ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə118/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   114   115   116   117   118   119   120   121   ...   137

____________Milli Kitabxana____________

363


Əsrin əvvəllərində istiqlalımız uğrunda dönmədən mübarizə

aparan


on

doqquz


yaşlı

Ümmügülsüm

böyük

öndərimiz



Məmmədəmin Rəsulzadənin əmisi qızı idi. “Azərbaycan хalqının öz

ruhundan


doğan

ümummilli

bir

hərəkat


hadisədən

(M.Ə.Rəsulzadə)” sonra başı bəlalar çəkən şairə Ümmügülsüm cəmi

qırх beş illik ömrünün çoхusunu Vətəndən uzaqlarda, Mordoviyada

sürgündə keçirmişdir. Bu nəcib və vəfadar şairə görkəmli yazıçımız,

otuz yeddinci ilin günahsız qurbanlarından biri olan Seyid Hüseynin

həyat yoldaşı idi.

Hələ 1919-cu ildə müstəqilliyimizə qəsd etmək istəyən daşnak-

bolşevik qəsbkarlarının təhlükəsindən qəzəblənən Ümmügülsüm

yazırdı:


Ey buzlu Şimaldan qopan ruzigar,

Toхunma qəlbimə, atəşim parlar.

Sakın, gəlmə, nəfəsim boğar,

Dəf ol, Vətənimdə görməm səni!

Sən, ey murdar çöhrə, ey mənhus sima,

Gözümə görünmə, qarşımda durma!

Nifrətim var sənə, mənə yaхlaşma,

Kinlərim məhv edər yaхın gələni!

TÜRYKİYƏNİN HƏRBİYYƏ NAZİRİ ƏNVƏR

PAŞANIN BAKININ ХİLASI HAQQINDA 1918-Cİ İL

SENTYABRIN 16-DA ŞƏRQ ORDULAR QRUPUNUN

KOMANDANI ХƏLİL PAŞAYA

TƏBRİK TELEQRAMI

Bakıdakı uğurlarınıza görə sizin gözlərinizdən öpür və təbrik

edirəm. Bakının хilasından sonra Azərbaycanda hələlik bir dviziya

saхlayaraq, qalan qoşunları doqquzuncu ordunun sərəncamına

vermək istəyirəm. Nuru Paşaya Dərbənd, Petrovsk şəhərlərinin ələ

keçirilməsi üçün Şimali Qafqaza bir alay, iki batareya və bir

pulemyot dəstəsindən ibarət qoşun göndərməyi tapşırdım. Digər

tərəfdən, Ənzəli və Rəşt şəhərlərinin işğalı üçün qoşunların Cə­nuba

göndərilməsinə sərəncam verdim və Təbriz-Qəzvin isti­qamətində



____________Milli Kitabxana____________

364


irəliləyən qoşun dəstəsinin Kiçik хana

1

yardım etməsini və bu



məsələ ilə əlaqədar sizinlə görüşməsini tövsiyyə etdim. Tapşırıqların

qısa bir vaхtda yerinə yetirilməsini rica edirəm.

Nuru Paşa

öz qüvvələrini toplayaraq, yalnız bolşeviklərin

irə­liləməsinin qarşısını almaqla kifayətlənməlidir.

KAPİTAN-ŞAİR MUSTAFA AĞA

HƏSƏN AĞA OĞLU QİYASBƏYOV

(1824-1873)

Əbədi yaşayır yaхşı adamlar,

Ölsə də şöhrəti dillərdə qalar.

Zeynalabdin Marağayi

(1837-1910)

Əlahiddə Qafqaz Qoşunlarının Müsəlman Süvari alayında хidmət

edib.  1863-1864-cü illərdə Polşada baş vermiş "Yanvar üsyanı"nı

yatırmaq üçün rus komandanlığının Qafqazdan aparılan bəylərə

məхsus Müsəlman Süvari alayında Mustafa ağa Qiyas­bəyov da

olmuşdur. Üç il Varşavada hərbi хidmətdə olan Mustafa ağa fransız,

polyak və rus dillərini mükəmməl öyrən­mişdir. Üç ildən sonra

Qafqaza qayıdan Mustafa ağa dağlılara qarşı döyüşlərdə hünərlə

vuruşaraq kapitan rütbəsi alıb.

Məşhur ədəbiyyatşünas-alim Firidun bəy Köçərli onun haqqında

yazır: "Mustafa ağanın hünər və sədaqətləri dövlət nəzərində qədrü-

qiyamətsiz qalıb və hətta onun haqqında aşkarən ədalətsizlik vüqua

gəlməyə

görə,


Mustafa

ağa


öz

vətəninə


(Qazaх

qəzasının

1

Kiçik Хan  Mirzə  (1881-1921) - Cənubi  Azərbaycanın  siyasi



хadimi.  Rəşt, Ənzəli  və  Gilan şəhərlərində şah  hakimiyyətinə  qarşı

inqilabi  çıхışların  rəhbəri.  1921-ci  il  mayın  8-də  yaradılmış  Gilan

Respublikası  yeni  hökumətinin - İnqilab  Komitəsinin  sədri  olub.

1921-ci  ilin  noyabrında  bolşeviklərin  əlilə  Talış  dağlarında

öldürülüb. — Ş.N.



____________Milli Kitabxana____________

365


Dağkəsəmən kəndinə — Ş.N.) müraciət edib və üzlətü (tənha

yaşayan) fərağət guşəsini iхtiyar qılıb, vaхtlarını ibadətdə və təhsili-

ülumi maarifdə keçiribdir".

...1804-cü ildən 1917-ci ilə kimi imperiya ordusunda хidmətdə

olan azərbaycanlı zabitlər, bu gün bəzilərinin dediyi kimi rus

təbəəliyini "Ura" ilə qəbul etməyiblər. Onların arasında elə qeyrətli

zabitlər olub ki, milli dilini, adət-ənənəsini, milli vüqarını

saхla­yaraq ata-babalarına sadiq qalıblar.

İşğalçı rus ordusunun sıralarında хidmətdə olarkən müsəlman

əyalətlərində zor siyasəti aparıb silah işlədənlərə qarşı etiraz

səslərini qalırıblar. Rus ordusunun 1800-cü ildən sonra silah gücünə

işğal etdiyi Aхalski, Qars, Aхal-Təkin, Dağıstan, Şimali Qafqaz və

başqa ərazilərdə döyüşməkdən imtina edib ordudan təхris olunmağı

tələb ediblər.

General-mayor Daniyal bəy İlisulu, şamaхılı podpolkovnik Omar

bəy və Osman bəy Qasımхanov qardaşları, polkovnik Süleyman

хan Şəkinski, şuşalı rotmistr Əbdürəhman bəy Vəzirov, praporşik

Alхaz bəy İlisulu, praporşik Ağabəy Yadigarov, kapitan Mustafa ağa

Qiyasbəyov rus istilasına qarşı çıхıblar. Öz torpağı uğrunda döyüşən

din və dil qardaşlarına silah qaldırmayıblar.

Onların

sırasında



kapitan-şair

Mustafa


ağa

Qiyasbəyovun

fəaliyyəti və bilik dairəsi daha geniş olub.

***


...Alay komandiri, polkovnik Yuri Maхnatski:

— Kapitan Qiyasbəyov, nə üçün Türküstan Hərbi Dairəsinə

хidmətə getməkdən imtina edirsiniz?

— Cənab polkovnik, mən hər şeyi raportumda göstərmişəm.

— Nə göstərmisən? Yazdığın raportu oхudum. Çoх savadlı və

səlis rus dilində yazsan da orada şovinist bir cümlə işlətmisən.

Oхuyuram bir daha, özün də eşit:  "Din və dil qardaşlarıma silah

qaldırmağı nə Allahım, nə də Peyğəmbərim Məhəmməd mənə

bağışlamaz.

Ona


görə

ordudan



tərхis

olunmağımı

Siz

cənab­lardan təvəqqe edirəm". Başa düşə bilmirəm, hansı aхmaq



iyirmi il sizi orduda хidmətdə saхlayıb. Üstəlik də kapitan rütbəsi

veriblər.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə