111
cəkdi. Arslan komandir vəzifəsini şərəflə yerinə yetirə bi-
ləcək bir əsgər idi. Əsgərlər də onun bu istedadına, cəsa-
rətinə bələd idilər. Buna görə də, ona tabe olmaqda heç
bir çətinlik çəkməyəcəkdilər. O, sağa-sola baxıb hərəkətə
başladı. Artıq günəşin şuaları meşənin arxasından göz qa-
maşdırırdı. Hələ ki, kimsə gözə dəymirdi. Bunun üçün də
tələsmək lazım idi. O, qurumaqda olan çayı bir neçə addı-
ma keçdi. Çayın o biri sahilindəki bostanın içi ilə yeriyir-
di. Ayağının altında qalan qarpız tağları xırçaxırçla əzilib
qırılırdı. Bunu bilsə belə, yoluna davam etməyə məcbur
idi. Bu dəm bir səs eşitdi “ey”. O dayanmadı. Addımlarını
bir az da sürətləndirdi. Arxadan gələn səs ona ünvanlan-
mışdı. Komandir erməni dilini mükəmməl bildiyindən bir
az rahat idi. Elə ona görə də özü arxaya qalmışdı. Təsər-
rüfatla məşğul olan ermənilərin səhər-səhər iş başına gəl-
mə ehtimalı çox idi. O, arxaya döndü. Bu, 45-50 yaşların-
da olan bir kişi idi. Çayın kənarı
ilə gəldiyindən komandir
əvvəlcədən onu görməmişdi. Atı düz onun yanına sürən
erməni bostanın içi ilə getdiyini irad tutdu. Komandir ona
erməni dilində tapşırıq aldığını və bunun üçün də tələsdi-
yini dedi.
Aralarında kiçik bir mübahisə də düşdü. Komandir
ondan üzr istəsə də, kəndli əl çəkmirdi: – Mən sizin hərbi
hissəyə gələcəyəm və səndən şikayət edəcəyəm, – deyirdi.
Kəndlinin gözü komandirin ayağı altındakı qarpız tağına
sataşdı. Onu götürüb elə qışqırdı ki, komandir az qaldı,
bu dəqiqə onun boynunu sındırsın. Ürəyindən onu itin
balası kimi döymək, sonra da xirtdəyindən tutub boğmaq
keçirdi, amma səbir elədi. Birtəhər ermənini sakitləşdirən-
dən sonra bostanın kənarına çıxıb yoluna davam edir.
Kəndli isə arxadan onu söyməkdə davam edirdi. Koman-