Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
82 
 
sayının  20  mindən  çox  olduğunu  qeyd  etmək  olar.  Bu  kanal  ilə 
daşınan  yüklərin  əsas  hissəsini  Fars  körfəzindən  Avropaya 
aparılan  neft  və  neft  məhsulları  təşkil  edir.  Həmin  məhsulların 
Avropanın enerjidaşıyıcılarla təhcizatında mühüm əhəmiyyət kəsb 
etməsi Süveyş kanalının beynəlxalq statusunun artıran amillərdən 
biridir.  Kanaldan  istifadənin  digər  səmərililik  göstəricilərindən 
biri də beynəlxalq yük daşımaları zamanı yolların qısaldılması və 
vaxta  qənaət  edilməsidir.  Bu  amil  həm  də  beynəlxalq  yük 
daşımalarının maya dəyərini xeyli azalmasına imkan verir.  
Panama  kanalı  -  Panama  boğazından  çəkilmiş  süni  su 
yoludur.  Bu  kanal  Atlantik  okeanı  ilə  Sakit  okeanı  birləşdirmək 
üçün  çəkilmişdir.  Kanalın  tikintisi  1904-1914-cü  illərdə  ABŞ 
tərəfindən  həyata  keçirilmişdir.  Onun  uzunluğu  82  km,  eni  105-
305 m, ən dayaz yeri 12 m, yük dövriyyəsi ildə təxminən 200-205 
mln.  ton,  gündəlik  gəmi  dövriyyəsi  40  ədəd  65-70  min  tonluq 
gəmilər  olmaqla,  9  saatlıq  yoldur.  Kanal  vasitəsilə  Sakit  okeana 
əsasən neft və neft məhsulları, kömür, koks, metal və metal filizi, 
fosforitlər, taxıl, maşınlar və s. aparılır.  
Panama  kanalı  vasitəsilə  həyata  keçirilən  beynəlxalq  daşıma 
əməliyyatlarda  ABŞ-ın  rolu  xüsusilə  fərqlənir.  Bu  ölkə  öz 
ticarətinin  14  %-ni,  həmçinin  Çili-33  %-ni,  Ekvador  66  %-ni 
Panama  kanalı  vasitəsilə  həyata  keçirir.  Qeyd  etmək  lazımdır  ki, 
1977-ci  ilə  kimi  həmin  kanala  nəzarət  hüququ  əsasən  ABŞ-da 
olmuşdur. 1977-ci ildə bağlanmış yeni müqaviləyə əsasən ABŞ-ın 
bu  statusuna  son  qoyulmuş  və  1999-cu  ildə  Panama  kanalı 
tamamilə Panama Respublikasının mülkiyyətinə keçmişdir.  
Beynəlxalq daşımalarda az əhəmiyyət kəsb etməyən kanal 
kimi  Kil  kanalı  da  diqqəti  cəlb  edir.  Həmin  kanal  Almaniyada 
gəmiçilik  kanalıdır.  Bu  kanal  Baltik  və  Şimal  dənizləri  arasında 
çəkilmişdir  və  Kil  buxtası  ilə  Elba  çayının  aşağı  sahilini 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
83 
 
birləşdirir.  Kanal  1896-cı  ildə  istismara  verilmiş,  onun  uzunluğu 
99 km, dərinliyi 11 m və eni 160 metrə qədərdir.  
 
7.5.  Yüklərin  dəniz  daşıması  müqaviləsi.  Konosament  və 
Çarter 
 
Yüklərin  dəniz  daşıması  əməliyyatları  tərəflər  arasında 
imzalanmış  Müqavilə  əsasında  aparılır.  Bu  Müqavilələr  yazılı 
formada bağlanırlar və əlavələr kimi çarter, konosament sənədləri 
ilə  təsdiqlənə  bilərlər.  Bu  tip  müqavilələr  əməkdaşlıqdan  asılı 
olaraq, uzun müddətə də bağlanıla bilər. Daşıyıcı və alıcı arasında 
münasibətlər,  alıcı  müqavilə  tərəfi  olmadığı  halda,  konosamentlə 
müəyyənləşdirilir.  
Yüklərin  dəniz  daşıması  müqaviləsinin  bir  sıra 
xüsusiyyətləri: 

 
əgər  konosamentdə  şərt  varsa,  çarter  şərtləri  alıcı  üçün 
öhdəlik kimi qəbul edilir

 
çarter daşıyıcı agentin icazəsi ilə yüklərin dəniz daşıması üzrə 
müqaviləsi üzrə hüquqlarını üçüncü şəxsə verə bilər; 

 
dəniz daşıması reysindən əvvəl daşıyıcı gəmini bütün texniki 
şərtlərə  uyğun  hazırlamalı,  heyyəti  komplektləşdirilməli, 
təhlükəsizlik və ekoloji tədbirləri təmin etməlidir

 
çarter  reysi  üzrə  yüklərin  dəniz  daşıması  müqaviləsində 
gəminin  verilmə  müddəti  və  yükləmə  yeri  tərəflər  arasında 
razılaşa əsasında müəyyənləşdirilir və s. 
Konosamentin  mahiyyəti  –  daşıyıcı  agent  adından  gəmi 
kapitanının imzaladığı yük sənədidir. 
Konosament  –  ingiliscə  “Bill  of  Landing”,  fransızca  – 
“Connaissement”,  almanca  –  “Konossement”,  ispanca  – 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
84 
 
“Conocimento”  adlanır.  Konosament  standart  formalar  əsasında 
yazılır. 
Konosamentdə əks olunan məlumatlar aşağıdakılardır: 

 
yük daşıyıcının adı və yerləşdiyi ünvan; 

 
yüklərin  dəniz  daşıması  müqaviləsi  üzrə  yükləmə  limanının 
adı və yükləmə limanında yükün qəbul edilməsi tarixi

 
yük göndərənin adı və yerləşdiyi ünvan; 

 
yüklərin dəniz daşıması müqaviləsi üzrə yüklərin boşaldılma 
limanının adı; 

 
yük göndərən tərəfindən qeyd edildiyi halda alıcının adı; 

 
yükün adı, əsas markaları, digər zəruri məlumatlar

 
yükün xarici vəziyyəti və onun qablaşdırılması; 

 
alıcı tərəfindən ödəniləcək fraxtın həcmi; 

 
konosamentin veriləcəyi vaxt və yerin adı; 

 
əgər birdən çoxdursa, original konosamentlərin sayı; 

 
yük daşıyanın və yaxud onun adından çıxış edənin imzası və 
s. 
Konosament  çoxməqsədli  universal  sənəd  kimi  bir  sıra 
funksiyalara malikdir: 

 
konosament  daşıyıcı  agentin  yükü  qəbul  etməsi  barədə  qəbz 
xarakteri daşıyır; 

 
konosament  dəniz  daşımaları  müqaviləsinin  məzmunu  və 
mövcudluğunu sübut edən sənəd kimi çıxış edir; 

 
konosament  gəmi  fraxt  edilmədikdə  və  ya  çarter  tərtib 
olunmadıqda,  əsasən  xətti  gəmiçilikdə  əsas  daşıma  sənədi 
kimidir  və  yükün  konosamentdə  göstərilən  alıcısından  asılı 
olaraq,  konosament  adlı,  orderli,  təqdim  edilən  formalarda 
sənədləşdirilir və s. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə