SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə95/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   91   92   93   94   95   96   97   98   ...   104

bəlkə elə çoxdan bilir. Əlbəttə bilir, lap yəqin bilir. - Mən bir yerə te-lefon 
etməliyəm - dedi. 
 
- Baçeşm ağa, şümarəni ərz eləyin. 
 
Məlik Aypərinin telefon nömrəsinin dörd rəqəmini dedi, axırıncı rəqəmi 
deməzdən,  ağlına  nə  isə  gəldi,  tamam  başqa  bir  rəqəm  dedi.  İmamqulunu 
yoxlamaq istədi. Görən İmamqulu bu nömrəni də bilirmi? 
- Telefon edin, Aypəri xanımla danışacam. 
 
İmamqulu bir qədər təəccüblə: - Kiminnən? - deyə soruşdu. 
 
- Aypəri xanımla. Mənim arvadımdır - İmamqulunun mat-mat baxdığım 
görüb - övrətim - deyə əlavə etdi - zövcəm, halalım... 
 
- Əlbətməkin, əlbətməkin... 
 
Imamqulu inzibatçıya yanaşıb onunla uzun-uzadı nə isə danışdı. 
İnzibatçı telefonu götürüb harasa zəng elədi. Kiminləsə də danış- 
 
dı, sonra dəstəyi qoyub İmamquluya razılıq işarəsi verdi. İndi də tele-fonu 
İmamqulu  qaldırdı,  Məlik  verən  rəqəmlər  olan  kağıza  baxıb  nömrələri 
çəkməyə  başladı,  sonra  birdən,  qaşları  çatıldı.  Məlik:  yəqin  ki,  axırıncı 
rəqəmə təəccüb qalıb, - deyə düşündü - görəsən gümamm düz çıxacaqmı. 
 
İmamqulu ə w ə l kağızı götürüb Məliyə yanaşmaq istədi, sonra nə isə 
fıkirləşib  axırıncı  rəqəmi  də  çəkdi.  Görəsən  nə  çəkdi,  Məlik  yazan  səhv 
rəqəmimi?  Yaxud  hər  ikisinin  bildiyi  doğru  rəqəmi  çevirib  oyu-nu  açıq 
aparmaq qərarına gəlib. 
Bir az gözləyib damşmağa başladı, nə danışdığını Məlik eşitmirdi. Sonra 
dəstəyi kənara qoyub Məliyə əl elədi: - Buyurun ağa - Mə-lik durub 
yaxınlaşanda dəstəyi ona uzatdı: - xanım Mahruxdur - dedi. 
 
- Xanım Mahrux? Xanım Mahrux kimdir? 
İmamqulu: - Buyurdunuz ki, zövcənizdir. 
 
Bəlkə  Məlik  yamlırmış,  bəlkə  İmamqulu  axırıncı rəqəmin doğru-sunu 
həqiqətən  də  bilmirmiş,  Məlik  yazan nömrəni  çevirib  və  ayrı  ye-rə  düşüb. 
Kağızı  İmamquludan  alıb:  -  Axırıncı  rəqəmi  səhv  yazmışam  -  demək 
istəyirdi  ki,  birdən  ağlına  nə  isə  gəldi  -  telefon  dəstəyini  götürüb  -  Allo  - 
dedi. 
 
Cavab gəldi: 
- Bəli. 
 
Bu  o  idi,  onun  Aypərisi.  Yəqin  özü  kimi  səsi  də  xeyli  qocalmışdı, 
aradan  gör  neçə  il  keçmişdi.  Səsi  boğuq,  solğun,  kədərli  idi,  amma  onun 
səsiydi. Məlik bu səsi dünyada heç bir səslə dəyişik sala bilməzdi. 
 
Məlik: - Salam Aypəri, mənəm - dedi. 
 
Qadın: - Bağışlayın, ağa, səhv telefon etmisiz - dedi 
 
  Necə  səhv?  Mənəm  Aypəri,  Məlikdi.  Ancaq  üç  gün  bundan  qa-baq 
sənin sağ-salamat olduğunu bilmişəm, adresini, telefonunu verib-lər mənə. 
İndi burdayam, “İrşad” otelində. Hara gəlim? Necə görüşək? 
Dəstək tam bir sükuta qərq olmuşdu. Məliyə elə gəldi ki, boğuq hıçqırıq 
səsi eşidir. Bəlkə də yanılırdı. Bir azdan sonra qadın: 
 
  Bir saatdan sonra “İrşad” mehmanxanasmm lobbisinə gələrəm - 
 
dedi və dərhal xətti qapatdı. 
 
Məlik saatına baxıb İmamquluya yanaşdı: 
 
  Çox  sağ  olun  -  dedi  -  məni  calaşdırdmız.  Amma niyə  onu  Mah-rux 
xanım adlandırdmız. 
 Özü dedi. Soruşdum kimdi, dedi: xamm Mahrux. 
 
İmamqulu  son  rəqəmin  üstünü  vurmadı,  Məlik  də  özünü  o  yerə 
qoymadı. Onsuz da hər şey aydın idi, izaha nə ehtiyac qalırdı. 
 
* * * 
 
Məlik  mehmanxanamn  foyesində  üzü  qapıya  tərəf  oturub  gözləyir, 
siqareti  -  siqaretə  calayırdı.  İmamqulu  bir  qədər  aralıda  oturub,  guya  ki, 
“Siratül  -  müstəqim”  qəzetini  oxumaqda,  ara-sıra  da  “İMAN”  te-
lefıziyasının moizələrinə qulaq asmaqda idi. 
 
Məlik: - Televiziya ancaq moizələr verir? - deyə xəbər aldı. 
 
 Yox niyə ki, xəbərlər, dualar, din tarixinə aid verilişlər... Məs-cidlərdən 
beş rükət namaz da göstərir. 
 Bəs tamaşa, şeir, musiqi? 
 
 Aşura günü şaxsey-vaxsey göstərilir, mərsiyyələr, nohələr oxunıır. 
 
 Rəqs, mahnı, muğam necə? 
 
 Əstafürrullah ağa, bunlar ki, şeytan əmməlləridir. 
 
Məlik: 
 
- Muğam da? - deyə soruşmaq istəyirdi ki, qapıdan girən qadını gördü. 
Təpədən dımağa qara çadraya bürünmüşdü, bircə gözləri görü-nürdü, Məlik 
onu  gözlərindən  tanıdı.  Haçansa  bu  qaynar  baxışlı  göz-lər  indi  sönük, 
yorğun, kədərli idi - amma hər halda onun, Aypərinin 
 
gözləri idi. 
 
Məlik  yerindən  sıçradı,  neçə  ildi  öldüsünü  -  qaldısmı  bilmodiyi  ar-
vadına tərəf atıldı. Qadın sanki həyulə görübmüş kimi geri çəkildi, bir qədər 
aralı  dayandı.  Məlik  də  duruxdu,  məsafəni  yavaş  addımlarla  qət  edib 
ağuşunu  açmaq  istədi.  Qadının  yenə  bürüşüb  bir  addım  geri  çə-kildiyini 
görüb dayandı, ancaq əlini uzatdı. 


 
ƏIi havada qaldı. 
 
Məlik hiss edirdi ki, İmamqulu qulaqlarını şəkləyib onlarm hər hə-
rəkətini izləyir. 
 
Qadın: - Bağışlayın ağa - dedi - naməhrəmə əl verə bilmərəm. 
 
 Naməhrəmə? Mənəm e Aypəri, Məlik, sənin ərin. Qadın: 
- Mənim adım Mahruxdur - dedi. 
 
 E... e... Mahrux olsun, hər halda mənim kəbinli arvadımsan. Qadın: - 
Yox - dedi - məsələ ondadır. Biz heç vaxt şəriətlə kəbin 
kəsdirməmişik. 
 
Məlik deməyə söz tapmırdı. 
 
- Yaxşı - dedi - bəs balalarımız nə olsun? İki balamız var axı. On-ların 
anası deyilsən? 
 
Qadm: - O mənim günahım idi - dedi - Min dəfə tövbə etmişəm ki, 
qadir Allah günahımı bağışlasın. 
İmamqulu özünü saxlaya bilməyib söhbətə qarışdı: 
 
 Allah rəhimlidir, rəhmandır - dedi - keçər günahımzdan. Məlik donub 
qalmışdı: - Necə günah? Məgər ana olmaq günahdır? 
 Şəriətlə kəbin kəsdirməmişiksə, əlbəttə günahdır. Zinadır - dedi Aypəri-
Mahrux. 
 
İmamqulu onun sözünə qüw ət verdi: - Mənkuhə deyil - dedi - 
Yaxşı, əyləş... ee... əyləşin. 
 
Qadın qarşıdakı kürsüdə, Məlikdən və İmamquludan xeyli aralı oturdu. 
 
Məlik danışmağa söz tapmırdı, bilmirdi nə desin, nədən başlasın. Qadın 
da dinib-damşmırdı. Aralığa üzücü sükut çökmüşdü. Nə- 
 
hayət Məlik: 
 
-  Yaxşı,  bəs  Beyrəklə,  Burlayla  da  əlaqən  yoxdur?  Doğma  övlad-
larınla? 
 
Mahrux-Aypəri: 
 
-  Onlar  mənim  övladlarım  deyil  -  dedi,  -  Şeytani-büzürglərin  xid-
mətində olan mürtədlərdir. 
Məlik yalnız: - əcəbdir - deyə bildi... 
 
Yenə sükut çökdü. Mahrux: (artıq o Məlikçün doğrudan da uzun illər bir 
yastığa baş qoyduqları arvadı Aypəri yox, heç bir vaxt tanıma-dığı Mahrux 
idi): 
 
- Ağanın mənə bir ərzi yoxsa mürəxəssis olum - dedi. 
 
Məlik dərk edirdi ki, bax indi, bu dəqiqə keçmiş arvadım yenidən, bu 
səfər həmişəlik itirəcək. 
  Dayan  görüm,  mürəxxəs  olmağa  tələsmə,  de  görüm,  necəsən,  ee... 
necəsiniz? Gününüz - güzarammz, dolaşığımz necədir? 
Sağ olun, lap yaxşıdır. Allahın köməyiylə heç bir şeyə ehtiyacı- 
 
mız yoxdur. 
 
Harda işləyirsən... e... e... işləyirsiniz? 
 
Allahın köməyilə ünas mədrəsəsində dərs verirəm.  Xəttatlıq 
 
dərsi. 
 
Axı sən... siz... rəssam idiniz... 
 
 O bir cavanlıq xətası idi... İnsan şəkli çəkmək günahdır... İnşal- 
 
lah rəhmani-rəhim bu günahımdan da keçər. 
 
 Mədrəsədə xəttatlıq dərsi verirsən? - Deyə indicə eşitdiyi mə-lumatı bir 
də mənasız yerə soruşdu. Danışmağa ayrı söz tapmırdı. 
 
 Bəli ağa, şagirdlərimə nəsx, nəstəliq, kufı xətlərlə “Qurani- 
 
Kərim”in üzünü köçürməyi öyrədirəm. - 
Dərslər nə dilindədir? 
Mahrux cavab verməmiş İmamqulu: 
 
- Əlbəttə zəbam Azərbaycanda. Və zəbani-farsda - dedi - dəbis-tanda da 
dərslər də hər iki lisanda keçirilir. Danişgahımız da var. 
 
Məlik: - Bəs nə əcəb Universitetdə - e... danişgahda dərs demirsən'? 
Mahrüx: - orda dərslər farscadır - dedi və dərhal dilini dişlədi. 
İmamqulu da dərhal: - Amma tüllablar ana dillərini də bilirlər - 
 
dedi. - İnsan bəqədri - qüvvət nə qədər çox lisan bilsə o qədər faidə-si var. 
Elə deyilmi ağa? 
 
- Bəli, əlbəttə 
 
Bütün bu əndişələr içində Məlik tamamilə unutmuşdu ki, bu gün 
Novruz bayramıdır. 
 
 Bayramımz  mübarək  -  dedi. 
Mahrux təəccüblə: 
 
 Nə bayram? - deyə soruşdu. 
 
 Novruz bayramı. 
 
 Novruz? 
 
İmamqulu yenə söhbətə müdaxilə elədi: —Həzrət Əlinin taxta çıx-dığı 
gün - dedi. 
Mahrux laqeyd bir tərzdə: - 
Hə, sağ olun - dedi. 
 
Məlik  pəncərədən  dünən  gecə rastlaşdıqları  arabalı,  piyada  adam-ların 
qafıləsini gördü. - Bunlar da Nardaran pirinə gedirlər? - deyə xə-bər aldı. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə