- Yaxşı, bəs Beyrəklə, Burlayla da əlaqən yoxdur? Doğma övlad-
larınla?
Mahrux-Aypəri:
- Onlar mənim övladlarım deyil - dedi, - Şeytani-büzürglərin xid-
mətində olan mürtədlərdir.
Məlik yalnız: - əcəbdir - deyə bildi...
Yenə sükut çökdü. Mahrux: (artıq o Məlikçün doğrudan da uzun illər bir
yastığa baş qoyduqları arvadı Aypəri yox, heç bir vaxt tanıma-dığı Mahrux
idi):
- Ağanın mənə bir ərzi yoxsa mürəxəssis olum - dedi.
Məlik dərk edirdi ki, bax indi, bu dəqiqə keçmiş arvadım yenidən, bu
səfər həmişəlik itirəcək.
Dayan görüm, mürəxxəs olmağa tələsmə, de görüm, necəsən, ee...
necəsiniz? Gününüz - güzarammz, dolaşığımz necədir?
Sağ olun, lap yaxşıdır. Allahın köməyiylə heç bir şeyə ehtiyacı-
mız yoxdur.
Harda işləyirsən... e... e... işləyirsiniz?
Allahın köməyilə ünas mədrəsəsində dərs verirəm. Xəttatlıq
dərsi.
Axı sən... siz... rəssam idiniz...
O bir cavanlıq xətası idi... İnsan şəkli çəkmək günahdır... İnşal-
lah rəhmani-rəhim bu günahımdan da keçər.
Mədrəsədə xəttatlıq dərsi verirsən? - Deyə indicə eşitdiyi mə-lumatı bir
də mənasız yerə soruşdu. Danışmağa ayrı söz tapmırdı.
Bəli ağa, şagirdlərimə nəsx, nəstəliq, kufı xətlərlə “Qurani-
Kərim”in üzünü köçürməyi öyrədirəm. -
Dərslər nə dilindədir?
Mahrux cavab verməmiş İmamqulu:
- Əlbəttə zəbam Azərbaycanda. Və zəbani-farsda - dedi - dəbis-tanda da
dərslər də hər iki lisanda keçirilir. Danişgahımız da var.
Məlik: - Bəs nə əcəb Universitetdə - e... danişgahda dərs demirsən'?
Mahrüx: - orda dərslər farscadır - dedi və dərhal dilini dişlədi.
İmamqulu da dərhal: - Amma tüllablar ana dillərini də bilirlər -
dedi. - İnsan bəqədri - qüvvət nə qədər çox lisan bilsə o qədər faidə-si var.
Elə deyilmi ağa?
- Bəli, əlbəttə
Bütün bu əndişələr içində Məlik tamamilə unutmuşdu ki, bu gün
Novruz bayramıdır.
Bayramımz mübarək - dedi.
Mahrux təəccüblə:
Nə bayram? - deyə soruşdu.
Novruz bayramı.
Novruz?
İmamqulu yenə söhbətə müdaxilə elədi: —Həzrət Əlinin taxta çıx-dığı
gün - dedi.
Mahrux laqeyd bir tərzdə: -
Hə, sağ olun - dedi.
Məlik pəncərədən dünən gecə rastlaşdıqları arabalı, piyada adam-ların
qafıləsini gördü. - Bunlar da Nardaran pirinə gedirlər? - deyə xə-bər aldı.
Dostları ilə paylaş: |