Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə30/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   26   27   28   29   30   31   32   33   ...   89

məsləhətdir.
Göy öskürəyə tutulanlara razyana kökünü dəmləyib iç​mək məsləhətdir.
Qanı az olan adamlara hər gün səhər tezdən acqarına zə​fəranı qaynadıb qaynanmış südlə qarışdırıb
bir fincan içmək məsləhətdir.
Qanaxmanın qarşısını almaq üçün gicitkəni dəmləyib içmək məsləhətdir.
Bel ağrısından əziyyət çəkənlərə gicitkəni əzib ağ​rı​yan ye​rə yaxmaq (təpitməsini qoymaq)
məsləhətdir. Bu, ağrıları azaldır.
İshal və şiddətli qarın ağrısı xəstəliyinə tutulanlar quru çayı tavada yüngülcə qovurub, narın əzib
dəmləməli, hər gün yeməkdən əvvəl bu dəmləmədən içməlidirlər.
Qulaq ağrısından əziyyət çəkən körpə uşağın müali​cəsi üçün təzə kəsilmiş toyuğun piyini əridib (isti
ol​ma​maq şərtilə) gündə üç dəfə bir damcı qulağa damızdırmaq məsləhətdir.
Əl, qol, qıç burxulanda yumurta sarısına duz əlavə edib burxulan yerə təpitmə qoymaq məsləhətdir.
Qanı az olan, qaraciyəri kəskin ağrılar verən xəstə​lərə 10-15 gün səhər tezdən acqarına bir stəkan tut
bəh​məzi içmək məsləhətdir.
Böyrək ağrılarından əziyyət çəkən xəstələr axşam​dan bir dəstə keşnişi iki stəkan suda, bir stəkan su
qalana qə​dər qaynadıb, səhər tezdən həmin suyu içsələr, ağrılar azalar. Bu üsulu 10-15 gün ardıcıl
davam etdirmək məsləhətdir.
Mədə ağrısından əziyyət çəkən, qanı az olan adam​lara 10-15 gün hər səhər acqarına şahtut (ağ tut)
yemək və ya şirəsindən bir stəkan içmək məsləhətdir.
Göyöskürəkdən əziyyət çəkən adamlara əncir qu​ru​su​nu təzə sağılmış inək südündə qaynadıb içmək
məs​ləhətdir.
Ürək döyüntüsündən, ağrısından əziyyət çəkənlərə hər dəfə yeməkdən qabaq bir fincan ətirşah
dəmləməsi içirdərlər.
Qızdırma, titrətmə xəs​tə​liyinə tutulanlara tər qızılgül, yasəmən ilə gülabı dəm​ləyib içirərlər.
Dəmrovdan əziyyət çə​kən adama bir həftə ara vermədən qəlyan çubuğunun qa​ra qatı qatranını gündə
üç dəfə, səhər, günorta, axşam ya​ra​nın üstünə çəkmək məsləhətdir.
Əl, ayaq və başqa əza​lar əzildikdə 10-15 gün səhər və axşam mal ciyərini, qoç quyruğunu
bağayarpağı ilə qarışıq döyüb həmin yerə yax​maq məsləhətdir.
Yel xəstəliyindən əziy​​yət çəkənlərin qara qəlyan tən​bə​kisini ya həvəngdəs​tədə, ya da ətçəkən maşında
narın döyüb (çəkib), bal ilə qa​rışdırdıqdan sonra 10-15 gün ağrı verən oy​naqlarına ya​xılsa, ağrılar
keçər.
Yel və əzələlərin qıc olma​sından əziyyət çəkən xəstələr şa​​nı balını süzüb ərit​sin, içərisinə zəncəfil,
darçın, zəfəran, xaş-xaş qabığı, qara çörək (arpa, vələmir), reyhan, nanə (yar​pız) tö​küb həll ola​na
qədər qarışdırıb tənzif (cuna, aр) üzərinə yaxıb, ağ​​​rı​lar olan yerə qoysun. Üç saatdan sonra sarğını
açıb ağrı​lar olan yeri keçi və toyuğun yağı ilə sığallayıb, sonra yun şal ilə bağ​​layıb isti saxlamaq
məsləhətdir. Bu müalicə üsu​lu​nu 7 gün dal​​badal, sonra isə 15-20 gün günaşırı davam et​​dir​mək yaxşı
olar.
Kəskin mədə-bağır​saq ağrıları zamanı nanəni (yarpız) ətçəkən maşından ke​çi​rib, tənzifdən (cunadan)
süzüb, şirəsini 10-15 gün müd​də​​tində, hər gün yeməkdən qabaq üç dəfə ya​rım fincan içmək
məsləhətdir.
Bağırsaqlarda olan qurdları tökmək üçün xəstə gici​tkə​nin kökünü dəmləyib 10-15 gün, gündə üç dəfə
yeməkdən əvvəl içməlidir.
Saçı tökülənlərə gicitkən kökünü qay​na​​​dıb suyunda başı həftədə üç dəfə yumaq məsləhətdir. Bu, saç


dibini də möh​kəm​lədir.
Daxili qanaxmanı kəsmək üçün üzər​li​yin çiçəyini dəm​ləyib içmək məsləhətdir.
Əncir, üzüm, tut, heyva, bağayarpağını dəm​ləyib içmək şəkər xəstəliyini tənzimləyir. Bunların qarışıq
dəmləməsini 20-25 gün, gündə üç dəfə, yeməkdən əvvəl iki fincan içmək məsləhətdir. Bu cür müalicə
qan təz​yiqini də tənzimləyir.
Öd kisəsində daşı olan xəstələrə yarpızı dəm​​ləyib, hər gün acqarına üç dəfə, yeməkdən əvvəl içmək
məsləhətdir.
Qan təzyiqini aşağı salmaq üçün cəfə​ri​ni ətçəkən maşın​da çəkib tənzifdən keçirmək, onu təmiz ban​-
kaya yığmaq, sərin yerdə saxlamaq və 20-25 gün ye​mək​​dən əvvəl, gündə üç dəfə yarım fincan içmək
məs​lə​hət​dir.
Ürək ağrısından, köpdən, qaz yığıl​ma​sın​​​dan əziyyət çə​kən xəstələrə yarpızı, nanəni qaynadıb, su​​​​​yu​nu
tənzifdən ke​çirib bankaya yığmaq, soyuduqdan son​​ra 10-15 gün yeməkdən əvvəl gündə üç dəfə bir
fincan qəbul etmək məsləhətdir.
Vərəm xəstəliyinə tutulan xəstələrə 20-25 gün nar çiçə​yini dəmləyib bir fincan yeməkdən əvvəl gün​də
üç dəfə iç​mək məsləhətdir.
Qızıl yeldən əziyyət çəkən xəstələrə 20-25 gün zirinc şirəsindən, mürəbbəsindən istifadə etmək məs​​​-
ləhətdir.
Şəkər xəstəliyi olanlara əzgil ağacının kıökünü dəmlə​yib 20-25 gün yeməkdən əvvəl gündə üç də​fə
bir fincan iç​mək məsləhətdir.
Ayağı tez-tez tərləyən, pis qoxu verən şəxs​​​​​​lərə 15-20 gün dəvətikanı və qırxbuğum bitkilərini qay​​​​-
nadıb suyunda aya​ğı 30-35 dəqiqə vanna etmək məsləhət​​​dir.
Ağzında xora, səpinti olan adamlara ye​mək​dən qabaq hər gün gündə üç dəfə tut yarpağını çey​nəmək
məsləhətdir.
Qəbzlikdən əziyyət çəkən xəstələrə 15-20 gün pərpətö​yünü qaynadıb, şüşə bankalarda sərin yerdə
sax​​​​layıb, hər gün yeməkdən əvvəl gündə üç dəfə bir fin​can iç​​​mək məsləhətdir. Bu üsul bağırsaqlarda
olan qurd​​ları tö​kür, bağırsaq boşluğunu yumşaldır, ifrazetməni asan​laş​dı​rır.
Qaşınmadan əzab çəkən​lərə məsləhətdir ki, hər gün (10-15 gün) axşam yatmamışdan qabaq noxudu
qaynadıb, suyunu bədəninə sürt​sün. Bu, gicişmənin qarşısını alar.
Göyöskürükdən, bəl​ğəmdən əzab çəkənlərə məsləhətdir ki, yerkökünü süd ilə qaynadıb bir həftə, hər
dəfə yeməkdən qabaq bir fincan içsin.
 
Bu metodların əksəriyyəti bu gün belə Şəkidə nənələrimiz, el ağsaqqalları tərəfindən xəstələrə
tövsiyə olunur.
Şəkidə xalq arasında yayılan deyimlərin bə​zi​sində əhvali-ruhiyyənin pisliyinə işarə etmək üçün
“qaralmış qan”, “qanın qaralması” (qanım qaralıb) kimi ifa​dələrə rast gə​linir. O vaxtlar belə hesab
edilirdi ki, əhvali-ruhiyyənin, halın pisləşməsinə, başqa sözlə, melonxolikliyə səbəb olan həmin
qandır. Mütəxəssislər bu və ya digər xəstə​liyi sağalt​maq üçün hansı damardan nə qədər qan almaq
lazım olduğu​nu yaxşı bilirdilər. Bu işlə daha çox dəlləklər məş​ğul olar​dılar. Onların peşəsi sadəcə
saç-saqqal qırxmaqdan və uşaq​ları sünnət etməkdən ibarət deyildi. Onlar qan alma ilə yanaşı zəli ilə
sağaltma və diş çəkmə işinin də ustası idilər. Dəlləklər iti bir alətlə ağrıyan yeri çərtirdilər. Sonra
çərtilən yerin yanına yanan əski parçası qoyu​lur və banka əski parçasının üstünə yerləşdirilirdi. Hava
bitəndə banka qanı sormağa başlayırdı. Bununla da, o vaxtın inancına görə, “pis” qan, qara qan
bədəndən çıxırdı. Bu üsul sarılıq, soyuq​dəymə, titrətmə və gicgahların, başın, boyun damarlarının ağ​-


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə