Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə35/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   31   32   33   34   35   36   37   38   ...   89

hissələrin​dən hazırlanmış məlhəmlə civzə, irin və dəri yaraları müalicə olunur. Ağ, qara, xar tutun
meyvələri qanartırıcı xassəyə malikdir.
 
Giləmeyvələr
 
Böyürtkən (mörəkkəb) – qanlı babasilə qarşı işlədilir. Yara üçün təzə yarpağı və xırda qol-
budağından döyülüb alınmış şi​rə​​si tut, gavalı ağaclarının qabığında olan yapışqan ilə bir qədər
qatılıb təpitmə kimi istifadə edilir. Bu həm də göz şişi, gözətrafı yaralar üçün də məsləhətdir.
Çiyələk – bədənə soyuqluq və rütubət verir. Meyvəsi dad​lıdır, ürəyi, beyini qüvvətləndirir. Qanı
təmizlədiyi üçün dərinin rəngini şəffaflaşdırır, yaxşılaşdırır, həzmə kö​mək edir. Böyrək daşı
xəstəliklərinə qarşı istifadə edilir.
Qarağat – bədənə soyuqluq və quruluq verir, mədə və ürək üçün xeyirlidir. Şirəsi susuzluğu yatırır,
ürəyi qüvvət​ləndirir. Meyvəsi və onun şirəsi qan təzyiqini aşağı salır, şəkər xəstəliyi olanlar üçün
çox faydalıdır.
Moruq – bədənə quruluq verir. Meyvəsindən soyuq​dəy​mə hallarında tərqovucu vasitə kimi istifadə
olunur. İstər yarpağı, istərsə də çiçəyi mədə-bağırsaq pozulması halların​da istifadə olunur, şəkər
xəstəliyi olanlar üçün xe​yirlidir.
Zirinc – öd üçün olduqca münasibdir, zəfəranla qa​rış​dırıldıqda həzmə kömək edir. Zirinc şirəsi qan
təzyiqini aşağı salır. Soyuqdəymədən və ciyər xəstəliyindən əziyyət çəkən​lərə hər gün yeməkdən
qabaq bir fincan qəbul etmək məs​lə​hətdir.
 
Sitrus meyvələri
 
Limon – mədə-bağırsaq xorası olanlar turş limon əvə​zinə şirindən istifadə edə bilərlər. Dişlərin
sağlamlığı üçün həf​tədə iki dəfə ağızı limon suyu ilə qarqara etmək məsləhət​dir. Öskürəyə zərərdir.
Portağal – portağal yemək sümükləri möhkəm​lən​di​rir, dəriyə təravət verir. Qanı saflaşdırır.
Badam (acı) – təngnəfəslik, sinə şişi və ağciyər üçün faydalıdır. Dalaq xəstəliyi və sarılıqda bal ilə
qarışdırıb iş​lətmək məsləhətdir. Yağı bədənə istilik verir. Dəriyə sürtdükdə üzdəki ləkələri aparır,
qırış və çatlar üçün yaxşıdır. Ağrı zamanı qulağa damcılatmaq faydalıdır.
Badam (şirin) – bədənə istilik verir və daxili or​qan​ları yumşaldır. Baş-beyin üçün faydalıdır. Şirəsini
şəkər ilə qatıb yemək öskürək zamanı, sinə və nəfəs yolu üçün, mədə pozğunluğu hallarının qarşısını
almaq üçün yaxşıdır.
Fındıq – bədənə istilik və quruluq verir, beyin fə​aliyyəti üçün münasibdir. Onun yarpağını ayı piyi ilə
qatıb ba​şa vurmaq tük tökülməsinin qarşısını alır.
Qoz – qoz ləpəsi şəkər xəstəliyi üçün ən münasib müa​licə üsulu hesab edilir. O, mədəni və orqanizmi
qüv​vət​​ləndirir, insanın cavanlıq qüdrətini saxlayır. Tərəf​ləri bioloji cəhətdən aktivləşdirir.
Püstə – bədənə istilik və quruluq verir, öd yollarının po​zul​ması zamanı faydalıdır, təmiz qan yaradır,
bədəni güm​​rahlaşdırır, kökəldir. Qaraciyər ağrısı, xronik öskürək, ürək döyüntüsü, böyrək zəifliyi,
sarılıq və dalaq xəs​tə​lik​ləri zama​nı müalicə üçün faydalı sayılır, ürəyi və ha​fi​zəni möhkəmləndirir.
Şabalıd – bədənə istilik verir, bədəni kökəldir və möh​kəm​ləndirir. Şabalıddan çox istifadə etmək
sidik ki​sə​​sinə və boğaz ağrısına qarşı ziyandır.
 
Dənli bitkilər


 
Arpa – bədənə soyuqluq və quruluq verir. Adamı kökəldir, sidik kisəsinə ziyandır. Ağ rəngli təzə arpa
yaxşı he​sab olunur. Onun xəmirini qıcqırdıb, ayranda həll edib, bir gecədən sonra 300-400 qram
içmək bədənə xeyirdir.
Buğda – bədənə istilik verir. Çibanın yetişib tez​ləş​di​rilməsi üçün üzərinə əzilmiş buğda təpitməsi
qoyurlar. Buğda ununu keşniş suyu ilə şişlər üzərinə yaxmaq fay​da​lıdır. Yan​mış buğdanı mum və gül
yağı ilə qatıb üzə sürt​dükdə üzə təravət, şəffaflıq gətirir.
Çəltik-düyü – quruluq, soyuqluq və istilik baxı​mın​dan orta vəziyyətdədir. Qanlı ishal, böyrək və sidik
kisəsi xəs​tə​likləri zamanı düyü xörəkləri yemək məsləhətdir. Dü​yü xö​rəyi bədəni yaxşılaşdırır, yaxşı
yuxu gətirir.
Günəbaxan – faydalı qida maddəsidir, beyin və qa​ra​​ciyər üçün xeyirlidir. Günəbaxan çiçəyi
qızdırmanı aşağı salır. Kökündən hazırlanmış şərbət ürəyi möhkəmləndirir. Yarpağının təpitməsi
oynaq ağrılarını kəsir.
Qarğıdalı – bədənə quruluq verir, qəbzlik gətirir, bəl​​​ğəm zamanı işlədilir. Onun bişmişini sirkə ilə
təpitmə dü​​zəl​dib, qotur və qaşınma, dəri çatladığı hallarda iş​lə​dir​​lər. Qida maddəsi kimi ishal, vərəm
xəstəliyi olanlar üçün münasib hesab edilir.
 
Paxlalı bitkilər
 
Acı paxla – bədənə istilik verir, çox istifadə etmək üzün rən​gini saraldır, həzmə ziyandır. Təpitməsi
dəri ləkə​lə​rini aparır.
Lobya – göy lobya faydalı qida mənbəyidir. Qa​dın​lar üçün olduqca münasibdir, ana südünü artırır.
Göy lob​ya yemək orqanizmin bir çox xəstəliklərə qarşı mü​qa​vi​mə​tini artırır, qanazlığı və zəiflik
zamanı lobya xörəkləri ye​mək faydalıdır. Hafizəni möhkəmləndirir.
Mərcimək – bədənə quruluq verir, qaynanmış suyu isə mədəyumşaldıcı xassəyə malikdir. Öskürək,
sinə ağrısı za​​manı ondan istifadə etmək faydalıdır. Mərciməyi çiy yumur​taya qatıb təpitmə kimi
qoymaq dəri üzərindəki çatlara xeyirli hesab olunur.
Noxud – bədənə istilik və quruluq verir, sinəni, sinir sis​temini möhkəmləndirir, təmiz qan yaradır.
Mədə qur​dunu təmizləmək üçün səhər-səhər acqarına həll bişmiş noxud yemək faydalıdır. Damaq şişi
və diş ağrısı zamanı təzə, göy noxudu əzib şirəsi ilə qarqara etmək məsləhətdir.
Paxla – paxla yedikdə mədə tez aşağı yatır, ona görə də ondan ishal və ürəkbulanma zamanı istifadə
edir​lər. Sinəni və ağciyəri təmizləyir, öskürəyi sakitləşdirir. Ya​nıq yaraları üzərinə yarpaqlarından
təpitmə qoymaq yax​şı nə​ticə verir.
Yuxarıda yazdığım məlumatlar şifahi olaraq nəsildən-nəslə keçən və ya orta əsrlərin təbiblərinin
əsərlərində yazılmış məlumatlardır və bunların bəzilərini bugünkü tibb elmi təsdiqləmir.
 
 
 
 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə