Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə77/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   73   74   75   76   77   78   79   80   ...   89

Səhra Cəbhə İdarəsi, 33 köhnə başıpozuq hərbi hissə ləğv edildi, əldəqayırma “generallar”, siyasi
hoqqabazlar, xainlər və satqınlar ordudan uzaqlaşdırıldı, 36 tabur təşkil edildi. Səmərəli hərbi təlim
üçün proqramlar hazırlandı, ordunun döyüş hazırlığının yüksəldilməsi işi dövlət başçısının ciddi
nəzarəti altına alındı. 1994-cü ilin sonunda milli ordunun sıralarında 54 min əsgər və zabit var idi.
Silahlı qüvvələrin maddi bazası xeyli möhkəmlənmişdi. Bütün bunların nəticəsində Azərbaycan
Ordusu düşmənin respublikanın içərilərinə doğru hücumunu dayandırdı, hətta əks-hücuma keçib bir
sıra əraziləri işğaldan azad etdi.
1993-cü il noyabrın ortalarında cəbhələrdə intensiv hücuma başlamış ermənilər Azərbaycan
Ordusunun güclü müqavimətinə rast gəldilər. Dekabrın ortalarında Beyləqan istiqamətində milli
ordunun əsgərləri böyük rəşadət göstərdilər. Birinci tabura hücum edən 15 düşmən tankının 7-si məhv
edildi. Azərbaycan döyüşçüləri hücuma keçib 30 km irəlilədilər. Minomyotçular komandiri Akif
Xanəliyev döyüşdə 50-yə qədər düşmən əsgərini məhv etdi. Xankəndi tərəfə kəşfiyyata getmiş hərbi
hissə qəfildən düşmənlə üzləşsə də, mərdliklə vuruşmuş, ermənilər xeyli itki vermişdilər. Etibar
İsmayılov tank əleyhinə qumbara ilə özünü düşmənə köməyə gələn tankın altına ataraq onu partlatdı
və həyatı bahasına döyüşçü yoldaşlarını ölümdən xilas etdi. Ölümündən sonra ona Azərbaycanın
Milli Qəhrəmanı adı verildi.
1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu müvəffəqiyyətli əməliyyatlar nəticəsində Füzuli
rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsini, 22 kəndi işğaldan azad etdi, hücumu genişləndirib
Cəbrayıl rayonu ərazisinin bir hissəsini, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd,
Çənli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələrini
azad etdi. Çiçəkli dağı və başqa strateji yüksəklikləri ələ keçirdi, Kəlbəcər-Ağdərə yolunun Tunelə
qədərki hissəsini nəzarət altına aldı. 1993-cü il dekabr – 1994-cü il yanvar döyüşlərində düşmən 4
min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya qurğusu və s. itirdi. Azərbaycan tərəfinin itkisi
bundan 1-1,5 dəfə az idi.
Ordunun möhkəmlənməsi, NATO-ya tərəf əməli addımlar respublikada müstəqilliyin dönməzliyinə
şərait yaradırdı. Bunun qarşısını nəyin bahasına olursa olsun almaq istəyən nüfuzlu imperiyapərəst
qüvvələr ermənilərə köməyi daha da artırdılar. Azərbaycanda çaşqınlıq, vahimə yaratmaq üçün
Ermənistan dövləti terror əməllərini də fəallaşdırmışdı. 1994-cü il fevralın 1-də Bakı dəmiryol
vağzalında “Kislovodsk-Bakı” sərnişin qatarında törədilmiş terror aktı nəticəsində 3 nəfər həlak
olmuş, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. 8 gün sonra Xudat stansiyasında yük vaqonu
partladılmış, dövlətə böyük ziyan dəymişdi. 1994-cü il aprelin 13-də “Daqestanskiye oqni”
stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, nəticədə 6 nəfər həlak olmuş, 3
nəfər yaralanmışdı.
Rusiya 1994-cü ilin aprelində regionda mövqelərini qoruyub saxlamaq, qoşunlarını atəş xəttində
yerləşdirmək, ağlasığmaz siyasi və iqtisadi güzəştlər əldə etmək məqsədilə Azərbaycana münasibətdə
alçaldıcı bir saziş layihəsi təklif etdi. Azərbaycanı artıq Ermənistan tərəfindən bəyənilmiş bu layihə
ilə razılaşmağa məcbur etmək üçün aprelin 10-dan ermənilər bütün cəbhələrdə güclü hücuma
başladılar. Azərbaycan Ordusu düşmənin hücumunu müvəffəqiyyətlə dəf etdi. Goranboy rayonunun
Talış və Gülüstan kəndləri uğrunda döyüşlərdə Azərbaycan əsgərləri qalib gəldilər, düşmən 150
əsgər və zabitini itirib geri çəkildi. Tərtər rayonunun İlxıçılar və Göyarx kəndləri tərəfdə gedən ağır
döyüşlərdə düşmənin 200-dən çox canlı qüvvəsi məhv edildi. Lakin arxalı ermənilər Ağdam
rayonunun daha 18 kəndini, Ağdərə bölgəsində bir neçə kəndi işğal edə bildilər. Bərdə üçün ciddi
təhlükə yarandı. Azərbaycan Ordusu buraya əlavə qüvvələr gətirməklə düşmən hücumunun qarşısını


aldı və əks-hücuma keçib bir neçə yaşayış məntəqəsini azad etdi. Beləliklə, imperiyapərəst
qüvvələrin təklif etdiyi plan – döyüşən tərəflərin ayrılmasında ATƏM-in iştirakı olmadan yalnız
Rusiyanın vasitəçiliyini nəzərdə tutan plan baş tutmadı. Bu işdə ABŞ-ın və ATƏM-in Minsk qrupunun
mühüm rolu oldu.
Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində qonşu Rusiyanın atəşkəsə nail olmaq sahəsində
səylərindən də imtina etmədi. 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının, habelə Rusiya Federasiyasının bu niyyətini
təsdiq edən Bişkek protokolu Azərbaycan Respublikası tərəfindən də imzalandı. Azərbaycan
Respublikası Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası, milli ordunun yaradılması və
güclənməsi nəticəsində düşmən və onun havadarları artıq münaqişəni zorakı vasitələrlə həll etmək
cəhdlərinin perspektivsizliyini dərk edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail
olundu.
Gündəlik dövlət qayğısı sayəsində Azərbaycan Ordusu getdikcə inkişaf etdi, müasir hərbi texnika və
bacarıqlı kadrlarla təchiz olundu, silahlı qüvvələrin şəxsi heyətinin döyüş qabiliyyəti artdı, hərbi
hissələrdə nizam-intizam möhkəmləndi. Bu işdə Azərbaycanın NATO ilə sülh naminə tərəfdaşlıq
proqramı çərçivəsində həyata keçirilən tədbirlərin, qardaş Türkiyə Respublikası hərbçilərinin
köməyi böyük idi. Azərbaycan xalqının orduya yardımını tənzimləmək məqsədilə 2002-ci il avqustun
17-də Prezident Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım
Fondu” təsis edilmişdi.
Azərbaycan Respublikasına qarşı informasiya blokadasının yarılması, Dağlıq Qarabağ probleminə
dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın dünya siyasətində, dünya dövlətləri
arasında özünə layiq yer tutması, beynəlxalq münasibətlərin ümumbəşəri dəyərlər əsasında inkişafına
kömək etməsi, Cənubi Qafqazda başqa dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində də
maraqlı olması, respublikanın ərazi bütövlüyünün sülh, danışıqlar yolu ilə təmin edilməsi
istiqamətində Prezident Heydər Əliyevin başçılığı ilə gərgin və səmərəli iş aparıldı. Azərbaycan
Prezidenti 68 ölkənin prezidenti, hökumət başçısı ilə görüşlər keçirdi. Azərbaycan üzv olduğu
beynəlxalq təşkilatların sessiyalarında, zirvə toplantılarında iştirak etdi. 2000-ci il sentyabrın 6-da
BMT Baş Məclisində, 2001-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasında Heydər
Əliyev mövcud şəraitdə müstəqillik əldə etmiş dövlətlərə münasibətdə aydın hiss olunan ikili
standartlarla yanaşmanın yolverilməzliyini, qloballaşmaya töhfələrini verən ölkələrə texnoloji yardım
göstərilməsi, mədəniyyətlərin toqquşması təhlükəsini aradan qaldırmaq üçün demokratiya və bazar
iqtisadiyyatının inkişafında ayrı-ayrı xalqların mentalitetinin nəzərə alınması vacibliyini qeyd
etmişdi.
1993-cü il sentyabrın 24-də Azərbaycan Respublikası MDB-yə daxil oldu. Doğrudur, bu təşkilat
daxilində üzv dövlətlərin bərabərhüquqlu əməkdaşlığı lazımınca təmin edilməmiş, subyektlər
arasında münaqişələrin aradan qaldırılması üçün təsirli tədbirlər həyata keçirmək mümkün
olmamışdı. Üzv dövlətlərə Rusiya Federasiyasının ikili münasibəti bu birliyin səmərəsini xeyli
azaldır, narazılığa səbəb olurdu. Heydər Əliyev MDB dövlət başçılarının, demək olar ki, bütün
görüşlərində birlik daxilində belə qeyri-sağlam münasibətlər olmasının yolverilməzliyini,
separatizmlə mübarizənin vacibliyini diqqətə çatdırırdı. MDB-yə daxil olan dövlətlərlə ikitərəfli
əlaqələrin möhkəmlənməsinə diqqət artırılmışdı. 1993-cü ilin sonlarına qədər Azərbaycanla kəskin
münasibətlərə malik olan Mərkəzi Asiya respublikaları ilə əlaqələr yeni forma və vasitələrlə köklü
surətdə yenidən qurulurdu.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə