SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə91/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   87   88   89   90   91   92   93   94   ...   104

 
yat  karvanlarına,  yelkənli  qayıqlarm,  əlvan  gəmilərin  belədən  -  belə 
şütüdüyü dənizə, Nərgiz adasınm Şeytan çarxma - Göy qurşağına hey baxır, 
baxırdı. 
 
Ağ  Abşeron  daşmdan  bərpa  olunmuş  Səbail  qəsri  sanki  dənizdən  yox, 
əfsanələrdən, keçmişin, tarixin bağırmdan çıxıb qalxmışdı sularm ortasında. 
Bayılda,  Çənlibel  qala-otelində  qurulmuş  güclü  projektorlar  Səbaili 
işıqlandırdıqca  adam gördüklərinin həqiqətmi  yuxumu  olduğu-nu  təyin  edə 
bilmirdi.  Məlik  bilirdi  ki,  bir  azdan  Səbail  qəsrində  şeir gecəsi  başlanacaq, 
görəsən şairlərimiz bu əfsanə-qəsrə layiq şeirlər yaza bilibmi? 
 
Dənizdə üzən bəzi qayıqlarda bir-bir məşəllər alışmağa başlandı. Məlik: 
Bax bu təzə məsələdir - deyə düşündü - nə əcəb xəbər tutma-mışam. - Belə 
bir  tamaşa  ilk  dəfə  idi.  Yəqin  Aleksandr  Dümanın  Ba-kıda,  dənizdə  odlar 
görməsi haqqında xatirələrini oxuyub, ilhamlamb-lar. Hər halda kimin ağlına 
gəlibsə əhsən ona. 
 
Bu  dəqiqəni  gözləsə  də  hər  halda  qəfıl  yaylım  atəşlərindən  dik-sindi, 
“Babək”  və  “Səttarxan”  hərbi  müdafıə  gəmilərindən  göyə  rəng-bərəng 
fışənglər atılmağa başlandı. Fişənglər əlvan kül dəmətləri kimi havaya topa-
topa ucalır, sonra göydəcə dağılıb müxtəlif tərəflərə sə-pələnirdilər. 
 
Nə  qəribə,  bütün  bu  əlvan  bayram  mənzərələri,  hər  tərəfdən  səs-lənən 
oynaq,  şən,  nikbin  musiqi  sədaları,  hara  baxsan  gördüyün  gülər  sifətlər 
içində  Məlik  birdən-birə  qəfıl  qüssə  hissi  duydu.  Nə  idi  buna  səbəb? 
Qayibdən  gələn  bir  səsmi,  elektron  poçtlarla,  teleqrafla,  efır  dalğalarıyla 
deyil, nə isə məchul bir vasitəylə ona, Məliyə çatdırılan ismarışmı, həyatın 
faniliyi,  ömrün  ötücülüyü  haqqmda  ayıq-sayıq  xə-bərdarlıqmı?  Son  illər 
dünya  təbabətının  görünməmiş  uğurları  nəticə-sində  dünyanın  bütün 
qabaqcıl ölkələrində olduğu kimi Azərbaycanda da orta ömür həddi yetmiş-
səksən yaş civarında idi. Məlik də bilirdi ki, irəlidə ən azı 20-25 il ömrü var. 
Amma axı bu da müəyyən bir mənzil, müəyyən bir hüdud idi. 
 
Ta  uşaqlığmdan  Allaha inandığı  üçün  Məlik  ölümdən  sonrakı hə-yata, 
başqa bir dünyaya da inanırdı. Və düşünürdü ki, bəlkə o dünya bu dünyadan 
qat-qat  gözəldir,  rahatdır,  xoşdur.  Olsun.  Amma  hər  halda  insan,  hətta  bu 
dünyanm pis günlərini yaşamalı olan, ömrü məşəqqət-lər içində keçən insan 
da həyatıyla vidalaşmaq istəmir. Ondaki, olsun qayğısız bir ölkədə, qayğısız 
bir zamanda yaşayan qayğısız insan. 
Qayğısız...  Məlik  tez-tez  bu  sözü  ürəyində  təkrar  edirdı,  amma 
doğrudanmı onun ömrü də, başqa vətəndaşlarmm həyatı kimi tam qayğısız 
idi.  Əlbəttə  yox,  ictimai  qayğılardan,  iş,  mənzil,  məişət,  mad-di-maliyyə 
qayğılarmdan  qurtulmaq hələ  qayğısız  yaşamaq  deyil.  Heç  bir  quruluş,  ən 
adil cəmiyyət, ən fıravan şərait belə insanı tənhalıq sa-atlarından, qarşdıqsız 
məhəbbətin,  qısqanchğın,  xəyal  qırıqlığınm  acı-larmdan,  yaxınlarımn 
itgilərindən xilas edə bilmir. 
 
Məlik  xatırladı  ki,  neçə  il  bundan  qabaq  rəhmətə  getmiş  valideyn-
lərinin, bildir torpağa tapşırdıqları bibisi qızınm ağrılarmı hələ də çəkir. 
 
Əlbəttə o özü də, xalqı da çox böyük bədbəxtçiliklərə düçar ola bilərdi. 
Neçə  il  bundan  əvvəl  siyasi  qarşıdurmalarm  qanlı  toqquşma-lar,  vətəndaş 
hərbi  həddinə  çatdığı  günlərdə,  daxili  separatçı  həmlələ-rin  və  xarici 
təcavüzün  təhlükələri  reallaşanda  hadisələr  tamam  başqa  axarda  gedə 
bilərdi. Yəqin Məlik də nəinki indi burada, bu “Ayh gecələr” parkında, heç 
bəlkə Bakıda, Azərbaycanda, ola bilsin həyat-da, dünyada da qala bilməzdi. 
Xoşbəxtlikdən  bütün  bunlann  qarşısı  almdı,  xalqın,  millətin  əzəli 
özünüqoruma  instinkti  hər  növ  hakimiyy-ət  hərisliyinə  qalib  gəldi  və  o 
günlərdən başlayan əw əl-əvvəl tədrici, get-gedə daha iti, yeyin inkişaf sürəti 
gətirib  bu  günkü  arxayın  duru-ma  çatdı.  İndi  işsiz,  kasıb,  bədbəxt-biçarə 
vətəndaşı yoxdu Azərbay-canın. Bədbəxt yoxdur, amma hamı xoşbəxtdirmi? 
Məsələ də elə bun-dadır. Xalq, Millət bədbəxt olanda onun bütün övladları 
da bədbəxt-dir, amırıa xalq, millət xoşbəxt olanda onun hər bir övladı ayrı-
ayrıhqda  “mən  bəxtiyaram”  -  deyə  bilmir.  Təbii  ki,  ölkəsinin,  dövlətinin 
talei sarıdan arxayındır, xoşbəxtdir, amma hər şəxs özü  - özlüyündə haçan-
sa Tənhalıqla, Ayrılıqla, ən sonunda Ölümlə üz-üzə durmayıbmı? 
 
Nə  bədbin  fıkirlərdir  belə,  bu  xoş  bayram  günündə  başıma  gəlir. 
Filosofluq  eləməyə  vaxt  tapdın.  Şəhərə  bax,  gör  bir  nə  aləmdir,  nə  gö-
zəllikdir. 
 
Projektorlarla ən münasib şəkildə işıqlandırılmış nəhəng Dədə Qorqud, 
Koroğlu heykəlləri, su pərisi kimi sulardan baş qaldıran So-bail, zirvosində 
Novruz çırağı yanan Qız qalası, dənizdəki ağ yelkən-li, əlvan rəngli gəmilər, 
təknələr,  qayıqlar,  Nərgizdəki  Nənə  qurşağı-şeytan  çarxı,  “Karvan” 
univermağınm damında ləngərlə addımlayan dəvə karvanı, Odlar sarayınm 
məşəlləri  -  elə  bütün  bunları  görmək  üçün  dünyaya  gəlməyə  və  yaşamağa 
dəyərdi. 


 
Getmək zamam gələndə də nə qəm, nə isə görüb, nə isə edib, in-san kimi 
yaşayıb,  insan  kimi  getməyin  nə  qorxusu  var.  Biz  gedəcəyik,  amma  Qız 
qalası qalaeaq, şəkilli Qobustan qayaları qalacaq, İçəri şə-hərin dar küçələri 
qalacaq, Şekspir və Füzuli, Bax və Segah qalacaq... 
Amma hər halda maraqlıdır, bizdən sonra nə olacaq, necə olacaq? Məlik 
haçansa uzaq gəncliyində oxuduğu bir şeiri xatırladı: 
 
Görəsən kim yandıracaq 
 
Yeni çıraqları Xəzər sahilində? 
 
Görəsən kim deyəcək yeni nəğməni, 
 
N ə dilində? 
 
Şairin  nigarançılığı  əbəs  imiş.  Xəzər  sahilində  çıraqları  yenə  də  biz 
yandırırıq və yeni nəğmələri də öz dilimizdə oxuyuruq. 
 
Bəlkə də nənələrinin təsiriylə Məlik gözünü açandan Allaha sidq-ürəklə 
tapınmışdı. Dindar deyildi. Dini ritualları heç vaxt icra etmə-mişdi - namaz 
qılmırdı, oruc tutmurdu, heç ziyarətə getmək də qismət olmamışdı ona. Buna 
baxmayaraq hər axşam yatmazdan qabaq, özünün tərtib etdiyi və bəzən hətta 
televiziya proqramlarmda da səs-ləndirdiyi duanı ürəyində təkrar edirdi. İndi 
yatmasına hələ xeyli vaxt vardı, amma hansı daxili təlabatlasa bax burada bu 
“Aylı  gecələr”  par-kında  “Bakı  gecələri”  restoranmın  Xəzərə  baxan  açıq 
eyvanında,  hər  il  təkrar  olunan  bu  təkrarsız  günün  ilıq  axşamında  duasını 
ürəyində kəlmə-kəlmə vird edirdi: 
 
İlahi,  bu  günümüz  üçün  sənə  min  şükür.  Bu  xoşbəxtliyi  xalqıma, 
dostiarıma, ailəmə  çox  görmə.  Ən  pis  günümüz  bu  olsun. Heç  birimiz heç 
vaxt  neyləyim,  necə  eləyim  -  deməli  olmayaq.  Tarix  boyu  çox  əzablara, 
məşəqqətlə tuş olduq, ağır günlər yaşadıq, öldü-qaldıyla üz-üzə durduq. Axır 
ki, iradəmizlə, ağlımızla, halal zəhmətimizlə ağ gü-nə çıxdıq, bu günümüzü 
qazandıq. Bu günümüz sonsuza qədər davam etsin, Uca Tanrım. Amin. 
İKİNCİ NAĞIL* 
 
B'ır d ə  g ö r d ü 
ki,  a ğ  q o ç n a n ,  q a r a  q o ç  b u d u 
d ö y ü ş ə - d ö y ü ş ə  g ə lir .  M ə lik m ə m m ə d  o  s a a t 
s ıç r a y ıb a ğ  q o ç u n  b e lin ə  m in d i. A m m a  a ğ q o ç 
b u n u  q a r a  q o ç u n  b e lin ə  tu lla d ı.  Q a r a  q o ç  d a 
M ə lik m ə m m ə d i  g ö t ü r ü b  q a r a n lıq  d ü n y a y a 
 
a p a rd ı. 
 
Məlikməmmədin nağılı 
 

 
Məlik Məmmədlini əzan səsi oyatdı. Gözlərini ağır-ağır açdı, pəncərəyə 
baxdı, hələ qaranlıqdı. Elə həmin andaca qapı döyüldü. 
 
- Kimdir? 
 
Qapının dalından səs gəldi: - Ağa durun, sabah namazınm vaxtıdır. 
Qaranlıqda dünən gecə düşdüyü və dərhal daş kimi yuxuya getdiyi bu otel 
otağını təsəvvüründə canlandırdı, bir çarpayı, bir dolab, bir ma- 
 
sa  vardı  otaqda,  kətillər  yoxdu,  döşəməyə  nimdaş  həsir  salınmış  və  iki 
mütəkkə atılmışdı. 
 
Qapının dalından səs gəldi: 
 
- Ağa, namaz yeri birinci mərtəbədə, mehmanxana məscidindədir. Məlik 
əlini atıb zəif gecə çırağım yandırdı, otağın küncündə Qib- 
 
lə istiqaməti göstərilmiş və balaca namazlıq xalça salınmışdı. 
Məlik: - Mən namazı odamda qıiacam - dedi. 
 
Qapının dalmdan: - Xub - dedilər. 
 
Məlik  durub  pəncərəyə  yanaşdı,  hava  hələ  də  açılmamışdı.  Gö-rəcəyi 
işləri qeyd etdiyi cib təqviminə baxdı - martın 22-si idi - gündüzlə gecənin 
tarazlaşdığı  gün.  Yadına  düşdü  ki,  haçansa,  çox  uzaqlarda  qalmış  bir 
əyyamda  bu  gün  Novruz  bayramını  qeyd  edərdi-lər.  Dərindən  köksünü 
ötürdü.  Elə  otaqdaca  qurulmuş  əl-üzyuyanda  üzünü  yudu,  balaca  tutqun 
güzgüyə baxdı, bir elə dünənki gün ərzin-də saqqalı xeyli uzanmışdı. Amma 
üzünü qırxmadı. 
 
Ərxanın sözlərini unutmamışdı: - Orda saqqallı gəzsəniz daha yaxşıdır. 
 
*Q E Y D : İkinci n ağ ıld a c ə rə y a n ed ən h ad isəlo r xro n o lo ji zam an e tib arilo Birinci 
 
n ağ ılın  d avam ı deyil. B u iki b ir - b irin ə altem ativ olan o la y lar eyni vaxt kosiy in d o to - 
s e v v ü r  edilir. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə