Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə36/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   32   33   34   35   36   37   38   39   ...   89

DÖRDÜNCÜ FƏSİL
 
ŞƏKİ RUSİYA İŞĞAL REJİMİ DÖVRÜNDƏ
 
1807-ci ildə rus ordu komandanlığı tərəfindən Şəki xanı təyin edilən xoylu Cəfərqulu xan 7 il xanlıq
etdikdən sonra vəfat edir. Onun oğlu İsmayıl xan 1814-cü ildə atasının yerinə keçib xanlığı idarə
etməyə başlayır. İsmayıl xan cavan, təcrübəsiz və çox zülmkar idi. Əhali ilə zalım bir üsulla rəftar
etməyə başlayır. Əhalidən kimsəyə acığı tutardısa, onun burnunu, qulağını kəsdirərdi. Əxlaqsız,
tərbiyəsiz və zalım hərəkətlərinə görə Şəki əhalisi İsmayıl xanın zülmündən rus ordu komandanı
Yermolova şikayətə məcbur olur. Nəhayət, xanlığını 5 il bu cür qəddarlıqla idarə edən İsmayıl xan
1819-cu ildə qəflətən vəfat edir. Şəkidə “İspalkom Ələşrəf” kimi tanınan Ələşrəf Kərimov/İsmayılov
bu haqda 1928-ci ilə yazdığı “Şəki, keçmişdə və indi” kitabında belə yazırdı:
 
“İsmayıl xan şəxsən tərbiyəsiz, əx​laqsız, son dərəcədə müstəbid və zülmkarlığı sevən bir sima idi. Öz
rəiyyə​tinin haqqında rəva gördüyü zülm və işkəncələrə qənaət etməyərək onların namusuna təcavüz
etməklə coşğun ruhuna təsəlli verərdi. Kəndi arzusuna qarşı durmaz və heç bir kəslə hesablaşmadan
istədiyini yapardı. Nəhayət, Şəmsəddin bəy adlı birisinin övrətini zor ilə əlindən alıb, özünü də
boğazından asdırdı. Günülük hissiylə xana qarşı nifrət bəsləyən xanın övrəti-sabiqi Şəmsəddin bəyin
qardaşı Sədrəddin bəyə qasid vasitəsiylə bu əhvalatı bildirdiyi üçün xan öz övrəti-sabiqini hal-
hazırda mövcud Xan sarayının Cəza eyvanından həyətə atdırır. Və üç gün meyit Xan sarayının
həyətində açıq hava altında qalır. Xanın qəzəbindən qorxaraq kimsə sarayın ətrafına dolaşa bilmir.
Nəhayət, camaatın təvəqqesinə görə meyitin dəfn olunmasına xan müsaidə edir. 
Sədrəddin bəy isə qardaşı Şəmsəddin bəyin boğazlanması  və övrətinin zor ilə alınması xəbərini
eşitcək son dərəcədə mütəəssir olur və ruslar ilə birləşib xanın üzərinə hücum edirlər. Xan məğlub
olur və tutularaq Sədrəddin bəyin əliylə boğulur və öldürülür”.
 
Xanın ölümündən sonra Şəkidə xan üsuli-idarəsi tam ləğv olundu. Xanlığın əvəzinə Şəki vilayəti
yaradıldı. Vilayətin idarə olunması rus zabitləri arasından təyin olunmuş komendanta həvalə olundu.
Komendant hərbi-dairə rəisinə tabe idi və ona müstəsna səlahiyyətlər, hüquqlar verilmişdi. O, şəhər
təsərrüfatına rəhbərlik edir, vergi toplanmasına, polisə, mahal naiblərinə və digər məmurlara nəzarət
edirdi. 1819-cu ildə şəhər məhkəməsi yaradılır. Bu orqan təkcə məhkəmə vəzifəsini görmür, eyni
zamanda, şəhərin inzibati funksiyalarından bəzilərini də yerinə yetirirdi. Məhkəmənin kollegiyasına
yerli bəylərdən seçilən iki divanbəyi də əlavə edilmişdi. 1836-cı ilin məlumatlarına əsasən Şəkidə
2791 ev vardı. Bu binaların əksəriyyəti xanlıq dövründən qalmışdı. Qala divarlarından daxildə
yerləşən 24 bina isə bütünlüklə rus qoşunlarının sərəncamına verilmişdi. Hətta burada yerləşən Xan
məscidi 1827-ci ildə dəyişdirilərək qarnizon kilsəsinə çevrildi. Əhali əsasən ticarət, ipəkçilik,
bağçılıq, üzümçülük, xırda sənətkarlıq, qalayçılıq, dulusçuluq, maldarlıqla məşğul olurdu. Rayonun
əsas gəliri ticarətdən və ipəkçilikdən gəlirdi. Bu cür idarəetmə sistemi 1840-cı ilə qədər davam edir.
1841-ci il yanvarın 1-də Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Nuxa
qəzası adlandırıldı.
Ruslar Şəki xanlığını 1819-cu ildə ləğv etdikdən 5 il sonra – 1824-cü ildə onun keçmiş ərazisində,
yəni Şəki əyalətində əhalinin ilk siyahıyaalınmasını keçirdilər. Həmin siyahıyaalma nəticələrinə


əsasən o vaxt Qışlaq və Çapağan kəndləri də inzibati cəhətdən Nuxa şəhərinin tərkibində idi və bu
kəndlərlə birlikdə Nuxa şəhərinin əhalisi 13 min 351 nəfər idi.
XIX əsrin ikinci yarısından sonra Şəki sürətlə inkişaf etməyə başlayır. Əgər 1855-ci ildə şəhərdə
2646 ev vardısa, artıq 1865-ci ildə 3472 ev vardı. Belə ki, 10 il ərzində şəhərdə 826 yeni ev
tikilmişdi. 1904-cü ildə isə Şəkidə 3998, 1910-cu ildə 4757 ev vardı. Şəhərin mərkəzi küçəsində
varlı şəkililərin Avropa tipli ikimərtəbəli evləri ucalırdı. Təbii ki, evlərin sayı artdıqca burda
məskunlaşan əhalinin sayı da artırdı. 1856-cı ildən 1870-ci ilədək olan dövrdə əhalinin sayı 18
mindən 25 minə qədər artmışdı. 1886-cı ildə şəhərdə 25897, 1897-ci ildə isə 24568 insan yaşayırdı.
Bu ildə əhalinin sayının bu qədər kəskin azalmasının səbəbi xəstəlik, epidemiya və baş verən təbii
fəlakət olmuşdu. 1897-ci ilin siyahıyaalınmasının nəticəsinə görə şəhərin etnik tərkibi 81 %
azərbaycanlılardan ibarət idi. Şəhərdə cəmi 213 rus yaşayırdı ki, bunlar da çar məmurları və əsgərlər
idi.
1897-ci ildə şəhər əhalisi məşğuliyyətinə görə aşağıdakı kimi idi:
Əyanlar, zadəganlar – 703 nəfər.
Din xadimləri – 122 nəfər.
Vəzifə sahibləri, məmurlar – 54 nəfər.
Tacirlər – 79 nəfər.
Xırda alverçilər, fəhlələr, sənətkarlar – 21991 nəfər.
Kəndlilər – 1619 nəfər.
XX əsrin əvvəllərində Şəkinin əhalisi yenə də sürətlə artmağa başlayır. 1908-ci ildə şəhərdə 37 min
insan yaşayırdısa, cəmi 8 il sonra, yəni 1916-cı ildə artıq 52243 nəfər insan yaşayırdı. Düşünürəm ki,
bu dövrdə, görünür, şəhərimizə köçənlərin sayı xeyli artıb. Çünki təbii yolla bu qədər artım mümkün
deyil.
1840-ci il aprelin 10-da şəhəri idarə etmək üçün belə bir struktur yaradılır. Bir nəfər qalabəyi,
şəhərdən iki deputat, iki məhəllə nəzarətçisi və 10 polis nəfəri. Demək olar ki, XIX əsrin sonlarına
kimi şəhər bu şəkildə, polis-inzibati yolla idarə olunub. 1895-ci il mayın 29-da isə yeni idarəetmə
metodu tətbiq olunur. 12-15 nəfərdən ibarət Şəhər Məclisi yaradılır. Eyni zamanda, Şəhər rəisi
(kəndxuda) iki köməkçisi ilə birlikdə icraedici orqana rəhbərlik etməyə başlayır.
1863-cü ildə şəhərdə 30 məscid, 4 kilsə, 5 karvansaray, 896 ticarət məntəqəsi, 5 hamam və 42
dəyirman vardı. 1910-cu ildə Şəkinin imkanlı sahibkarlarından olan Ə.Əhmədov şəhərdə
elektrostansiya tikdirməyə başlayır.
Beləliklə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Şəki Azərbaycanın kapitalist sənayesinin
mərkəzlərindən birinə çevrilmişdi. Əhali əsasən ipəkçilik, ticarət, xırda sənətkarlıq məhsullarının
istehsalı ilə məşğul olurdu. İnqilabi hərəkat Şəkidə də vüsət almağa başlayır. Ələşrəf Kərimov/
İsmayılovun tədqiqatına görə:
“Şəkidə birinci dəfə 1870-ci ildə Nuru oğlu Musa adlı bir fəhlənin təşəbbüsüylə tətil yapılmışdı.
Bundan ibrət dərsi alan qoca fəhlələr sonraları hər ildə iki-üç dəfə başçılığı öhdələrinə götürüb tətil
etməyə fəhlələri təşviq edərlərdi. Bu kibilərindən Əşir-Bəşir, Analı Mehdi, Dəllək Heydər və bir
çoklarını saymaq olar. 
Çok vaxtlar tətil yay aylarında baş verərdi, çünki yayda sahibkarların fəhlə qüvvəsinə olan ehtiyacı
artardı. Amma qışda bir çok dəzgahlar dayanır və baramasızlıq yüzündən bəzi xırda zavodlar
işləməzdi. Həm də fəhlələrin ictimai və iqtisadi vəziyyətləri yayda qışdakından çok fərqli olardı.
Buna görə də fəhlələr yayda tətil yapır və bəzi xırda tələblərində qazanmağa müvəffəq olurdular.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə