Məliyə yanaşdı, lap uşaqlıqda olduğu kimi başını onun çiyninə qoydu. Məlik
yanağında şubanın yumşaq tüklərini hiss etdi, bumunu Burlanm zərif ətir
qoxusu çaldı.
Burla çox yavaş səslə, pıçıltıyla: - Atacan, qal burda - dedi - bilsən nə
qədər yalqızam. - sonra cəld sıçrayıb otaqdan çıxdı.
Bir saatdan sonra Məlik həyətə düşdü, Fil tez yüyürüb qapmı açdı.
Məlik: Hara gedirik? - dedi.
Fil təəccüblə: - Konsertə - dedi.
Hardadır konsert?
“Şahsaray” kabaredə.
Ora haradır?
Hansısa şahlar sarayı.
İndi ora kabaredir?
Yes... sorri... bağışlayın, Miss Bura dedi ki, mən sizlə öz dilimiz-də
danışım. Ay em... mən... e... petriot... Öz neyşn sevirəm.
Məlik baxdı ki, bayaqki geniş prospektlə irəliləyirlər.
Bu küçənin adı nə oldu?
42-ci paralel avenyu.
42-ci paralel niyə?
Nyu-York siti də, Baku siti də, 42 paraleldə... paraleldədir...
Belə de.
“Mersedes” keçmiş Şirvanşahlar sarayımn aşağı girişi - Murad qa-
pılarımn qarşısında dayandı.
Sarayın ancaq divarları qalmışdı, bütün görkəmi dəyişmişdi. Hər yerdə
yanıb-sönən reklamlar, əlvan afişlər...
Divarın üstündə iri qırmızı, sarı, yaşıl neon hərflərlə sözlər axıb gedirdi:
ŞAHSARAY KABARE.
EROTİK ŞOU: DEKAMERON -
KAMASUTRA -
MİN BİR
GECƏ. OST-VEST SEKS SİNTEZ.
RETRO: GÖBƏK RƏQSİ - KANKAN - STRİPTİZ
DİSK-JOKEY SİMURQ SİD
Bu reklam söndü, sonra daha iri həfrlərlə yazılmış adlar keçməyə
başladı:
BRİK-BRAK ŞAHZADƏSİ CƏH-CƏH CAN
SUPER-STAR BURA
Fil Məliyi içəri keçirdi, Sarayın böyük otağınm divarları başdan ayağa
reklam idi-içgilər, siqaretlər, sabunlar, təmiziləyici tozlar, gi-
giyenik paketlər, tualet kağızları reklam olunurdu. Ortada səhnə qurul-
muşdu. İki qarşı-qarşı tərofdən masalar düzülmüşdü, tamaşaçılar ayrı-ayrı
masaların başında iki-bir, dörd-bir oturmuşdu. Qabaq masalarda sinli
kişilər, bəziləri cavan qızlarla əyləşmişdi. Arxa masaların ətrafın-da,
üstündə, altında oturanlar, duranlar, uzananlar cavanlar idi. Uzun-saçlı
oğlanlar, qısa saçlı qızlar. Ayırd eləmək olmurdu ki, hansı oğlan, hansı
qızdır. Bəzi qızlar oğlanların dizi üstündə oturmuşdu, qol-boyun olub
yalaşırdılar. Amma kim bilir hansı qız, hansı oğlandır? Bəlkə oğ-lan qızın
dizi üstündə oturub? Ya ikisi də oğlandır? Ya hər ikisi qız? Hamısmın da
çənələri işləyirdi - saqqız çeynəyirdilər.
Məlik daha heç nəyə təəccüb qalmırdı.
Salonda bir neçə televiziya kanalınm kameraları qurulmuşdu, ya-zıları
oxudu: FİRST TV(först TV), FACE TV(Feys TV), Uorld TV, Grand TV.
Masaların arasında bikinili qızlar ora-bura şütüyür, tamaşaçılara içkilər,
məzələr paylayırdılar. Masa başında cavan məşuqəsiz oturmuş sinli kişilər
onların dizlərini tumarlayır, büstqalterlərinə dollar soxuş-dururdular.
Xidmətçi qızlar işvəylə təşəkkür edirdi.
Fil Məliyi masasında əyləşdirib getdi. Bir azdan masaya əcaib bir
məxluq yanaşdı və salamsız-kəlamsız oturdu. Təyin etmək olmurdu
qocadır, cavandır, qadındır, kişidir. Başının vız saçlarım yaşıl rəngə
boyamışdı, sifətinin bir yanağı mavi, bir yanağı çəhrayı idi. Cibindən siqaret
çıxarıb çəkməyə başladı. Məlik anaşaya bənzər iy duydu.
Məxluq dumanlı gözlərlə Məliyi süzüb, siqaret qutusunu uzatdı. Məlik
başını buladı. Məxluq təəccüblə çiyinlərini çəkdi.
İşıqlar söndü. Salona tam bir qaranlıq çökdü. Sonra dörd tərəfdəki
güclü dinamiklərdən gələn qulaqbatırıcı musiqi sədaları altmda səh-nənin
ortası işıqlandı.
İşıq şüasımn altında cürübbəz bir oğlan göründü, atılıb-düşməyə, o yan-
bu yana çevrilmoyo başladı. Qurşağacan çılpaq idi, sinəsində, belində erotik
mövzularda döymələr vardı.
Məliyin yanında oturan məxluq, birdən dilləndi, səhnədəki oğlanı
göstorib: narkomandı - dedi.
Bu məxluqun ağzından çıxan ilk söz idi və Məlik düşündü ki, kor kora
kor demosə bağrı çatlayar. Məxluq yenə siqareti süınürürdü. M ə-lik
soruşdu: - Nəşədi?
Məxluq başını buladı: - Marixuana - dedi.
Səhnədəki oğlan isə xeyli tullanandan sonra nəhayət toxtadı, mik-rofonu
ağzma tutub:
- Ay em disk jokey Simurq Sid - dedi - Qud ivninq ledi end qa-milton.
Salondakdar qəh-qəhə çəkdilər, əl çalddar, çaqqal kimi ulamağa
başladılar. Məliyin yanındakı oğlan durub masanın üstünə çıxdı, ma-sanın
üstündəki boşqablan basdalayıb sındırdı və iki barmağmı ağzma soxub fit
çalmağa başladı.
Xidmətçi qız onların masasına yanaşdı, sınıq boşqablan yığışdırıb
yenilərini qoydu və Məliyin yanında elə əyildi ki, yumru məmələri aydın
göründü. Məlik başa düşdü ki, ora pul qoymalıdır, amma etmə-di. Yanındakı
məxluq masanın üstünə təzə qoyulmuş boşqablan götürdü, hirslə yerə çırpdı,
boşqablar çilik-çilik oldu, məxluq xidmət-çi qızı itələyib qovdu.
Səhnədəki adam nə isə danışırdı. Məlik nə qədər diqqət etsə də hansı
dildə və nə danışdığım anlaya bilmirdi - ingilis sözləri də vardı dedikləri
arasında, Azərbayean sözləri də, amma nə Azərbaycan diliy-di, nə ingilis
dili. Onsuz da bu mərəkədə heç nə eşitmək mümkün de-yüdi. Salondakılar
gah əl çalır, gah fışdırıq çalır, gah çaqqal kimi ula-yır, gah da masaların
üstündəki boşqabları sındırırdılar. Xidmətçi qız-lar dərhal yeni boşqablar
gətirirdilər, dərhal onları da sındırırdılar. Məlik fikir verdi ki, boşqabları
daha çox sinli kişilər sındırır, və qızlar dərhal təzə boşqablar gətirən kimi
onların büstqalterlərinə, tumanlan-na pul salıb qurdlarını öldürürdülər.
Disk - jokey:
- Saylens pliz - dedi - sakit, sakit, uan sekınd - bir saniyə. Səhnədəki
pərdə işıqlandı və orada iri şəkli görünən adamı Məlik
tanıdı: Cəh-cəh Can idi.
Salon dərhal sükuta qərq oldu.
Disk jokey:
- Sitimizin Don Juanı, Lovelası, Kazanovası - salondan qəh-qəhə qopdu,
(alqışlar, fit, ulama) - popa ulduz (qəhqəhələr), bağışlayın, pop-ulduz
(alqışlar) - Disk jokey pauza verdi, sonra daha yüksək ton-la - Brik-brak
şahzadəsi... - yenə pauza və ən uca tonla - CƏH...
CƏH... CAAAAN!!!
Cəh-cəh Can elə bil hardansa yerin dibindən çıxdı (alqışlar, fıt, ulama).
Cəh-cəh Canın əynindo topuğunacan uzun, qırçmlı qadm tumanı,
baftalı köynək vardı. Əlində gitara tutmuşdu. Naz-qəmzəylə o tərəfə, bu
tərəfə çevrilir, işvəylə hamıya öpüşlər göndərirdi. Sonra:
- May dearz - dedi - ozizlərim, demə bu gün aborigenlərin bayra-
mıdır... e... e... Novruz bayramı. Nourus, nyu-ryus. Lap yeni-ruslar ki-mi
səslənir. Mən bu bayrama brik- brak yazmışam: Nyu-ryus holidey. -
gitarasından bir akkord alıb əcaib bir ritmdə oxumağa başladı.
Novrus, nourus, nyü-ryus. Ryus, ryus, ryus. Rus, rus, rus. Ruz, ruz, ruz.
Duz, duz, duz, Buz, buz, buz. Qafiyə - mafıya, mafiya-qafiyə. Biz, biz, biz.
Qız, qız, qız. Vız, vız, vız. Cız, cız, cız. Bız, bız, bız.
Cız-bız, cız-bız
Cız-bız, cız-bız
Bütün salon bir ağızdan təkrar etməyə başladı: cız-bız, cız-bız, cız-bız...
( T ə b i i k i, a l q ı ş l a r , f ı t ,
u l a m a )
Məliyin yanındakı məxluqun ağzı açıq qalmışdı:
- Genidi də - dedi - Gördün Novruzu necə gətirib cız-bıza çıxart-
dı. Dahi!
Cəh- cəh Can oxumaqda - əgər buna oxumaq demək olardısa - davam
edirdi:
Caz, caz, caz,
qaz, daz, naz,
saz, baz, yaz,
vaz, taz, paz.
Məxluq siqaretindən qullab vurduqca gözləri dumanlanır, dodağı-nm
altında: - Genidi, geni - deyə mızıldanırdı.
Məlik xobər aldı: - Nə dilində oxuyur? - deyəson məxluqu bütün bu
işlərin mütoxossisi sayırdı.
Necə nə? Brik-brak oxuyur da...
Bos o sözlər nə deməkdir?
Hansı sözlor?
No bilim daz, baz, taz, paz.
Hamısı öz dilimizdədir də, bu sözləri bilmirsiz? Cəh-coh Can
sözlori qofosdon çıxanr. - Məxluq gözlənilmoz qıvraq hərəkətlə ye-rindən
sıçradı, masanın üstünə çıxdı və bərkdən: - Yaşasın sözlorin azadlığı! deyə
bağırdı - sözlərə azadlıq!
Dostları ilə paylaş: |