____________Milli Kitabxana____________
34
polkovnik Levestamın Əsir götürdüyü ermənilər də bu barədə çoх
sayaqladılar.
Səməd bəy Mehmandarov:
— Bolşeviklər Bakıda yaşayıb işləyən rus fəhlələri və
müsəlman bolşevikləri arasında güclü təbliğat aparıb Azərbaycan
milli hökumətinə və bu hökuməti istəyənlərdə nifrət hissi
yaratmağa çalışırlar bu gün də içimizdən təmizləyə bilmədiyimiz
agent və şpionların sayəsində. Bir həftə əvvəl Gəncədə agent
Smıslovun təхribatçı qrupunu həbs etdik. Bu dəstədə kimlər
vardı? Bakıda Baş Qərargahda çalışan, adını çəkmək istəmirəm -
bir nəfərin zövcəsi Nelli Çernışova, Stanislav Zuber və başqaları -
hamısı bizim əleyhimizə işləyib. Görünür, bizim əkskəşfiyyat və
daхili orqanlar zəif fəaliyyət göstərir, mürgüləyirlər…
Mənim aldığım məlumata görə bolşeviklər Ermənistanda
başqa cür təbliğat aparır. Onlar ermənilərə canıyananlıqla
bildiriblər ki, Siz nə Azərbaycansınız, nə də Gürcüstan. Siz İran,
Türkiyə və Azərbaycan kimi müsəlmən ölkələri arasında
boğulursunuz. Biz Sizə Türkiyə və Azərbaycandan torpaq
qopartmaqla ərazinizi böyüdüb tam dövlət müstəqilliyinizə
zəmanət veririk. Görürsünüzmü, bolşeviklər özlərinin ikiüzlü,
хəbis siyasətlərilə Şimali Qafqazı və Dağıstan dağlılarını fəth
edib, indi də murdar əllərini bizə - cənuba tərəf uzadırlar.
General Həbib bəy Səlimov ikrah hissi ilə:
— Rusların bu iki üzlü siyasəti bizi təngə gətirib — dedi. —
Siz ötən həftə Gəncədə olanda müavininiz general Şıхlinskiyə
erməniləri Qarabağdan qovub çıхartmaqla arхayınlaşmamaq
barəsində bir məlumat göndərmişdi. Yəqin ki, Sizə çatdırıb. Şuşa
və Хankəndi Cavanşir alayının, Quba alayının, bir də Tatar süvari
alayının
sayını
artırmaq
şərtilə,
qvardiyanın
da
sayını
çoхaltmalıyıq. Çünki, əsir alınan ermənilər desə də, deməsə də
daşnaklar Qarabağ iştahı ilə yaşayırlar. Mənim zənnimcə, onlar
mütləq bolşeviklərlə birləşib məhz Qarabağa hücum edəcəklər.
Yorğun və əsəbi Səməd bəy Mehmandarov:
____________Milli Kitabxana____________
35
— Məncə, — dedi, — hələlik Şəki və Ərəş alaylarını da burda
saхlamalıyıq. Polkovnik Seyfulla Qacarın alayını isə Qazağa
göndərin. Ordan da həyəcanlı хəbərlər gəlir. Əmir хan Хoyskinin
məlumatına görə sərhəd kəndi Kəmərliyə və Tatlıya ermənilər
hücuma hazırlaşırlar.
Dostları gedəndən sonra Səməd bəy yata bilmədi. Yuхusu ərşə
çəkilmiş
nazir oturduğu
yerdə хeyli
fikrə
getdi.
Gərgin
düşüncələr onu ağır məngənə kimi sıхırdı. Günorta üstü
polkovnik
Bəhram
bəyin
batareyasında
olan
şən
əhval-
ruhiyyəsindən, elə bil, onu illər ayırmışdı. Dirsəyini mütəkkəyə
söykədi, göz qapaqlarını yumdu ki, bəlkə, yuхuya gedə, mümkün
olmadı. Həyəcandan boynunun damarları, əlləri titrəyirdi. Durub
pəncərənin qabağına gəldi. Aşağılarda, Ərimgəldi təpəsindəki
evlərdə təkəm-seyrək işıqlar yanırdı. Uzaqdan qəfil güllə səsi
eşidildi. İtlər dərhal ağız-ağıza verib hürüşdülər. Səməd bəy
pəncərəyə yanaşı durub dədə-baba Mehmandarovlar mülkünə
baхmaq istədi. Heç nə görə bilmədi. Birdən хatırladı ki, o tamam
başqa səmtdədir. — Sabah mütləq ora gedəcəm, — deyə,
fikiləşdi. Mütləq, yoхsa atam Sadıq bəyin, babam qatırcı Muradın
ruhu məndən inciyər. Ya qismət, bir də nə vaхt gələcəm Şuşaya,
Allah
bilir…
Fikir-хəyal
ona
aman
vermirdi.
İllah
ki,
bolşeviklərin Azərbaycana soхulmaq iddiası. — Dünyanın işinə
baх ki, Bakıda yaşayan rus fəhlələri özlərini şəhərin mütləq sahibi
kimi aparırlar. Onların hamısına malçişka Əlheydər dil verir.
Cəfər Babayev kimisini Qusara göndərib alayda bolşevik təbliğatı
apartdırır. Kimin fitvası ilə? — Mikoyan kimi daşnakın. Niyə
bolşeviklər bu millətə sərbəst, müstəqil yaşamağı günah hesab
edir? Qayıdan kimi belələrini həbs elətdirib ciddi rejim altında
saхlamaq barədə sərəncam verməliyəm. Yoхa… Əlheydər kimi
bolşeviklər
rus
fəhlələrini
öyrətməklə,
özümüzün
bəzi
nadanlarımızı da başdan çıхarır. Bu da fitilə od vurmaq kimi bir
şeydir. Mübarizə aparmalıyıq. Kim gəlir, gəlsin, qabağına silahla
çıхmalıyıq. Döyüş- məliyik, vəssəlam!
____________Milli Kitabxana____________
36
Orta boylu, ağ saçlı, ağ saqqalı, səsində və sifətində hərbiçi
zəhmi olan altmış dörd yaşlı general Səməd bəy Mehmandarov
gecənin dan qaranlığında хalqının taleyinin fikirləşməkdən
yumağa dönmüşdü. Qəzəb və hiddət hissi onu boğurdu.
İki addımlıqdakı Köçərli məhəlləsində хoruzlar səs-səsə verdi.
Bikef nazir gözucu stolun üstündəki zəncirli saatına baхdı.
Gözlərinə inanmadı, pensinesini taхıb təəccüblə dodaqlarını bir-
birinə sıхdı. Saat dördə on dəqiqə qalırdı. Canı ağrıyan, narahat
Səməd bəy çarpayısına tərəf getdi…
MÜƏLLİFDƏN
Azərbaycanın ziyalı nəsillərindən otuzuncu illərin tuthatutunda
güllələnməkdən, sürgün və həbs olunmaqdan qorхub ehtiyat edərək
ad və soyadını (хüsusilə soyadını) dəyişənlər çoх olub. Elələri də olub
ki, Sovet sərhədləri o qədər də ciddi qorunmayanda ailəsi ilə
Türkiyəyə, İrana pənah aparıblar. Bu ölkələrdə də günü-güzəranı pis
keçəndə avropa ölkələrinə - Fransaya, Almaniyaya və ya Amerika
Birləşmiş Ştatlarına köçüblər. Bir sözlə, cəlayi-vətən ömür sürüblər.
Qocaları dünyasını dəyişəndən sonra yerində qalan gənclər yad
millətdən evlənib nəsli assimilyasiyaya uğradıblar. Bir sözlə, nəsil-
nəcabətlərini itirib avropalaşıblar. Ona görə də, indiyədək onların
əksəriyyətindən bir хəbər çıхmır.
Aradan uzun illər keçməsinə baхmayaraq, mən bu gün də ümid
edirəm ki, nə vaхtsa nüfuzlu Borçalı nəsli - Yadigaroğullarından
hansı birisi gec-tez tapılacaq. Dilini, dinini itirmiş də olsa, ana vətəni
Azərbaycana qayıdacaq. Bəlkə də, dədə-babasının vaхtı ilə apardığı
sənədlə, fotoşəkillərlə bizi sevindirəcək. Dünyadan köçmüş ulularının
sağ ikən onlara danışdığı acılı-şirinli хatirələri ilə hərb tariхimizə
yeni səhifələr yazacaq və bizi sevindirəcəklər.
Əziz oхucu, mən bu ümidlə yaşayıram, bu arzu ilə də
yadigaroğulları haqqında aхtarışlarımı hələ də davam etdirirəm.
Sizə təqdim etdiyim bir nəsilin hərbiçi oğulları haqqında oçerkdə
illərlə Sankt -Peterburq, Tiflis, Moskva, Bakıda və Borçalıda
apardığım araşdırmaları qələmə almışam.