İ pravilno sdelali. Bu boşboğaz boltunlar sobraniyası proletariata
lazım deyil. Skoro SSSR-i vosstanovit edəcəyik, və bu işin də pione-ri Bakı
kommunistləri olacaq.
Məlik hiss elədi ki, ürəyi sıxılır, söhbəti dəyişmək üçün:
Bəs o muzeyin... qabağındakı o biri heykəllər kimindir? - dedi.
Hansı muzeyin?
Bağışlaym... Unutdum ki, indi bura kommissarlıqdır. Vaxtilə burda
Nizami muzeyi yerləşirdi.
Nizami? Nizami. Ax da - eto poet.
O da yasaq edilib? - Qaraxanovun yasaq sözünü anlamadığım görüb -
zapreşennudur? - dedi.
Net, poçemü je... Prosto belə kitabları çap eləmirik, feodolizm şairləri
proletariata lazım deyil. Kstati, bax - masasının üstündəki qa-lın kitabı
göstərdi - Marat yoldaşm yeni bioqrafıyası çıxıb. Sovetuyu, oxuyun, çox
interesm kitabdır.
Kim yazıb?
Kitablan otdelni adamlar yazmır. Eto kollektivnıy trud qruppı pro-
letarskix pisateley. Onlar bütün proletar sinfınin ürək sözlərini vıracat eləyən
belə kitablarda öz adlarını yazmağa ne nucnı sayırlar - Məliyin bayaqki
sualını xatırlayıb: Hə, orda Komissarlığın qabağındakı heykəl-ləri spraşivat
elədiniz. Bu ən veliki kommunistlərin heykəlləridir: Yol-daş Engels, yoldaş
Vladimir İliç Lenin, yoldaş İosif Vissarionoviç Sta-lin, yoldaş Stepan
Şaumyan, yoldaş Kirov və yoldaş Orconikizde...
Alman, rus, giircü, erməni... Bəs heç azərbaycanlı kommunist ol-mayıb?
Qaraxanov başını tutdu:
- O nesçatnıy çelovek, obolvanennıy burjuazno - nasionalistiçes-kimi
predrasudkami - dedi - priçem burda rus, ennəni. Onlar kommu-nistdirlər,
kommunistin milləti olmur. Onun milləti... proletariatdır. Budur bax, yoldaş
Marat nə deyir ~ ayağa durdu, balaca qırmızı kitab-çanı açıb oxudu: Gələcək
ayrı-ayrı millətlərə deyil, proletariata məx-susdur. Ponyatno? Yox, əgər siz
hələ kimin hansı nasiyadan olmasma vnimaniyə obraşat eləyirsiz onda bəs
yoldaş Maratm o boyda böyük heykəlini görmədiz? O ki sizin
ponimaniyanızla desək, azərbaycanlıdır.
- Bəli, əlbəttə.
Məlik bayaq binanm qarşında heykəllərə, indi otaqda şəkillərə ba-xanda
da nəyinsə, daha doğrusu kiminsə burda çatmadığını düşün-
müşdü, amma heç cür anlaya bilmirdi ki, bu çatmayan, olmayan nədir,
kimdir, indi birdən-birə xatırladı:Marks, əlbəttə Karl Marks.
- Bəs yoldaş Marks niyə yoxdur? - dedi - nə orda, nə - divarı gö-stərdi -
burda.
Qaraxanov bir an susduqdan sonra:
- Da, - dedi - bu slojnı voprosdu. Məsələ ondadır ki, biz yoldaş Marksı
elmi kommunizmin osnovateli kimi tsenim. Amma o evrey idi. Bizim isə
əsas düşmənimiz... dünya imperializmi və sionizmdir. Mark-sın
pamyatnikin qoysaq, şəklini azsaq eto moqut nepravilno ponyat.
Elə bu vaxt qapı açıldı və döşü qırmızı nişanlı, boz kitelli, qara ey-nəkli
bir adam içəri girdi, gözucu Məliyə tərəf baxdı.
Məlik də ona baxdı. Qaraxanov əyri bir təbəssümlə: -
Oğlunuzu tanımadınız - dedi - Borya, snimi oçki.
Gələn adam qara eynəklərini çıxartdı. Beyrək idi. Amma Məliyə elə
soyuq nəzərlərlə baxırdı ki... Məlik oğlunun boynunu qucaqlamaq istədi,
amma durdu: bəlkə kommunistlər oğulla-atanm qucaqlaşması-m da qadağan
ediblor. Sadəcə əlini uzatdı və Beyrək də ona əl verdi. Elə bu vaxt qara
telefon səsləndi. Qaraxanov cəld dəstəyi götürdü, dərhal ayağa durub:
Sluşayu tovariş Marat - dedi, ayağa duranda yenə boyu kiçildi - Siyu minutu
budu. - Məni yoldaş Marat çağırır, Borya idite sənin otağına.
Qapıdan çıxarkon Qaraxanov:
- Prosveti otsa - dedi - yoldaş Şaumyanın tarixi zasluqası haqqın-da çox
oşiboçnı fikirdədir. Bir az deyəsən, nasionalist və pantürkist uklonu da var.
Qapıdan çıxdılar. Beyrək dəhlizdə duran döşü qırmızı nişanlı, boz
kitelli, qara eynəkli adamlardan birini çağırdı. Cibindən pul çıxartdı: - A1 bu
yüz rublu - dedi: bufetdən bir vodka al, bir də pirojkidən, selyot-kadan, nə
tapsan.
Məlik fıkir verdi ki, pulun üstündə də Maratın şəkli var. Bilmirdi nədən
başlasın: - Yüz rubl neçə dollardır? - deyə soruşdu.
Beyrək:- Yüz rubl elə yüz dollardır - dedi Məlik:
- Yüz dollara alırsan arağı? Nə baha?
Rəsmi kursla bir rubl bir manatdır - istehzayla güldü - oslində yüz rubl
bir dollardır.
Onda da çox ucuzluqdur ki, bir dollara araq, pirojki...
Ancaq bizim binada, komissarlığın bufetində belədir, şəhərdə hər şey
on qat bahadır.
Maratın şəkilləri və cürbəcür şüarlar, diaqramlar asılmış dəhlizlə liftə
çatdılar. Beyrək: - Burda işləməyin də öz üstünlükləri var - dedi.
Liftə girdilər. Liftin içində də Maratın şəkilləri asılmışdı. Boz ki-tel, qara
eynəklər. Bircə döşündə qırmızı nişan yoxdu. Məlik Beyrəyin döşündəki
qırmızı nişana baxdı - Maratın şəkli vardı nişanın üstündə.
Liftdən çıxıb meşin qapılı otağa yanaşdılar, Beyrək açarla qapını açdı,
içəri keçdilər. Yenə həmin şəkillər, həmin şüarlar. Amma bu otaqda çoxlu
texniki cihazlar və bir neçə televizor da qoyulmuşdu. Hər yerdə Maratın
şəkilləri vardı, amma bir şəkil Məliyin diqqətini çəkdi. Uyuyan uşaq - 5-6
yaşlı qızcığaz. - Bu kimdir - deyə soruşdu. Düşün-dü ki, bəlkə Beyrəyin
qızıdır, yəni nəvəm.
Qızındır?
Yox, biz rəssamm çəkdiyi şəkildir. Altındakı yazını oxu. Məlik eynəyini
taxıb yazını oxudu. “Yuxuda Marat yoldaşı görür” .
Beyrək: - Yoldaş Qaraxanova Şaumyan haqqında nə demisən ki? - deyə
soruşdu.
Məlik: - Heç nə, dedim ki, Şaumyan daşnak idi.
- Söz tapmısan danışmağa. Özü de kimə? Qaraxanovun anası er-
mənidir.
Susdular. Bu üzücü sükutu pozmaq üçün Məlik necə, hardan və nə
məqsədlə gəldiyindən danışmağa başladı, amma deyəsən bütün bun-lar
Beyrəyi... e... Borisi qətiyyən maraqlandırmırdı.
Məlik:
O zonada... ananla görüşdüm - dedi - Onunla əlaqə saxlayırsan? Beyrək
laqeyd bir tonla:
Yox - dedi - eşitmişəm ki, mollahq eləyir. Mənim mollalarla aram
yoxdur - sonra əlavə etdi - elə bizi bu günə bir az da mollalar qoymadılar?
Molla, ya qeyri molla, axı o sənin anandır...
Beyrək üzündə istehz:alı bir ifadə göründü - Ana, ata - dedi - keçmiş
əsrlərin puç olmuş xülyaları - sonra əlavə etdi - bu dünyada insanın özündən
başqa heç kəsi yoxdur.
Məliyi dəhşət bürüdü: —Belə yaşamaq olar?
Beyrək: - Görürsən ki, yaşayıram - dedi
Burlayla neeə, onunla da əlaqən yoxdur?
Xeyr, o da rəqqasəlik eləyir, Baku sitidə göbək atıb kapitalistlə-ri
əyləndirir.
Məlik: Göbək rəqsi? - deyə soruşdu, sonra öz-özünə: - Deyəsən mən
bura yalmz sarsmtılar keçirmək üçün gəlmişəm - deyə düşündü.
Beyrək cavab vermədi. Araya yenə sükut çökdü. Sonra Məlik:
Dolanışığm necədir? - deyə soruşdu.
Mənimki pis deyil. Bu binada işləyənlərin çoxu kimi.
Bu binada? Bəs bu binadan kənarda?
Özün görmədin? Dilənçilər qabağmı kəsmədi?
Gördüm. Dilənçi çoxdur?
Beyrək:
Əhalinin yarıdan çoxu. - dedi, sonra istehzayla əlavə etdi: - pro-letar
balaları.
Bu uşaqlar bir yerdə işləmir, oxumur?
Ha, ha... İş var ki, işləsinlər? Oxumaq... - qəhqəhə çəkdi - cəmi-si iki
məktəb var, orda da komissarlıqda işləyənlərin balaları oxuyur.
Məlik siqaret çıxarıb odladı - çəkirsən?
- Yox - sonra qutuya baxıb - türk siqaretidir? - dedi
Bəli.
Ver birin çəkim.
Beyrək siqaretini alışdırdlı, bir qullab alıb: - Bilirsən, məktəblər-də
bütün siniflərdə dərslər necə başlayır?
Yox, hardan bilim.
Əvvəlcə Marat yoldaşın şəninə şüarlar deyirlər, sonra da qarğış
etməyə başlayırlar.
Qarğış?
Bəli. Marat yoldaşın, proletariatın və Bakı kommunasının düş-
mənlərinin gözləri çıxsın, vərəm olsunlar, infarkt olsunlar, rak olsun-lar,
SPİD olsunlar. Marata əl qaldıranm əli qurusun, onun haqqında pis
danışanın dili qurusun.
Məlik: - Yadımdadır, uşaqlıqda bizim kənddə bir qoca qarı vardı. Elə
hey hamıya bax eynən beləcə qarğış edərdi.
SPİD-dən də xəbəri vardı?
- Yox, amma o da deyərdi ki, nə bilim fılankəsin gözü çıxsın, ci-yəri
yansın, dili tutulsun, qan qussun. Allah ona qotur versin, dımaq verməsin.
Beyrək güldü: - Bax bu nə isə təzə sözdü - dedi - gərək yazaq, Marat
yoldaşa verək, mətnə əlavə etsin.
Yenə siqaretdən dərin bir qullab aldı.
Dostları ilə paylaş: |