Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə37/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   33   34   35   36   37   38   39   40   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
133 
Məktubdan  da  görünür  ki,  İsa  Muğanna  əsəri 
2009-cu  il fevralın 20-də bitirib və həmişəki kimi Fi-
ruzə  xanım  oxuyandan  sonra  aprelin  7-də  çapa  təq-
dim edilmişdir. Bu məktub bir də onu sübut edir ki, 
Firuzə xanım Muğanna yaradıcılığını izləyir, oxuyur 
və tövsiyələrini həmişə verirdi. Bir çox tədqiqatçılar, 
oxuculardan  fərqli  olaraq  həyat  yoldaşı  olan  Firuzə 
xanımın da ustad sənətkarı İsa Muğanna kimi qəbul 
etmiş,  “Hüseynov”  təxəllüsündən  imtinasını  da  an-
layışla qarşılamışdır. 
Romanın çap olunması ailəsinin sevincinə səbəb 
oldu.  Ustad  sənətkarın  qızı  Sevinc  Muğanna  roma-
nın  ön  sözündə  sevincini  bu  cür  izhar  edir:  “  Sənin 
də  gözün  aydın,  göylərdən  bizə  baxıb  gülümsəyən 
canım Muğannam” “Türfə”n mübarək!”
87
 
Onu  da  qeyd  edim  ki,  “Türfə”  romanı  müəllifin 
yeganə  əsəridir  ki,  Muğanna  ikinci  dəfə  üstündə 
işləməyə  vaxt  və  imkan  tapmamışdır.  Muğannanın 
əsərlərinə yenidən qayıdaraq düzəlişlər etməsi və ya 
ümumiyyətlə,  dəyişdirməsi  hamımıza  məlumdur. 
Sadəcə  bir  variantının  qalması  və  o  da  əlində  olma-
ması  üçün  heç  nə  edə  bilməmişdi.  Əminəm  ki,  ro-
man  əlində  olsa  idi,  biz  yenidən  çapa  verəndə  hök-
mən  yeni  əlavələr  edəcək  və  ya  nələrisə  dəyişdirə-
cəkdi. 
“Türfə”  romanı  Muğannanın  ölümündən  iki  il 
sonra  2015-ci  ildə  redaktorluğumla  Hədəf  nəşrləri 
tərəfindən  çap  olunmasına  baxmayaraq,  dostluq  və 
qruplaşmalara  başı  qarışmış  ədəbi  tənqidimiz  tərə-
                                                 
87
 İsa Muğanna, Türfə romanı, Bakı: Hədəf nəşrləri, 2015, s 4. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
134 
findən öz layiqli qiymətini almamış, indiyə qədər heç 
bir tənqidi yazı yazılmamışdır. Sanki heç nə baş ver-
məmiş kimi susur ədəbi tənqid və ədəbiyyatsevərlər. 
Bu laqeydliyin səbəbini anlamaq çox çətindir. Bir 
səbəbi hər kəsin Muğanna meydanına girə bilməmə-
sidirsə, digər bir səbəbi cəsarətsizlikdir. Məhz bu sə-
bəbdən də “Türfə” romanını təhlilə cəlb etməkdənsə, 
məzmununu yazmağı lazım bilirik. 
“Türfə” romanı əsərin qəhrəmanı, Muğanna nəs-
linin  varisi  Astan  bəyin  dilindən  xatirə  şəklində  da-
nışılır.  “Əsərdə  yazıçının  xatirələr  vasitəsi  ilə  keçmişə 
nüfuz etməsinin şahidi oluruq. ...Daha çox qəhrəman dü-
şüncəsində, xatirələrin bədii ifadəsində əksini tapır”
88
 
Astan  bəy  GEPO  nümayəndəsi  Zalımoğlu  tərə-
findən  öldürülməmişdən  əvvəl  xatirəsini  bu  cür  ta-
mamlayır:  stolun  kənarında  üstünə  “Türfə”  yazdığım 
qalın  dəftər  bozarırdı.  Gücümü  toplayıb  dəftəri  qabağıma 
çəkdim.  Pencəyimin  döş  cibindən  karandaşımı  çıxarıb 
axırıncı  səhifəni  açıb  bu  dediyim  sözləri  yazdım,  sonra 
gözlərim  qarala-qarala,  əlim  titrəyə-titrəyə  əlavə  etdim: 
“Əlvida,  əziz  anam!  Əlvida,  əziz  Callam.  Əminəm  ki, 
arxamca gələcəksən və əbədiyyətdə yenidən xoşbəxt olaca-
yıq. Hələlik, əzizim. Allahdan qorxun! Allahdan qorxun, – 
deyən  müfti  xislətli  GEPO
89
  cəlladlarına  lənət  yağdırı-
                                                 
88
  Salidə  Şərifova.  Azərbaycan  postmodern  romanları  və  onların  bədii 
xüsusiyyətləri. AMEA. Humanitar elmlər. Xəbərlər. Bakı, Elm. 2016. S. 167 
89
6  fevral  1922  -ci  ildə  ÜFK  ləğv  edilib,  əvəzində  RSFSR  Xalq  Daxili  İşlər 
Komissarlığı  (НКВД)  nəzdində  Dövlət  Siyasi  İdarəsinin  (Государственное 
политическое управление-ГПУ) əsası qoyuldu. "QPU" adı "KQB" adından 
əvvəl  yaranmış  və  onun  kimi  geniş  yayılıb,  Qərb  ölkələrinin  antisovet 
təbliğatında  geniş  istifadə  edilmişdir.  Alman  dilində  "GPU"  kimi  səslənən 
sözün  abreviaturası  "Grauen,  Panik,  Untergang"  (Qorxu,  Təlatüm,  Ölüm) 
formasında açılırdı. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
135 
ram.! Astan”.
90
 
“Türfə” Qazadakı İncə dərəsinin Astanbəyli kən-
dinin  qəbiristanlığındakı  nəqşibəndilik  türbəsidir. 
Muğannaya  görə,  “mənası  gözəl  deməkdir”.  Ərəb-
cədən  gələn  bu  ifadənin  hərfi  mənası:  “Tapılmayan, 
nadir,  misli-bərabəri  olmayan,  qəribə,  əcaib”
91
  de-
məkdir. 
Romandakı hadisələr Sovet dövrünün quruculuq 
illərindən,  represiya  dövründən  bəhs  edir.  Bütün 
hadisələr “Türfə” ətrafında cərəyan edir: “Hacı Mah-
mud  əfəndi  son  illərdə  Qarabağın  Zəngəzur  qəzasının 
Cejimli  kəndində  yaşayan  Şair  Şeyx  Seyid  Nigarinin  şa-
girdi  olub,  Nəqşibəndi  elmini  öyrənib  qəbul  edib,  Qara-
bağda,  Qazax,  Borçalı,  Qaraçöp  mahallarında  çoxlu  mü-
rid-dərviş  yetirib,  Qazağın  İncə  dərəsindəki  Astanbəyli 
kəndinin qəbiristanında Türfə – ziyarətgah yaradıb”.
92
 
İsa Muğannaya görə, “Nəqşibəndi”lik Yer, İnsan 
elminin  başlanğıcının-SafAğ  elminin  davamıdır. 
“Yer”də  elmin  düşmənlərinin  təzyiqi  nəticəsində 
eramızın  on  dördüncü  əsrində  "Hürufi"  adı  altında 
gizlədilib, sonrakı əsrlərdə “Sufi”, “Səfi”, “Səfa” söz-
ləri altında gizlədilib,  nəhayət, “Nəqşibəndi”liyə gə-
lib çıxıb”.
93
 
Əsərin  qəhrəmanı  Astan  Nəqşibəndilik  elminin 
davamçısı olmuş üç böyük övliyadan biri olan Kiçik 
Mahmud  Əfəndinin  oğludur.  Həmin  bu  üç  alimdən 
                                                 
90
 İsa Muğanna, Türfə romanı, Bakı: Hədəf nəşrlər. 2015, s 5. 
91
  Klassik  Azərbaycan  ədəbiyyatında  işlənən  ərəb-fars  sözləri  lüğəti.  II  cild. 
Şərq-Qərb. Bakı 2015. s.411 
92
 İsa Muğanna, Türfə romanı, Bakı: Hədəf nəşrlər. 2015, s 5. 
93
 Yenə orda, s 5.
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə