İsa Muğanna yaradıcılığı “İdeal” işığında
126
O alim də Dövlət Təhlükəsizlik orqanında işləyirmiş,
aparıb verib ora. Onlar da mənə deyirlər ki, əsərin
çap olunacaq. Nə vaxt çap olunacaq, bilmirəm. An-
caq özlərinin işçiləri var ki, ədəbiyyatla maraq-
lanırlar, elmli adamlar kimi tanınırlar, onlar hamısı
bunu oxuyublar” deməsi Xalq şairi Zəlimxan Yaqub
demiş, “sirr qoxuyan” kişinin sirr qoxuyan əsərinin
dəyərini bir daha artırırdı.
Sonra, əlbəttə ki, həyat yoldaşı Firuzə xanımla,
qızı Sevinc Muğanna ilə məsləhətləşdim. Firuzə xa-
nımın sevinclə qarşılaması və bunu hökmən etməli
olduğumuzu deməsi ilə əsəri oxuculara təqdim et-
dik.
Roman ətrafında çoxlu söz-söhbət gəzir indiyə
qədər. Çap edilməməsində də səbəb cəmiyyətimizin
həssaslığını nəzərə almaq idi. İntiqam Qasımzadə
romanın üzərində çap olunmama səbəbini sayğı ilə
bu cür ifadə etmişdir: “Qocaman yazıçımız İsa Mu-
ğannanın bu əsəri redaksiyamızda mübahisə doğurduğuna
görə, olduğu kimi çap edib oxucuların müzakirəsinə ver-
məyi lazım bildik. (Azərbaycan jurnalının Baş redaktoru
İntiqam Qasımzadə)
Romanı oxudum və “İdeal” kimi bir roman
müəllifinin ikinci bir dalğa yaradacaq əsəri hesab
etdim. Əzizə Cəfərzadə hələ 1978-ci ildə “Məşhər”
romanına yazdığı ön sözdə dediyi kimi “Oxucu özü
üçün romanın səhifələrində böyük bir ziddiyyətlər
aləmi kəşf edəcək, ictimai fikir və mübarizə tarixi-
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
127
mizin ən gərgin anları, görkəmli şəxsiyyətləri ilə ta-
nış olacaq”.
85
İsa Muğanna bir yazar idi. Heç bir zaman birbaşa
tarixçi, araşdırmaçı olması iddiasına düşməmişdi.
Ədəbiyyat nümayəndəsi isə öz fikirlərini deməkdə
azad və və sərbəstdir. Qulu Ağsəsin dili ilə desək:
“Muğannanın SafAğ və OdAğÜz planetlərinə səfə-
rindən arxayınam; o gedir və qayıdır. Hətta bəzən
gündə 2-3 dəfə. Ancaq geri qayıdanda Muğannanın
ayaqları YERƏ DƏYMİR. Yəqin ona görə dedikləri
havadan asılı qalır”.
86
Düşüncə inqilabını da, məhz bu cür böyük sənət-
karlar yaradırlar. Əminəm ki, oxucular intellektual
şəkildə ƏsƏrə yanaşacaq və müəllifin subyektiv (dü-
şünürəm ki, yazarın böyüklüyü məhz onun sub-
yektivliyindədir) fikirlərinə hörmət edəcəklər. İsa
Muğannanın dinin batininə enməsi, onu cahil “mol-
lalar”ın əlindən alması və SafAğ bir elm kimi təqdim
etməsi maraqla qarşılanacaqdır.
“Türfə” romanının çap olunması...
2015-ci il aprelin biri Azərbaycan ədəbiyyatının
özünəməxsusluğu ilə seçilən sənətkarı, magik
realizm məktəbinin yaradıcısı İsa Muğannanın dün-
yasını dəyişməsinin bir ili tamam olurdu. Həmin
gün ən böyük, ən yaşlı, ən müdrik, ən sehrli, ən sə-
mimi dostumdan ayrılmaq mənə çətin olmuşdu.
85
İsa Hüseynov, Məhşər, Bakı: Gənclik 1978, s 6.
86
İsa Muğanna, Seçilmiş əsərləri VI cild, Bakı: Avrasiya nəşrləri, 2009. s 330.
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
128
Əruz elmini mənə öyrədən ustadım Zülfəli Zülfə-
liyev rəhmətə gedəndən sonra İsa Muğanna ilə tanış-
lıq həyatımın ədəbiyyatına, fəlsəfəsinə, gündəminə
sehrli bir rəng qatmışdı. Bu elə bir sehrli rəng idi ki,
dünyanı o rənglə boyasa idilər, gözlərimiz yalnız Ağ
görərdi. Həm də SafAğ işığı. Elə İsa Muğannanı da
mənə bir yazıçı kimi Zülfəli müəllim tanıtmış,
“İdeal” əsərini oxumamışdan öncə o danışmışdı İsa
Muğannanın sehrli gerçəkliyindən. Sanki onunla bir
gün tanış olacağımı da bilirdi.
İsa Muğannasız keçirdiyimiz bir neçə il ərzində
müxtəlif səviyyələrdə yazıçı haqqında yazılar yazıl-
dı, müzakirələr edildi. Muğannadan danışanlar ya
onu anlamayıb, sadəcə böyüklüyünü etiraf edə bil-
dilər, anlayanlar da bu böyüklüyü ifadə edəcək söz
və cümlələr tapmaqda çətinlik çəkdilər. Zənn edirəm
ki, Muğanna yaradıcılığı üçün ən böyük hadisə
“Türfə” romanının çapı idi ki, ona da nail ola bildik.
Onunla tanış olduğum bir neçə il müddətində ən
az ayda bir dəfə görüşər, dərdləşər, kefin soruşar,
yanında olmağa çalışardım. Bütün bu məqamlarda
isə İsa-Firuzə bötüvlüyü ilə bir yerdə olurduq. Lakin
İsa Muğannanın gedişindən sonra o evə getmək
mənim üçün çox çətin oldu. Düzdür, Firuzə xanım
da sanki İsa müəllimin missiyasını üzərinə götür-
müşdü, o da mənimlə maraqlanırdı. Bu da o müqəd-
dəs ocağa gedib-gəlməyimi asanlaşdırırdı. Amma
hər dəfə Firuzə xanımı görməyə gedəndə sözlərin
xirtdəyimdə asılıb qaldığını, tıxandığını hiss edir-
dim. Bu müdrik Azərbaycan qadınının böyüklüyünü
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
129
gördüyüm halda, onun İsa Muğanna üçün necə da-
rıxdığının şahidi olub ona necə təsəlliedici nəsə de-
yərdim?! 60 ildən çox ömrü bir başa vuran bütövün
yarısına necə dəstək ola bilərdim. Tək gücüm din-
məz, söyləməz, hər dəfə də gözlərinin içinə baxıb
yeni çap etdiyimiz kitabı verib, tez də sağollaşıb get-
mək olurdu vəzifəm. Əvvəlki vaxtlardakı kimi daha
yeni nəşrlərə həvəslə baxmadığını, sadəcə “sağ ol,
bala” deyib kitabı kənara qoymasını, sonra da əlini
çənəsinə qoyub gözünün görə bilmədiyi, beyninin
isə çox uzaqlara qədər baxdığı ənginliklərə zillən-
diyini hiss edirdim.
Firuzə xanım Əhməd Cavadın Şükriyyəsi, Hü-
seyn Cavidin Müşkünazı kimi İsa Muğannanın Mu-
ğanna olmasında sevgi ilə fədakarlıq göstərmişdir.
İsa Muğannanın bəşəri mübarizəsində yanında olan
bu böyük insanın Muğannaya olan sevgisini bircə
kəlmə “İsa” sözünü eşidənlər daha yaxşı anlayar,
məncə.
60 ildən çox bir zamanda bir evi, bir açarı, bir
işığı, bir havanı, bir təbəssümü, bir kədəri bölüşən bu
ailə insanlıq tarixi üçün bir örnəkdir. Çünki İsa Mu-
ğannanın Muğanna olmasında Firuzə xanımın rolu,
əməyi, səyi, səbri danılmazdır. Əslində, bu say-
dıqlarım birtərəfli olmayıb. Firuzə xanımın son illə-
rin ən böyük arzusu İsa Muğannadan sonra vəfat et-
məsi idi. Belə də oldu. Deyirdi, ay Allah, sən məni İsa-
dan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq
edim. Bu sözləri deyəndə, bəlkə, Firuzə xanım fər-
qində deyildi ki, onsuz yastığa baş qoymaq, divanda
Dostları ilə paylaş: |