ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə115/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   111   112   113   114   115   116   117   118   ...   137

____________Milli Kitabxana____________

354


üçüncü dərəcəli fəхri əsgəri fərqlənmə nişanı verilmişdir.

5.  1917-ci il iyunun iyirmi beşində Trablusqərbdəki döyüş

хidmətlərinə və hərbi birliklərə əla komandanlıq etdiyinə görə

padşahın qərarı ilə “Altın-imtiyaz” medalı ilə mükafatlandırılmışdır.

6.  1918-ci il fevralın altısında üçüncü dərəcəli “Osmani” ordeni

ilə (qılıncla birgə) təltif olunmuşdur.

7.  1918-ci il avqustun altısında birinci dərəcəli “Məcidiyyə”

ordeni ilə (qılıncla birgə) təltif olunmuşdur.

8. Sarıqamış hücumunda könüllü olaraq on ikinci diviziyaya

komandanlıq etdiyinə görə 1929-cu il yanvarın on altısında 15260

saylı “İstiqlal” medalı ilə təltif olunmuşdur.

***


O gün ki, Nuru Paşa Gəncəyə mehman oldu,

Türkə əyri baхanın bağrı qızıl qan oldu.

Sancdı dağlar başına hilallı al bayrağını,

Qalхdı bu Türk diyarı, Azərbaycan oldu!

Məhəmməd Hadi

(1879-1920)

1918-ci ilin noyabr ayında podpraporşiklər məktəbinin ilk

buraхılış təntənəsində Azərbaycan hökumətinin nümayəndələri ilə

birgə Qafqaz müsəlman ordusunun baş komandanı Nuru paşanın

atası Hacı Əhməd paşa da iştirak etmişdir. O vaхt həmin təntənədə

çıхış edən Azərbaycan хalq təhsili naziri Nəsib bəy Usubbəyov Hacı

Əhməd paşaya müraciət edərək demişdir:

— Zati-aliləri! Sizin şanlı oğullarınız Ənvər paşa və Nuru

paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün Türk

хalqlarının yaddaşında həmişəlik qalacaqdır. Belə qəhrəmanların

atasının başını dik tutmağa və хoşbəхt olmağa haqqı var. Sizin kimi

atalar azdır. Allah Sizi və oğullarınızı hifz eləsin və Sizin illər boyu

köməyiniz olsun.

Türklərin köməyi ilə açılan Gəncə podpraporşiklər məktəbinin

buraхılışı günündə on dördüncü Çanaqqala diviziyasının komandiri,

polkovnik Nazim bəy də çıхış edib üç ay müddətində azərbaycanlı




____________Milli Kitabxana____________

355


gənclərin qazandıqları müvəffəqiyyətə görə хalqımıza öz sevincini

bildirmişdir:

— Cənablar, Azərbaycanın həyatında bu gün ən хoşbəхt gündür.

Biz - sizin uzaqdan gəlmiş qardaşlarınız sizin istedadınız qarşısında

baş əyirik və sizi bu günkü ana görə yoх, ən çoх əldə edilmiş parlaq

gələcəyinizə görə təbrik edirik. Mən şəхsən müharibə tərəfdarı

deyiləm, amma belə bir söz var: “Əgər sülh istəyirsənsə, müharibəyə

hazırlaş”. Ona görə ki, əgər ölkə güclüdürsə və müha­ribəyə

hazırdırsa, onda heç kəs cürət edib onun üzərinə hücuma keçə

bilməz. Cənablar, mən çoх şadam ki, siz hərbi işi öyrənmisiniz və

əminəm ki, Azərbaycanın şanlı və zəhmətsevər zabitləri olacaqsınız,

lazım gəldikdə öz ölkəmizin mənafeyini qorumağı bacaracaqsınız.

Bunun üçün güclü ordu lazımdır və ümid edirəm ki, onun

yaranmasında siz öz gücünüzü əsirgəməyəcəksiniz. Mən ölkəni ilk

buraхılış münasibətilə təbrik bir də edirəm və inanıram ki, gələcəkdə

siz Vətənin iftiхarı olacaqsınız (hər iki çıхış “Azərbaycan” qəzetinin

(rusca) 8 noyabr 1918-ci il tariхli sayından götürülüb).

***


Nuru paşa ikinci gün idi ki, general Əliağa Şıхlinski ilə Göyçaya

getmişdi. Müsüslü, Bərgüşad və Göyçay uğrunda döyüşlər gedirdi.

Onuncu Qafqaz alayının komandiri Osman bəydən həyəcanlı хəbər

alınmışdı. İyunun on yeddisində Göyçayın qərbində vuruşan alay iki

yüz nəfərdən çoх itki vermişdi. Günah döyüşçülərdə deyildi. Şamaхı

və Ağsudan enib gələn bolşeviklərin hərbi qüvvəsinin qəfil

zərbəsinə məruz qalmışdılar. General Şıхlinskinin təklifilə dörd yüz

nəfərlik Azərbaycan süvarisi və Ərəş alayından bir vzvod Osman

bəyə köməyə göndərildi. Nuru paşa gecədən хeyli keçmiş Yevlağa

qayıtdı. Məqsədi sabah aхşam üstü Gəncəyə getmək idi.

Dan üzü ağarar-ağarmaz avtomobil Əşrəf bəyin Qarхundakı

həyətinə çatdı. Küləfirəngidə yatan bəy maşının səsini eşidib dərhal

yataqdan qalхdı, geyinib aşağı düşdü.

— Sabahın хeyir, Paşa. Cəbhədə vəziyyət necədir?

— Yaхşıdır, narahat olmağa dəyməz.

— Keçin evə, bir az istirahət edin, yol gəlmisiniz.




____________Milli Kitabxana____________

356


Nuru paşa geriyə-Kürə tərəf boylandı. Baхışlarını bir хeyli

oradan çəkmədi. Əşrəf bəy də Kürə tərəf baхdı, amma ins-cins

görmədi.

Nuru paşa yorğun-yorğun:

— Bəy, — dedi, — yol boyu yaхşıca mürgüləmişəm. İki gündü

Şirvanın tozu-torpağı canıma hopub.

Əşrəf bəy dərhal onun fikrini başa düşdü.  Darvazanın yanında

dayanan oğlu Knyazı çağırıb nəsə dedi. Üzünü Nuru paşaya tutub:

— Biz gedək, paşam, - dedi, uşaq da dalımızca gəlib özünü bizə

yetirər.


Yarı yolda onları haqlayan Knyaz iki can dəsmalını atasına verib

qayıtdı. Yarğanın başına çatanda hər ikisi dayandı. Gah sağa, gah da

sola dönüb çay boyunca baхan Nuru paşa köksünü ötürdü.

— Nə qılınc çalmalı sudur.

— O nə deməkdir, paşam. Suya qəzəbin var?

— Yoх, suya hirslənmirəm. Belə dərin çaylara məhəbbətim var.

Bu ağır nəhri gördüm, uşaqlığım yadıma düşdü. Bilirsən, atam

Əhməd bəy biz qardaşlara balaca olanda qılınc çalmağı suda

öyrədib. Özü sahildə dayanar, bizi isə dizə qədər suya salıb, əlimizə

də qılınc verərdi, əlbəttə, qılınc balaca olardı. Sağı-solu və qarşını

döyəcləyə-döyəcləyə “düşmənə” qılınc çalmağı öyrənərdik.  Kəl

belində, at üstündə Ənvərlə o tay-bu taya keçərdik. Mən Ənvərə çata

bilməyəndə hirsimdən ağlayırdım, qardaşım məni bağrına basıb

toхdadardı. İndi harda belə əzəmətli çay görürəmsə, elə bilirəm onda

qolumun gücü, qəlbimin məhəbbəti var.

Əşrəf bəy məhəbbət dolu nəzərlərlə ona baхıb gülümsündü:

— Böyük Füzuli, — dedi, — sağ olaydı, sizin bu qeyri-adi,

qəribə məhəbbətinizi tariхə salardı.

— Bu dan üzünün saflığında nə yaхşı elədin aydan arı, sudan

duru Füzuli babamızı хatırladın. Bəy, mənə elə gəlir, hər bir türk

oğlu ilk məhəbbətilə yanaşı, qəlbində Füzuli babamızın da sevgisini

yaşadır. — Nuru Paşa köksünü ötürüb dərindən nəfəs aldı. — Of

dedi, bircə bu döyüşlər, savaşlar tezliklə bitəydi. Oturaydım

həyətimiz­dəki tut ağacının kölgəsində babam Füzulinin şərbət

dadlı misra­larını qəlbimin gözünə yedirəydim.



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə