113
du, çünki həm yorulmuş, həm də indiyə qədər rastlaşma-
dığı bir sancı onu çox narahat edirdi. Üç-dörd saat olar ki,
başlayan bu ağrı artıq şiddətlənirdi.
Üç igid yenə çiyin-çiyinə söykənib kollardan düzəl-
dilmiş sığınacağın içində dincəlməyə başladılar. Arslan
isə bu yüksəklikdən Xankəndini, qədim Xındırıstan kən-
dini, Dəli Qoşqarı müşahidə edirdi.
13
– Morfi verin, morfi!... İkiqat bükülmüş dağ boyda
komandir sanki başı əzilmiş ilan kimi qıvrılırdı. O, artıq
dözə bilmirdi. Səhər saatlarından başlayan ağrı getdikcə
şiddətlənirdi. Havanın qaralmasına baxmayaraq, hələ də
OdƏrlər səhər məskunlaşdıqları yerdə – Qaçax qalasının
yanında idilər. Buna səbəb komandirin qəfildən qarın na-
hiyəsindən başlayan ağrının şiddətlənməsi olmuşdu. Ax-
şama yaxın ağrıların keçəcəyinə ümid etsələr də, sanki
hər şey tərsinə olmuşdu. Komandirin hərarəti də artmış-
dı. O tir-tir əsir, qışqırmaqdan özünü zorla saxlayırdı. Ar-
tıq ağrıkəsicilər də təsir etmirdi. Dava-dərmanın xeyri ol-
madığını görən Arslan ona ağrını sakitləşdirmək üçün
morfi vurmuşdu. Bir neçə saat sakitcə yatan komandir
oyanmış, yenidən ağrılarla mübarizəyə başlamışdı. Ars-
lan artıq komandirin kor bağırsaqdan əziyyət çəkdiyini
dəqiqləşdirmişdi. Onun qorxusu bağırsağın partlaması
idi. Əgər belə olardısa, bu, ölümə səbəb ola bilərdi. Hə-
kim müdaxiləsinə dərhal ehtiyac duyulurdu. Komandir-
dəki hərarətin artması, ürək bulanması, hərdən sayıqla-
maları, ağrının kürəyinə kimi vurması Arslanın qorxusu-
nu artırırdı. Komandir Arslanın əlini elə sıxmışdı ki, sanki
114
var gücü ilə ondan yardım istəyirdi. Amma onun əlindən
heç nə gəlmirdi. İnsanın yanında acı çəkən kimsə olursa,
onu sevənlər, bəlkə də, ondan artıq acı çəkir. Amma bu
acı fərqli olur, əlbəttə. Komandir pıçıltı ilə Arslana yalva-
rırdı: – Arslan, morfini vur!... vur Arslan!... Əgər onu ba-
carmırsansa, tapançanı beynimə sıx, bu bir əmr... dir...
Arslan. Komandir şokda idi. Arslan dözə bilmədi. Ko-
mandiri itirə bilməzdi. Az hallarda gözündən yaş çıxan
Arslan indi gözyaşlarını saxlaya bilmədi. Belə bir vəziy-
yətdə ona necə kömək edəcəyini bilmirdi. Amma bir onu
bilirdi ki, komandirin yaşamasına böyük ehtiyacı var. O,
əlləri əsə-əsə morfini komandirin gərilmiş damarından
vurdu. Bir neçə saniyədən sonra komandirin gərginliyi
azaldı, gözləri süzüldü, o, təşəkkür dolu baxışlarla Arsla-
na baxdı. Bilirdi ki, bu vəziyyət morfi ilə düzələn deyil,
amma başqa çarələri də yox idi. Arslan əynindən çıxarıb
kənara qoyduğu masxalatı büküb komandirin başının al-
tına qoyaraq ayağa durdu.
Təqribən 3-4 saat olardı ki, Elçinlə Məhəmməd post-
da idilər. Nə yaxına gəlib vəziyyəti öyrənə bilir, nə də
yerlərində qərar tuta bilirdilər. Arslan Elçinə doğru gedib
işarə ilə Məhəmmədi də çağırdı.
– Uşaqlar, komandirin vəziyyəti ağırdır, deyəsən,
kor bağırsağı partlayıb!...
Elçin bunun nə demək olduğunu anlamışdı. Məhəm-
məd isə aydınlaşdırmaq üçün dilləndi:
– Bu nə deməkdir? Biz nə edə bilərik? Dalımıza alıb
apara bilmərik?
Arslan: – Hara aparaq, Hüseynov, düşmənin yuvası-
na? – deyə az qala bağırdı.
115
Bir anlıq hamısı susdu. Ediləcək bir şey yox idi. Bir
dəfə Elçin kəşfiyyatda olanda dostlarından birinin xaya-
sında olan yırtığın ağrısı tutmuşdu. Onlar əsgəri xaraba
bir evin təndirində gizlədib, əməliyyatı davam etdirmiş,
axşam qayıdanda isə onu götürmüşdülər. Amma indi və-
ziyyət göründüyündən də gərgin idi. Komandiri bu və-
ziyyətdə qoyub getmək olmazdı, çünki nə vaxt qayıda-
caqları, başlarına nə gələcəyi məlum deyildi. Bu, birbaşa
komandiri ölümə atmaq idi. Komandiri götürüb geriyə
qayıtmaq da mümkün deyildi. Buna görə də Arslana dü-
şündüyünü dedi.
– Elə bilirsən, bizim ora qayıtmağımız asan məsələ-
dir? Biz onu bu vəziyyətdə tərpədə bilmərik. Bir də ki, bi-
zi Azərbaycanda gül-çiçəklə qarşılamayacaqlar ki? Axı bi-
zim əməlimiz yuxarıdan verilən tapşırıq deyil. Əgər belə
olsa idi, yardım da istəmək olardı. Komandiri xilas etmək
üçün lap gedib erməninin əlinə də düşərdim, – deyə Ars-
lan fikrini davam etdirdi.
Bu durumda hamı işin xeyrini düşünsə də, haçalan-
mış fikirlər, getdikcə artan şübhələr tərəf müqabilini aq-
ressivləşdirə bilərdi. Tərəflərin hamısı özünü haqlı bilir,
əlindən gələn bir şeyin olmadığını dərk edir, amma bunu
qarşı tərəfə izah etmək o qədər də asan olmurdu. Ölüm-
dirim mübarizəsində isə bu, daha da mürəkkəb olur.
Məhəmməd Arslanın üzünə qəzəbli baxaraq: – İndi
fikrin nədir? Deyirsən gözümüz baxa-baxa ölsün? Yox,
mən buna dözmərəm. Sizi bilmirəm, amma mən koman-
diri götürüb yaxın kəndlərdən birinə gedirəm. İstəyirsi-
nizsə, siz əməliyyatı davam etdirin. Ölsəm də, komandiri
tək buraxmayacam.
116
– Hüseynov, sən nə danışdığını bilmirsən? Bir az sa-
kitləş. Bu ən ağılsız addımdır. Sən gedəcəksənsə, gərək
biz də gedək. Bu isə mümkün deyil. Axı biz qaçmışıq, hət-
ta and da içmişik. Qarşımıza məqsəd qoymuşuq.
Arslan, artıq özlüyündə komandir olmağı qəbul et-
mişdi. Bütün məsuliyyətin onun üzərində olduğunu bilir-
di. Məhəmmədin bu cür yanaşmaları isə onun liderliyin-
dən xəbər verirdi. Axı liderlər hamının görmədiyi yolu
görməli, getmədiyi yolu getməli olan şəxslərdir. Onların
vəzifəsi çətin vəziyyətlərdən çıxış yolunu tapmaq, ko-
mandanı xilas edib, tapşırığı vaxtında və düzgün yerinə
yetirməkdən ibarətdir. Bir sözlə, əməliyyatın və şəxsi he-
yətin taleyi onlardan asılıdır. Bundan sonra Arslan özünə
gəlmiş, soyuqqanlılığını qoruyaraq Məhəmmədin fikirlə-
rinə hörmət etməyə başlamışdı. Həm də onu buna Mə-
həmmədin xarakteri məcbur edirdi. Çox dərin düşünə bil-
mirdi, emosional idi. Operativ qərar verməkdə həmişə çə-
tinlik çəkirdi. Uzaqgörənlik qabiliyyəti zəif olan bu əsgər
əsl döyüşçü idi. Əgər ona imkan verilsə idi, o, çox böyük
qəhrəmanlıqlar edərdi. Həmişə Mübariz İbrahimovun ye-
rində olmasını arzulayırdı. Hətta Mübarizin yaşadığı dö-
yüş anını görməsəydi belə, hərdən özünü onun yerində
hiss edir, necə edəcəyini düşünürdü. Bəzən Milli Qəhrə-
mana irad tutaraq: “Kaş çox yaxına getməyəydi”, – deyir-
di. Amma həmişə unudurdu ki, anında düzgün qərar ver-
mək o qədər də asan iş deyil. Mükəmməl qərarlar ver-
məkdə düşünmək üçün zaman gərəkdir.
– Lap yaxşı, o zaman ermənilərə deyərik ki, sizin tə-
rəfə qaçıb gəlmişik, – deyə özü də inanmadığı fikrini əsə-
bi şəkildə Arslana dedi.
Dostları ilə paylaş: |