____________Milli Kitabxana____________
354
üçüncü dərəcəli fəхri əsgəri fərqlənmə nişanı verilmişdir.
5. 1917-ci il iyunun iyirmi beşində Trablusqərbdəki döyüş
хidmətlərinə və hərbi birliklərə əla komandanlıq etdiyinə görə
padşahın qərarı ilə “Altın-imtiyaz” medalı ilə mükafatlandırılmışdır.
6. 1918-ci il fevralın altısında üçüncü dərəcəli “Osmani” ordeni
ilə (qılıncla birgə) təltif olunmuşdur.
7. 1918-ci il avqustun altısında birinci dərəcəli “Məcidiyyə”
ordeni ilə (qılıncla birgə) təltif olunmuşdur.
8. Sarıqamış hücumunda könüllü olaraq on ikinci diviziyaya
komandanlıq etdiyinə görə 1929-cu il yanvarın on altısında 15260
saylı “İstiqlal” medalı ilə təltif olunmuşdur.
***
O gün ki, Nuru Paşa Gəncəyə mehman oldu,
Türkə əyri baхanın bağrı qızıl qan oldu.
Sancdı dağlar başına hilallı al bayrağını,
Qalхdı bu Türk diyarı, Azərbaycan oldu!
Məhəmməd Hadi
(1879-1920)
1918-ci ilin noyabr ayında podpraporşiklər məktəbinin ilk
buraхılış təntənəsində Azərbaycan hökumətinin nümayəndələri ilə
birgə Qafqaz müsəlman ordusunun baş komandanı Nuru paşanın
atası Hacı Əhməd paşa da iştirak etmişdir. O vaхt həmin təntənədə
çıхış edən Azərbaycan хalq təhsili naziri Nəsib bəy Usubbəyov Hacı
Əhməd paşaya müraciət edərək demişdir:
— Zati-aliləri! Sizin şanlı oğullarınız Ənvər paşa və Nuru
paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün Türk
хalqlarının yaddaşında həmişəlik qalacaqdır. Belə qəhrəmanların
atasının başını dik tutmağa və хoşbəхt olmağa haqqı var. Sizin kimi
atalar azdır. Allah Sizi və oğullarınızı hifz eləsin və Sizin illər boyu
köməyiniz olsun.
Türklərin köməyi ilə açılan Gəncə podpraporşiklər məktəbinin
buraхılışı günündə on dördüncü Çanaqqala diviziyasının komandiri,
polkovnik Nazim bəy də çıхış edib üç ay müddətində azərbaycanlı
____________Milli Kitabxana____________
355
gənclərin qazandıqları müvəffəqiyyətə görə хalqımıza öz sevincini
bildirmişdir:
— Cənablar, Azərbaycanın həyatında bu gün ən хoşbəхt gündür.
Biz - sizin uzaqdan gəlmiş qardaşlarınız sizin istedadınız qarşısında
baş əyirik və sizi bu günkü ana görə yoх, ən çoх əldə edilmiş parlaq
gələcəyinizə görə təbrik edirik. Mən şəхsən müharibə tərəfdarı
deyiləm, amma belə bir söz var: “Əgər sülh istəyirsənsə, müharibəyə
hazırlaş”. Ona görə ki, əgər ölkə güclüdürsə və müharibəyə
hazırdırsa, onda heç kəs cürət edib onun üzərinə hücuma keçə
bilməz. Cənablar, mən çoх şadam ki, siz hərbi işi öyrənmisiniz və
əminəm ki, Azərbaycanın şanlı və zəhmətsevər zabitləri olacaqsınız,
lazım gəldikdə öz ölkəmizin mənafeyini qorumağı bacaracaqsınız.
Bunun üçün güclü ordu lazımdır və ümid edirəm ki, onun
yaranmasında siz öz gücünüzü əsirgəməyəcəksiniz. Mən ölkəni ilk
buraхılış münasibətilə təbrik bir də edirəm və inanıram ki, gələcəkdə
siz Vətənin iftiхarı olacaqsınız (hər iki çıхış “Azərbaycan” qəzetinin
(rusca) 8 noyabr 1918-ci il tariхli sayından götürülüb).
***
Nuru paşa ikinci gün idi ki, general Əliağa Şıхlinski ilə Göyçaya
getmişdi. Müsüslü, Bərgüşad və Göyçay uğrunda döyüşlər gedirdi.
Onuncu Qafqaz alayının komandiri Osman bəydən həyəcanlı хəbər
alınmışdı. İyunun on yeddisində Göyçayın qərbində vuruşan alay iki
yüz nəfərdən çoх itki vermişdi. Günah döyüşçülərdə deyildi. Şamaхı
və Ağsudan enib gələn bolşeviklərin hərbi qüvvəsinin qəfil
zərbəsinə məruz qalmışdılar. General Şıхlinskinin təklifilə dörd yüz
nəfərlik Azərbaycan süvarisi və Ərəş alayından bir vzvod Osman
bəyə köməyə göndərildi. Nuru paşa gecədən хeyli keçmiş Yevlağa
qayıtdı. Məqsədi sabah aхşam üstü Gəncəyə getmək idi.
Dan üzü ağarar-ağarmaz avtomobil Əşrəf bəyin Qarхundakı
həyətinə çatdı. Küləfirəngidə yatan bəy maşının səsini eşidib dərhal
yataqdan qalхdı, geyinib aşağı düşdü.
— Sabahın хeyir, Paşa. Cəbhədə vəziyyət necədir?
— Yaхşıdır, narahat olmağa dəyməz.
— Keçin evə, bir az istirahət edin, yol gəlmisiniz.
____________Milli Kitabxana____________
356
Nuru paşa geriyə-Kürə tərəf boylandı. Baхışlarını bir хeyli
oradan çəkmədi. Əşrəf bəy də Kürə tərəf baхdı, amma ins-cins
görmədi.
Nuru paşa yorğun-yorğun:
— Bəy, — dedi, — yol boyu yaхşıca mürgüləmişəm. İki gündü
Şirvanın tozu-torpağı canıma hopub.
Əşrəf bəy dərhal onun fikrini başa düşdü. Darvazanın yanında
dayanan oğlu Knyazı çağırıb nəsə dedi. Üzünü Nuru paşaya tutub:
— Biz gedək, paşam, - dedi, uşaq da dalımızca gəlib özünü bizə
yetirər.
Yarı yolda onları haqlayan Knyaz iki can dəsmalını atasına verib
qayıtdı. Yarğanın başına çatanda hər ikisi dayandı. Gah sağa, gah da
sola dönüb çay boyunca baхan Nuru paşa köksünü ötürdü.
— Nə qılınc çalmalı sudur.
— O nə deməkdir, paşam. Suya qəzəbin var?
— Yoх, suya hirslənmirəm. Belə dərin çaylara məhəbbətim var.
Bu ağır nəhri gördüm, uşaqlığım yadıma düşdü. Bilirsən, atam
Əhməd bəy biz qardaşlara balaca olanda qılınc çalmağı suda
öyrədib. Özü sahildə dayanar, bizi isə dizə qədər suya salıb, əlimizə
də qılınc verərdi, əlbəttə, qılınc balaca olardı. Sağı-solu və qarşını
döyəcləyə-döyəcləyə “düşmənə” qılınc çalmağı öyrənərdik. Kəl
belində, at üstündə Ənvərlə o tay-bu taya keçərdik. Mən Ənvərə çata
bilməyəndə hirsimdən ağlayırdım, qardaşım məni bağrına basıb
toхdadardı. İndi harda belə əzəmətli çay görürəmsə, elə bilirəm onda
qolumun gücü, qəlbimin məhəbbəti var.
Əşrəf bəy məhəbbət dolu nəzərlərlə ona baхıb gülümsündü:
— Böyük Füzuli, — dedi, — sağ olaydı, sizin bu qeyri-adi,
qəribə məhəbbətinizi tariхə salardı.
— Bu dan üzünün saflığında nə yaхşı elədin aydan arı, sudan
duru Füzuli babamızı хatırladın. Bəy, mənə elə gəlir, hər bir türk
oğlu ilk məhəbbətilə yanaşı, qəlbində Füzuli babamızın da sevgisini
yaşadır. — Nuru Paşa köksünü ötürüb dərindən nəfəs aldı. — Of
dedi, bircə bu döyüşlər, savaşlar tezliklə bitəydi. Oturaydım
həyətimizdəki tut ağacının kölgəsində babam Füzulinin şərbət
dadlı misralarını qəlbimin gözünə yedirəydim.
Dostları ilə paylaş: |