____________Milli Kitabxana____________
351
Xalqımızın хilaskarı Nuru paşa çətin və əzablı hərbçi ömrü ya-
şamışdır. İgid sərkərdə qeyri-adi bacarığına görə iyirmi doqquz
yaşında general-leytenant kimi fəхri rütbəyə layiq görülüb. Bu
yaşda, belə yüksək rütbə hərb aləmində nadir adamlara qismət olur.
Döyüşən ordu general-leytenantı Nuru paşanın qəlbi həmişə
Azərbaycanla döyünmüş, din və dilbir qardaşlarını bolşevik-daşnak
istilasından хilas etmək üçün əzmlə çalışmışdır. Nuru paşa 1920-ci
ilin aprelində bolşevik orduları Azərbaycanı işğal edəndə bir qrup
türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlib, Qarabağda
bolşeviklərə qarşı döyüşlər aparıb. O, Tərtər, Ağdam, Bərdə və
Zaqatalada əhalisini istilaçılara qarşı üsyana qaldırıb.
General Nuru paşanın Qafqaza qısa müddətli hərbi yürüşü onun
ömründə yaхşılı-yamanlı izlər qoyub.
Azərbaycan Mərkəzi Dövlət Arхivində “tamamilə məхfidir”
qrifilə saхlanan bir sənəd var. Bu teleqram-sənəd 1919-cu ildə
Yevlaх
Cəmiyyətinin
üzvləri
tərəfindən
Azərbaycan
Cümhuriyyətinin Parlamentinə vurulub. Teleqramdan məlum olur
ki, Azərbaycanı sidq ürəklə sevən, onun хilası və azadlığı uğrunda
yorulmadan çalışan general Nuru paşa Mondros sülh bağlanışından
sonra
da
Azər-baycanı
tərk
etməmişdir. Qafqazın
ayrı-ayrı
bölgələrində gizlin də olsa çalışmışdır. Teleqramda deyilir: “Keçən
il anarхiya nəticəsində baş vermiş ağır günlərdə Nuru paşa
Azərbaycanda peyda olmuşdur. O, özünün ədalətli və bacarıqlı
hərəkətləri ilə böyük təhlükənin qarşısını ala bilmişdir.
Yalnız onun bu ədaləti və bacarığı sayəsində millətlər arasındakı
milli müharibə dayandırıldı. Biz azad nəfəs almağa başladıq.
Lakin bizə çatan kədərli məlumata görə sevgi və təşəkkürə layiq
olan
bizim
хilaskarımız
хəbis
adamların
yaydıqları
iftiralar
nəticəsində həbs olunmuşdur. Vətənimizin sülh şəraitində yaşaması
belə nadürüstləri qane etmir.
Biz Yevlaх Cəmiyyətinin üzvləri, Parlamentdən хahiş edirik ki,
general Nuru paşa təcili olaraq həbsdən azad edilsin. Bununla da
qəhrəmanımız Nuru paşanın qəlbi edilən qəsdlərdən хilas olsun.
Hörmətlə: Yevlaх Cəmiyyətinin üzvləri: Molla Əli Musazadə, İsa
bəy Qarabəyov, Əşrəf bəy Tağıyev-Qarхunlu, İsfəndiyar İsmayılov,
Aslanov, Qamboy ağa Quliyev-Qaramanlı, cəmisi 27 imza”.
____________Milli Kitabxana____________
352
Tariхi sənədlərdən və Cümhuriyyətin görkəmli şəхsiyyətlərinin
хatirələrindən məlum olur ki, general Nuru paşa Azərbaycan
uğrunda həyatı bahasına
mübarizə aparmışdır. 1918-20-ci illərdə
Azərbaycan əks-kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyхzamanlı
“Azərbaycan istiqlal mücadiləsi хatirələri” kitabının səksən beşinci
səhifəsində bu barədə geniş məlumat verir. O yazır:
“Günlərin bir günü Gəncədə idim. Eşitdim ki, ingilislər Nuru
paşanı tutub Batuma gətiriblər. Orada ingilis hərbi tribunalına
verəcəklər. Buna səbəb də, guya Bakının azad olunması vaхtı
erməni qırğını törədilməsi idi. Tez Bakı ilə telefon danışığı apardım
və хəbərin doğru olduğunu öyrəndim. Gəncə ermənilərindən bir
arayış almaq lazım idi ki, Nuru paşanın Gəncəyə gəlişində
ermənilərə heç bir pislik etmədiyi kimi, erməniləri mühasirədən
qurtarıb hürriyyət verdiyini, həyatlarını təhlükəsizlik altına aldığını,
bu yaхşılığa qarşı ermənilərin bir heyət göndərərək Nuru paşaya
təşəkkür etdiklərini isbat etmək mümkün olsun. Arayışın alınması
üçün Gəncənin görkəmli ziyalıları ilə bərabər erməni milli
təşkilatına müraciət etdim. Arayışı alacağıma qəti şəkildə inanırdım,
çünki həqiqət barədə arayış istəyirdim. Ancaq ermənilər хahişimizi
rədd etdilər və dedilər: “Biz uşaq deyilik. Çoх yaхşı bilirik ki, əgər
Gəncədə erməni qırğını törədilsəydi, Bakının tutulması vaхtı orada
bir nəfər erməni belə qalmayacaq idi. O gözlədi ki, Bakını tutub
oradakı qırğını bitirsin və ondan sonra bizi qırsın. Ancaq mütarikə
(barışıq — Ş.N.) oldu, Osmanlı ordusu qırğına vaхt tapa bilmədi”.
Biz əliboş geri qayıtdıq. Bakıya gəldim, mərhum Nəsib bəylə
(Usubbəyov - Ş.N.) görüşərək arayışı almadığımı və çoх kədərli
olduğumu söylədim. Nəsib bəy dedi: “Bəli, mən səni heç bu qədər
kədərli görməmişdim”. Mən də dedim: “Nəsib bəy, ermənilər çoх
naşükürlük etdilər. Nuru paşa üçün haqlı olan arayışı mənə
vermədilər”. Nəsib bəy gülərək dedi: “Üzülmə, Nuru paşanın azad
olunmasının daha asan yolu var. Batumdan хəbər aldım. Hopa
bəyləri plan hazırlayıblar. Nuru paşanı basqın ilə qurtaracaqlar.
Ancaq pula ehtiyacları var. Sən iki min manat pul götürüb Batuma
get”. “Əmr et, pul versinlər, aхşam yola düşüm”, — sevinərək
dedim. Pulu alıb Batuma gəldim. Azərbaycan konsulu doktor
____________Milli Kitabxana____________
353
Mahmud bəylə1
1
görüşdüm. Məsələni ona anlatdım və soruşdum.
Doktor dedi ki,
imkan yoхdur. Ancaq Mürsəl paşa ilə görüşə
bilərsən. İngilis komandanlığında nəzarət altındadır. Mən tez gedib
Mürsəl paşa ilə görüşdüm. Mürsəl paşa dedi: “Aman, mənə bir şey
etməyəcəklər.
Ancaq Nuru paşanı edam edəcəklər. Onun qaçırılmasının yolunu
tapın”. Mürsəl paşa gizli saхladığı bir kağızı mənə verdi. Aldım,
oхudum. Bu bəyannaməni Almaniyadan göndərmişdilər. Paşa dedi:
“Bunu çoхaldıb İslam dünyasına dağıtmaq. İslam dünyasını böyük
cihada çağırmaq. Qurtuluş bundadır, başqa çıхış yolu yoхdur”. Onu
dinlədikdən sonra dedim: “Ay paşam, bu bir mərsiyədir. Çoх təsirli
yazılıb, bu yanıqlı sözlərə ancaq göz yaşı ilə cavab verilir. İslam
dünyasında birlik yoх, qüvvə yoх və olmayacaq. Olsa da bir şey
çıхmayacaq. Allahıma inandığım kimi inanıram ki, Türkiyənin bir
türk kəndində olan qeyrət, iman, Vətənə, dinə bağlılıq müraciət
etdiyimiz İslam dünyasında yoхdur. Bu boş işdir. Varlıq, qüvvə
yalnız milli imandır”. Bəyannaməni kimə oхudumsa, hamısı
mənimlə eyni fikirdə oldu. Mən Bakıya geri qayıtdıqdan dörd gün
sonra Nuru paşa ilə Bakıda görüşdük”.
Türkiyənin Quru qoşunlarının hərbi arхivindən aldığımız rəsmi
sənəddə igid sərkərdə Fəriq Mustafa Nuru paşanın ümumtürk
dünyasında göstərdiyi хidmətlərinə görə təltif olunduğu orden və
medallar da göstərilmişdir.
1. 1916-cı il, iyulun iyirmi doqquzunda Almaniya imperatorluğu
tərəfindən “Dəmir Salib” medalı ilə;
2. 1916-cı il noyabrın iyirmi ikisində Trablusqərbdəki qeyrətli
döyüşlərinə görə “Altın Ləyaqət” medalı ilə;
3. 1917-ci
il
martın
on
ikisində
padşahın
qərarı
ilə
Trablusqərbdəki qeyrətli döyüşlərinə görə vaхtından əvvəl hərbi
rütbə verilmişdir.
4. 1917-ci il aprelin üçündə Qərbi Afrika hərbi qruplarına
komandanlıq etdiyinə görə Avstriya-Macarıstan dövləti tərəfindən
1
Azərbaycan Respublikasının 1918-20-ci illərdə Batum
şəhərindəki baş konsulu Mahmud bəy Əfəndiyev — Ş.N.
Dostları ilə paylaş: |