SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə39/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   35   36   37   38   39   40   41   42   ...   98

______________Milli Kitabxana_______________ 

166 


 

Dedim: - Günəş qızı Aydır öz adım,  

Daima göylərdə uçar qanadım.  

İndisə gəlmişəm Yer kürəsinə.  

Cütçü gülümsəyib dilləndi yenə: 

- Qızım! Xoş gəlmisən, gəl əyləş görək... 

Bir ağac altında biz əyləşərək

Oturduq diz-dizə, cütçüsə dərhal 

Verdi qonağına belə bir sual: 

- Nədir gözündəki bu qəmli baxış? 

De, rəngin nə üçün belə saralmış? 

Dedim: - Yol gəlmişəm, özüm də acam, 

Doğrusu, bir parça yemə möhtacam. 

Cütçü bir ah çəkdi, gözlərində qəm, 

Öz bağlamasım açaraq bu dəm  

Çıxartdı bir parça pendirlə çörək

Ye! - dedi, - can qızım! 



Mənsə gülərək  

Soruşdum: - Bu nədir? 

Dedi:-Çörəkdir!  

Qonaqsız boğazdan ötməyəcəkdir!  

Ye, qızım! Bununla yaşayır insan,  

Ye, rəngin düzəlsin, görürəm acsan!  

Verdiyi çörəkdən kəsərək bir az,  

Dilimin üstünə mən qoyar-qoymaz  

Ağzıma dad gəldi, qoluma qüvvət.  

Dedim: - Nə şirindir bu gözəl nemət!  

Dedi: - İnsan əli yaradır bunu,  

Bu çörək yaşadır insan oğlunu.  

Bəri bax, görürsən bu sünbülləri?  

Bunların dilini tapandan bəri  

Biz aclıq sözünü qovmuşuq evdən.  

Get, Günəş anana xəbər ver ki, sən  

Boi isti, bol işiq göndərsin bizə,  

Onlar səbəb olur çörəyimizə.  

Dedim: - Bəs nə üçün göylər mülkündə  

Çörək tapılmayır bizə bir gün də?  

Anamın istisi orda da vardır, 

  



______________Milli Kitabxana_______________ 

167 


 

 

Bəs nədən göy üzü bir boş anbardır?  



Cütçü gülümsəyib dedi: - Qulaq as!  

Çörək bir istiylə, işıqla olmaz.  

Budur, bax, gördüyün bu qara torpaq  

Nə qədər vardırsa, çörək olacaq.  

Torpaqdan süd əmir hər sarı sünbül,  

Torpaqdan göyərir hər çiçək, hər gül.  

Bir də öz başına yaranmır onlar,  

Torpaq üstündə də insan gözü var...  

Budur, bax, alnımdan tökülən bu tər! – 

Dünyada ac qalar tər tökməyənlər.  

Onların ömrü də tez gedir bada,  

Hər kəs əkdiyini biçər dünyada.  

Al, sana verirəm mən bir ovuc dən,  

Apar göy üzünə bizim bu yerdən.  

Orda əlinizlə səpib becərin,  

Bir az zəhmət çəkib barını dərin  

Dedim: - Cütçü baba, sağ ol, çox sağ ol,  

Daima kefi kök, damağı çağ ol!  

İndi salamat qal, ömür gödəkdir,  

Səfərim uzandı, anam da təkdir.  

Durub cütçü baba öpdü alnımdan,  

Bildinı ki, mehriban olurmuş insan.  

O dedi: - Yaxşı yol! Get, qızım, Xumar,  

Get anan sevinsin, pisdir intizar.  

Ancaq yoldan-izdən özünü gözlə,  

Ehtiyatlı dolan gecə-gündüzlə..  

Mən uçub yüksəldim, yenə yüksəldim,  

Bir zaman anamın yanına gəldim.  

Anam sevincindən ağladı, bilsən?  

Dedi: - Nə qoçaqsan, sən qız deyilsən!  

Ancaq az qalırdı çatlasın bağrım,  

Na yaman gecikdin, ay ağrın alım?  

Dedim ki, səfərim xoş keçdi, ana!  

Gör nə gətirmişəm insandan sana!  

Mən ona göstərib toxumluq dəni,  

Danışdım başımdan gəlib keçəni. 

 



______________Milli Kitabxana_______________ 

168 


 

 

Dinlədikcə məni anam şad oldu,  



Ehtiyac dərdindən o azad oldu.  

Yorğun olduğumdan yatdıq gecəni,  

Səhər açılınca oyatdı məni.  

Əl-ələ tutuşub qız ilə ana,  

O vaxt göy üzünü çıxdıq seyrana.  

Cütçünün verdiyi toxumları biz  

Mavi göy üzünə səpdik tərtəmiz.  

Keçdi bir neçə ay, yetişdi bahar,  

Nə gördük? Cücərdi bütün toxumlar – 

Parladı ulduzlar, o ağ sünbüllər,  

Yarandı aləmdə yeni bir əsər.  

Dünya dəyişmişdir, o vaxtdan bəri  

Ölçüb biçməmişəm qərinələri...  

Dəyişmiş yerini dağlar, dərələr,  

Bəlkə də qalmamış ilk mənzərələr.  

Nə deyim! Dünyanın qocadır yaşı,  

Daima fırlanan dəyirman daşı  

Nələr üyütməmiş!.. Lakin ulduzlar  

Hələ də cütçüdən qalmış yadigar.  

Onlar düşməmişdir hərəkətindən,  

İnsan çörəyinin bərəkətindən  

Göy üzü daima gülər-gülşəndir,  

Hər kiçik ulduzun surəti şəndir. 

 

Bir gün mən bəzənib çıxmışdım seyrə,  



Ulduzlar mülkündən baxırdım yerə.  

Hər ulduz dil açıb deyirdi: - Xumar!  

Sənin nə möhtəşəm gözəlliyin var?!  

Camalın süd kimi belə dümağdır,  

Daima sönməyən bir şebçıraqdır.  

Gözəllik sozünün ruhu var səndə,  

Arabir sən bizə qonaq gələndə  

Sayrışan ulduzlar verib baş-başa  

Gözəl camalına qılır tamaşa.  

Doğrudan cəlalın böyükdür sənin!  

Nurdanmı tökülmüş, söylə, bədənin! 

 



______________Milli Kitabxana_______________ 

169 


 

Ayıq gəz, sayıq ol, göz dəyər sana,  

Batar bu göy üzü günahsız qana.  

Ərköyün böyümə!.. Az dolan, az gəz!..  

Gözəllər nəzərə tez-tez görünməz.  

Mənsə, dinlədikcə bu ulduzları,  

Gülərdi qəlbimdə hüsnün vüqarı.  

Qol-qanad açardım sözün doğrusu,  

Hər bir yaranmışın arzusudur bu.  

İstər gözəl olsun bütün canlılar;  

Gözəlliyə qarşı məhəbbət də var.  

Çirkin yaranmışlar çox vaxt dərdlənər...  

Gözəllik eşqindən yaranmış səhər! 

Mən ayın sözünü kəsdim bir anlıq,  

Dedim: - Çirkinlərdən danışma artıq;  

Mən də onlardanam, öz aramızdır...  

Ay dedi: - Gözəllik dediyim qızdır.  

Qoy, qızların üzü gün kimi gülsün,  

Kişnün üzündən mərdlik tökülsün!  

Yox, - dedim - yoldaş Ay! Səhv eləyirsən,  

Qol çəkə bilmərəm bu fikrinə mən.  

Çünki ərzə verər şairdən qızlar,  

Deyər düz yazmayır bizi sənətkar.  

Deyər həyat üçün yaranmışıq biz,  

Hünərdir ən böyük gözəlliyimiz!  

Təbiət deyər ki, lalə yanaqlar,  

Vurğunun dediyi yaqut dodaqlar  

Gəldi gedər olur qoca dünyada;  

Çox şirin olsa da, tez gedir bada.  

Qızlar dil açar ki: - Zəhmət çək bir az,  

Gözəllik sözünün kamalından yaz!  

Yoxsa, qaşın belə, gözün də belə,  

Amandır üzünü göstərmə elə,  

Nə bilim, çiçəksən, ağzı göyçəksən,  

Mələksən, pərisən, dünyada təksən...  

Artıq bu sözlərin köhnəldi vaxtı,  

İndi gözəlliyin başqadır taxtı. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə