Bəli, qabaqca zonalar arasında tikanlı məftillər çəkildi, sonra da bu
eybəcər divarları tikdilər.
Babanın, nənənin, yəni mənim atamm, anamm qəbirləri də de-
yəsən bu zonaya düşüb.
Hə? Hardadırlar ki?
Bıy, yadmdan çıxıb, neçə dəfə sən də getmişdin axı qəbir üstə, şəhərin
yuxarı tərəfmdədir...
Hə, hə bildim. İndi orda Luna-parkdır.
Nə, Luna-park?
Hə, Luna-park. Qəbirlər onsuz da dağılıb, itib-batıb getmişdi. Orda
Luna park qurublar. Elə o biri qəbirstanhqların yerində də reqbi, beysbol,
qolf meydançaları düzəldiblər.
Bəs ölüləri harda basdırırlar?
Basdırmırlar, krematorilərdə yandınrlar. Yaxşı, bəsdir, ölülərdən
danışdıq - durub atasının boynunu qucaqladı, başım sığalladı - axı biz səni
də ölmüş bilirdik, sağsan, gəlib çıxmısan. Elə bil ömrümə gün doğdu -
gülümsündü - əsil gün, daha - tavanı göstərdi - belə günəş
yox - çayı içib qurtardığını gördü - Çay istəyirsən?
- Bir stəkan da içərdim...
Burla əlini daxili telefonun dəstəyinə uzatdı - bu saat Leraya de-yim -
sonra nədənsə dəstəyi götürmədi - Özüm gətirəcəm - dedi - is-təyirəm sənə
özüm qulluq eləyim.
Otaqdan çıxdı. Məliyin gözü masanın üstündəki ala-bəzək “Moni-tor”
jumalına sataşdı. Jumalı əlinə aldı, açdı. Burlanın bir neçə yarı-çılpaq rəngli
şəkilləri dərc olunmuşdu. Daha burda heç bir söz ola bil-məzdi - tanışı-fılam
deyildi, özüydü ki, var.
Bu vaxt Burla içəri girdi və atasının jumala baxdığını gördü. Məliyin
qaş-qabağı yer süpürürdü.
Burla dərhal hər şeyi başa düşdü: - Allah bu jümalist tayfasının bəlasını
versin - dedi - yalan yazmaqdan başqa işləri-peşələri yoxdur. Yazırlar guya
mənim səkkiz pişiyim, dörd itim var. Halbuki mənim cəmisi üç pişiyim və
bircə itim var.
Nə pişik, nə it, canım? Bu nə şəkillərdir belə, lüt-ətcəbala, ayıb deyil?
Bilirdim ki, xoşuna gəlməyəcək, axı sən köhnə müsəlman kişi-sisən.
Amma köbək rəqslərinə də ən çox baxan elə müsəlman kişilə-ridi. Bəli,
mən rəqqasəyəm. Bilmirdin?
Rəqqasəsən öz işindir, amma bu lüt şəkillər nədir?
- Səncə rəqqasə şubada rəqs eləməlidir. Qəribə insanlarsız e...
Plyaja getmirsiniz, bikinili qızları görmürsünüz plyajda? Deməli canlı
çılpaq gəzmək olar, amma şəkil çəkdirmək olmaz? Gözəl qadm bədəni
insanlara zövq verirsə, onu niyə gizlətməlisən? Heç muzeydə olmamısan?
Çılpaq Veneraları, Maxanı, Olimpiyanı görməmisən?
Bilməzdim ki, mənim qızım Venera olacaq. Kaş öləydim, bu günü
görməyəydim.
Boşla sən Allah. O cür müsibətlərdən sonra bu da faciəymiş...
Elə bilirsiz, qadın çılpaq rəqs edirsə, deməli fahişədir. Amma bil, mən
otağı göstərdi, - nə qazanmışamsa səhnədə qazanmışam, yataqlarda yox,
sənətimlə qazanmışam. Mən buranın ən məşhur şou-ulduzuyam.
- Ayrı
s ə n ə t s e ç ə
bilmirdin?
- Ayrı sənət? Hansı sənət? Müəllimlik edib acından öləydim?
Mənim nə ərim var ki, məni dolandırsın, nə varlı aşnam, hər şeyi əli-min
zəhmətiylə qazanmışam. Yaxşı, göbəyimin zəhmətiylə olsun. Mən göbək
rəqsi edirəm. Özü də hamıdan yaxşı edirəm.
Adın da ki, deyəsən dəyişib, Bura olub.
Menecerim dedi ki, bu ad daha cəlbedicidir.
Burla-Bura yerindən durub Məliyə yanaşdı, yenə onun boynunu
qucaqladı: - Ata, atacan - dedi - məndən incimə. Sənə yaxşı xəbər verəcəm.
Ürəyindən olacaq. Sənətimi dəyişirəm.
Dəyişirsən? İndi nə olacaqsan? Striptiz ulduzu.
Xeyr, mer olacam.
Nə?
Bəli, mer, Baku-sitinin meri. Türkiyədə deyəsən Bolədiyyə Başqanı
deyirlər.
Sən? Mer? Bələdiyyə başqanı? Səndən mer olar?
Burla elə bil incidi, dodaqlarmı büzdü.
- Niyə olmur? - dedi - savadım, ağlım kimdən oskikdir? O boş-boğaz
siyasi avaralardan? Üç aydan sonra seçkilər olacaq. Demokratik cəmiyyətdə
yaşamırıq? On adam namizədliyini verib, mən onların ha-mısından
populyaram. Bizdə pop sənətçiləri ən məşhur, ən nüfuzlu adamlardır.
Konsertlərimə bilet tapmaq mümkün olmur. Radio-televi-ziya səhərdən
axşama məndən danışır. Jumal-qəzetlər məndən yazır. Camaat məni sevir.
Yüz faiz əmin ol, mənə səs verocəklər.
Yaxşı, tutalım lap belədir, amma nəyinə lazımdır sonin mer olmaq?
İyirmi beş yaşım var. Tutalım lap iki-üç il də rəqs etdim. Sonra? Necə
dolanacam? Mən bu həyat tərzinə alışmışam, necə təmin edo-
cəm bu sayaq dolamşığı? Ərə getmək fıkrim yoxdur. Heç kəsin də he-sabına
dolanmaq istəmirəm. Çox fıkirləşib axır qərara gəldim ki, ən
düzgün iş mer olmaqdır
gülüb alnını göstərdi - məni bir əlli tutma,
sənin qızının ağlı başındadır.
Çöl qapısmın zəngi çalındı. Bir azdan otağa uca boylu oğlan daxil oldu.
- Qud dey, darlinq -
dedi. Burlayla bir-birinə sanldılar, marça
març öpüşdülər.
Oğlanın əynindəkı qara atlasdan dar şalvar daha çox alt tumanma
oxşayırdı. Əynində krujevalı ağ ipək köynək vardı. Çiyinlərindən aşağı, az
qala belinə qədər uzanan saçlarma arxadan qırmızı bant bağ-lamışdı. Bir
qulağına sırğa taxmışdı.
Burla: - Tanış ol, Can - dedi - atamdır.
- Sənin atan varmış? - Can işvəli bir səslə dilləndi, sonra əzilib
büzülə-büzülə Məlik oturan yerə yanaşdı, əyilib onun əlindən öpdü. Məlik
onu yaxından görəndə sezdi ki, sifəti pudralı, gözləri sürm əli-dir. Oğlan
dikəlib ədayla dedi: - Cəh-cəh Can.
Məlik başa düşmədi ki, nə deyir.
Burla: Cəh-cəh Can bizim ən məşhur pop-ulduzdur - sonra əlavə etdi -
əlbəttə məndən sonra.
- O, darlinq, əlbəttə səndən sonra.
Cəh-cəh Can aralanandan sonra Məlik baxdı ki, əlinin öpülmüş yerində
qırmızı pomada yeri qalıb.
Məlik soruşdu: - Siz də göbək atırsmız?
Oğlan əlini dəsmal kimi yellədə-yellədə ağzma tutdu, bir xeyli güldü.
Burla: Can brik-brakın Allahıdır - dedi - həm sözlərini özü ya-zır, həm
musiqisini, həm də özü oxuyur. Axşam birgə konsertimiz var, gəlib özün
görərsən.
Cəh-cəh Can:
Darlinq, onli fayf minits - kənara çəkilib Burlayla nə isə pıçıl-daşdılar,
sonra yenə bir-birinə sarıldılar. Məlik üzünü yana çevirdi. Cəh-cəh Can
Burlaya:
Bay, bay, bebi - deyib qapıya tərəf getdi, Məliyə də əl elədi: bay, bay
atacan.
Məlik qorxdu ki, yenə yanaşar, pomadalı dodaqlarıyla əlindən, ya Allah
göstərməsin, üzündən öpər. Amma yaxşı ki, yalmz uzaqdan öpüş göndərib
əndamım burcuda-burcuda otaqdan çıxdı.
Məlik: - Aşnandır? - dedi, Burla özü davramşıyla onu belə açıq-saçıq
damşmağa vadar edirdi.
Nə? Can? Cəh-cəh Can? - gülməyə başladı.
Nə bilim Cəh-cəhdi, Bəh-bəhdi, nədi? Bir-birinizə elə sarılmış-dmız
ki?
Burla hələ də gülürdü:
Candan aşna olar? ha... ha... O xalis geydir...
Nədir?
Gey... eşitməmisən? Belə... Mavi.. Necə başa salım, belə qadın-larla
maraqlanmır... e... kişiləri xoşlayır.
Məlik: - Başa düşdüm - dedi.
Mənim sənət yoldaşımdır. Dostumdur.
Əcəb dostların var.
Əla oğlandır... e... adamdır. Əsil dostdur, mənim seçki kampa-
niyam üçün brik-brak yazıb.
Brik-brak nədi?
Bıy, bilmirsən? İndi dünyada ən populyar ritmdir ki... Bizdo bu ritmi
Cəh-cəh Can yaratmağa başladı. Brik-brak şahzadəsi qoyublar admı.
Gənclər dəlisidirlər onun...
Bəs o nə əcəb mer olmaq istəmir?
Burla çiyinlərini çəkdi: - Nə bilim, bəlkə də ürəyindən keçir, am-ma hər
halda söz verib ki, bu seçkilərdə məni dəstəkləyəcək.
Birdən Burlanın ağlına nə isə gəldi:
Ata, bəlkə elə sən də qalıb mənim kampaniyamda iştirak edo-sən?
Bilirsən nə effekti olar, rəqqasə və onun mötəbər atası.
Bir o çatmırdı...
Burla dodaqlanm büzdü:
Yəni məni heç layiq bilmirsən o vəzifəyə. Məlik
susdu.
Sonra da qalarsan burda, mənim müşavirim olarsan. Bilirəm axı,
mütləq seçilocəm. Məlik
yenə dinmədi.
Burla: - Bağışla ata, məşqə getməliyəm - dedi - Lera səni yediz-dirəcək.
Bir saatdan sonra aşağı düş, Fil səni konsertə gətirəcok. Özün görərsən ki,
dohşətli bir şey yoxdur. Konsertdən sonra kokteyl olacaq, sonra da
səhərəcən səninlə söhbət edərik.
Otaqdan çıxdı. Məlik quruyub qalmışdı. Nə edəcəyini, necə dav-
ranacağını bilmirdi. Burla otağa qayıtdı, çox bahalı xəz şubadaydı.
Dostları ilə paylaş: |