Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə23/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   19   20   21   22   23   24   25   26   ...   89

 
“İran indi sahibsiz qalıb və hər kəs bir məmləkət zəbt etməklə məşğuldur. Onların təkbaşına Rusiyaya
müqavimət göstərə bilməyəcəkləri məlumdur. Hamı​mız mərhəmətli və şəfqətli padşaha möhtacıq.
Tiflis xanlığına ruslar tərəfindən cəbbəxana və sursat göndərilməsinə mane olmaq üçün bölgənin
vəziyyətini bilən və etibarlı adamlardan olan Əli Əfəndi məlumat vermək üçün yanınıza göndərilir”.
 
Məhəmməd Həsən xanın bu məktubu onun öz dövrünün görkəmli döv​lət xadimi olduğunu və
Azərbaycanı düşdüyü fəlakətli vəziyyətdən qurtarmaq üçün yollar axtardığını sübut edir.
 
Gəncə qalasının Rusiyadan yardım alan II İrakli tərəfindən mühasirəyə alınması, Məhəmməd Həsən
xan, eləcə də İrəvan xanlığının gəncəlilərin köməyinə gəlməsi sayəsində işğalçıların geri çəkilməyə
məcbur olması faktı Çıldır valisi Süleyman paşanın 1785-ci il iyunun 13-də Osmanlı sarayına gön​-
dərdiyi məktubunda da öz əksini tapmışdır. Bu məktubda diqqət çəkən digər bir fakt isə gürcü çarı II
İraklinin Rusiya ilə 1783-cü ildə bağladığı Georgiyevsk traktatının Azərbaycan xanlarına
göndərilməsidir. Məktubda qeyd olunur ki: 
 
“Tif​lis xanı İrakli xanın ruslarla bağlılığını ortaya qoyan və on üç maddədən ibarət olan anlaşma
mətni Osmanlı dövlətinə meyl etməmələri təşviq etmələri üçün Azər​baycan və Dağıstan xanlarına
göndərildi”.
 
Bəhs olunan məktubda həmçinin Osmanlı sarayından xanlar üçün göndəri​lən fərmanların, hədiyyələrin
sahiblərinə çatdırılması və xanların da buna cavab olaraq öz adam​la​rı​nı İstanbula göndərmələri
haqqında da məlumat verilir: 
 
“Azərbaycan və Dağıs​tan xanlarına çatdırılmaq üzrə göndərilən ali fərmanlar və sultanın hədiyyə və
ehsan​ları xəzinə katibimiz vasitəsilə yerlərinə çatdırıldı. Döv​ləti-Aliyyədə tam sədaqət​lə, səmimi
məhəbbətlə himayə olunmaları üçün Quba və Dərbənd hakimi Fətəli xan etibarlı adamı Hacı Əhməd
bəyi, Şəki və Şirvan hakimi Hacı Çələbi xan oğlu Məhəmməd Həsən xan üləmasından Əli Əfəndi,
Dağıstan əmir​lərindən Avar hakimi Ümmə xan (Ömər xan ) etibarlı adamlarından əl-Haski və Şuşa və
Qara​bağ xanı İbrahim xan Mirzə Məhəmməd adlı etibarlı adamını xəzinə katibi​mizə qoşa​raq
göndərmişlər”.
Belə bir ziddiyyətli dövrdə Səlim xan taxta çıxır. Səlim xan iki dəfə − birinci dəfə 1795-1797, ikinci
dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin
xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən adı XIX əsrin birinci
rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki
xanlarından 
Məhəmmədhüseyn xan
ın oğlu, 
Hacı Çələbi xan
ın nəticəsi, 
Məhəmmədhəsən xan
 və 
Fətəli
xanın
 atabir qardaşı, 
Hüseyn xanın
 isə atası idi. Səlim xan Şəki xanı ikən hakimiyyətini
möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını 
Rusiya
İmperiyasın
ın tərkibinə qatmışsa da, bacısının 
Qarabağda
 ruslar tərəfindən öldürülməsindən sonra
dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma
keçən ruslara ciddi müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana mühacirət etmişdi. O,
hakimiyyətini geri qaytarmaq ümidi ilə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də,
uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12


aprel 1826-cı il tarixdə 
Osmanlı imperiyası
 ərazisindəki Kir şəhərində vəfat etmişdir. Bundan az
sonra, elə həmin ilin 11 avqust tarixində isə Səlim xanın oğlanlarından biri – 
Hüseyn xan
 Şəki xanı
oldu, lakin onun hakimiyyət dövrü də çox çəkmədi, cəmi 3 aya yaxın davam etdi.
Səlim xan sələfi olan qardaşı Məhəmmədhəsən xanın onu “birütbə” saxlamasını və digər
qardaşı 
Fətəli xanın
 gözlərini çıxartdırmasını gördükdən sonra Şəki vilayətinin bəylərindən özünə
yoldaş eləyib 1795-ci ilin mart ayında Şəkidən 
Cara
 qaçmış və qardaşını devirmək əzmiylə orada
özünə qoşun toplamışdı. 1795-ci ilin son aylarında isə qardaşı 
Məhəmmədhəsən xan
ın Şəki qoşunu
ilə 
Muğana
 – orada qışlayan 
İran
 şahı 
Ağa Məhəmməd şah Qacar
ın sərəncamında olmasından istifadə
edib Əliskəndər Hüzzatinin başçılıq etdiyi Car və Avar qoşunu ilə Şəkiyə doğru hərəkət
edir. 
Məhəmmədhəsən xan
 bunu bilən kimi 
Ağa Məhəmməd şahdan
 da əlavə qoşun götürüb Səlim
xanı qovmaq üçün Şəkiyə qayıdır. İki qardaş arasında ən şiddətli döyüş 
Göynük
 kəndi yaxınlığında
baş verir, Səlim xan məğlub olub geri çəkilir. Məhəmmədhəsən xan isə 
Nuxaya
 qayıdır, lakin
sonra 
Xaçmaz
 mahalının 
Tərkeş
 kəndində onu gözləyən Dəvəli Mustafa xan Qacar
adlı 
İran
 sərkərdəsinin yanına getdikdə sərkərdə, 
şahın
 sifarişinə uyğun olaraq, onun gözlərini
çıxartdırır və özünü də dustaq edib 
Təbriz
ə göndərir. Məhəmmədhəsən xana qarşı belə aqressiv
münasibətin səbəbi isə, güman edildiyinə görə, bu ola bilərdi ki, onun tərəfində 
Göynükd
ə vuruşmuş
iranlılardan ölən və yaralanan çox olmuşdu. Məhəmmədhəsən xanın kor edilməsi və Təbrizə
göndərilməsi, onunla hakimiyyət davası edən qardaşı Səlim xanın 
Şəkidə
 xan olması üçün
göydəndüşmə bir fürsət idi. Əlbəttə ki, Səlim xan bu imkandan yararlandı, o, 
Nuxaya
 gəldi və
hakimiyyətə yiyələndi.
1796
-cı ilin əvvəllərində 
Ağa Məhəmməd şah Qacar
 
İrana
 çəkildi. Əvəzində isə 
Cənubi
Qafqaza
 şimaldan general 
Zubovun
 başçılığı altında rus qoşunları yeridildi. Ruslar Xəzər sahili
əraziləri tutduqdan sonra 
Gəncəy
ə doğru hərəkət etdilər. Bu arada – 18 iyul tarixdə rus hərbi
düşərgəsinə gəlmiş Səlim xanın nümayəndəsi Səlim xanın xahişini çatdırdı ki, bir nəfər hörmətli şəxsi
göndərsinlər və o, yəni Səlim xan həmin hörmətli şəxsin qarşısında, xalqla birlikdə Rusiyaya sədaqət
andı içmək istəyir. General Zubovun Rus çarı II Yekaterinaya göndərdiyi 5 avqust tarixli məktubundan
məlum olur ki, tezliklə o, Səlim xanın xahişini yerinə yetirmiş, Səlim xan isə sədaqət andı mətnini
imzalamışdı. 
Lakin az müddət sonra – elə həmin ilin sonlarında imperatriçə 
II Yekaterina
 vəfat etdi, onun yerinə
taxta çıxan 
I Pavel
 isə beynəlxalq vəziyyətlə əlaqədar olaraq rus qoşunlarını Cənubi Qafqazdan geri
çağırdı. Bundan sonra – 
1797
-ci ildə Ağa Məhəmməd şah Qacar ikinci dəfə Cənubi Qafqaza yürüşə
başladı. O, birinci yürüşü zamanı kor etdirdiyi sabiq Şəki xanı 
Məhəmmədhəsən xan
ı da özü ilə
götürmüşdü. Məlum olduğu kimi, bu yürüşü zamanı – iyun ayında Ağa Məhəmməd şah 
Şuşa
qalasında
 öz adamlarının sui-qəsdi nəticəsində öldürüldü. Ölümündən təxminən bir ay əvvəl isə o,
sabiq Şəki xanı Məhəmmədhəsən xanı yenidən Şəkidə hakimiyyətə gətirmişdi. Bunun dəqiq vaxtı
isə 
Şəkid
ə tərtib olunmuş maddeyi-tarixdə belə göstərilir:

Məhəmmədhəsən xan
ın 
Təbrizd
ən gəlməsi və Səlim xanın getməsi tarixi: 12 zilqədə 1211 (9 may
1797)”.
 
Bəli, XIX əsrin əvvəllərində bütün Azərbaycan kimi Şəki xanlığı da Rusiya təhlükəsi ilə üz-üzə
qalmışdı. 1801-ci ildə Şərqi Gürcüstanın Rusiya tərəfindən işğalı çarizmin bütün Cənubi Qafqazı
ilhaq etməsinin başlanğıcı oldu. 1803-1804-cü illərdə Car-Balakən və Gəncə xanlıqları Rusiya
tərəfindən işğal edildi. Sonra rus ordusunun baş komandanı general Sisianov Şəki xanı


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə