- Oğlum, - dedi - heç olmasa sən burdan canmı qurtarıb çıxaydın. - Bu
qeyri-mümkündür - Beyrək özü də bilmədən eynən Aypərinin sözlərini təkrar
etdi. - Burdan quş quşluğuyla uçub qurtara bilməz. Kommunanm divarlarını
görmədin? Keçən il birisi bu divarı dırmaşıb aşmaq istədi, elə yerindəcə
gülləylə vurub torpağa sərdilər. Heç kəs heç adını da bilmədi. Bura şəhər
deyil - divarlarla dövrələnmiş kons-lagerdir. Burdan bircə çıxış yolu var -
qəbrstanlığa, o dünyaya - gülümsündü - Belə - belə işlər, ata... - İlk dəfə
Məliyə belə dedi.
Sonra sanki qeyri-ixtiyari, mexaniki bir hərəkətlə Məliyin dilinə də
vurmadığı qədəhini götürüb başma çəkdi - nə qədər gec deyil, bur-dan
uzaqlaşıb get - dedi. - Xoşbəxtsən ki, hələ bu imkanın var. Ayrı xoşbəxtlik
axtarma. Biz də burda bir təhər başımızı girləyək, görək əcəl haçan insaf
eləyib dadımıza çatdı.
Beyrək, sənin belə danışmağın, mənimçün ölümdən betərdir.
Eh, havayj sözlər danışmağa nə var ki?
Havayı sözlər deyil bu. Nə isə etməliyik. Nə isə etmək lazımdır. Yəni
bütün bunları dəyişmək istəyən adamlar qalmayıb burda? Hamı burda elə
sənin kimi bədbinləşib, hər şeydən əlini üzüb?
Yox, niyə ki, ümidini üzməyənlər də vardı.
Vardı? Bəs indi hardadırlar?
Xəzərin dibində. Bəxti gətirənlər - Nargin adasında.
Nargin adasmda?
Bəli, o adanı Bakı Kommunasınm ərazisinə daxil etdilər, indi or-da
möhtəşəm bir konslager qurublar. Mənim bu sənətim olmasaydı, mənə
möhtac olmasaydılar, mənim də ən yaxşı halda yerim ordaydı. Niyə də
olmasm? Atam Türkiyədə, anam və bacım düşmən qonşula-rın ərazisində...
Amma elə böyük fərq də yoxdur, orda konslager də-nizlə əhatə olunub,
burda divarlarla.
Məlik əlləriylə üzünü qapadı.
Beyrək: - Kefıni pozma ata, - dedi - böyük musibətlərin yanmda bizim
ailənin taleyi nədir ki... Mən özüm də hər şeyə qane olmuşam. Dolanışığım
var. Camaat baxmasın deyə pozduğum xarici televiziya-lara özüm gizlində
baxıram. Bəzi kitabları qoruyub saxlaya bilmişəm
Cəlil Məmmədquluzadəni, Sabiri. Hərdən oxuyuram. Dostoyevski-ni daha
çox oxuyuram. “Şeytanlar”ı. Zalım oğlu elə bil hər şeyi qabaq-cadan görüb.
Əlbəttə mənim Marat kimi, hətta Qaraxanov kimi pu-lum-sərvətim yoxdur,
amma hər halda...
Yəni onlar dövlətlidir? Bəs kommnistlər bərabərlikdən dəm vu-rurlar,
proletar rəhbərləridir...
Proletar, kommunist - xeylı güldü, - bu artıq bir az sərxoş gülüş
idi - bu sözlərə inanan var? - dedi - Qaraxanovun Fransada, Maratın
dünyanın beş qitəsində villaları var, deyirlər ki, Amerika milyarderlə-ri,
ərəb şeyxləri qələt eləyər onun yanında.
Birdən Məliyin yadına düşdü:
Pianino çalır Marat? - dedi.
Pianino? - Beyrək təəccüblə gözlərini ovuşdurdu, arağm təsiri
hiss olunurudu. - Bu hardan çıxdı?
Pilləkənin yanında şəklini gördüm, piano arxasında.
Hə... - Beyrək qəhqəhə çəkdi - şəkildir də çəkdirib, heç çijik-pijik də
çala bilmir. O biri şəkli də gördün, at belində?
Gördüın.
Ömründə nəinki ata, heç eşşəyə də minməyib. Heykəlini də
gördün də Maratm?
B ə li.
Gördün necə ucadır? Boy-buxun da ki, maşallah. Əslində Marat
Qaraxanovdan da potaboydur. Qaraxanovun çiynindəndir.
Beyrək bir qədəh də süzüb içdi. - Əşi bu Marat dəsgahdır - dedi -
deməklə qurtaran deyil. Bir arvad uşaq doğub dörd kilo yarım. Televi-
ziyada deyirlər ki, Maratın şərəfmə belə böyük uşaq doğulub. Üç gündən
sonra Maratın ad günüdür. Bir ay qabaq səbəbsiz-flansız xüsusi olaraq on-
on beş adamı tutub basıb ki, öz ad günü şərəfınə am-nistiya verib beş-altısın
buraxsın. Bu adam özü özündən doymur ki, doymur.
Telefon oldu, Beyrək dəstəyi qaldırdı:
- Da, yaxşı indi gəlirəm - sonra Məliyə - bağışla, Qaraxanov çağırır -
dedi - gedək, sənin də buraxılış vərəqinə qol çəksin. Yoxsa burdan çıxa
bilməzsən.
Qaraxanovun otağına girdilər. Qaraxanov ayağa durdu və yenə də
balacalaşdı. Qoribədir: Stolunun üstündə balaca boşqabda səməni vardı.
Beyrəyə: - Vot - dedi - lyubuysya. Yoldaş Marat çağırmışdı, oka-
zıvaetsya bu gün kakoy-to bayram. Novruz çto li? Tak vot, PP xəbor vc-rib
ki, bazarda kimsə bu zeleni satırmış, səməni, çto li, - səməninin bir
qırağından qoparıb ağzına qoydu, bir az çeynədi, sonra tüpürdü - fu, ka-kaya
qadost. Bunu da insan yeyər? Stəkandan su içib ağzını yaxaladı.
Məlik maddım-maddım oğluna baxdı, Beyrəyin heç tükü də tər-
pənmədi. Qaraxanov sözünə davam etdi: - Marat yoldaş dedi ki, xarici radio
ilin təxvil, təxvil çto li, olmasının saatını deyib, bunu da eşidən olub. Kuda
smotrit Boris dedi yoldaş Marat, nemedlenno primite merı. Pozor. Özü də
haçan? Dünya proletariatımn böyük prazdniki - Marat yoldaşın den
rocdeniyasına üç gün qalmış. Razberites s etim.
Sonra Məliyə baxıb - gedirsiz - dedi - verin kağıza qol çəkim, - qol
çəkdi, - sonra yenə Beyrəyə müraciətlə: - Nu kak, prosvetil eqo nasçet
tovarişa Şaumyana?
Beyrək: - Razumeetsya - dedi - söz verdi ki, Şaumyan yoldaşın əsərlərini
türkcəyə tərcümə edib orda çap elətdirəcək.
Qaraxanov məmnun-məmnun gülümsədi.
Eto xoroşo - dedi - nə olsun Türkiyə düşmən qosudarstvodur, biz orada
da proletariatı oyatmalıyıq ki, bütün dünyada kommunizmin qələbəsinə
qotovı olsunlar. - Məliyə müraciətlə: - papaşa - dedi - siz də unutmaym - ən
böyük düşmənimiz imperializm və pantürkizmdir.
Məlik:
Bəs sionizm? - dedi.
Əbəttə i sionizm.
Bəs panislamizm, buddizm, katolisizm, protestantizm, parla -
mentarizm...
Əlbəttə, əlbəttə - Qaraxanov başıyla təsdiq edirdi. Məliyin də elə bil gic
damarı tutmuşdu, vaxtilə Sovet cəmiyyətinin tarixinə dair oxuduğu kitabları
xatırlayıb:
Bəs sürrealizm, impressionizm, modemizm... - deyirdi. Qaraxanovun
sifətində gərgin bir ifadə vardi, bu sözləri bəlkə də
ilk dəfə eşidirdi, nə demək olduğunu bilmirdi və bilmirdi ki, bütün bunlar
doğrudanmı proletariatın düşmənləridir?
Məlik davam edirdi: - freydizm, feminizm, fılatelizm, fetişizm...
Qaraxanov axır ki, arxaym nəfəs aldı, fetişizmi faşizm başa düşüb: -
koneçno - dedi - faşizm də neprimiri düşmənimizdir. - Beyrəyə müraciətlə -
Vicu əməlli-başlı işləmisən papaşayla. Nu xoroşo. Sağ olun.
Beyrək Məliyi qapıyacan ötürdü.
- Bu Qaragözov küçəsiylə get, Marat meydanından sonra Baş ko-missar
küçəsinə burul. Üçüncü zonanın sərhəd keçidi ordadır.
Məlik: - Oğlum - dedi - çox içmə.
Beyrək yorğun-yorğun:
- Yaxşı - dedi.
Məlik bilmirdi daha nə desin. Beyrək saatına baxdı, bunu vaxtı ol-
madığma işarə kimi də başa düşmək olardı. Ayrılmalıydılar.
Məlik: - Bir dəqiqə eynəklərini çıxar - dedi - gözlərini görmək is-
təyirəm, bəlkə daha heç vaxt görə bilmədim.
Beyrək: - Boje, kakiye santimentı - dedi, amma bir anlığa eynəyi-ni
çıxartdı. Gözləri bom-boş idi, heç bir ifadə yoxdu onlarda. Əlini uzatdr.
- Əlvida - dedi, sonra birdən soruşdu: - Türkiyədə insanlar necə
yaşayır?
Məlik: - İnsan kimi - dedi.
III
Divarın dar qapısından keçən kimi Məlik telefonu soroşdu.
- Orda avtomat var, jeton alm - dedilər. Jeton aldı, avtomat - telefon
köşkünə girdı və Burlanın nömrəsini yığdı. Bir azdan dəstəkdən səs gəldi:
Hello! - Burlanın səsi idi, amma nədirsə başqa cür səsləndi, Bir an sonra
Məlik başa düşdü: avtocavabçıdır, özü də cavab ingiliscə səs-lənir. Məlik
bir az bilirdi ingiliscə: - Mən evdə yoxam - sözlərini eşitdi. - Siqnaldan
sonra mesajınızı verin.
Siqnal gəldi.
- Salam, Burla Xatun - ancaq uşaqlıqda onu belə, tam adıyla çağı-rardı.
- Mənəm, Məlik, atan... burdayam, səni görmək istəyirəm. Bir azdan yenə
zəng edorəm...
Telefonu asmaq istəyirdi ki, dəstəkdən səs gəldi:
Ata - bu Burlanın səsi idi, özü də lentə yazılmış ınexaniki səsi yox,
canlı sosiydi və bu səs titrəyirdi.
Qızım, Burla...
Ata, sən sağsanmış. Hardan gəlib çıxdm bura?
Uzun söhbətdir. Görüşəndə danışaram. Səni görə bilərom?
Əlbəttə, hardasan?
Sərhəd keçidinin yanında. Kommunadan gəlirəm.
Ordan iki keçid var. Hansının yanmdasan. Hansı küçədə?
Molik avtomat köşəsindən küçənin latın hərfləriylə yazılmış adını
oxudu:
- Burda 42-ci paralel avenyu yazılıb. Avtomat köşkündon danı-şıram.
Dostları ilə paylaş: |