129
14
Altay Xanlar rayonunda göz açmışdı həyata. Ailənin
ilk övladı idi, ondan balaca iki qardaşı və bir də bacısı
vardı. Babasının dediyinə görə, onların bir tərəfi Cavad
xanın soyuna – Qacarlara dayanırdı. Babası imkan düşən
kimi Altaya öz atalarının kimliyindən, xanların əsil-nəca-
bətindən danışardı. Nənəsi isə həmişəki kimi dözə bilmə-
yib cavab verirdi.
– Ay kişi, sən xan nəslindənsən deyə çox öyünmə. Bir
də ki, nə olsun, xan nəslisən? Xanları xan edən bizim kimi
rəiyyət adamları olub. Bizsiz kimə xanlıq edəcəkdiniz?
Biz də türklərin dədəsi Oğuz xandan gələn, 24 Oğuz bə-
yindən olan Bozaklara mənsub Əfşar türklərindənik. Bi-
lirsən ki, əfşarlar Türk dünyasının hər yerinə yayılıblar.
Babam Hüseyn koxa deyərdi ki, ulu babamız Əfşar oğlu
Qarakişi əfşarların İnanlı tayfa-tirəsinə aid olub. Əfşarla-
rın Qasımlı, İnanlı, Ağacanlı, Qırıxlı, Təkəli, Əlibəyli tay-
faları təxminən 600 il əvvəl Qazax-Borçalı səmtinə köç
ediblər.
Altayın babası nənəsinin sözünü kəsərək onu qıcıq-
landırardı:
– Ay Hənfə, bəs niyə sizin soya “Atıcılı” deyirlər?
– A kişi,
sən bilmirsənmi bəs, “əfşar” sözünün mənası
“ov etmək”, “ov həvəskarı” deməkdir. Bizim kökümüzdə
də həmişə sərrast atan igidlər olduğundan “Atıcılı” de-
yiblər. Sən xan nəslindən olduğunu dediyin kimi, mən də
babam Hüseyn koxanın, atam Mahmud koxanın eldə-
obada böyük hörmət-izzət sahibi, var-dövlət sahibi olma-
sını deyirəm.