Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə76/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   72   73   74   75   76   77   78   79   ...   89

Heydər Əliyev Ə.Hümbətovla görüşməyi qərara aldı. Bu görüşdə “səlahiyyətim avtomatımdır” deyən
Hümbətov davakar-ultimativ iddialar irəli sürdü. S.Hüseynova geniş səlahiyyətlər verilməsini, Ali
Sovetin sessiyasını çağırıb A.Mütəllibovu öz vəzifəsinə qaytarmağı tələb etdi və qəti rədd cavabı
aldı.
1993-cü il avqustun 7-də respublikanın cənub bölgələrində üzdəniraq “Talış Muğan Respublikası”
(TMR) yaradıldığı elan olundu. “Hökumət” təşkil edildi. Rusiya, İran və Belarus dövlətlərinə, BMT-
yə müraciət edib bu qondarma qurumu tanımağı xahiş etdilər. Təbii ki, cavab almadılar.
Yerlərdə baş verən kortəbii mitinqlərdə əhali Ə.Hümbətovun silahlı quldur dəstəsinin ləğv
olunmasını, qondarma TMR-i tanımadığını bəyan edirdi. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq
məsələni dinc vasitələrlə həll etməyə üstünlük verdi. Avqustun 13-də o bu bölgədən olan xalq
deputatları, tanınmış ziyalılar və ağsaqqallarla görüşdü. Onlar “hümbətovçulara” qarşı qəti tədbirlər
görülməsini tələb etdilər. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi,
onu Azərbaycanın müstəqilliyinə qarşı qüvvələrin siyasi oyunu kimi ifşa etdi. S.Hüseynov avqustun
18-19-da Gəncədə Ə.Hümbətovu dost kimi qəbul edib möhkəm dayanmağı məsləhət gördüyü vaxt
cənub rayonları əhalisinin etiraz hərəkatı genişlənirdi. Xalqın və dövlət qüvvələrinin birliyi
sayəsində avqustun 23-də separatçılar dövlətin gücü ilə məğlub edildilər. Ə.Hümbətov qaçdı, TMR
ləğv olundu.
Satqınların və köhnə iqtidara sadiq hərbi hissələrin təxribatı nəticəsində avqustun 18-də Cəbrayıl,
23-də Füzuli, 31-də Qubadlı rayonları işğal olundu. Mühasirəyə düşmüş Zəngilan rayonu oktyabrın
29-30-da düşmən əlinə keçdi.
Ölkənin müstəqilliyinə qənim kəsilmiş, xaricdən idarə olunan qüvvələrin hakimiyyəti ələ almaq üçün
heç nədən çəkinmədiyini görən xalq Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. Milli
Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da prezident Ə.Elçibəyə etimad haqqında referendum
keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdi.
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasla, səs çoxluğu ilə
Azərbaycan Respublikasının Prezidenti seçdi. Prezident Heydər Əliyevin Azərbaycanın
müstəqilliyinin ardıcıl və dönməz olduğunu təsdiqləyən uğurlu daxili və xarici siyasəti düşmənləri
ciddi narahat edirdi. Onlar paytaxtda və respublikanın digər iri yaşayış məntəqələrində siyasi
sabitliyi pozmaq üçün hər vasitəyə əl atırdılar. Bakı metropolitenində yanğın və partlayışlar törədilir,
Prezidentə sui-qəsd təşəbbüsləri, dövlət çevrilişinə cəhdlər göstərilirdi.
Cəmiyyətdə vahimə yaratmaq üçün 1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə Təhlükəsizlik
Nazirliyi istintaq təcridxanasından dövlətə qarşı cinayətlərdə ittiham olunan bir neçə cinayətkar
qaçırıldı. Sentyabrın 29-da daha bir neçə cinayət aktı törədildi. Ali Sovet sədrinin müavini A.Cəlilov
və Prezident yanında Xüsusi İdarə rəisi Ş.Rəhimov qətlə yetirildilər.
Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı adam şəhər İcra
Hakimiyyəti binasını və başqa strateji obyektləri ələ keçirdi. Bu zaman paytaxtda iki hərbi hissənin
əsgərləri artilleriya qurğularını Prezident sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb
əmrə müntəzir dayanmışdılar. Oktyabrın 4-dən 5-ə keçən gecə Prezident H.Əliyev Azərbaycanın
müstəqil dövlətçiliyini müdafiə etmək üçün radio və televiziya ilə xalqa müraciət etdi. Onun çağırışı
ilə, gecəyarısı olmasına baxmayaraq, qısa bir vaxtda on minlərlə adam Prezident sarayı qarşısına
toplaşdı. Qiyamçılar Prezident sarayına hücuma cəsarət etmədilər. Prezidentin həyata keçirdiyi
tədbirlər qiyamçılara qüvvələrini birləşdirməyə imkan vermədi. Gəncədə qiyam yatırıldı.
Xalq oktyabrın 5-də Bakının Azadlıq meydanında təşkil olunmuş izdihamlı ümumxalq mitinqində


qanuni Prezidenti dəstəklədiyini bir daha nümayiş etdirdi.
Qiyam və dövlət çevrilişi qəsdində günahkar olan S.Hüseynov hakimiyyətdən kənarlaşdırıldı,
Azərbaycandan Rusiyaya qaçdı. 1996-cı ildə isə Rusiyada həbs olunub respublikaya gətirildi və
məhkum edildi.
Heydər Əliyevin yenidən rəhbərliyə gəldiyi vaxtda respublika ərazisinin 20 faizi düşmən əlinə
keçmişdi. Ermənilər “torpağı viran qoymaq” taktikasından istifadə edirdilər. İşğal olunmuş ərazilərdə
evlər, müəssisələr, kommunikasiya vasitələri, təbii sərvətlər talan edilir, dağıdılır, yandırılırdı.
Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlilə
çevrilmişdi. Qaçqın və köçkünlərin sayı milyon nəfəri ötmüşdü. Erməni işğalçıları tərəfindən 4861
nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq, 255 qoca əsir və girov götürülmüşdü. Erməni
faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-
insani rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar. Yalnız bir fakt – öldürülmüş əsir Fərhad
Atakişiyevin meyiti üzərində ekspertlər 72 işgəncə əlaməti aşkar etmişdilər. Onun əlləri, ayaqları
sındırılmış, qulaqları kəsilmiş, gözləri çıxarılmış, dırnaqları kökündən qoparılmış, burun, qulaq
dəliklərinə və qarnına məftil keçirilmişdi. Əsirlərə Azərbaycanın milli bayramları günü daha ağır
işgəncələr verilirdi, erməni qəbri üstə əsir başı kəsmək ənənəyə çevrilmişdi.
İşğal olunmuş Azərbaycan ərazilərindən işğalçı ordunun dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması
tələbi BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel 822, 29 iyul 853, 14 oktyabr 874 və 11
noyabr 884 saylı qətnamələrində öz əksini tapsa da, Ermənistan müxtəlif bəhanələrlə onları yerinə
yetirməkdən imtina edirdi. Əslində münaqişə tərəflərindən birinə – Ermənistana doğma, o birinə –
Azərbaycana yad münasibət bəsləndiyindən bu qətnamələrin heç birində Ermənistan təcavüzkar elan
olunmurdu. Bunlardan yalnız birində Ermənistanın adı çəkilir və ondan tələb edilirdi ki, Dağlıq
Qarabağa təsir göstərsin. ABŞ, Rusiya və başqa dövlətlərin parlamentlərində özünə doğma münasibət
görən Ermənistan təcavüzkar əməllərini azğınlıqla davam etdirirdi.
Azərbaycan Ordusu bərbad vəziyyətdə idi, parçalanmışdı, hərbi hissələr ayrı-ayrı siyasi qrupların
təsiri altına düşmüşdü. Silah, sursat, geyim və ərzaqla təminat yarıtmaz halda idi. Müdafiə
Nazirliyinə tabe olmayan müxtəlif siyasi ambisiyalı, döyüş qabiliyyəti aşağı olan, nizam-intizamsız
hərbi hissələri ləğv etmək, güclü nizami ordu yaratmaq, bunun üçün xalqı ayağa qaldırmaq,
birləşdirmək lazım idi. Prezident fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası
yaradıldı. Onun həmin gün keçirilən ilk iclasında ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə
olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələri şəxsi
heyətinin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə istiqamətləndirilmiş tədbirlər müəyyən edildi.
Prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət etdi,
onu ölkənin qeyrət və azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı.
Prezidentin çağırışı xalqı silkələdi, hərəkətə gətirdi, orduya könüllü yazılanların sayı minlərlə idi.
Könüllülərdən ibarət taburlar yaradılıb cəbhəyə göndərildi. Əfqanıstanda xidmət etmiş keçmiş
döyüşçülər Prezidentə müraciət edib alay yaratmaq təşəbbüsü irəli sürdülər. Bu təcrübəli
döyüşçülərdən ibarət hərbi hissə yaradıldı.
1993-cü il noyabrın 23-də Milli Şura “Müdafiə haqqında” Qanun qəbul etdi. Qanunda ordu
quruculuğunda məsul vəzifəli şəxs və orqanların fəaliyyəti sistemləşdirildi, məsuliyyət sahələri
dəqiqləşdirildi. Noyabr-dekabr aylarında 16,7 min döyüşçüsü olan 40 ehtiyat taburu təşkil edildi.
Prezident şəxsən cəbhə bölgələrində ordunun, əsgərlərin döyüş hazırlığının vəziyyəti ilə yaxından
tanış olub, konkret tədbirlər müəyyənləşdirdi.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə