SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə93/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   89   90   91   92   93   94   95   96   ...   104

 
Məlik  pəncərədən  yerə  baxırdı.  Neçə  ildir  ancaq  hərdən-birdən 
yuxularında  gördüyü  şəhəri  göyün  ucalığından  seyr  edirdı.  Şəhərin  çox 
hissəsi  ya  tamam  qaranlıqdı,  ya  da  adda-budda  zəif  işıqlar  görünürdü.  Bir 
hissəsi isə gur çil-çırağa qərq olmuşdu. 
 
Bələdçi  bir-bir  sıraları  gəzib  qadın  səmişinlərə  çadralar  paylayır-dı. 
Indiyə  qədər  üzü  açıq,  hətta  mini-tumanlarda  və  dekolteli  paltar-larda 
oturmuş  qadınlar  bir-bir  çadralara  bürünməyə  başladılar.  Qadm  bələdçilər 
diqqət edirdilər ki, saçlarının bircə tükü də görünməsin. Məlik buna hazır idi, 
bilirdi  ki,  birinci  olaraq  Behişti  Badi-kubənin  sərhəd  məntəqəsindən 
keçəcəklər, odur ki, ilk olaraq bu Zonanm hic-ab qanuna tabe  olunmalıdır. 
Amma  saqqallı  bələdçi  ona  yanaşıb  qal-sutukunu  açmağı  təklif  edəndə, 
təəccübünü gizlədə bilmədi.  - Mənim bu qalstukumun kimə nə zərəri dəyə 
bilər? 
 
Bələdçi başmı buladı: - Vaqiən ağa düz buyurur, amma qəvaid be-lədir - 
dedi. 
 
Məlik  fıkir  verdi  ki,  digər  səmişinlər  də  dinməz-sölyməz  qalstuk-larını 
çıxarıb bələdçiyə verir və bələdçi hər qalstukun üstündə sancaq-la səmişinin 
bilet  nömrəsini  qeyd  edir.  Səmişinləri  arxayınlaşdırdı  ki,  geri  dönərkən 
qalstukları qaytarılacaq. 
 
Təyyarədən  enəndən  sonra  ərəb  əlifbasıyla  BEHİŞTİ  BADİ-KUBƏ 
sözləri  yazılmış  iri  lövhənin  altında  yerləşən  sərhəd  m  əntəqə-sinə 
yanaşdüar. Məntəqənin üstündə hilallı yaşıl bayraq dalğalanırdı. 
 
Sərhədçilər hər səmişinin sənədlərini azı yarım saat yoxlayırdılar, dönə-
dönə  pasportlardakı  şəkillərə  və  pasport  sahiblərinin  sifətlərinə  diqqətlə 
baxır,  bəzən  harasa  gedib  nə  barədəsə  məsləhətləşir,  sonra  geri  qayıdıb 
sənədiəri  bir  daha  yoxlayırdılar.  Bir  neçə  səmişini  kəna-ra  çağırıb  harasa 
apardılar. 
 
Məliyin  ürəyi  şiddətlə  döyünürdü,  indi  bir  şey  tapacaqlar,  bir  qəm  - 
bərqulu  çıxacaq  və  bu  qədər arzu  etdiyi,  bu  qədər  vaxt  gözlədiyi  istə-yinə 
çata  bilməyəcək.  Sərhədçinin  səsi  onu  fıkirlərindən  ayırdı.  Növ-bə  Məliyə 
çatmışdı. Sərhədçi: - Ağa, hüviyyət kağızım göstər - dedi. 
 
Məlik  pasportunu  və  ona  verilən  sənədi  uzatdı.  Sərhədçi  aldıqla-rını 
xeyli müddət o yan bu yana çevirəndən sonra, möhür basıb qay-tardı. Məlik 
ürəyində “Allaha çox şükür” deyib sərhədi adladı. 
 
Gömrükdə yoxlamalar daha uzun çəkdi və növbə Məliyə düz iki saatdan 
sonra çatdı. Saqqailı gömrükçü çantasım açmağı tələb etdi, çantaya  yığdığı 
şeyləri,  üç  dəst  köynəyi,  alt  və  ev  paltarım,  sabunu,  diş  fırçası  və  diş 
məcununu, ülgücünü, bir blok siqareti və kasetçalarla iki 
kaseti ələk-vələk elədi, nəhayət ikinci qalstuku əlinə götürüb, soruş-du ki, 
bəs təyyarədə qalstukunu almayıblar? 
 
Məlik: - aldılar - dedi. 
 
Gömrükçü:  -  Bəs  onda  bu  nəmənədi?  -  deyə  çantadakı  qalsutuku 
havada  fırlatdı.  Məlik  bilmirdi  nə  desin:  -  Bu  da...  be...  belə  -  ikinci 
qalstuk...  ehti...  ehtiyat  üçün  -  deyə  kəkələdi.  Elə  bil  sərhədçilərin  də, 
gömrükçülərin  də  zəhmi  onu  basmışdı,  heç  bir  günahı  olmadan  özünü 
müqəssir hiss edirdi. 
 
Gömrükçü:  -  Şeytan  xaltasınm  biri  bəs  eləmir?  -  dedi  -  bəlkə  bu-nu 
kiməsə bəxşiş vermək ya satmaq istəyirsən? 
Məlik:- Əstafumllah  - dedi - mən alverçi deyiləm, bu köhnə qal-stuku 
da kimə bağışlaya bilərəm? 
 
Gömrükçü onu dinləmədən qalstuku kənara, müsadirə olunmuş əşyalar 
qutusuna  atdı.  Bu  qalstukla  müəyyən  xatirəiər  bağlıydı  və  M  ə-lik  onu 
itirmək  istəmirdi.  Ərxanın  tövsiyyəsi  yadma  düşdü:bu  əlbəttə  risq  idi,  hər 
şeyi korlaya bilərdi, amma tərs damarı tutmuşdu və ətrafa döyüküb cibindən 
ehmallıca əlli dollar çıxardı, gömrükçüyə tərəf tut-du, - bu qalstuk qardaşım 
rəhmətlikdən yadigardı - dedi. 
 
Gömrükçü cəld bir hərəkətdə əlli dolları ovcunda gizlədib: 
 
- Xub, bu başqa məsələ - dedi - madam ki, rəhmətlik bəradərin-dən 
yadigardır, nə söz ola bilər - qalstuku qutudan çıxarıb Məliyo uzatdı. Bütün bu 
hərəkətləri - qalstuku qutuya atmağı və qutudan çı-xarmağı, pulu qamarlamağı 
elə becid və məharətlə icra edirdi ki, bu işin peşəkarı olduğu aydmlaşırdı. 
 
Məlik  bu  sərhədi  və  bu  kömrüyü  keçib  ikinci  sərhəd  məntoqəsinin 
qabağma  çıxdı.  Məntəqənin  üstündə  qırmızı  rəngli  oraq-çəkicli  bay-raq 
dalğalanırdı, kiril əlifbasıyla azərbaycanca və rusca BAKI KOM-MUNASI 
“EAKHHCKAÜ KOMMYHA” sözləri yazılmışdı. 
 
Divarda çox iri portret vardı. Zəhmli kişinin sifətinin xeyli hissə-sini zil 
qara eynək şüşələri tuturdu. Portretin üstündə böyük hərflərlə: 
 
KOMMUNİZMİN  QƏLƏBƏSİ  LABÜDDÜR,  ÇÜNKİ 
MÜT- 
 
LƏQDİR. MARAT. 
 
Portretin  altında  isə 
BAŞ  KOMİSSAR  MARAT  YOLDAŞIN 
 
RƏHBƏRLİYİ ALTINDA BÜTÜN DÜNYADA KOMMUNİZMİN TAM 
QƏLƏBƏSİNƏ DOGRU İRƏLİ - sözləri yazılmışdı. 
 
Sərhəd  məntəqəsinə  növbədə  dayanarkən  Məlik  Ərxanın  dediklə-rini 
xatırladı: Baş komissar Marat Qaragözovun gözlərini görən ol- 


mayıb. Deyilənə görə gözləri çaşdı, odur ki, heç vaxt tünd qara eynəyi 
çıxarmır. 
 
Xeyli müddətdən sonra növbə M əliyə çatanda sərhədçi sənədləri-nə 
gözucu nəzər salıb: 
 
- Anketi bizim əlifbayla doldurun - dedi - Azərbaycan və rus dil-lərində. 
 
Məlik cərgədən çıxdı, piştaxtaya yanaşıb cavabları kiril əlifbasıy-la 
yazdı və geri dönəndə təzədən növbəyə durmalı oldu. 
Nəhayət, sərhədi keçdi, amma Gömrükdə yenə ilişdi. Gömrükçü 
kasetçaları və kasetləri əlində fırladıb: - Bunlar nədi? - dedi. 
 
Məlik: - Musiqidir - dedi - Azərbaycan bəstəkarlarının mahnıla-rı. 
Türkiyədə anonim Azeri şarkıları adıyla çıxıb. 
 
Gömrükçü: 
 
- Türkiyədə? - dedi - bura pantürkist kasetləri gətirmək olmaz. Məlik, 
ürəyində:- Ya bəxt - deyib əlli dollarm ucunu gömrükçüyə 
göstərdi: 
 
- Keçən əsrdə yaşamış sovet bəstəkarlarınm mahnılarıdır. Gömrükçü 
eyni cəld hərəkətlə pulu aldı - hə, sovet bəstəkarları - 
 
dedi - onda mojna. 
 
Gömrükçü indi də kasetçaları əlində o yan bu yana çevirirdi. 
 
 Bəs bu nədi? 
 
 Bu da kasetçaldıran. 
 
Gömrükçü kasetçaların düyməsini basdı, radiodan səslər gəldi. 
 
 Bu ki radiodur - dedi. 
 
 Həm radiodur, həm kasetçalar. 
 
 Bizdə yad radiolara qulaq asmaq zapreşeno. 
 
Məlik əlli dollar da tərləməli oldu. İndi bu işi daha arxaym edirdi. 
Üçüncü sərhəd məntəqəsinə çatdı. 
 
Burda da göy  bayraq dalğalanırdı. Məlik acı-acı düşündü: üç sər-həd - 
üç bayraq - yaşıl, qırmızı, göy. Üçü bir yerdə olsaydı keçmiş Azərabycanın 
bayrağı olardı. 
 
Sərhədçi  sənədlərə  göz  ucu  baxıb  təklif  etdi  ki,  Məlik  baş  barmağı-nı 
kiçik disketə bassın, sonra onun barmaq izləri olan disketi bilgisayara saldı, 
hansısa düymələri basıb ekrana baxdı və: - Keçə bilərsiniz —dedi. 
 
Bu gömrükçü də əşyaları bir-bir yoxladı, soruşdu: - 
Narkotik? 
 
Məlik: - Yox canım, məndə narkotik nə gəzir? Gömrükçü 
çantadakı bir blok türk siqaretini götürdü: 
 
  Bu nədir? 
 
  Siqaret. Türk siqareti. 
 
Gömrükçü: - Bura Amerika siqaretlərindən başqa ayrı siqaret gə-tirmək 
olmaz - dedi - musadirə edilir - sonra nədənsə əlavə etdi - Heç türk siqareti 
çəkməmişəm. 
 
Məlik: - Mən yaman çəkənəm - dedi - Bu siqaretlərə də alışmışam. 
Yarsı sənin, yarsı mənim. 
 
Gömrükçü: - Okey - dedi və cəld bloku açıb altı qutu çıxardı, dördünü 
Məliyə qaytardı. 
 
Gömrükdən  keçən  kimi  Məlik  çox  iri  reklamlar  gördü.  Birində 
təyyarənin  içində  xoş  bir  təbəssümlə  səmişinlərə  (onların  da  sifətlə-rində 
təbəssüm  vardı)  “Koka-kola”  paylayan  stüardessamn  şəkli və  altında  latın 
hərfləriylə yazı verilmişdi: 
 
ÇIXANDA YOLA - İÇ “KOKA-KOLA” . 
 
İkinci reklamda kovboy qiyafəli, iri şlyapalı, böyründə yekə ta-pancalı 
gənc oğlan - (gülüşü bu qulağından o qulağınadək) təyyarə trapından düşən 
səmişinlərə  açıq  Malboro  qutusunu  uzadırdı.  Altında  latın  hərfləriylə 
GƏLMİSƏN BURA, AL, ÇƏK “MALBORO” - söz-ləri yazılmışdı. 
 
Məlik aeroport binasından açıq havaya çıxanda saatına baxdı: gecə üçün 
yarısı.  Təyyarə  yerə  enəndə  gündüz  dördün  yarısı  idi.  Sərhədlər-dən  və 
gömrüklərdən  on  bir  saata  keçmişdilər.  Cenevrədən  burasa  üç  saat  yarıma 
gəldik - deyə düşündü. 
 
Taksi dayanacağına yanaşıb ən qabaqda dayanan maşına yanaşdı, əlini 
uzadıb qapını açmaq istədi, qapı içəridən bağlıydı, bu zaman ar-xa sıralardan 
çıxıb gələn taksi onun qarşısında dayandı. Sürücü qapını açıb onu içəri dəvət 
etdi. 
 
Məlik arxa tərəfdə əyləşdi, elə bu  vaxt kimsə maşmın qabaq qapı-sını 
açdı. Saqqallı cavan oğlan Məliyə müraciət edərək: - Ağa, yoml-muyasız - 
dedi - bəndəniz də şəhərə gedir, qailsə mən də sizlə gedim. 
 
Məlik: - Buyurun - dedi. 
 
Taksi hər iki tərəfinə məftilli çəpərlər çəkilmiş yolla irəliləyirdi. Yol sağ 
tərəfdə, məftilli çəpərin dalında yanan gur çil-çıraqla işıqlanırdı. 
 
Sol çəpərin arxası qaranlıq idi. 
 
Məlik fikir verdi ki, məftil çəpərlərin dibində xeyli it ölüsü sərələnib. - 
Bu leşlər niyə bura düşüb? 
Şofer: - Əhməq məxluqdur da - dedi - özlərini çəpərə çırpır, çə-pərə də 
bərq buraxıblar. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə