Birinci hiss uşağı göylərə səsləyir; o öz
mələyini axtarır. Bu, – ilk məhəbbət duyğusudur.
İkinci hiss də əks-cinsə qarşı yönəlmişdir.
Lakin o, vəhşi bir ehtirasdır. Burada qarşı tərəf
nəinki mələk deyildir, hətta onun əxlaqı, mənəvi
keyfiyyətləri, əql-kamalı ümumiyyətlə diqqətdən,
fokusdan kənardadır. Əslinə qalsa, burada ancaq
erotik kamillik, qadın təravətinin, qadınlıq
məziyyətinin bariz ifadəsi ön plana çıxır. Bu
zaman hətta yaş da önəmli deyil. Məsələn, 14-15
yaşlı bir yeniyetmənin nəzər-diqqətini özü
yaşında olan, qönçə kimi hələ təzə açılmağa
başlayan, nərmənazik bir qız uşağı deyil, cinsi
inkişaf baxımından tam yetişmiş və cinsi
cazibədarlığını daha çox hiss etdirən hər hansı bir
qadın cəlb edir.
Bu axtarış heç də bəxt ulduzunun, könül
yoldaşının axtarışı deyil. Məqsəd də heç ev-
lənmək deyil. Sadəcə vəhşi şəhvani hiss öz əks
qütbünü axtarır və bu əks-qütb adsız-ünvansız,
şəxssizləşmiş, mücərrəd bir erotik təzahürdür. Bu
təzahürün real daşıyıcısı, onun kimliyi, digər
xüsusiyyətləri əsla maraqlı deyil. Əksinə, bu
xüsusiyyətlər ortada olanda, yəni şəxsi tanıyanda
ona «o gözlə» baxmağa utanırsan. Çünki bu
tanışlıq səni reallığa gətirir. İçində baş qaldıran
ünvansız erotik hiss isə sənə bu dünyanın real
münasibətlərindən, əxlaqi normAlardan, adət-
ənənədən, səni məhdudlaşdıran, utandıran, hissinə
73
mane olan nə varsa, – hamısından ayrılmaq,
təcrid olunmaq və öz hissinlə, bu hissin təsadüfi
və ünvansız tərəf-müqabili ilə birlikdə qalmaq
istəyi təlqin edir.
Güman edirəm ki, qızlar da bu dövrlərində
öz həmyaşıdlarından daha çox yetkin kişilərə
(xüsusən,
romanlarda
və
filmlərdə
kişi
xarakterinin və kişi gücünün timsalı sayılan
obrazlara) qarşı özləri üçün anlaşılmaz bir meyl,
cazibə hiss edirlər.
Əlbəttə, bu yaşda yeniyetmə öz hisslərin-
dən diksinir, utanır, onları gizlədir, amma da-
xilində qadın cinsinə qarşı yaranmış anlaşılmaz
bir cazibədən də qurtula bilmir. Fikri-zikri daha
çox bu mövzuya yönəlir. Yeniyetmə təcrübəli
kişilərdən, don cuanlardan fərqli olaraq, bu istəyi
reallaşdırmaq üçün plan cızmır, tədbir tökmür,
hətta belə bir görüşdən, öz hissini real
münasibətlər sisteminə daxil etməkdən çəkinir,
qaçır; amma ətraf qıcıqlandırıcı amillərlə dolu
olduqda bu istəkdən xilas olmaq çətindir. Ona
görə də, yeniyetmələrdə erotik filmlərə baxmaq
meyli yaranır, onlar çox vaxt video və internet
dünyasına səyahətə çıxmağa, reallıqdan uzaq-
laşmağa çalışırlar.
Tənzim oluna bilməyən erotik hiss hələ
tam formalaşmamış yeniyetmənin digər hissləri
ilə müqayisədə çox güclü olduğundan, hətta psi-
xikanın pozulmasına da səbəb ola bilər. Belə
74
vaxtlarda görünür bu hissləri anlamaq və idarə
edə bilmək üçün onlara xüsusi bilgilər ve-
rilməsinə ehtiyac yaranır ki, bu da ilk növbədə
valideynlərin vəzifəsidir. Cinsi tərbiyə ilə əla-
qədar Azərbaycan dilində elmi-pedaqoji mən-
bələrin
∗
olduğunu nəzərə alaraq, bu mövzu üzə-
rində ətraflı dayanmayacağıq. Bircə B.Rasseldən
belə bir fikri iqtibas gətirmək istəyirik ki,
yeniyetmələri öz cinsi hissləri ilə təkbaşına
buraxmaq, bu hisslərin gizlindən çıxarılması,
adiləşdirilməsi və tənzimlənməsi üçün zəruri bil-
gilər verməmək, onlara qarşı ən azı qəddarlıq
hesab olunmalıdır.
1
İlk məhəbbət duyğusu da, əslində ünvansız
yaranır. Yeniyetməlik dövründə məhəbbət eyni
vaxtda iki müxtəlif qütbdən başlanır. Bir tərəfdən,
bədən yetkinləşir və erotik duyğu qəlb aləminə
qədəm qoyur. Digər tərəfdən, qarşı cinsə
münasibətdə estetik duyğu daha da yetkinləşir və
xüsusi məna kəsb edir. İllər keçdikcə hər iki
hissdə mərkəzə doğru yerdəyişmə gedir. Yaş
artdıqca yeniyetmələrin cinsi meyli açmış güldən
qönçəyə doğru dəyişir və nəhayət, öz
həmyaşıdlarının üzərində dayanır. Bu dövrdə ilk
məhəbbət duyğusu da göylərdən yerə enir və artıq
Bax, məs.: Ə.Əlizadə. «Məhəbbət aləmi»;
G.Quliyev. Məhəbbətin psixologiyası. B., 2005 və s.
1
Russel B. On education. London, Routledge,
1994, p. 141-142.
75
nəzarətə alınan erotik hisslə qovuşmaq imkanı
əldə edir. Real eşq üçün, evlənmək üçün
yetkinliyin əsas şərti də məhz bu iki qütbün
birləşməsi, yerin və göyün cazibələrinin
tarazlaşmasıdır.
Düzdür, spontan başlanan ülvi məhəbbət
duyğuları ilə spontan erotik hissin qovuşması, –
eşqin kamillik məqamı heç də hamıya qismət
olmur. Kim isə hələ vaxtından əvvəl ya ülvi
duyğularını, ya da şəhvət hissini mütləqləşdirir,
onun əsirinə çevrilir; kim isə göydən yerə enə
bilmir və kim isə ömrü boyu sürünür və heç vaxt
öz nəfsinin fövqünə qalxa bilmir.
Məhəbbətin elə formaları da vardır ki,
fərqlənən tərəfə yox, özünün bir parçasına, ikinci
varlığına münasibət kimi ortaya çıxır. Bu, ilk
növbədə yaradıcılıq məhəbbətinə aiddir.
Valideyn məhəbbəti də qismən yaradıcılıq
məhəbbətini xatırladır. Yəni yaradanın öz
yaratdığına sevgisi kimidir. Bir rəssamın öz tab-
losuna, bir bəstəkarın öz musiqisinə, bir yazıçının
öz romanına bəslədiyi münasibət də bu
qəbildəndir. Çünki yaradıcılıq məhəbbəti də
əslində eyniyyət məhəbbətinin formalarından
biridir. Sənətkar əvvəlcə öz qəlbində yaratdığı
obrazı, öz qəlbinin bir guşəsini gerçəkliyə transfer
edir və yaratdığı əsərin simasında özünün ikinci
(bəlkə də daha əsas) həyatını yaşıyır.
76
Dostları ilə paylaş: |