Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə20/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   16   17   18   19   20   21   22   23   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
74 
yal  edilənin  gerçəkləşməyəcəyini  kim  dəqiq  söyləyə 
bilər?
44
 
Fəlsəfədə  insan  ağlına  gələcək  hər  bir  şeyin  nə 
vaxtsa mümkün ola biləcəyi vurğulanır. Və ya gendə 
daşınılan  yaddaşdır  ki,  dolayı  yolla  özünü  göstərir. 
Günümüzdəki texnologiyanın inkişafı bir daha sübut 
edir  ki,  yaradan  insan  şüuruna  sonsuz  imkanlar 
verib.  Beyin  qatının  düşündükləri  ya  nə  zamansa 
olmuşdur, ya da nə zamansa baş verəcəkdir. 
"Fantastik  əsərlərin  özünəməxsus  bir  terminolo-
giyası var. Yazarlar fərqli, təəccübləndirici, hətta qor-
xulu  dünyalar  yaradırlar.  Elmi  fantastika  isə  daha 
çox  elmi  qaynaqlara  söykənilərək  yazılır.  Bu  növ 
əsərlərdə bildiyimiz kimi, yaxın ya da uzaq gələcək-
keçmişə ya da gələcəyə edilən zaman yolçuları, gene-
tik  texnoloji,  kosmos,  planetlər  və  b.  işlənir.  Bütün 
bunların hamısı hökmən elmə əsaslarla müəyyənləş-
dirilir".
45
 
İsa  Muğannanın  da  yaradıcılığındakı  fantastik 
fikirlər elmə söykənir. Burda, əsasən, humanitar elm-
lər  olsa  da,  dəqiq  elmlərin  isbatlanmış  nəzəriyyələ-
rinə söykənən ideyalar da çoxdur. 
İsa  Muğannanın  "İdeal"  əsərində  qoyulan  "Göy-
lərin  yerdəki  vəziyyətdən  narahatlıq  keçirməsi  kon-
sepsiyası"nın  özündə  də  bir  fantastika  var.  Düzdür, 
bütün  dini  kitablar  bəşər  övladının  iblisə  uymasını 
Tanrının qəzəbinə tuş gələcəyi inamı vurğulanır. Hu-
                                                 
44
 Tuqay Gülər, Mehdix Olasılık Teorisi. İstanbul: Hayat yayınları 2013, s 5. 
45
 Şebnem Atılgan, yazar Resul Yalçınkaya ile bilimkurgu ve fantazya üzerine 
konuştu, edebiyathaber.net (15.02.2012) 
 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
75 
manitar  elmi-fantastika  janrını  yaradan  Muğanna 
yerdəki fəlakətlərdən Tanrının – İsa Muğannanın dili 
ilə desək, Bağ Atanın da xəbəri var və bunları bəzən 
onun  özü  idarə  edir.  Müəllif  "Yer  indi  Bünyadların 
pəncəsi  altında  yanır,  qana  batır,  suya  batır",  –  de-
yərək  Tanrının  –  Bağ  Atanın  bunlardan  xəbərdar 
olduğunu  vurğulayır.  "İdeal"  romanının  qəhrəmanı 
Səməd  Əmirlinin  axirətdə  Bünyad  bəylə  söhbəti  za-
manı yerdəki bəlaların günahkarının göylərdə olma-
sı açıq açığına deyilir: 
 –  İndi  biləcəksən,  ən  böyük  günahkar  insanın 
taleyini  yazan  –"Yazan"  –  "Yazdan"  –  "EyƏsÜn" 
EyOdƏr" babamızdı, ay bədbəxt razvetçik. İkinci gü-
nahkar  Yazanın  yazdığını  Bağ  Atamıza  çatdıran 
BağBağÜn  Babamızdı.  Üçüncü  günahkar  yazılan-
ların əsasında hökm verən Bağ Atamızdı. Dördüncü 
günahkar  hökmləri  icra  edən  EySarımızdı.  Bəndədə 
nə günah var?! 
OdƏr  övladının,  SafAğ  elmini  mənimsəmiş, 
haqq  dünyasına  yüksəlmiş  birinin  dilindən  verilən 
bu etirafı sanki Hüseyn Cavidin "İblis" əsərinin qəh-
rəmanı Arifin üsyan dolu “İnsanları xəlq etmədə var, 
bəlkə də, hikmət, İblisə nə hacət!?” sualına cavabdır. 
"Peyğəmbərlərə,  qanunlara,  kitablara  uyub  bir 
həqiqət tapa bilməyən Arif demonizm mövqeyindən 
çıxış  edərək  Allahın  işinə  qarışır.  Onun  insanlarla 
bərabər dünyada İblisə də yer verməsini artıq bir şey 
hesab  edir.  Yuxarıdakı  son  misrada  Arif  tərəfindən 
söylənilən  fikir  yarandığı  və  Allahı  tanıdığı  gündən 
bütün  zəkalı  insanları  düşündürmüşdür.  İnsanlar 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
76 
haqqa-həqiqətə  yetməkdə  iblisi  özlərinə  bir  maneə 
hesab  edərək  onu  daima,  yeri  gəldi-gəlmədi  lənət-
ləmişlər"
46
 
Səməd  Əmirlinin  qeyd  edilən  fikrindən  sonra 
Bünyad  bəy  sanki  dəli  olur.  Sevincinin  həddi-hü-
dudu  olmur.  Əgər  yerdə  onun  törətdiklərini  göylər 
edibsə,  deməli,  onun  heç  bir  günahı  yoxdur.  Bunun 
üçün də deyir ki, əgər bilsəm ki, bu sözlərinin altında 
da ayrı söz yoxdur, ayağına yıxılaram.  Amma müəl-
lif  dialoqu  elə  məharətlə  davam  etdirir  ki,  oxucu 
bunu Arifin sualına cavabmı, yoxsa ki, bir kinayəmi 
olduğunu  tam  müəyyənləşdirə  bilmir".
47
  Kitabında 
qeyd  edilir  ki,  kinayə  bir  açar  sözdür  və  bir  sənət 
əsərinin  verəcəyi  mesaj,  heç  bir  zaman  açıq  və  bəsit 
olmayacağına görə, əsərin biçimini təyin edən təməl 
fikri, yazarın kinayəni istifadə etməkdəki məqsədini, 
məsələlərə  əks  baxış  bucağından  baxa  bilmə  və  bir-
birilə təzad təşkil edən müxtəlif ünsürə, ahəngdar bir 
bütün içində işləklik qazandırmasını görə bilirik. Bu 
baxımdan bu kinayədə bir işləklik görülür. 
Yuxarıda  deyilən  fikrin  cavabını  tam  anlamaq 
üçün  müəllifin  SafAğ  elminin  əsaslarını,  konsepsi-
yasını  mənimsəmək  lazımdır.  Bunun  üçünsə  İsalaş-
maq, Muğannalaşmaq, OdƏrləşmək lazım gəlir. 
 
*** 
Romanda yetərincə siyasi fikirlər, yozumlar var. 
Və  yazıçı  bütün  bu  yozumlarını  öz  faktları  ilə  təhrif 
                                                 
46
  Şəmil  Sadiq,  Hüseyn  Cavid  yaradıcılığında  qəhrəman  konsepsiyası,  Bakı: 
Hədəf nəşrləri, 2011, s 170. 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
77 
köynəyindən  çıxartmağa  çalışır.  Bu  siyasilik  müəl-
lifin yaradıcılığının ikinci dövrünün başlanğıcı hesab 
edilən "İdeal" romanından başlanır. Azərbaycan-türk 
tarixinin gizlədilməsi, bu tarixi faktların təhrif edilə-
rək yenidən təqdim edilməsi prinsipi demək olar ki, 
"İdeal"  romanında  və  ondan  sonra  yazılan  bütün 
əsərlərində özünü göstərir. "İdeal"da Nizami Xəmsə-
sinin,  Firdovsi  "Şahnamə"sinin,  "Kitabi-Dədə  Qor-
qud"  dastanının,  "Koroğlu"  dastanın,  aşıq  yaradıcılı-
ğının,  Quranın  əslinin,  Nəimi,  Nəsimi  fəlsəfəsinin 
təhrif olunaraq türkü öz həqiqi tarixindən uzaqlaşdı-
rılmasını müxtəlif səviyyələrdə açıq və örtülü şəkildə 
qeyd  etmişdir.  Sonrakı  əsərlərində  sanki  Muğanna 
"İdeal"  romanında  tezislərini  vermiş  mətləbləri  aç-
mağı,  bədii  həllini  və  izahını  verməyə  çalışmışdır. 
Çünki  "İsahəqq,  Musahəqq"  əsərində  bu  adda  olan 
əfsanənin,  "Cəhənnəm"də  Nizaminin  "Yeddi  gözəl" 
əsərindəki  "Qara  geyimlinin  hekayəti"nin,  "GurÜn" 
də  Quranın  və  ağ  şeyxlərin  –  Nizami  Gəncəvinin, 
"Qırx  kisə  qızıl"  da  "Aşıq  Qərib"  dastanının,  "Söz 
yarası"  povestində  "Sarı  gəlin"  əfsanəsinin,  "İlan  də-
rəsi və ya Süleyman peyğəmbər" əsərində Süleyman 
peyğəmbəri  olduğu  kimi  təqdim  etməyə  çalışmış, 
təhrifə  qarşı  öz  yozumunu  böyük  inamla  qələmə 
almışdır.  Bütün  bunların  fövqündə  Sovet  hakimiy-
yətinin ideologiyası əsasında baş verdiyini əminliklə 
söyləyir,  Atatürkün,  Nəriman  Nərimanovun,  Stali-
nin,  Mircəfər  Bağırovun  apardığı  siyasətin  gizlin 
tərəflərini  aşkarlamağa  çalışır.  Hətta  Leninin  belə, 
seçilmişlərdən  olduğunu  qeyd  edir,  Nərimanovla 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə