80
nib. İndiki hakimiyyət üzünü türklərdən yan çevirdi. Orta
Asiya tamamilə yaddan çıxdı, unuduldu. Amma insanlı-
ğın tarixi ordan gəlir, oğul, Uzaq Sibirdən. Görürsənmi,
oralar haqqında heç nə danışılmır, əhəmiyyətsiz yer kimi
necə yaddaşlardan silinir. Yerli əhalinin kütbeyn olması-
na “sübut” kimi alçaldıcı lətifələr quraşdırılır, gizlin-giz-
lin insanlara unutdurulur.
Amma biz əminik ki, təmiz qanlılar – SafAğ insanları
bunun öhdəsindən gələcək, millətimizin gələcəyini qura-
caqlar. Buna əminik, çünki genetik kod insanları bağla-
yarsa, sonunda özünə gələcək və böyük olacaq. Bir şeyi
də deyim sənə: bu gün müharibə olsa, ölkəndəki insanlar
mən şiəyəm, mən sünniyəm, mən xristianam deyərək bir-
ləşməyə bilərlərmi? Qətiyyən yox. Onlar cəbhəyə gedib,
çiyin-çiyinə döyüşərlər. Çünki onları birləşdirən genetik
kod var. Nə qədər ki, milli kimlik itməyib, biz gedişatı də-
yişməli, dünyanın idarəçiliyini əlimizə almalıyıq. Bunla-
rın hamısını öyrənəcəksən, oğul, hamısını. Bizdən sonra
bu nəsli sən yaşadacaqsan. Sənin kiminlə evlənməyinə də
biz qərar verəcəyik. Onun üçün həmişə hər şeydən ehti-
yatlı olmalısan.
9
Ayxan iki qocaman fıstıq ağacının arasında özünə
yaxşı bir mövqe seçmişdi. O da fürsətdən istifadə edib ki-
çik bir zaman kəsiyində nə şiə, nə də sünni kimi, özünə-
məxsus bir üsulla ibadətini etdi. Elə ayaq üstə, əyilmədən,
qalxmadan... Tanrısı ilə öz istədiyi kimi söhbət etdi, dua-
sını iki dodağının arasında sakitcə pıçıldadı. Bu pıçıltını
81
təkcə gözə görünməz, xaliqləri xəlq edən, var oluşun sirri-
ni bilən Uca Yaradan eşidə bilərdi.
Uzaqdan günəşin şüaları altında parıldayan Sərsəng
su anbarı görünürdü. Ürəyindən keçirdi ki, heç nədən
qorxmadan, çəkinmədən hərbi hissədən iki saatlıq icazə
alıb tələsik özünü bu gölə vursun, doyunca üzsün. Sonra
da o əzələli qolları ilə saçlarını sığallasın. Amma təəssüf...
Təəssüf ki, öz ana yurdunda oğru kimi gəzərək, evindəki
oğrudan gizlənirdi. Nədənsə Ayxan kəşfiyyata göndəril-
diyi andan bu su hövzəsinə aşiq olmuşdu. Bəlkə də, bu
sevgi ilk dəfə komandirin tapşırığı ilə təkbaşına su anbarı-
nın yanındakı Ulu Qarabəy kəndinə göndərilməsindən
sonra yaranmışdı. Hər bir kəşfiyyatçını ən ağır sınaqlar-
dan keçirməyi xoşlayan Altay bir gün Ayxanı xüsusi bir
tapşırıq üçün göndərdiyi zaman ona əlavə bir tapşırıq da
vermişdi. Komandirin özünün erməni mövqelərinin lap
yaxınlığında – Sərsəngin düz kənarında gizlətdiyi kəməri
gətirməyə yollamışdı. Ayxan onda cəmi 5 ay idi ki, xid-
mətdə idi.
– Əsl kəşfiyyatçı olmaq istəyirsənsə, bu xəritə ilə get,
qayıdanda düz su hövzəsinin yaxınlığındakı ağacda giz-
lətdiyim kəməri gətir.
– Komandir, sizcə, mən bundan vaz keçərəm? Mən
uşaqlıqdan kəşfiyyatçı olmağı arzulamışam. Bu gün mən
sizin kəmərinizi gətirərəm. Amma bir məsələ var: birdən
hansısa erməni əsgəri təsadüfən o kəməri görüb və götür-
müş ola. O zaman mən sizi necə inandıra bilərəm ki, mən
ora getmişəm.
– Bundan asan nə var ki, əsgər? Əgər kəməri görmə-
sən, həmin ağacın dibində öz kəmərini basdırarsan. Mən
gedib onu orda görsəm, onda bilərəm ki, sən deyəndir.
82
Ayxan gecə ilə ora getmiş, kəməri götürüb qayıdanda
erməni əsgərlərini uzaqdan görmüşdü. Əsgərlər birbaşa
ona qarşı gəlirdilər. Qaçıb gizlənməyə belə bir yer yox idi.
Təkcə Sərsəngdən başqa. Bu zaman heç nə düşünmədən
suya girmiş, kolun dalında düz burnuna qədər özünü su-
ya basmışdı. Nəfəs belə çəkməyən Ayxan ermənilərin
onun yanından keçməsinə qədər orda gizlənmişdi. Payı-
zın soyuq çağında tamam su içində hərbi hissəyə dön-
müş, kəməri komandirə təhvil vermişdi. Elə bundan son-
ra onun əsl kəşfiyyatçı kimi hörməti artmış, ən önəmli
kəşfiyyatlarda yer almağa başlamışdı.
Ayxan nə qədər iradəli olsa da, aclığa qarşı çox zəif
idi. Ac olanda canavara dönürdü. Kefi pozulur, əsəbləri
gərilir, səbirsizləşirdi. Anasının qazanına yemək bişmə-
mişdən əl uzatması, əti və ya kartofu isti-isti çörəyin ara-
sına qoyub aradan çıxması ailədə həmişə gülüşlə qarşıla-
nardı. Hətta anası deyirdi ki, bəxtin gətirib, sən qız olma-
mısan, yoxsa qayınanan bir həftəyə saçlarını yolub səni
keçəl edərdi. Düzdür, hərbi xidmətdə olandan rejimli ye-
mək onu bir az qaydaya salmışdı. Onun üçün də çantasın-
dan quru əsgər payını açıb ovucun içində gizlədiləcək qə-
dər balaca kəşfiyyatçı ocağını çıxartdı və ayaqlarını açdı.
Yumru, ağ formada xüsusi hazırlanmış quru spirti, yağış-
da, qarda belə yana biləcək kibritlə yandırdı. Sonra da
“tuşonka”nı onun üstünə qoyub həvəslə isinməsini və
sonra da ağız dadı ilə yeməsini gözlədi.
***
Kapitan ağaca söykənmiş Elçinin ayaqlarına başını
qoyaraq mürgüləmək istəyirdi, amma heç cür bacara bil-
mirdi. Sanki öz evinə girərkən evdə kiminsə olduğunu
83
hiss edən adamlar kimi təlaş içində idi. Buna görə də gö-
zünə yuxu getmirdi ki, getmirdi. Əslində isə, gözlərindən
yuxu tökülürdü. Elçinin bayaqkı söhbəti zamanı bir neçə
dəqiqəlik mürgü vurmuş, gözünün acısını almışdı.
Bəzən bədənlə ruh beləcə bir-birini qəbul edə bilmir.
Bədən köynəyinə sığışmayan ruhu uçmaq, daha böyük iş-
lər görmək arzusu ilə ona tab gətirməyən bədəni tərk edib
azadlığa çıxır. İndi kapitan Altay Cavadov yorulduğunu
cismindən beyninə ötürülən siqnalla qəbul edirdi. Yolu
dayanmadan davam etdirmək istəsə də, cismi ona imkan
vermirdi. O, gözlərini yumub heç nəyi düşünməmək, sa-
dəcə,yenə beşcə dəqiqə mürgü vurmaq istəyirdi. Amma
var gücü ilə sıxdığı göz qapaqlarının altındakı bəbəkləri
tez-tez hərəkət edirdi. Ürəyi isə sürətlə döyünürdü. Sanki
nəsə baş verəcəkdi. Yata bilmədi. Başını Elçinin dizindən
götürəndə fərqinə varmadan etdiyi cəld hərəkət Elçinin
avtomatı hazır vəziyyətə gətirməsinə səbəb oldu. Nəsə
baş verdiyini sanmışdı. Amma kapitan sakitcə ona rahat
olmasını işarə etdi və o, yenidən gözlərini yumdu.
Meşə isə, elə bil, kəşfiyyatda idi. Ayaq səslərini eşit-
mək üçün qulaqlarını cütləmiş heyvana bənzəyirdi. Nəfəs
belə çəkmirdi. Pusquda durmuş ovçu kimi təbiəti hiss et-
məyə, duymağa, eşitməyə çalışırdı. Bəlkə də, onun sakitli-
yi bu ərlərin söhbətlərinə qulaq asmaq üçün idi. Amma
ərlər elə yorulmuşdu ki, söhbət etməyə, dil tərpətməyə ta-
qətləri yox idi. Sadəcə, susmaq, düşünmək, sakit təbiət-
dən zövq almağa çalışırdılar. Ruhları isə nəsə bir rahatlıq
tapmışdı. Təbiətlə vəhdətdə olan bu ruhlar dağları, qaya-
ları, gözəllikləri seyr edir, onları daşıyan bu igidlərlə fəxr
edirdi.
Dostları ilə paylaş: |