Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə34/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   30   31   32   33   34   35   36   37   ...   89

hər​lənmə əleyhinə və s. xəstəliklərin müali​cə​sində istifadə edilir.
Vəzəri. Vəzəri qida və ədviyyat bitkisi sayılır. Süf​rə​miz​də ən çox istifadə edilən göyərtilərdən
biridir. Azər​bay​can​da və​zə​​riyə üstünlük verilir. Şəkidə ona acıtərə də deyirlər, yəni acı da​​dan
tərəvəz. Tərəvəz kimi yeyilən əsas hissələri yarpaq və kör​pə özəkləridir. Qədim dövrlərdən qida və
mü​alicə məq​​​sədilə becərildiyi məlumdur. Təsadüfi deyil ki, hələ orta əsr həkimləri deyirdilər ki, kim
sağlam olmaq istə​yir​sə, mütləq vəzəri yesin, yoxsa ona həkim kömək edə bil​məz. Bir maraqlı cəhət
də ondan ibarətdir ki, təbabət hə​mişə bu bitkinin avi​ta​minoz və maddələr mübadilə​sindəki ro​luna
xüsusi əhəmiyyət vermişdir. Vəzəri vitamin mən​bəyi he​sab edilir. İnsan orqa​niz​mi üçün lazım olan
faydalı mad​dələr acıtərədə daha çoxdur. Belə ki, qədim yunanlar onu soyuqdəymə əleyhinə iş​lət​miş,
qədim romalılar isə əsəb sistemini onun köməyilə mü​alicə edirmişlər. Müasir dövrdə də vəzərini
xalq təba​bə​tində çoxşaxəli müalicə əhəmiyyətli bitki hesab edirlər. Qi​danı müntəzəm olaraq
işlətdikdə həzmi yaxşılaşdırır, yu​xunu normallaşdırır, arterial təzyiqi aşağı salır, avitaminozun
profilaktikasında yaxşı təsir göstərir. Vəzəri bədən​də olan zərər və zəhərləri kənar​laşdırır. Keçmişdə
sağ​lam​lıq və güc rəmzi kimi tanınan bu bitki Şərq tə​biblərinin əsas müalicə vasitələrindən biri
olmuş​dur. Ondan yolu​xucu (infeksiya), bağırsaq və tənəffüs sistemi xəs​tə​lik​lə​rin​də istifadə etmiş,
astma, zökəm, göyöskürək hal​la​rın​da səhərlər ac​qarına şirəsindən içməyi məsləhət gör​müş​lər. Və​zəri
şirəsini zey​tun yağı ilə qarışdırıb böyrək və sidik ki​sə​si ağrılarında içmək fay​dalıdır. Zeytun yağı
əvəzinə şi​rin ba​damın yağından da isti​fa​də etmək olar. Vəzəri və onun digər növ və sortlarından,
məsələn, su tərəsi sidik və tər​​qovucu təsirə malikdir. Həmçinin ağızdakı pis qoxu​lar​da, şəkər
xəstəliyində vəzəri işlətmək (çiy yemək, şirə​sini içmək) müsbət təsir göstərir. Cinsi meylliliyi artır​-
maqdan ötrü vəzəri toxumunu döyüb yarıbişmiş yu​murta sarısı ilə qə​​bul etmək lazımdır. Vəzəri həm
də yaxşı iştahagətiricidir. O, mədə qıcqırmasının ən yaxşı dərmanı hesab olu​nur. Ona görə də sa​-
latlarda və ya ayrıca süfrəyə verilir, müx​​​təlif xörəklərə əlavə edilir.
 
Meyvələr
 
Albalı – yel xəstəliyi, oynaq ağrıları, qan-damar sis​te​minin pozulması, ürəkbulanması zamanı
məsləhət gö​rü​lür.
Alça – əsəbi adamlar üçün xeyirlidir. Alça həmçinin yel xəstəliyində, qan-damar sisteminin
tənzimlənməsində məs​​ləhət görülür. Alça qurusu qanazlığı olanlar üçün faydalıdır.
Alma – ətirli və sulu alma iştaha açır. Ürək​ dö​yün​tüsü və təngnəfəslik hallarında almadan istifadə
edirlər. Şə​kəri olanlar da almadan istifadə edə bilərlər. Turş al​ma​nın şirəsini şəkər qatmadan bişirib,
öd xəstəliklərində və daşlaşmaya qarşı istifadə edirlər.
Armud – mədə və öd kisəsi üçün faydalıdır. Yel xəs​​​​təliyi olanlar armuddan istifadə edirlər. Meyxoş
armud şə​​kər xəstəliyi olan adamlar üçün münasibdir. İştahanı ar​tı​rır, ürək​bulanmasının qarşısını alır.
Əncir – onu dərdikdən sonra parça üzərinə sərib, gü​nəş şüası altında saxladıqca onun şəkərliliyi artır.
Əncir bə​​dən hə​rarətini və susuzluğu yatırır, tərləməyə müsbət tə​sir edir. Arpa unu ilə ənciri qatıb
çiban üzərinə təpitmə qoyanda çibanın tez yetişməsinə kömək edir.
Əzgil – yetişmiş əzgildə şəkər və limon turşusu var​dır. Mey​vəsi və yarpağı qəbizlik yaradır. Qanlı
ishala qar​şı səhər​lər 200-300 q əzgili qabıqsız yemək məsləhət görülür. Əzgi​lin tumu döyülüb toz
halına salınır, ondan bir çay qaşığı gö​türüb cəfəri kökünün şirəsi ilə qatış​dırıl​dıqdan sonra böyrək və
sidik kisəsi daşına qarşı işlədilir.
Ərik – keçmişdə loğmanlar əriyi qan yaradan meyvə ki​mi tanıtmış, onu qanın durulaşması amili hesab


etmişlər. Ərik qurusu öd ağrılarını yüngülləşdirir, qan təzyiqini tən​zim​ləyir.
Gavalı – yeməkdən əvvəl qara gavalı işlətmək baş​ağ​rısı, öd kisəsinin iltihabı və qızdırmanın
qarşısını almaq üçün faydalıdır. Gövdəsində olan yapışqan öskürək, böy​rək, sidik kisəsi və öddə
olan daşa qarşı işlədilir, yaranı bitişdirir.
Gilas – sinəni yumşaldır, tez həzm olunur. Qəbzliyi ara​dan qaldırır. Şəkər xəstəliyi olanlara gilasdan
istifadə et​mək faydalıdır. İri gilasın tumunu əzərək üzə sürtdükdə dəri yum​şalır və üzün rəngi açılır.
Heyva – vərəm xəstəliyi üçün məsləhət görülür. Ös​kü​rəyi sakitləşdirmək üçün 30 qram heyva
çiçəyini 1 litr suda dəm​ləyərək işlədirlər. Meyxoş heyva ürəkbulanmanın qarşısını alır, susuzluğu
yatırır, qanaxmanı dayandırır.
Xirnik – tam yetişmişindən istifadə edilir. Sinəni yum​​​şaldır, bədəni qüvvətləndirir. Səhərlər acqarına
300-500 qram yemək məsləhətdir. Mürəbbəsi də faydalıdır, iştahaçandır.
İnnab – sərinləşdirici xassəyə malikdir. Boğaz və si​nə​ni yumşaldır, böyrək, qaraciyər üçün
münasibdir, təmiz qan ya​ra​dır, onu saflaşdırır.
İydə – meyvəsi bədəni qüvvətləndirir, ödə yaxşı təsir gös​tərir, ətirli çiçəyini iyləmək iflic olanlar
üçün fay​da​lı​dır. O, beyin və ürəyi də qüvvətləndirir, böyrəyi isti saxlayır, sarılığa qarşı xeyirlidir.
Nar – şirin nar ağciyər, sinə, mədə və qaraciyər üçün xe​yirlidir. Şirin nar şirəsinə şəkər və nişasta
qataraq sinə tu​tulması və öskürək əleyhinə işlədirlər. Turş narın şirəsi ilə qarqara etməklə ağızda
olan qaynaşma yara və şişlərə qarşı effektli mübarizə aparılır. Bağırsaqların daxili di​var​larını tə​-
mizləmək üçün narı dənələyib yemək məsləhətdir. Nar həm də əsəb üçün tövsiyə edilir.
Şaftalı – mədə üçün münasibdir, qabıqlı yemək məs​lə​​​hətdir, tez həzm olunur, öd xəstəliyi zamanı onun
şirə​sin​​​dən acqarına içmək məsləhətdir. Çiçəyi və yarpağı yumşaldıcı xas​səyə malikdir. Çəyirdəyinin
içini yarı​yan​mış bişirib üyü​dür və yara üzərinə səpirlər.
Üzüm – qanı saflaşdırır. Çox üzüm yeyən adamlar xər​çəng xəstəliyinə az hallarda tutulurlar. Qan-
damar xəs​tə​lik​ləri, qan təzyiqi olanlar üçün üzüm yemək məs​lə​hətdir. Yar​pağı da müalicəedici
xassəyə malikdir. 25 qram üzüm yar​pağını bir litr suda dəmləyərək, hər gün yeməkdən əvvəl bir
fincan ishal və sarılıq zamanı içmək məsləhətdir. Böyrək və sidik kisəsində daşı olanlara hər səhər
acqarına bir qaşıq üzüm mətini içmələri məsləhətdir. Üzüm qan ya​ra​dır, böyrək​lərin fəaliyyətini
gücləndirir.
Zoğal – ishal və mədə yarası üçün məsləhətdir. O həm də mədə-bağırsağı qüvvətləndirir. Susuzluğu
yatırır, qan təzyiqini tənzimləyir, öd üçün faydalıdır. Mürəbbəsi soyuq​dəymə üçün münasibdir. Zoğal
qanın turşuluğunu azaldır, qanı saflaşdırır.
Tut – qaraciyər və dalaq üçün məsləhətdir. Qabığı, kö​kü və yarpağı sidikqovucu xassəyə malikdir.
Yapış​qa​nını çeynə​mək damağı möhkəmləndirir. Şahtutun (ağ tut) meyvəsi öd və bağırsaq iltihabı,
qanlı ishala qarşı çox fay​dalıdır. Şahtutun yarpağının dəmləməsi qanda şəkəri aşağı salır. Şəkidə
əsasən ağ tut yayılmışdır. Ağ tu​tun qurudulmuş yarpaqlarından hazırlanmış sulu dəm​lə​mənin, spirtli
cövhərlərinin (tinkturasının), ürək-damar sis​temi xəstə​lik​lərində müsbət təsir göstərdiyi kliniki
təcrübədə aşkar edilmişdir. Tut yarpaqlarından xalq təbabətində çox qədimdən isti​fadə edilir.
Onlardan çay dəmləyib şəkər xəstəliyində, ürək ağrılarında içirlər. Meyvələri təzə halda yeyilir, həm
də on​lardan bəhməz hazırlayıb ürək zəifliyində, qanazlığında qəbul edirlər. Bundan başqa,
meyvələrindən hazırlanan şirə​lə​rindən boğaz ağrıları, mədə xəstəliklərində qə​bul edilir. Ağ tutun
yarpaqlarından çay dəmləyib qəbiz​likdə, soyuqdəymə xəstəliklərində içirlər. Ondan tərlədici və
hərarəti aşağı salıcı vasitə kimi, həmçinin diabet və epi​lep​siya xəstəliyinə qarşı da istifadə edilir.
Mədə və on​iki​barmaq bağırsaq xoralarında ağ tutun meyvələri məsləhət görülür. Meyvə və qabıq


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə