Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə33/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   29   30   31   32   33   34   35   36   ...   89

xroniki xəstəliklərin​də sidiyin kənar edil​məsi üçün aşağıdakı reseptdən istifadə etməyi məsləhət
görürlər: 1 çay qaşığı cəfərinin toxumla​rın​dan götürüb, 1 stəkan qaynar suda dəmləyib gündə 3 dəfə
stə​kanın 1/4 hissəsi qədər qəbul edin. Cəfəri şirəsi orqanizmdə baş ve​rən zəhərli maddələri
zərərsizləşdirir. Bitkinin bütün hissələri müalicəvi xüsusiyyətlərə ma​​likdir. Cəfəridən hazırlanan
preparatlardan uşaqlığın mü​ali​cəsində, sidik kisəsi və böyrəkdə olan daşların orqa​nizmdən kənar
edilməsində istifadə edilir. Sidik kisəsi yollarının, qan damarlarının möh​kəm​lən​dirilməsində,
qızdırmada cəfəridən alınmış şirəni 1:3 nis​bətində kök şirəsi ilə qarışdırıb hər gün səhər və günorta
yeməyi zamanı qəbul edin.
Razyana. Müalicə məqsədləri üçün razyananın ancaq mey​və​lə​rin​dən istifadə edilir. Meyvələri
sentyabr ayında, ye​tiş​mə​yə az qalmış yığılıb qurudulur. Efir yağından hazırlanan cövhər və
preparatları müalicə vasitəsi kimi geniş tətbiq edilir. Razyana meyvəsindən soyuqdəymə nə​ti​cəsində
baş verən xəstəliklərdə, xüsusən tənəffüs yol​la​​rının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək
dər​manı kimi, eləcə də xroni​ki mədə-bağırsaq xəs​tə​lik​lərində həzm prosesini yaxşılaşdıran və
köpmənin qar​şı​sını alan vasitə kimi istifadə olunur. Bundan əlavə, raz​ya​na meyvəsini dəmləmə və
bişirmə formasında da öd kisəsi iltihabında və böyrək xəs​təliklərində qəbul edirlər. Xalq təbabətində
razyananı çay kimi dəmləyib uşaq​larda baş verən qarın ağrılarında ağrıkəsən və köpmənin qar​şı​sını
alan dərman kimi işlədirlər. Bu məqsədlə razyana mey​vəsini quru​dulmuş nanə yarpağı ilə bərabər
hissədə dəm​ləyib xörək qaşığı ilə qəbul edirlər. Bundan başqa, mey​vəsindən hazırlanan cövhərdən
yelqovucu, ödqovucu, si​nə​yumşaldıcı, sakitləşdirici və öskürək əleyhinə vasitə kimi istifadə edirlər.
Tərxun. Ağız boşluğunda, bronxlarda, dişdibində əmə​​​​​lə gələn mikrobları zərər​sizləşdirir, diş
yuvalarını möh​​​​​kəm​ləndirir, ağız boşluğundan gələn pis qoxunu aradan qaldırır, iştahanı açır, yedikdən
sonra ağızdan xoş iy gəlir.Tərxunun yel, əsəb, ürəksıxılma, ümumi halsızlıq, baş​gi​cəl​lənmə, ağır sancı
tutmalarına, qarın boşluğuna su yı​ğılma xəs​təliklərinə qarşı müalicəvi əhəmiyyəti vardır.
Dağ nanəsi. Ətirli ədviyyəli bitki kimi 3 növündən isti​fadə edilir: dağnanəsi, sünbülvarı nanə, bağ
nanəsi və yaxud ətirli nanə. Ətirli nanədən ha​zır​​la​nan cövhərdən mədə ağrılarında, köp-mədə,
bağırsaq qurdla​rının tökülməsində istifadə olunur. Hazırlanmış çay növləri mədə-bağırsaq, həzm apa​-
ra​tının, ferment ifraz edən vəzlərin fəaliyyətini normal​laş​dırır. Nanə şərbəti mədəni qüvvətləndirir,
ürək​bu​lanma, is​hal və hıçqırmaya qarşı faydalıdır.
Kəklikotu. Stomatologiyada ağrıkəsici vasitə kimi istifadə edi​lir. Bəzi xəstəlik törədən bakteriya və
göbələkləri məhv edir, qurd​qovucu dərman kimi tətbiq olunur. Xalq təba​bə​tin​də bu bit​kidən
soyuqdəymə, mədə yarası, əsəb, ürək xəs​​tə​lik​ləri və s. zamanı istifadə edilir. Kəklikotu qatılmış
xörəklər iştahagətirici, həzm​yax​şı​laş​dı​rıcı xüsusiyyətə malikdir. Kəklikotu iştahanı artırır. Bədən
süstləşəndə, ağ​rı​lar ar​tan​da kəklikotunu qaynadıb suyunda çimmək məs​lə​hət​dir.
Pişikotu. Pişikotu köklərindən alınan preparatlar müasir təba​bət​də müxtəlif sinir sistemi
xəstəliklərində, yuxusuzluğu aradan qaldıran, ürə​yin fəaliyyətini artıran, eləcə də epilepsiyada qıc​ol​-
ma​nın qarşısını alan vasitə kimi işlədilir. Pişikotunun dəmləməsi, tinkturası, qatı ekstrak​tı elmi
təbabətdə geniş istifadə olunur. Bundan əlavə, kom​pleks ürək dərman​larının tər​kibinə də daxil
edilmişdir. Pişi​kotu köklərindən ha​zırlanan preparatlar eyni zamanda sa​kitləşdirici, mədə və
köpmənin qarşısını alan dərman yığıntılarının tərki​bində də istifadə olunur. Xalq təbabətində pişi​kotu
kök​lə​rindən çay dəmlənib ürək ağrılarında, ürəkget​mə​lərdə sakitləşdirici vasitə kimi, eləcə də mədə-
bağırsaq ağrı​la​rında spazmanı aradan qaldıran dərman kimi qəbul edilir.
Gicitkən (cincar). Gicitkənin yarpağı çox qiymətli polivitaminli məh​sul​dur. Odur ki, müasir tibdə
ondan dəmləmə və duru eks​trakt halında bir sıra xəstəliklərin müalicəsində geniş isti​fa​də edilir.


Məsələn, daxili qanaxmalarda qankəsici, mədə-bağırsaq xəs​tə​lik​lərinin müalicəsində həzm prosesi
və maddələr müba​di​ləsini yaxşılaşdıran, bağırsaqların ilti​habı​nı aradan qaldıran vasitə, eləcə də
qanazlığında, vərəm, sin​qa, raxit, avitaminoz, qızdırma, mədə yarası, nəfəs yolları, onikibarmaq
bağırsaq xəs​təlikləri, böyrək daşı və s.-nin dərmanı kimi tətbiq olunur. Gicitkən qanda hemoqlobin və
eritrositlərin artma​sına kömək edir. Bir sözlə, orqanizmdə qanyaradıcı rolunu oynayır. Gicitkən
sıyığını bal​la qarışdırıb, prostat vəzinin adenoması xəstəliyinə qar​şı bir həftə qəbul etdikdə vəzin
şişmə prosesi dayanır və xəstəlik bir ay müddətində aradan qalxır. Çörək qıtlığı dövrlərində gicitkən
xalqımızın kömə​yi​​nə çatan ən faydalı yeməli bitki olmuşdur. Respublikamızın böyük gicitkən
ehtiyatına malik ol​ma​​sına baxmayaraq, təəssüflər olsun ki, bu bitkinin qeyd et​diyimiz faydalı
xüsusiyyətlərindən hazırkı dövrə​dək is​ti​fadə edilməmişdir. Elmi təbabətdə gicitkəndən qankəsici,
xroniki mədə ya​​​ra​larının, qaraciyərin müalicəsində istifadə olunur. Xalq təbabətində isə bitkidən
daha geniş istifadə edi​lir. Belə ki, gicitkəndən hazırlanmış cövhərdən ürək, böy​rək, qaraciyər
xəstəliklərində, qan azlığında, qastritdə da​xilə qəbul etməyi məsləhət görürlər. Onun ekstraktı ilə ba​şı
yuyub tüklərin dibini bərkidir və tökülməsinin qar​şı​sı​nı alırlar. Gicitkən qan dövranını tən​zim​lə​yir,
saçın möh​kəm​li​yinə, tökülməməsinə və uzanmasına səbəb olur. Qal​xana​bən​zər və​zin normal inkişafını
ak​tiv​ləş​dirir, ürək-damar fəa​liy​yətinə, nəfəs borusuna yaxşı tə​sir edir. O, mədə-bağırsaq, daxili
qanax​ma, dişdibi ətləri xəstəliklərinin mü​a​licəsində əhə​miyyətlidir. Gicitkənin hə​​limini, dəm​lə​mə​sini
içmək və onu bişirib tünd sa​rım​saqlı qatıqla yemək bü​tün daxili xəs​tə​liklərə, şişlərə, ba​ğır​saqlardakı
qurdların tökül​mə​sinə müsbət təsir göstərir. Yazda gündə üç dəfə ye​mək​dən yarım saat əvvəl onun bir
stəkan həli​minə bir çay qa​şığı süd əlavə edib içmək or​qa​nizm üçün çox xe​yir​​li​dir. Qa​ra yel, son
dərəcə şiddətli oy​naq ağrıları xəs​tə​lik​lə​rindən əziyyət çəkənlərə yat​ma​mış​dan əvvəl hər axşam gi​​-
citkəni qay​nadıb suyunda çimmək və ya yarım saat van​na qəbul et​mək məsləhətdir. Bu, bə​də​ni
yumşaldır, ağ​rıları aradan qaldırır. Müalicə məqsədləri üçün gicitkən yarpaq, kök və kö​küm​​​sovlarını
may-iyun aylarında hələ üstündə çiçəkləri olan zaman toplayırlar. Çiçək açıb qurtardıqdan sonra tər​-
ki​bindəki maddə​lər öz bioloji xüsusiyyətlərini itirir. Gi​cit​kə​nin yarpaq, kök və kökümsovlarından
hərarətin ara​dan qal​dırılmasında, mədə yaralarının müalicəsində geniş istifadə edilirdi. Bunun üçün:
kökündən sarımsaqla birlikdə bə​​rabər miqdarda götürüb 1:5 nisbətində suya töküb 7 gün dəm​​lə​dikd​-
ən sonra, süzüb, ağrıyan nahiyələrə sürtürdülər. Gün​də 3 də​fə bir xörək qaşığı qəbul etmək də olardı.
Cincilim. Cincilimdən hazırlanan preparatlar vitamin, bak​te​rio​sid, soyuqdəymə, damar
genişləndirmə, qan təzyiqini aşa​ğı salma, sidikqovucu, ödqovucu, qankəsici, yarasağaldıcı və s. xüsu​-
siyyətlərə malikdir. Azərbaycan xalq təbabətində cincilimin su ilə qarış​dı​rılmış şirəsi mədə-bağırsaq
xəstəlikləri zamanı ağ​rı​kə​sici kimi işlədilir. Amerika əczaçılıq firmalarının ha​zır​ladığı dərman
preparatı maddələr mübadiləsinin po​zul​ması, xüsusilə şəkər xəstəliyi zamanı, ciyər və dəri xəs​tə​lik​-
lərində – qaşınma, sıza​naq, səpmə, əsəb, çiban, ekzema, artrit zamanı oynaqların ilti​habı və s.
xəstəliklərdə geniş töv​​siyə edilir. Fitoterapevtik proqramları həyata keçirilən baş​​qa preparatlarla
yanaşı, özünün iştahanı azaltmaq xüsu​siyyə​tilə kapsulaları çəki azaldan, piylən​mənin qarşısını al​​maq
üçün geniş istifadə olunur. Qızdırmanı salmaq, or​qa​​nizmdə qanın keyfiyyətini yaxşılaşdırmaq və
sakit​ləş​dirici kimi də böyük təsir gücünə malikdir.
Yonca. Bitkinin preparatlarından dolamada, sulu sarğı qoyulmasında, qadın xəstəliklərində, kapilyar
damarların möhkəm​lən​diril​mə​sin​də, tonusun artırılmasında, ağrının kəsilməsində, zəhər​lən​mədə,
orqanizmin müqavimətinin artırılmasında, cövhərindən yara​la​rın sağalmasında, bronxial astmada,
dəm​lə​mə​sin​dən sidik yolları xəstəliklərində, soyuq​dəymədə, bəl​ğəm​gətirici kimi, baş
gicəllənmələrində, hamaşçiçəyinin sulu – spirtli cövhərin​dən epilepsiya, qrija, vərəm, po​daqra, zə​-


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə