Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə31/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   27   28   29   30   31   32   33   34   ...   89

rıması və şişməsi zamanı, eləcə də yüksək qan təzyiqini aşağı salmaq məqsədilə aparılırdı. Bu
əslində refleksoterapiyanın bir növü olmaqla yanaşı, həm də xəstələrə psixoloji təsir göstərirdi. Bu
üsulun həddi-büluğa çatmamış uşaqlara, qocalara, eləcə də qida azlığı ucbatından bədəni həddən
artıq zəifləmiş adamlara tətbiqi yasaq idi. Bunun üçün ən yaxşı dövrün bahar fəsli olduğu hesab
edilirdi.
Şəkidə geniş yayılan müalicə üsullarından biri də zəli vasitəsilə bədəndəki kirli qanı təmizləmək idi.
Zəli müa​licəsindən çox qədim zamanlardan müxtəlif xalqlar istifa​də etmişdir. Bu sağaltma əsasən yaz
ayının gəlməsi ilə daha da sürətlənirdi. Xalq arasında qanın qaynaması və ya qanın oy​naması kimi
bilinən yaz ayında il boyu yığılmış kirli, mikroblu qanı təbii yolla zəliyə sordurmaqla bir çox
xəstəliyin müalicə olunduğuna inanılırdı. Zəli ilə müalicə edən insanlar olduğu kimi xəstə adamlar
özləri özlərini zəli ilə müalicə edə bilirlər. Burada diqqət edilməsi lazım olan əsas məsələ zəlinin
kirli qa​nı sorub bədəndən özü düşməsidir. Zəlini qopartmaq əks təsir yarada bildiyi üçün xalq
təbibləri bunu məsləhət görmürdülər.
Xalq təbabətində yeni yaranın üstünə çiy ət qoyub sarı​maq da ənənəvi müalicə üsullarından biri idi.
Ancaq yara də​rinləşmişsə və ya uzun zaman müalicə olunmursa, onda belə yaraların üstünə çiy ət
qoymaq məsləhət görülmürdü.
Çox qədim zamanlardan qadınların saçlarını boyamaqda istifadə etdikləri xına həm də müalicəvi
əhəmiyyətə malikdir. Belə ki, saçlara qoyulan xına həm də saç dibini möhkəmlədir, saç tökülməsinin
qarşısını alır. Xına həm də ayaq ağrılarında ağrıyan yerə sürtməklə rahatladıcı funksiyanı da yerinə
yeti​rir. Xına antibakterial keyfiyyətə malik olduğundan ayaqda və ya başqa yerdə olan göbələk
xəstəliklərinə də yaxşı gəlir.
O dövrdə insanların ən çox rast gəldiyi problemlərdən biri də müxtəlif sınıq və çıxıqlarla mü​şayiət
olunan bədən travmaları idi. Belə zədələnmələr diqqət​sizlikdən, qeyri-ənənəvi fiziki işləri yerinə
yetirmək​dən, güləş və döyüş zamanı, müxtəlif idman oyunlarını həyata keçirər​kən və s. hallarda baş
verirdi. Məhz bu səbəbdəndir ki, Azərbaycanın, demək olar ki, hər bir kəndində bir və ya bir neçə
sınıqçı olardı, onlar özlərinə məxsus müalicə üsulları ilə sınıq və çıxıqları müvəffəqiyyətlə müalicə
edirdilər. Xalq arasında sümük sınıqlarının, çıxıqlarının, burxul​ma​ların, eləcə də fəqərə
sürüşmələrinin müalicəsi ilə məşğul olan loğmanlara “sınıqçı”, onların məşğul olduqları sahələrə isə
“sı​nıqçılıq” deyilməkdədir. Şəkidə yaşayan Loğman Cəlal tanınmış el təbibi olmaqla yanaşı, sınıq​çı​-
lıq peşəsinin də kamil bilicisi idi. O, ətraf or​qanların, onurğa sütunu, boyun, qabırğa, bel, çanaq
sümüyü sınıqları və çıxıqlarının müalicəsində öz bilik və bacarığını nümayiş etdirir, sümüklərin
düzgün bitişməsində zəruri olan üsul və vasitələrdən istifadə etməklə insan sağlamlığının bərpasına
nail olurdu. Şöhrəti ətraf bölgələrə də yayılmışdı və adı bu gün də hörmətlə çəkilir. Sınıqçılar ta
qədimdən elmin heç inkişaf etmədiyi zamanlarda meydana gəliblər. Bu xüsusi qabiliyyətli insanlar
zədə almış insanlara heç nə qar​şılığında yardım göstərmiş və təbii müalicələrlə onları sağalt​mışlar.
Sınıqlarda sümüklərin birləşməsini təmin edən bir çox xüsusi məlhəm-yaxmalar var. Ən geniş
yayılmış yumuta ilə undan hazırlanmış xəmirdir. Bu gips rolunu oynayan yax​ma lazımi müddətdə
sınmış sümüklərin birləşməsinə kömək edirdi.
Şəki rütubətli bölgə olduğundan burada revmatizm, oynaq ağrıları daha çox olur. Oynaq ağrılarının
müalicəsi ilə də məhz sınıqçılar məşğul olurdular. Oynaq və əzələ​lərdə revmatizmdən qaynaqlanan
ağrı və sızlamaları aradan qaldırmaq üçün gecədən qoyun quyruğundan kompres qoyan və onu səhərə
qədər saxlamağı məsləhət görən sınıqçılar bu yolla oynaqların rahatlamasına, onlardakı ağrıların
azalma​sına, hərəkətliliyin isə artmasına nail olardılar. Eyni məqsədlə tülkü və porsuq piyindən də


istifadə edildiyi bilinməkdədir. Bəzən quyruğa və ya piyə azacıq istiot, zəncəfil və başqa ədviyyatlar
qatılardı. Sınıqçılar sınığın tez və etibarlı şəkildə bərpası üçün xəstələrə qoyun və ya mal kəlləsindən
və ayaq​larından hazırlanan, el arasında “xaş” və “baş-ayaq” adları ilə məşhur olan xörək yeməyi
tövsiyə edirdilər. Məlum ol​duğu kimi, bu xörəyin tərkibində sümüyün tez yapışmasına kömək edən bir
çox komponentlər vardır.
Şəkidə, təəssüf ki, sınıqçıların xidmətindən bu günün özündə belə istifadə edənlər az deyildir. Əsas
problem ondan qaynaqlanır ki, əhali heç də həmişə rəsmi tibbə inanmır və öz problemini köh​nə
qaydalarla həll etməyə üstünlük verir. Burada təmiz menta​litet özəllikləri də rol oynayır. Əhalinin
çoxunun kəndlərdə ya​şadığı və tibbin inkişafsız olduğu, bütöv bir mahalın payına bir dənə otla
müalicə edən ara həkimi və mamaça düşdüyü za​man​larda insanlar bu cür “az önəmli” məsələlərin
həlli üçün yerli loğmanların yanına qaçırdılar və bu normal idi. Hazırda isə insanlar (ən dəhşətlisi də
budur) yalnız əyalətlərdə deyil, iri şəhərlərdə də öz fikirlərini dəyişməyiblər. Həkim-travmatoloqlar
bu işi daha ef​fek​tiv və peşəkarcasına görürlər. İnsanlar elə bilir ki, ənənəvi otla müalicə daha
zərərsiz görünür. Halbuki istənilən peşəkar həkim fitoterapiya üsullarına etiraz etməsə də, bildirəcək
ki, otların qəbulu ciddi şəkildə dozaya uyğun olmalıdır və heç cür özünü müalicəyə icazə verilmir.
İstənilən müalicənin təyin edilmə​si​nin əsas şərti doğru və vaxtında edilmiş diaqnostikadır.
Şəkidə çox geniş yayılan və bu gün də kifayət qədər məşhur olan xalq təbabəti üsullarından ən
məşhuru çöpçülük idi. “Çöpçü” adlandırılan xalq təbiblərinin boğazda ilişib qalan tum, sümük və
qida qalıqlarını çxartmaqla şöhrət tapdıqları bilinməkdədir. Bu gün Şəkidə yaşayan çöpçülərdən biri
sənətini belə izah edir:
 
Nəfəs və qida borusunun arasında kiçik çala vardır ki, yemək zamanı qidanın həmin çalaya düşən
hissəsinə çöp de​yirlər. Həmin çala tədricən yaranır. Biz böyüklər bu problemi asanlıqla – öskürərək
aradan qaldırırıq. Amma körpələrimiz bunu edə bilmirlər. Hər fürsətdə əlinə keçəni ağzına aparan
uşaqlarda çöp problemi tez-tez baş verir. Elə uşaq da vardır ki, hətta yediyi yeməyə belə diqqətlə
baxır. Bu uşaqlar isə çöp tutmayan uşaqlar növünə aiddirlər. Çöp istənilən qida qalığı, alma qabığı,
mandarin, apelsin, marmelad, karamel, ət parça​sı, saqqız, tofita dediyimiz uşaq konfeti, oyuncaq
hissələri, ki​çik mismarlar (uşaq maşınlarından), kibritlər, kukla saçı, mun​cuq və s. ola bilər. Bunlar
çoxdur. Baxır uşağınız hansını seçir.
 
Çöpçülər qida borusunda ilişib qalan çöpü çıxarmaq üçün iki metoddan istifadə edirlər:
 
1. Uşağın burnuna üfürərək (uşaq öyüyür və qəfil əlinizə uşağın boğazından çöp düşür);
2. Uşağın qida borusuna yüngülcə basaraq (bu zaman çöp mədəyə ötürülür, nəcislə xaric olur).
Müasir tibb uşağın boğazında nəsə qalması faktını təsdiqləmədi. Düşünürəm ki, çöp çıxarılandan
sonra hərarətin düşməsi qusma refleksi yaranan zaman azan sinirin, parasimpatik sinir sisteminin
tonusunun artması ilə əlaqədardır. Həm də bu, insanlara psixoloji təsir də göstərir. Çox vaxt
həyəcanlanmış analar uşağın qırtlağın​dan nəyinsə “çıxdığını” görüb dərhal rahatlaşırlar. Lakin müasir
dövrümüzdə az adam tapılar ki, uşağını çöpçüyə aparmasın. Bəziləri hətta bunu vərdiş halına çevirib.
Uşaq bir balaca yeməkdən düşdü, hərarəti oldu, qarnı nasazladı, həkimə yox, birbaşa çöpçüyə üz
tuturlar. Hətta bunu hər həftə təkrarlayanları da tanıyıram.
Mən Şəkidə bir dəfə belə bir təcrübə etmişdim. Çöpün qalmasına inanan bir tanışımla onun uşağını
eyni gün ərzində 5 müxtəlif çöpçüyə apardıq. Maraqlıdır ki, çöpçülərin hamısı, beşi də uşağın


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə