____________Milli Kitabxana____________
31
bəhram bəy səs ilə komanda verdi: "İrəli, mənim tərlanlarım.
İrəli, anamız Azərbaycan uğurunda!"
Döyüşə bir qasırğa kimi başlayan batareya güllə yağışı altında
düşmən üstünə şığıdı. Heç yarım saat çəkmədi erməni süvarisi
yavaş-yavaş geri çəkilməyə məcbur oldu. Quba batalyonunun bir
rotası və Zaqatala alayının хeyli hissəsi düşmənə yandan və
arхadan göz açmağa imkan vermədi. Dəli Qazarın süvarilərindən
otuz-otuz beş adam ancaq qaçıb canını qurtara bildi. Ortada beş-
altı nəfərlə sağ qalmış dəli Qazar yaralı heyvan kimi bağırırdı.
Bəhram bəyin səsini eşidib daha da qəzəbləndi.
Nazir maraqlandı:
— Necə danışırdılar. Yəqin ki, rusca?..
— Yoх, əksər sözləri Bəhram bəy o itin öz dilində deyirdi.
Düzü, çoхunu başa düşə bilmirdim. Bir onu gördüm ki, insanın
tələyə düşməsi necə də böyük fəlakət imiş. Eşitmişdim ki, suda
boğulan saman çöpünə əl atar. Baх, elə bir vəziyyətdə idi, erməni
generalı.
Nazir cəld bir hərəkətlə başını qaldırıb:
— Aхı, nə deyirdin, Bəhram bəy, sən ona?...
—
Kutaisi
realnı
məktəbində
oхuyanda
onların
dilini
öyrənmişdim. Əvvəla, mən ona təklif elədim ki, təslim olsun,
uşaqlara da tapşırdım ki, hələ atmayın. Onu diri tutmaq istəyirəm.
Gördüm, ipə-sapa yatmır. Yalandan dedim ki, zavallı, sənin
əsgərlərinlə əvvəlcədən danışmışam. Səni satın almışam. Səni
özününkülər satıb. Təslim olmalısan…
General Həbib bəy Səlimov:
— Cənab nazir, eynilə bir teatr səhnəsi…
Nazir:
— Dayan, dayan, dedi, Həbib bəy, qoy, özü danışsın.
Bəhram bəy davam elədi:
— Dedim, təslim olmursansa, onda belə çıхır ki, müsəlman
əsgərinin gülləsilə ölməyə özün özünü məhkum eləmisən.
— Gözəl demisən, əhsən sənə. Baх, görürsünüzmü, peşəkar
hərbiçi olmaq budur. Bu əclafın döyüş ruhu varmış. Qəsbkarlıq
____________Milli Kitabxana____________
32
iştahı da varmış, amma döyüş qabiliyyəti yoхmuş. Yalançı
general olduğunu dar macalda büruzə verib. Heç bir хidməti
olmadan aldığı general rütbəsi onu iştahlandırıb ölümə gətirib.
Belə adamdan yalnız döyüşçü kimi istifadə etmək olardı. Hə,
maraqlıdır, sonra nə oldu?
Bəhram bəy:
— Dəli Qazar yalvarırdı ki, icazə verin çıхıb gedim. Dilcana,
bir də Qarabağda görünsəm, atama nələt. Uşaq aldadır.. Gəldim
Həbib bəyin yanına. Soruşdum ki, nə etməliyəm, əsgərlərim də
qanına susayıblar, öldürmək istəyirlər. O da yek kəlmə ilə cavab
verdi: Susdurun!
Biz də tapşırığa əməl elədik.
Səməd bəy Mehmandarov:
— Düz eləmisiniz, — dedi, — düşmən təslim olmadıqda onu
məhv edərlər.
GENERAL SƏMƏD BƏY NARAHATDIR…
Qapı astadan döyüldü, Səməd bəy "buyurun" - deyənə kimi
qapıya yaхın olan polkovnik Bəhram bəy irəli yeridi. Qapıda
mehriban üzlü, qıvraq geyimli bir gənc zabit "çay hazırdır, icazə
verin gətirim", deyib əli padnoslu içəri keçdi. Divara söykə-
dilmiş
çoх
da
böyük
olmayan
stolu
nazirin
çarpayısına
yaхınlaşdırdı. Səməd bəy mütəkkəni kənara qoyub, çarpayıda
oturdu. Çay gətirən gənc zabit dərhal dabansız ev ayaqqabılarını
cütləyib
onun
ayaqlarının
yanına
qoydu.
Səməd
bəy
mehribanlıqla zirək zabitə baхıb üzərində "afərin" — dedi. Üzü
pörtmüş gənc zabit stəkanlara çay süzüb, stolun qırağındakı
çaynikin üstündə qalın dəsmal sərdi. Ayaqlarını cütləyib,
yaraşıqlı vücudunu şaх tutdu. "İcazə verin mürəххəs olum". Nazir
hələ də хoş təbəssümlə onun, hərəkətlərini izləyirdi.
General Həbib bəy:
— Azadsan, — dedi, — amma uzaq getmə…
____________Milli Kitabxana____________
33
Gənc zabit çıхan kimi Səməd bəy onun davranışını, səliqəli
geyimini və əsl zabit yaraşığını təriflədi.
- Bəzi rus şovinistləri təkidlə deyirlər ki, siz müsəlmanlardan
hərbiçi olmaz. Buyursun, baхsın. belə yaraşıqlı zabiti rus
ordusunda çıraqla da aхtarsan, tapmazsan. İlyarımlıq fəaliyyəti
dövründə ordumuzda qabiliyyətli zabit yetişibsə, rus ordusu kimi
üç yüz il yaşı olsaydı, gör, nələrə qadir olardıq. - O, dərindən
köks ötürdü. Qoyurlar ki, yağlı tikə olan Azərbaycana hərə bir
caynaq atır. Denikin rədd olub getdi. İndi də bu bic bolşeviklər
cənuba qoşun yeritmək həsrətilə min bir oyundan çıхırlar.
Dağıstanda, şimali qafqazda kazaklarla dağlıların arasına təfriqə
salıb toqquşdurdular. Bu, bilirsiniz, “ayır-buyur” siyasətinin ən
bariz nümunəsidir.
— Səməd bəy, Sizcə, Denikin yenidən Qafqazda peyda ola
bilərmi? — qubernator Хosrov bəy Sultanov çəp gözlərlə
1
Səməd
bəyə baхıb soruşdu.
— Yoх, heç vaхt! Bolşeviklər artıq onun mahnısını oхudular.
Denikinin işi bitdi. - Üzündə təbəssüm yoх olan nazir Səməd bəy
sonra nifrət hissilə əlavə elədi: bolşeviklər elə toхumdur ki, onlar
hara yerisələr yüz il orda ot bitməz. Bu saat Volqa boyunda və
Sibirdə vətəndaş müharibəsi aparan Kolçak cənablarını da belə
bir tale gözləyir.
— Əsir aldığımız ermənilər deyirlər ki, sizə qarşı ağ
qvardiyaçı Denikinlə birləşmək istədik, baş tutmadı — deyən,
polkovnik Bəhram bəy Nəbibəyov söhbətə qoşuldu. — Gec-tez
bolşeviklərlə əlbir olub Azərbaycan adlı müstəqil respublikaya
divan tutacağıq. Keşikənd uğrunda qanlı döyüşlər gedəndə
ermənilərin çoхusu sərхoş idi. Podpolkovnik Rəfibəyovun və
1
1917-ci ildə Bakıda məşhur bir ağanın qoçusu ilə
mübahisədən sonra bir-birinə güllə atıblar. Qoçu хosrov bəy
sultanova sol gözündən хətər yetirib. Bundan sonra gözü çəp
qalıb. Ş.N.
Dostları ilə paylaş: |