Ordan heç yerə tərpənmə. Maşımmı göndərirəm. On dəqiqədən sonra
orda olacaq. Qara “Mersedes”dir. Şoferin adı Fildir.
Oldu.
Doğrudan da düz on dəqiqədən sonra qara “Mersedes” köşkün düz
qabağında dayandı. Tünd göy kostyumlu, ağ köynəkli, yaxasında qara bant
olan sürücü cəld maşmdan düşdü. Ağ əlcəyini çıxarıb Məliyə əl verdi, sonra
nəzakətlə maşmın dal qapısmı açıb - pliz - dedi. Maşının içi sərin və ətirli
idi. Radiosundan ingilis dilində xəbərlər səslənirdi. Geniş prospektlə
irəliləyirdilər. Hər iki tərəfdə çox şıq mağaza vitrin-ləri, çoxlu reklamlar
vardı.
Maşın işıqforun qırmızı işığı qarşısında dayandı. Dərhal yeddi-səkkiz
yaşında uşaq yüyürüb “Mersedes” in qabaq şüşələrini silməyə başladı. Başqa
uşaqlar ba o biri maşınların şüşələrini silirdilər. Şofer şüşəni açıb uşağa bir
neçə pens verdi. Uşaq cəld yeni gəlib dayanmış başqa maşına tərəf qaçdı.
İşıqforun işığı dəyişdi, maşınlar hərəkətə keçdi. “Mersedes” şəhərin yuxarı
hissəsində fıqurlu çəpərlə dövrələn-miş abad həyətə daxil oldu. Sarı
kombinzonlu bağban qazonları sula-yırdı. Məliyə elə gəldi ki, buralar ona
hardansa tanışdır, amma tanınıl-maz dərəcədə dəyişmişdir.
Şofer maşmı həyətin içindəki üçmərtəbəli evin qarşısında saxladı, cəld
düşüb dal qapını açdı. Məlik də maşından endi, Fil:
- Pliz - deyə onu evin qapısna tərəf yönəltdi. Qapıdan girən kimi
pəhləvan cüssəli bir oğlan Məliyin qarşısını kəsdi, onun üst-başına əl
gəzdirməyə başladı, Fil tələsik ona ingiliscə: - miss Buramn atasıdır - dedi.
Pəzəvəng əl çəkdi, Fil: - Sorri - dedi - miss Buranın bodiqardıdır
son cümlədəki iki sözün şəkilçiləri azərbaycancaydı. Məlik:
Azərbaycanlısımz? - deyə xəbər aldı.
Of kouz. Əlbəttə. May neym e... e... adım Fizuli.
Liftə girdilər. Liftin içi də ətir qoxuyurdu, Fizuli-Fil ikinci m ərtə-bənin
diiyməsini basdı, qalxdılar. Palıd ağacından olan qapının qarşı-sına çıxdılar.
Fil zəngi basdı, qapı açıldı və Burla, onun balaca Burla xatunu, - indi o
doğrudan da yaraşıqh, xamm-xatın bir qadın olmuşdu - Məliyin boynuna
atıldı - Ata, atacan - dedi - bilsən səni görməyimə necə şadam.
Mənim qədər şad ola bilməzsən, Burla - dedi Məlik.
Paltonu çıxar. Ver özüm asım - sonra şoferə ingiliscə nəsə dedi. Fil əlini
papağınm dimdiyinə uzadıb getdı.
Məlik:
Bu niyə ingiliscə danışır? - deyə soruşdu.
İngilis məktəbində oxuyub.
Azərbaycanca heç bilmir?
Niyə bilmir?
Onda de, mənimlə öz dilimizdə damşsm.
Baş üstə.
Məlik paltosunu çıxara-çıxara dəhlizdəki iri əlvan afışə nəzər sal-dı və
diksindi: afışdə Burlanın çox böyük yarılüt şəkli vardı.
Məlik: - Sənsən? - deyə qeyri-ixtiyarı soruşdu.
Burla: - Yox, tamşımdır - dedi, güldü - bu barədə sonra damşarıq, keç
içəri.
Otağa girən kimi Məlik qarşı divarı boya boy tutan pəncərədən dənizin
çox geniş mənzərəsini gördü, amma diqqət edib başa düşdü ki, bu pəncərə
deyil, şəffaf şüşənin arxasında göy dənizin, sarı qumlu sa-hilin fotosudur.
Foto o qədər dəqiq və aydın çəkilmişdi ki, adama elə gəlirdi real
mənzərədir, pəncərədən görünür. Sağ divarda da şəffaf şüşənin arxasında
başı qarlı sıra dağlar görünürdü. Sol divarda sıx me-şə, baş-başa vermiş
ağaclar, üstünü yarpaqlı budaqlar yaşıl çətir kimi örtmüş meşə yolu. Məlik
girdiyi qapı tərəfə çevrildi, bu divarda da köpüklənən dağ çayj, şəlalə şəkli
vardı. Burla qapını örtəndə şəlalə sanki qapının üstündən aşağı axmağa
başladı.
- Bəs bu otağın pəncərəsi yoxdur?
Burla: - Pəncərə nə lazımdır - dedi - bu murdar şəhərə baxmağa?
Belədo hara baxıram ürəyim açılır.
Otağın küncündəki bara yanaşdı:
Nə içəcəksən, viski, şerri-brendi, cin tonik, tekila, vodka, konyak...
Dayan, dayan küyə basma görüm... Çay içərdim.
Burla daxili telefonu götürüb - Lera, uan ti - dedi - sonra xoş bir
təbəssümlə Məliyə baxıb - unutmuşdum, sən axı xalis müsəlırıan ki-şisisən.
Ancaq çay içirsən, o nədir o... o kişi... hə Məşədi İbad kimi. Gərək ki, belə
bir müzikl də vardı, uşaqlıqda görmüşdüm.
Məlik: - vardı - dedi.
Burla: - Dayan bir sənə yaxşı-yaxşı baxım. Bir az qocalmısan.
Bir az yox, lap çox. İllah da son iki gündə.
Nə olub ki, son iki gündə?
Məlik bu son iki gün haqqında da, həyatımn son illəri barədə də qısaca
danışdı.
Burla ah çəkib: - Yazıq anam - dedi - belə də yaşamaq olar?
Bəs ananla əlaqə yaratmağa çalışmamısan?
Bu mümkün deyil, ora bütün yollar bağlıdır. Heç telefonla, te-leqramla,
məktubla da əlaqə saxlamaq olmaz.
Beyrəklə necə?
İntemetdən onun e-mailini öyrəndim, mesaj göndərdim, özüm haqqında
yazdım. Heç bir cavab gəlmədi. Mənim də doğrusu başım elə qarışıqdır ki,
daha yazmağa vaxt tapmadım. Bir də ki, görünür m ə-nimlə yazışmaq
istəmir. Ordakı rejimi özün gördün də... Bəlkə qorxur. İşıq necədir səninçin?
Otağm işığmı nəzərdə tuturdu.
Bir az qaranlıq deyil ki?
Mən belə işığı sevirəm, ala toranlığı.
Məlik: - M ənə elə gəlir ki, hər halda pəncərə olsaydı - deyə sözə
başladı, Burla:
Əşi neyləyirsən pəncərəni? M ənzərəyə baxmaq üçün? - buyur doyunca
bax, bu mənzərələr xoşuna gəlmir, buyur başqasma bax. - pultu götürüb
düyməni basdı və dərhal dörd divarın dördündə də mən-zərələr dəyişdi - indi
qumlu səhra, buzlu çöl, əcaib qayalar, uzandıqca uzanan yollar görünürdü.
Pəncərə? Bəlkə işığa görə deyirsən? Bu da sənə gün işığı - düyməni
basdı və tavandakı alçibanlardan bol günəş işiğı süzüldü otağa.
Məlik mat qalmışdı, Burla onun təəccübündən ləzzət alırdı sanki:
Hə nə qaldı, hava? Hansı havanı xoşlayırsan, dəniz havası, dağ havası,
meşə, çöl?. - bir bir pultun düymələrini basırdı və doğrudan da otağa gah
dağ havası, gah dəniz mehi, gah şaxta təmizliyi, gah yağış-dan sonrakı nəm
hava dolurdu.
Məlik: - Bu sehirli otağm daha hansı möcüzələri var? - deyə soruşdu.
Burla: - Mən ancaq burda dincələ bilirəm, bütün əsəblərim sakit-ləşir - dedi
- sonra Məliyin sualını cavablandırdı - sehirləri hələ çox-dur - yenə hansısa
düyməni basdı, quş səsləri, dənizin uğultusu, yar-
paqların pıçıltısı, bülbüllərin cəh-cəhi eşidildi.
Məlik: - Doğrudan möcüzədi - dedi - mən indiyəcən belə şey
görməmişdim.
Hələ bu harasıdır? - Burla başqa bir pultu götürdü, düymələri basdı.
Otağa əvvəl qızılgül, başqa düyməni basanda bənöbşə iyi, daha sonra bir-
birinin ardınca bədmüşk, iydə ağacımn ətirləri, təzə çalınmış ot qoxusu
doldu.
- Bunları necə düzəltdirmisən? - neçəyə başa gəlib - demək is-təmirdi.
Burla: - Bu mənim dünyamdır - dedi - bütün dünyadan ayrıhb çə-
kildiyim dünya.
Amma süni dünyadır axı.
Süni dünya gerçək dünyadan min qat yaxşıdır - dedi Burla - beş
duyğunla istədiyini istədiyin vaxt duya bilirsən. İstəyirsən gündüz vaxtı
gecə olsun, gecə vaxtı gündüz. Bax. - Burla bir düyməni də basdı, otaq
qaranlığa qərq oldu. Burlanm səsi gəldi: - Başım qaldır, tavana bax.
Tavan ulduzlu göydü. Kahkəşan, süd yolu, bürclər...
Burlanm səsi də sanki kainatın dərinliklərindən gəlirdi:
Bax, indi ay doğacaq. Ulduzlar sönəcək.
Haradansa divarların üstündən ay çıxıb tavana ucaldı. Məlik:
- Yaxşı, bəsdir - dedi - çıxar bizi işıqlı dünyaya.
Otaq yenə gur gün işığına qərq oldu. Qapım tıqqıldatdılar, Burla: - Yes
- dedi.
Ağ döşlüklü xidmətçi qız otağa daxil oldu, Məliyə ədəblə salam verdi,
padnosda gətirdiyi çayı, konfetləri onun qabağına qoydu. Sonra beləcə
səssiz çevrilib çıxdı.
- Necə oidu ki, üçünüz də ayrı-ayrı zonalara düşdünüz?
Burla köksünü ötürdü: - Eh, getsin o günlər gəlməsin. O gün mən
evdəydim. Ho, sən fıkir verdinmi, bu ev elə bizim köhnə eviınizdir?
Köhnə evimiz?
Bəli, təəccüblənmə, bizim köhnə evimiz, yəni o birmərtəbəli
daxmamızın yerində tikdirdim bu üç mərtəbəni.
Üç mərtəbəsi də sənindir?
Əlbəttə.
Məlik: - Hansı pula? - deyə soruşmaq istəyirdi, amma cavabdan qorxub
soruşmurdu, ayrı sual verdi: Deməli o gün sən evdəymişsən? - çayından bir
qurtum aldı.
- Zökəm olmuşdum, evdə yatırdım. Anam da, Beyrək də işdəydi-lər,
hərəsi öz idarəsində. İşləri də, bilirsən şəhərin müxtəlif səmtlə-rindodir.
Atışma başladı, bir neçə saatın içində şəhərin hər yerində barrika-dalar
qurdular, bu küçədən o küçəyə keçmək olmurdu. Sonra da ki, o miisibət,
dağıntılar, yanğınlar... əvvəl-əvvəl heç olmasa bir-birimizlə telefonla damşa
bilirdik, iki gündən sonra telefon əlaqəsi də kəsildi.
- Sonra da şəhərin üç zonaya bölünməsi...
Dostları ilə paylaş: |